Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır



Yüklə 264,09 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix25.06.2018
ölçüsü264,09 Kb.
#51083
1   2   3   4   5   6   7   8   9
    Bu səhifədəki naviqasiya:
  • Ünvan

 

Vüqar Babayev – 



Naxçıvan  Muxtar  Respublikası  Dini 

Qurumlarla İş üzrə İdarəsinin rəisi 

2.  Bu  Sərəncamın  1-ci  hissəsi  ilə  yaradılmış  Təşkilat 

Komitəsi Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyəti-

nin  paytaxtı  elan  olunması  ilə  bağlı  tədbirlər  planını  üç  ay 

müddətində  hazırlayıb  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabi

netinə təqdim etsin. 



3.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərən-

cam


dan irəli gələn məsələləri həll etsin. 

 

İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 2 iyun 2016-cı il 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 



 

 

Tərtibçidən 

 

Qədim  mədəniyyət  mərkəzlərindən  biri  olan  Azərbaycan 



bütün dövrlərdə dünyanın diqqətində olub. Müxtəlif mədəniyyət-

lərin,  dünaygörüşlərinin  vəhdət  təşkil  etdiyi  ölkəmizdə  İslam 

mədəniyyətinin  xüsusi  yeri  var.  Azərbaycanda  bir  sıra  şəhərlər, 

eləcə də t

arixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri 

olan 


Naxçıvan  bütün  böyük  keçmişi  ərzində  İslam  mədəniyyə-

tinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında 

ö

zünəməxsus  rol  oynayıb.  Təsadüfi  deyil  ki,  İslam  Əməkdaşlıq 



Təşkilatına  üzv  dövlətlərin  mədəniyyət  nazirlərinin  VI  konfran-

sında 2018-ci ildə Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı 

elan olunm

uş,  həmçinin  Azərbaycanın  “Gənclər  Paytaxtı”  seçil-

mişdir. 

Təqdim olunan vəsaitdə Naxçıvan şəhərinin “İslam mədəniy-

yətinin  paytaxtı”  elan  edilməsi  ilə  əlaqədar  kitabxanalarda 

keçiriləcək tədbirlərə dair metodik tövsiyələr, görkəmli şəxslərin 

Naxçıvan  haqqında  qiymətli  fikirləri,  tədbirlərin  təşkili  zamanı 

istifadə  olunmaq  məqsədilə  müxtəlif  dillərdə  tövsiyə  ədəbiyyat 

siyahısı verilmişdir. 

Nəşrlə  bağlı  rəy  və  təkliflərini  Milli  Kitabxanaya  göndərən 

şəxslərə əvvəlcədən minnətdarlığımızı bildiririk. 

 

Ünvan: AZ-

1000 Bakı ş., Хaqani küç. 57 

Е-mail: metodik@anl.az 

 

 

 

 

 



 

 



 

Naxçıvan 2018-ci il  

İslam mədəniyyətinin paytaxtıdır 

 

Naxçıvan  Azərbaycan  xalqının  qədim 

tarixini  əks  etdirən  müqəddəs  bir 

torpaqdır. 

Heydər Əliyev, 

Azərbaycan xalqının ümummilli lideri 

 

Qədim  Azərbaycan  torpağı  olan  Naxçıvan  Yer  kürəsində 



həyatın  başlandığı  ilk  insan  məskənlərindən  biridir.  Beş  min  il 

bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması Azər-

bay

canın  bu  qədim  torpağında  sivilizasiyanın  inkişafının  ən 



mühüm  göstəricisi  hesab  olunur.  Azərbaycan  xalqı  bu  diyarda 

zəngin  mədəniyyət  yaratmış,  qədim  filosof  və  mütəfəkkirlər 

Naxçıvanı  təkcə  Şərqin  deyil,  həm  də  Qərbin  Günəşi  adlandır-

mışlar. 


Naxçıvan  Muxtar  Respublikasının  ərazisi  5,5  min  kvadrat 

kilometr,  əhalisi  450  min  nəfərdir  (1  iyun  2017).  Naxçıvan 

Muxtar  Respublikası  paytaxt  Naxçıvan  şəhərindən  və  7  inzibati 

rayondan  təşkil  olunub:  5  şəhəri,  8  qəsəbəsi,  207  kəndi  vardır. 

Naxçıvan  Muxtar  Respublikasının  sərhədi  Türkiyə  Respublikası 

ilə 14 kilometr, İran İslam Respublikası ilə 204 kilometr, Ermə-

nis

tanla 246 kilometr təşkil edir. 



Naxçıvan  diyarı  tarixən  özünün  görkəmli  yetirmələri  ilə 

tanınmışdır

. Naxçıvan torpağının ölkəmizə bəxş etdiyi ümummil-

li lider Heydər Əliyev dünyada böyük şöhrət qazanmış görkəmli 

dövlət  xadimi  kimi  müstəqil  Azərbaycanı  yaratmış,  dövlət 

müstəqilliyimizin banisi olmuş, böyük inkişafın mühüm təməllə-

ri

nin  əsasını  qoymuşdur.  Naxçıvan  hərb  tarixində  qüdrətli 



sərkərdələr  kimi  tanınmış  Ehsan  xan  Naxçıvanski,  Hüseyn  xan 


 

Nax



çıvanski,  Cəfərqulu  xan  və  Cəmşid  xan Naxçıvanskilərin 

vətənidir. 

Azərbaycanın  ədəbiyyat, 

mədəniyyət  və  incəsənət 

tarixində 

də  Naxçıvanın  əhəmiyyətli  yeri  vardır.  Belə  ki,  Naxçıvanda 

yaşayıb-yaratmış  Şərq  memarlıq  məktəbinin  banisi  Əcəmi 

Əbubəkr  oğlu  Naxçıvaninin  məşhur  Möminəxatun  məqbərəsi 

özü

nün  sənət  dəyərinə  görə  Nizami  Gəncəvinin  məşhur 



“Xəmsə”si ilə müqayisə olunur. 

1883-


cü ildən fəaliyyət göstərən 

Naxçıvan  teatrı  Azərbaycan  teatr  mədəniyyətinə  böyük  töhfələr 

vermişdir.  Şərqdə  ilk  akademiyanı  və  rəsədxananı  yaratmış 

Nəsirəddin Tusi,

 

qüdrətli yazıçı və ictimai xadim Cəlil Məmməd-



quluzadə, Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz 

Kəngərli, ilk tarixi romanların müəllifi Məmməd Səid Ordubadi, 

böyük maarifçi və ədib Məhəmməd Tağı Sidqi, romantizm ədəbi 

cərəyanının  əsasını  qoymuş  Hüseyn  Cavid,  dünyaca  məşhur 

kimyaçı alim, akademik Yusif Məmmədəliyev, 

görkəmli 

publisist 

Məhəmməd  ağa  Şahtaxtlı,  Xalq  şairi  Məmməd  Araz,  Xalq 

yazıçısı  Hüseyn  İbrahimov  bu  diyarın  yetirmələridir. 

Qüdrətli 

sənətkarlar  olan  Cəlil  Məmmədquluzadənin,  Hüseyn Cavidin, 

Məmməd  Səid  Ordubadinin,  akademik  Yusif  Məmmədəliyevin 

ev  muzeyləri,  ədəbiyyat,  tarix  və  xalça  muzeyləri  Naxçıvanın 

mədəni həyatında mühüm yer tutur.

 

Bu  gün  Naxçıvan  Muxtar  Respublikası  Azərbaycanın  əsas 



elm,  təhsil  və  ictimai  fikir  mərkəzlərindən  biridir.  Azərbaycan 

Milli  Elmlər  Akademiyasının

 

prezidentləri,  görkəmli 



kimyaçı 

alim  Yusif  Məmmədəliyev, 

yarımkeçiricilər  fizikası  məktəbinin 

yaradıcısı  Həsən  Abdullayev,  məşhur  riyaziyyatçı  Fərəməz 

Maqsudov, informatika-rad

iasiya  üzrə  qəbul  olunmuş  elm 

xadimi, professor 

Mahmud  Kərimov,  akademik  Məmməd  Cəfər 

Cəfərov,  professor Abbas Zamanov, Azərbaycan  Milli  Elmlər 

Akademiyasının

 

vitse-


prezidenti,  akademik  İsa  Həbibbəyli, 

akademik  Teymur  Kərimli  və  onlarla  başqa  görkəmli  elm 

xadimləri Azərbaycan elminə, təhsilinə, ictimai fikrinin inkişafına 

yeni səhifələr yazmışlar. 




Yüklə 264,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə