Naxçıvan Dövlət Universitetinin əməkdaşı Novruzova Sevinc Yaqub qızının



Yüklə 21,52 Kb.
tarix14.09.2018
ölçüsü21,52 Kb.
#68288


Naxçıvan Dövlət Universitetinin əməkdaşı Novruzova Sevinc Yaqub qızının

Enerji sistemlərinin effektivliyinin artırılmasında innovasiya texnologiyalırı” mövzusunda 3340.01 – “ Elektrotexniki sistemlər və komplekslər” ixtısası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin



X Ü L A S Ə S İ
Tədqiqat mövzusunun aktuallığı: Müasir dövrdə bazar iqtisadiyyatının energetika sənayesinin bütün sahələrinə nüfuz etdiyi, yanacaq-enerji resurslarının qiymətinin dinamik artdığı və kainatda ekoloji böhranın yarandığı bir şəraitdə enerji sistemlərinin effektivliyinin artırılması elm və texnologiyaların qarşısında duran təxirə salınmaz tapşırıqlardan biridir. Enerji sistemlərinin effektivliyini xarakterizə edən əsas kompleks göstəricilərə aşağıdakılar daxildir.

- enerji təhlükəsizliyi;



Enerji təhlükəsizliyinə olan təhdidlər müxtəlif olurlar. Təhdid dedikdə xarici və daxili amillər səbəbindən istehlakçıların dayanıqlı enerji təminatına mane olan və enerji sisteminə təsir edən potensial və real təhlükələr başa düşülür.

Tarixi ədalətsizlik nəticəsində, Azərbaycanın əsas ərazisindən təcrid olunmuş Naxçıvan Muxtar Respublikası üçün əsas problemlərdən biri regionun enerji təhlükəsizliyinin təmin edilməsidir. Bu problem 1988-ci ildə Ermənistan Respublikasının Azərbaycana qarşı başladığı işğalçı müharibədən sonra xüsusi aktuallıq kəsb etməyə başladı. Muxtar Respublikaya İran İslam Respublikasından keçməklə təbii qaz yanaçağının verilməsi bərpa olunduqdan və regionda bir neçə elektrik stansiyasının tikilməsindən sonra, demək olar ki, taktiki baxımdan regionun ererji təhlükəsizliyi təmin edildi.

Lakin Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyi məsələlərinin hərtərəfli həlli strateji istiqamətlərdən biridir.

Enerjinin istehsalına çəkilən xərclər onun maya dəyəri ilə xarakterizə edilir. Maya dəyərinin əsas təşkiledicisi isə onun yanaçaq hissəsidir. Başqa sözlə enerjinin istehsalına xüsusi yanacaq sərfini azaltmaqla enerji sisteminin texniki-iqtisadi effektivliyinə nail olmaq olar. Bu baxımdan enerji sistemi üzrə xüsusi yanacaq sərfinin azaldılması elmi-nəzəri və praktiki baxımdan aktuallıq kəsb edir. Təhlillər göstərir ki, enerjinin istehasında yanacağın xüsusi sərfinin azaldılması həmişə aktual olmuşdur. Bu baxımdan da Muxtar Respublikada innovasiya texnologiyalarını tətbiq etməklə alternativ enerjinin imkanları hesabına istilik və elektrik enerjisinin istehsalı praktiki baxımdan aktual olaraq qalır. Problemə bu pizmadan yanaşma, eyni zamanda ekoloji baxımdan da effektli və aktualdır.

Alternativ və bərpa olunan enerji mənbələrinin hesabına istilik və elektrik enerjisinin istehsalı bütün dünya ölkələri ücün aktualdır və ona görə də bu problemə bir cox tədqiqatlarda baxılıb. Müxtəlif səbəblərdən bu problemə Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında geniş və sistemli olaraq, demək olar ki, çox az baxılıb, yaxud baxılmayıb.

Problemin aktuallığı nəzərə alınaraq Respulıkamızda bu sahəyə xüsusi diqqət verilir və bu məqsədilə 2009-cu ildə xüsusi dövlət təşkilatı “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” yaradıldı və ölkəmizdə külək, günəş, biokütlə və geotermal enerjisinin istehsalı imkanlarının öyrənilməsi və ondan istifadəsi tapşırığı qoyuldu.

Dissertasiya işi “Elektrotexniki sistemlər və komplekslər” ixtisasının aşağıda göstərilən tədqiqat oblastlarının qovşağında yerinə yetirilmişdir:

-ölkənin yanacaq-energetika kompleksinin, dövlətin və regionun, şəhərin energetikasının inkişaf problemlərinin fundamental və tətbiqi sistemli tədqiqi;

-energetika sistemləri və komplekslərində enerjinin cevrilmələrinin yeni texnologiyalarının və qeyri ənənəvi eneryi mənbələrinin tədqiqi və işlənilməsi.

Dissertasiya işinin obyekti və predmeti:Dissertasiya işinin obyekti Naxçıvan Muxtar Respublikasının (NMR) enerji sisteminin effektivliyinin təhlil edilməsidir. Tədqiqatın predmeti isə NMR-in bərpaolunan enerji resurslarının kompleks qiymətləndirilməsi və enerji təhlükəsizliyində ondan səmərəli isfifadənin tədqiqidir.

Dissertasiya işinin məqsədi və tapşırıqları: Naxçıvan Muxtar Respublikasının enerji sisteminin effektivliyinin artırılması məqsədiləinnovasiya texnologiyalarından istifadə etməklə regionun alternativ və bərpa olunan enerji resursları qiymətləndirilməsinin kompleks öyrənilməsi və dövlət planlaşdırma təşkilatları üçün elmi-əsaslandırılmış tövsiyələrin işlənməsidir.

Dissertasiya işində yerinə yetirilən əsas tapşırıqlar:

- İnnovasiyanın nəzəri-metodoloji problemlərinin təhlil edilməsi;

- Naxçıvan Muxtar Respublikasının enerji sisteminin və onun enerji təhlükəsizliyinin mövcud vəziyyətnini təhlil edilməsi;

- Naxçıvan Muxtar Respublikasının alternativ və bərpa olunan enerji mənbələri kompleks şəkildə öyrənilməsi və onun hesabına elektrik və istilik enerjisinin istehsalı üzrə əsas istiqamətlərin təhlil edilməsi;

- Azərbaycan Respublikasında və o cümlədən Muxtar Respublikada kicik energetikanın inkişafı ücün tövsiyələrin işlənilməsi;

- Azərbaycan Respublikasında və o cümlədən Muxtar Respublikada “2020- 2030-ci illər ücün Naxçıvan Muxtar Respublikasının alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması” ücün stimul-laşdırıcı tədbirlərin işlənməsi.



Tədqiqatın elmi-informasiya bazası:

Dissertasiya işi Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometerologiya Idarəsinin 2001-2017-ci illər üzrə müşahidə göstəriciləri və Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin statik göstəricilərinin, Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyinin,Azərbaycan Respublikasının iqlimi haqqında çoxillik meteroloji məlumatların (elmi-praktiki sorğularda nəşr olunan) müqayisəli təhlili əsasında işlənilməsi planlaşdırılıb.



Dissertasiyanın elmi yeniliyi:

- Naxçıvan Muxtar Respublikasının enerji sisteminin və onun enerji təhlükəsizliyinin mövcud vəziyyətinin təhlili nəticəsində müəyyən edilmişdir ki, regionun enerji təhlükəsizliyi taktiki baxımdan həll edilsə də strateji baxımdan regionun enerji təhlükəsizliyinə təhdidlər və bu sahədə risklər qiymətləndirmişdir;

- energetika sahəsində innovasiya texnologiyalatının tətbiqinə mane olan amillər və onun inkişafının əsas istiqamətləri müəyyən edilmiş və “Yaşıl taarif” siyasətinin tətbiqi əsaslandırılmışdır;

- Naxçıvan Muxtar Respublikasında alternativ və bərpa olunan enerji mənbələri kompleks şəkildə qiymətləndirilmiş və yeni nəticələr alınmışdır. İsbat olunmuşdur ki, alternativ və bərpa olunan enerji mənbələri və onun hesabına elektrik və istilik enerjisinin istehsalı, ümumilikdə enerji sisteminin iqtisadi və sosial effektivliyinin armasında həlledici təsirə malikdir;

- Energetik sistemin idarəolunmasında innovativ idarəetmənin və bu sahədə Muxtar Respublikada kadr hazırlığının aparılması üçün tövsiyələr işlənmişdir;

- Naxçıvan Muxtar Respublikada kicik energetikanın, o cümlədən fərdi və mini energetikanın inkişafının perspektivləri qiymətləndirilmiş və bu sahənin inkişafı ücün “ENERJİLİZİNQ” şirkətinin yaradılması əsaslandırılmışdır.



Tədqiqatın elmi-praktiki əhəmiyyəti: Dissertasiya işində əldə edilmiş əsas elmi nəticələr Naxçıvan Muxtar Respublikasının energetika sistemin perspektiv inkişaf planının hazırlanmasında, həmçinin kiçik və orta sahibkarlıq müəssisələrinin bərpaolunan enerjiyə əsaslanan modern enerji təminatı sisteminin planlaşdırılmasında istifadə oluna bilər.

Dissertasiya işinin əsas nəticələri praktikada istifadə edilmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Energetika üzrə Dövlət Agentliyinə, həmçinin “LƏZZƏT” MMC-yə təqdim olunub.
Yüklə 21,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə