Naxçıvan Dövlət Universiteti. III naxçıvan Beynəlxalq arıçılıq konfransı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/47
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40114
1   2   3   4   5   6   7   8   9   ...   47

- 13 -
 
 
fəslindən  asılılığını  müəyyən  etmək  məqsədi  ilə  2013-2016-cı  illərdə  Naxçıvan  MR-in  Arazboyu 
düzənlik,  orta  dağlıq  və  Zəngəzur  dağlıq  ərazilərində  məskunlaşmış  108  (hər  il  20-30)  arıxanada 
tədqiqat  işi  apardıq.  2013-2014-cü  ildə  1302,  2014-2015-ci  ildə  1511  və  2015-2016-cı  ildə  1558 
nümunədə  (hər  birində  50  arı  olmaqla)  nozematozun  törədicisinin  olmasının  müəyyənləşdirilməsi 
məqsədi  ilə  müayinə  etdik.  Nozema  parazitini  müəyyən  etmək  üçün  fərdi  və  ümumi  mikroskopik 
metodlardan  istifadə  etdik.  Bu  məqsədlə  hər  bir  arı  ailəsindən  50  arı  nümunəsi  götürdük,  onların 
qarıncıq  hissələrini  ayırıb  farfor  qabının  içərisinə  qoyulmuş,  üzərinə  15-20  ml  distillə  edilmiş  su 
əlavə  edib  bircinsli  qarışıq  alınana  qədər  qarışdırdıq.  Qarışıqdan  preparat  hazırlayıb  mikroskop 
altında baxdıq  (MBİ-1,  obyektiv-x40, okulyar x-15). Nozema parazitini geniş miqyasda müəyyən 
etmək üçün ümumi metoddan isitifadə etdik. Yoluxma dərəcəsini hər bir arının orqanizmində olan 
sporların miqdarına əsasən müəyyən etdik [8]. Əşya şüşəsi üzərində 50-yə qədər spor olduqda zəif, 
50-100 olduqda orta və 100-dən artıq olduqda isə güclü  yoluxma hesab edilir. Tədqiqat məqsədilə 
seçilmiş  bütün  arıxanalarda  qışlamadan  sonra  erkən  yazda  arı  ailələrinin  inkişaf  dinamikasına 
nozemalarla yoluxma dərəcəsinin təsirini müəyyənləşdirdik. 
 
Aparılmış  tədqiqat  prosesində  toplanmış  materiallar  N.A.Ploxinskinin  (1969)  təklif  etdiyi 
biometrik üsullarla təhlil edilmişdir [7].  
Tədqiqatın müzakirəsi 
Bu  istiqamətdə  tədqiqat  işinin  aparılması  məqsədilə  2013-2016-cı
 
illərdə  Naxçıvan  MR-in 
Arazboyu düzənlik, orta dağlıq və Zəngəzur dağlıq ərazilərində yerləşən arıxanaların hər birində 15 
arı ailəsindən ibarət (5 güclü, 5 orta və 5 zəif gücə malik) oxşar təcrübə qrupları təşkil olunmuşdur. 
Bu  arıxanalardan  arı  nümunələri  adətən  mart  və  aprel  aylarında  götürülmüş  və  tədqiq  edilməyə 
başlanılmışdır. 
Aparılmış  tədqiqat  işlərinin  nəticəsi  cədvəldə  verilir.  Cədvəldən  görünür  ki,  Arazboyu 
düzənlik  ərazisində  götürülmüş  arı  nümunələrinin  26,0  %-i,  orta  dağlıq  ərazidə  30,5  %-i  və 
Zəngəzur  dağlıq  ərazidə  isə  38,8  %-i  nozema  parazitinə  yoluxmuşdur.  Zəngəzur  dağlıq  ərazisinin 
arılarının  nozema  parazitinə  yoluxması  dərəcəsi  orta  dağlıq  ərazisi  arılarına  nisbətən  27,2  %, 
Arazboyu düzənlik ərazisi arıları ilə müqayisədə isə 49,2 %  artıq olmuşdur. 
Zəngəzur dağlıq  ərazidə  havalar o biri  ərazilərlə  müqayisədə  daha sərt və  qışlama müddəti 
uzun  keçdiyindən  arılar  nozematoza  daha  çox  yoluxmuşlar.  Arı  ailələri  havanın  soyuq  şəraitində 
daha  çox  yem  məsarif  etmiş  və  onların  arxa  bağırsağında  toplanmış  kalın  miqdarı  artmışdır.  Bu 
zaman arılar orqanizmində toplanmış artıq kalı yuva daxilində pətəyin içərisini, çərçivə və şanların 
üzərini bulaşdırırlar. Bütün bunlar ailədə nozema sprolarının inkişafı üçün zəmin yaradır. Nozema 
sporları  belə  şəraitdə  daha  tez  inkişaf  edir  və  ailədə  olan  digər  sağlam  arıları  da  qısa  müddətdə 
yoluxdururlar. 
Arazboyu  düzənlik  ərazisində  arıların  12,6  %-i  zəif,  8,1  %-i  orta  və  5,3  %-i  isə  güclü 
dərəcədə nozema sporları ilə yoluxmuşdular. Bu göstəricilər müvafiq olaraq orta dağlıq ərazidə 13,6 
%, 9,5 % və 7,4 %, Zəngəzur dağlıq ərazidə isə 13,6 %, 11,1 % və 14,1 % olmuşdur. 
                                                                                                                           Cədvəl  
Naxçıvan MR ərazisində arıların nozema paraziti ilə yoluxma 
dərəcəsinin mövsümi xarakteristikası (2013-2016)
 
 
 
 
Arazboyu 
düzənlik 
 
Orta dağlıq 
Zəngəzur 
dağlıq 
Orta hesabla 
Naxçıvan MR 
ərazisində 
Yoluxma 
dərəcəsi 
   n 
Aylar 


М 

М 

М 










10 
11 
 
Sağlam 
1125 
Mart 
757 
67,3 
685 
60,9 
573 
50,9 
671,7 
59,7 
1125 
Aprel 
908 
80,7 
879 
78,1 
804 
71,4 
863,7 
76,7 
2250 
Orta hesabla 
1665  74,0  1564 
69,5 
1377 
61,2 
1535,3 
68,2 
 
Zəif 
1125 
Mart 
168 
14,9 
184 
16,4 
190 
16,9 
180,6 
16,1 
1125 
Aprel 
116 
10,3 
120 
10,7 
117 
10,4 
117,7 
10,5 


- 14 -
 
 
2250 
Orta hesabla 
284 
12,6 
304 
13,6 
307 
13,6 
298,3 
13,3 
 
Orta 
1125 
Mart 
122 
10,8 
141 
12,5 
164 
14,6 
142,3 
12,6 
1125 
Aprel 
60 
5,3 
74 
6,6 
87 
7,7 
73,7 
6,5 
2250 
Orta hesabla 
182 
8,1 
215 
9,5 
251 
11,1 
216,0 
9,6 
 
Güclü 
1125 
Mart 
78 
6,9 
115 
10,2 
198 
17,6 
130,3 
11,6 
1125 
Aprel 
41 
3,6 
52 
4,6 
117 
10,4 
70,0 
6,2 
2250 
Orta hesabla 
119 
5,3 
167 
7,4 
315 
14,1 
200,3 
8,9 
 
Cəmi 
 
3375 
Mart 
368 
32,7 
440 
39,1 
552 
49,1 
453,3 
40,3 
3375 
Aprel 
217 
19,3 
246 
21,9 
321 
28,6 
261,3 
23,3 
6750 
Orta hesabla 
585 
26,0 
686 
30,5 
873 
38,8 
714,6 
31,8 
 
Tədqiqat  işi  zamanı  müəyyən  edilmişdir  ki,  Naxçıvan  MR  ərazisində  (orta  hesabla)  mart 
ayında  arı  ailələrindən  götürülmüş  arı  nümunələrinin  59,7  %-i,  aprel  ayında  isə  76,7  %-i  nozema 
parazitinə  yoluxmadığına  görə  sağlam  olmuşdur.  Mart  ayında  götürülmüş  arı  nümunələrinin 
nozemalarla  yoluxma dərəcəsinə görə  16,1 %-i  zəif, 12,6 %-i  orta və 11,6 %-i  isə  güclü  dərəcədə 
yoluxmaya məruz qalmışdır. Bu  göstəricilər  aprel  ayında müvafiq olaraq  10,5 %, 6,5 % və  6,2 % 
olmuşdur.  Mart  ayına  nisbətən  aprel  ayında  nozemalarla  yoluxmuş  arıların  miqdarı  17,0  % 
azalmışdır. 
Arazboyu  düzənlik  ərazidə  qışlama  dövründə  havaların  istiləşdiyi  vaxtlarda  ailənin  arıları 
təmizlik  uçuşu  etdiyindən  onlar  bu  parazitin  təsirinə  az  məruz  qalmışlar.  Zəngəzur  dağlıq  ərazidə 
yerləşən arı ailələrində arılar Arazboyu düzənlik ərazisi arıları ilə müqayisədə 2,6 dəfə, orta dağlıq 
ərazilərdə  isə  1,9  dəfə  artıq  nozema  parazitinə  güclü  formada  yoluxmuşlar.  Beləliklə,  Zəngəzur 
dağlıq ərazidə nozema parazitinə yoluxan arıların həm miqdarı, həm də yoluxması yüksək (güclü) 
dərəcədə olmuşdur. 
Tədqiqat  nəticəsində  müəyyən  edilmişdir  ki,  Arazboyu  düzənlik,  orta  dağlıq  və  Zəngəzur 
dağlıq ərazilərin hamısında zəif arı ailələrinin arıları güclü arı ailələrinə nisbətən nozema parazitinə 
daha çox yoluxmuşlar. Güclü arı ailələrinin nozema parazitinə yoluxma dərəcəsi zəif və orta gücə 
malik arılarla müqayisədə hər zaman aşağı olur. Güclü arı ailələrinin hansı şəraitdə olmasından asılı 
olmayaraq nozema sporları ilə yoluxma dərəcəsi həmişə zəif olur. Bu onunla izah edilir ki, güclü arı 
ailələri  yuva daxilində temperaturu sabit saxlaya bilirlər. Belə şəraitdə güclü arı ailələrində hər kq 
arının qışlaması üçün sərf etdiyi yemin miqdarı az olur. Bunun nəticəsində arıların bağırsağında az 
miqdarda  kal  toplanır  və  nəticədə  zəif  və  orta  gücə  malik  arılarla  müqayisədə  nozematoz  az 
müşahidə edilir. 
Tədqiqat  prosesində  zəif,  orta  və  güclü  arı  ailələrində  nozema  parazitinə  yoluxma  dərəcəsi 
müəyyən edilmişdir.  
Aparılmış  tədqiqat  işinin  nəticələrindən  görünür  ki,  Arazboyu  düzənlik,  orta  dağlıq  və 
Zəngəzur  dağlıq  ərazilərində  arıların  nozema  parazitinə  yoluxma  dərəcəsi  müvafiq  olaraq  zəif 
ailələrdə 35,3 %, 43,2 % və 53,1 % orta gücə malik olan ailələrdə 24,5 %, 26,1 % və 38,2 %, güclü 
ailələrdə isə 18,1 %, 22,1 % və 25,1 % olmuşdur. 
Buradan görünür ki, güclü arı ailələrin nozema parazitinə yoluxma dərəcəsi zəif və orta gücə 
malik ailələrlə müqayisədə müvafiq olaraq 38,6 % və 13,5 % aşağı olmuşdur. 
Aparılmış  tədqiqat  işi  nəticəsində  müəyyən  edilmişdir  ki,  Naxçıvan  MR  ərazisində 
nozematoz  geniş  yayılmış  xəstəliklərdən  biridir,  arıçılığa  külli  miqdarda  iqtisadi  ziyan  vurur,  arı 
ailələrinin inkişafını ləngidir və onların məhsuldarlığını aşağı salır. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə