Naxçıvan Dövlət Universiteti. III naxçıvan Beynəlxalq arıçılıq konfransı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix24.04.2018
ölçüsü5,01 Kb.
#40114
1   2   3   4   5   6   7   8   9   10   ...   47

- 15 -
 
 
 
 
Histoqram: Naxçıvan MR ərazisində arı ailələrinin gücündən asılı 
olaraq nozema paraziti ilə yoluxma dərəcəsi 
 
Nozematoza  tutulmuş  ailələrdə  işçi  arıların  orta  bağırsağı  patoloji-anatomik  dəyişikliyə 
məruz qalır. 
Aparılmış  tədqiqat  işi  nəticəsində  müəyyən  edilmişdir  ki,  xəstəliyin  baş  verməsinin  əsas 
səbəbləri,  keyfiyyətsiz  qış  yemi  və  həddindən  artıq  zəif  olan  arı    ailələridir.  Naxçıvan  MR 
ərazisində  xəstəliyin  qarşısını  almaq  üçün  qışlamaya  güclü  arı  ailələri  qoyulmalı  və  ehtiyat  yemi 
keyfiyyətli  olmalıdır.  Düzgün  saxlanma  və  yaz  dövründə  nozematoza  qarşı  vaxtında  aparılan 
müalicəvi-profilaktik tədbirlər nəticəsində arı ailələri sağlam olur və onların məhsuldarlığı artır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Məhərrəmov    S.H.,  Əsədov  E.S.,  Hüseynov  H.T.,  Tahirov  Ə.S.,  Rüstəmli  Y.M.  Bal  arısının 
xəstəlikləri və zərərvericiləri. Naxçıvan, Əcəmi, 2014, 240 s. 
2.
 
Hüseynov  H.T.  Naxçıvan  MR-də  arıların  nozematozla  yoluxmasının  epizootoloji  vəziyyəti  / 
Azərbaycan Zooloqlar Cəmiyyətinin I qurultayının materialları. Bakı: Elm, 2003, s.182-188 
3.
 
Sultanov R.L. Azərbaycanda bal arısının bioloji xüsusiyyətləri. II hissə, Bakı, İrşad, 1993,144 s. 
4.
 
Султанов Р.Л., Алиев Г.Г. Простой способ определения параженности клещами пчел // Аз 
НИИНТИ инф. лис., 1991, №192, с.1-4 
5.
 
Ефименко  Т.М.  Особенности  жизненного  цикла  микроспоридии  Nosema  apis  у  пчел  зимней  и 
летней генерации / Пасика, 2001, №3, с. 20-21 
6.
 
Штехе  В.  Открытые  вопросы  биологии  Nosema  apis  Zander  //  Биологические  аспекты 
нозематоза.  Симпозиум  по  биологии  и  патологии  пчел.  Мерельбеке-Бельгия.  Бухарест, 
Изд. Апимондия, 1977, с. 23-36 
7.
 
Плохинский Н.А. Руководство по биометрии для зоотехников. М.: «Колос», 1969, 160 с.  
8.
 
Mourizio A. Pollenernalrung und zebensvogange bei der Honigbiene Apis mellifera L. // “Landwirtsch. 
Jahrb.SehWeir.” 1974, № 68, p. 115-182 
 
 
 
0
10
20
30
40
50
60
Arazboyu düzənlik 
Orta dağlıq
Zəngəzur dağlıq 
35.3 
43.2 
53.1 
24.5 
26.1 
38.2 
18.1 
22.1 
25.1 


- 16 -
 
 
ABSTRACT 
Habib Huseynov 
Yunis Rustamli 
 
LEVEL INFECTION OF HONEY BEES WITH A PARASITE OF NOSEMA (NOSEMA 
APIS Z.)  DEPENDING ON THE SEASON AND THE STRENGTH OF FAMILIES IN THE 
CONDITIONS OF THE NAKHICHIVAN AUTONOMOUS REPUBLIC 
 
As  a  result  of  research,  it  was  found  that  mostly  poor-quality  winter  food  and  weak  bee 
colonies  are  more  exposed  to  nosematosis.  Experiments  have  established  that  the  degree  of 
infection of bee colonies by noses depends on the strength of the family and the season.  
  
To prevent disease in the territory of the Nakhchivan Autonomous Republic, it is necessary 
to  leave  more  powerful  bee  colonies  and  high-quality  feed  for  wintering.  In  the  spring  period, 
families infected with the parasite of nosema should be treated. Normal care and timely preventive 
measures  against  nosematosis  preserve  the  health  of  bees  and  increase  the  productivity  of  bee 
colonies. 
 
РЕЗЮМЕ 
                                                                              Габиб Гусейнов 
Юнис Рустамли 
 
СТЕПЕНЬ ЗАРАЖЕННОСТИ МЕДОНОСНЫХ ПЧЕЛ ПАРАЗИТАМИ НОЗЕМА 
(NOSEMA APIS Z.) В ЗАВИСИМОСТИ ОТ СИЛЫ СЕМЕЙ И СЕЗОНА ГОДА В 
УСЛОВИЯХ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ 
 
В  результате  исследовательской  работы  было  обнаружено,  что  в  основном 
некачественный  зимный  корм  и  слабые  пчелиные  семьи  больше  подвергаются  нозематозу. 
Опытами  установлено,  что  степень  заражения  пчелиных  семей  ноземами  зависит  от  силы 
семьи и сезона года. 
Чтобы  ликвидировать  заболевание  на  территории  Нахчыванской  Автономной 
Республики  на  зимовку  необходимо  оставлять  более  сильные  пчелиные  семьи  и 
качественный корм. В весенний период, семьи зараженные паразитом нозема следует лечить. 
Нормальный  уход  и  своевременные  лечебно-профилактические  меры  против  нозематоза 
сохранить здоровья пчел и увеличить продуктивность пчелиных семей. 
 
 
 
 
 


- 17 -
 
 
MAHİR MƏHƏRRƏMOV 
E-mail: 
mahir_maherramov@mail.ru
 
 AKİF BAYRAMOV 
E-mail: akifbayramov50@mail.ru 
AMEA Naxçıvan Bölməsi 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA BAL ARILARININ DÜŞMƏNLƏRİ VƏ 
ONLARA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ 
 
  Açar  sözlər:  Naxçıvan,  Philanthus  triangulum,  Vespa  orientalis,  Mantodea,  Odonata,    
Dermaptera, Araneae, Formicidae, Merops 
  Key  words:  Nakhchivan,  Philanthus  triangulum,  Vespa  orientalis,  Mantodea,  Odonata, 
Dermaptera, Araneae, Formicidae, Merops 
  Ключевые  слова:  Нахчыван,  Philanthus  triangulum,  Vespa  orientalis,  Mantodea, 
Odonata, Dermaptera, Araneae, Formicidae, Merops 
 
Məqalədə muxtar respublikada bal arılarına ziyan verən bəzi onurğasız və onurğalı heyvan 
növlərinin bioekoloji xüsusiyyətləri və onlara qarşı təsirli mübarizə tədbirləri haqqında məlumatlar 
verilmişdir.  Müəyyən  edilmişdir  ki,  zarqanadlılardan  Crabronidae  fəsiləsinə  mənsub  Philanthus 
triangulum,  Vespidae  fəsiləsinin  Eumeninae,  Masarinae,  Polistinae  və  Vespinae  yarımfəsilələrinə 
mənsub  bir  sıra  növlər,  xüsusilə  Vespa  orientalis  və  Formicidae  fəsiləsinin  əksər  növləri  bal 
arılarına  ciddi  şəkildə  ziyan  verirlər.  Məqalədə  həmçinin  dəvədəlləyilərin,  iynəcələrin, 
qulağagirənlərin,  hörümçəklərin,  ktır  milçəklərinin  və  arıqapanların  arıçılığa  vurduğu  zərər 
haqqında fikirlər şərh edilmişdir. 
Bal  arılarının  düşmənləri   onları  uçuş  vaxtı  və  ya  pətəyin  içində  ovlayan  canlılardır. 
Düşmənləri  tərəfindən  arıların    məhvi  bəzən  çox  böyük  miqyas  ala  bilər,  ailələr  xeyli  zəifləyər, 
sıradan çıxar və nəticə etibarilə çəkilən zəhmət hədər gedə bilər. 
 
Arıların özünə toxunmadan, adətən şan yuvalarını həm anbarlarda, həm də pətəyin özündə 
dağıdan,  toplanmış  tozcuğu  (güləmi)  korlayan  və  balı  oğurlayan  zərərvericilər  də  mövcuddur. 
Onların    zərərvermə  dərəcəsi  böyük  olduqda    toplanan  bal  yararsız    hala  düşür  və  bütün  ailənin 
məhvi baş verə bilir.  
 
Yerli  tədqiqatçılar  tərəfindən  bal  arılarının  zərərvericiləri  və  yırtıcıları  haqqında  bir  sıra 
məlumatlar verilmişdir [3]. 
 
Məqsədimiz  muxtar  respublikada  bal  arılarına  ciddi  şəkildə  ziyan  verən  bəzi  onurğasız  və 
onurğalı  heyvan  növlərinin    bioekoloji  xüsusiyyətləri  və  onlara  qarşı  təsirli  mübarizə  tədbirləri 
haqqında məlumatları oxucularımızın nəzərinə çatdırmaqdan ibarətdir. 
 
Philanthus triangulum - Arı canavarı öz görkəminə görə adi itarısına çox oxşasa da Apoidea 
fəsiləüstünün Crabronidae fəsiləsinə mənsub olan iynəli zarqanadlı növüdür. O, başının böyüklüyü 
və qarıncığının parlaq sarılığı ilə fərqlənir. Bədən uzunluğu 12-16 mm-dir. Qafqazda, o cümlədən 
Azərbaycanda  geniş  yayılmışdır.  Dişi  fərdin  yuvası  yamaclarda  uzunluğu  bir  metrə  yaxın  olan 
şaquli borunu xatırladır. Arı canavarının çoxlu sayda rast gəlindiyi həmin yamaclarda torpaq örtüyü 
çox  deşikli  mənzərə  yaradır.  Arının  çiçəklərdən  topladığı  nektar  və  çinədan  balı  arı  canavarının 
sevdiyi  qidadır.  O,  bal  arısına  hücum  edərək  onu  sancıb  öldürür,  sonra  arxası  üstə  çevirib 
qarıncığını  sıxır.  Bu  zaman  bal  çinədandan  arının  xortumuna  axır  və  yırtıcı  onu  yalayır.  Əgər  arı 
canavarı ovuna bal naminə hücum edirsə, onda balı sorduqdan sonra öz qurbanını tərk edir. Bal arısı 
ona  öz  sürfələrinin  yemi  kimi  lazım  olduqda  isə,  o,  balı  sorduqdan  sonra  iflic  olmuş  arını  öz 
yuvasına aparır. Dişi filant mayalanmış yumurtasını arının sinəsinə qoyur (Şəkil 1).   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə