Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır



Yüklə 264,09 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix25.06.2018
ölçüsü264,09 Kb.
#51083
1   2   3   4   5   6   7   8   9

 

Naxçıvanda hələ orta əsrlərdə universitet funksiyasını yerinə 



yeti

rən ali mədrəsələr mövcud olmuş, 1830-cu ildə isə ilk dünyə-

vi  məktəb  yaradılmışdır.  Bu gün Naxçıvan  Dövlət  Universiteti 

nümunəvi  kampusuna,  nailiyyətlərinə  və  ərazisinin  genişliyinə 

görə  “Azərbaycanın  Oksfordu”  kimi  tanınır.  Azərbaycan  Milli 

Elmlər Akademiyasının Naxçıvan Bölməsi fəaliyyət göstərdiyi 15 

il  ərzində  ölkəmizin  mühüm  elmi  mərkəzlərindən  birinə  çevril-

mişdir. 


Naxçıvanda  olan  qədim  yaşayış  yerləri,  şəhərlər,  möhtəşəm 

qalalar,  xatirə  memarlığının  ən  mükəmməl  nümunələri  olan 

türbələr qədim və orta əsrlər 

vrünə aid mədəniyyət nümunələri, 



və təkrarsız təbiət abidələridir. İslam dini qəbul olunana qədərki 

mədəniyyətin  nümunələri  kimi  neolit, eneolit, Kür-Araz  və 

Boyalı qablar mədəniyyətinin nadir incilərini, Gəmiqaya abidələ-

rini 


də  qeyd etmək  olar.  653-cü  ildən  sonra  isə  bu  mədəniyyət 

İslam mədəniyyəti ilə vəhdətdə inkişaf etməyə başlamışdır. İslam 

dininin  qəbulundan  sonra  Naxçıvan  memarları  islam  memarlıq 

ənənələrindən  də  bəhrələnmiş,  bir-birindən  dəyərli  türk-islam 

mədəniyyəti  nümunələri  ilə  tarix  və  mədəniyyətimizi daha da 

zənginləşdirmişlər. 

Belə abidələrdən biri Naxçıvan memarlıq məktəbinin banisi 

Əcəmi  Naxçıvani  tərəfindən  Naxçıvan  şəhərinin  cənub-şərq 

tərəfində 1162-ci ildə inşa edilən Yusif Küseyiroğlu türbəsidir. El 

arasında “Atababa günbəzi” kimi də tanınan abidə yeraltı sərda-

bədən və yerüstü türbədən ibarətdir. Naxçıvanın türk-islam mədə-

niy


yətinin  ən  dəyərli  nümunələrindən  olan  Yusif  Küseyroğlu 

türbəsində məqbərənin qurşağında Qurani-Kərimin “Al-i İmran” 

surəsindən  15-17-ci  ayələr,  tağı  üzərində  isə  “Bənna  Əcəmi 

Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılmışdır. 

XII əsrdə böyük memar Ə.Ə.Naxçıvaninin Atabəy Eldənizin 

xanımı Möminə xatının şərəfinə ucaltdığı türbə isə Şərq memar-

lığı tarixində qızıl səhifədir. Möminə xatın türbəsi türk-islam alə-

min


də qadına verilən dəyərin ifadəsidir. Diqqətçəkən abidələrdən 

digəri XII əsrdə Culfa yaxınlığında ucaldılan Gülüstan türbəsidir. 




10 

 

Əcəmi ənənələrini davam etdirən bu nadir sənət incisi naxış kom-



po

zisiyasının kamilliyi, özünəməxsusluğu ilə bütöv bir sənətkar-

lıq  məktəbindən  xəbər  verir.  Tünd  qırmızı  tufdan  inşa  edilən, 

abidə  sərdabə  və  türbədən  ibarət  Gülüstan  türbəsi  mənbələrdə 

bəzən “Kəsik günbəz” kimi də qeyd edilir. 

Naxçıvan şəhərinin yaxınlığında yerləşən və Qurani-Kərimdə 

adı  çəkilən  Əshabi-Kəhf  Ziyarətgahı  Dini-Mədəni  Abidə  Kom-

plek


si kimi xüsusi əhəmiyyət kəsb edir. Bu yer yüz illər boyunca 

dini inanc məkanı kimi tanınmışdır. 

Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  hələ 

Sovet hakimiyyəti illərində xalqımızın dininə, inanclarına hörmət 

bəsləmiş  və  müqəddəs  yerlərə  qayğı  göstərmişdir.  Bu  qayğı, 

müstəqillik dövrümüzdə də davam etmişdir. Ulu öndərin 1998-ci 

ildə  Əshabi-Kəhfin  abadlaşdırılması  və  bərpa  edilməsi  barədə 

gös


təriş verməsi, xalqımızın dininə və tarixinə göstərilən qayğı-

nın  bariz  nümunəsidir.  Bu  gün  Əshabi-Kəhf  tarixi  abidəsi  və 

ziyarətgahı yenidən qurulmuş, burada məscid tikilmiş, yol çəkil-

miş, zəvvarlar üçün hər cür şərait yaradılmışdır. 

Orta əsrlər Azərbaycan tarixinin əvəzsiz yadigarı olan Qara-

ba

ğlar  Türbə  Kompleksi  Kəngərli  rayonunun  Qarabağlar 



kəndində yerləşir. Bir türbə və qoşa minarəli baştağdan ibarətdir. 

Qoşa  minarəli  baştağın  üzərindəki  kitabənin  mətnindən  aydın 

olur ki, bu kompleksin tikilməsini Cahan Quti xatın əmr etmişdir.  

Müsəlmanların  ibadət  və  təhsil  yerləri  kimi  yaranan  dini 

ocaqlardan  biri  də  Naxçıvan  şəhər  Came  məscididir.  İslamın 

əvvəllərindən  mövcud  olan  və  XVIII  əsrdə  Məhəmməd  Təqi 

tərəfindən  təmir  olunan,  xalq  arasında  “Şəhər  məscidi”  kimi 

tanınan Came məscidi sovet hakimiyyəti illərində, ateizm təbliğa-

tına  geniş  rəvac  verildiyi  bir  dövrdə  Naхçıvanda  fəaliyyət 

göstərən  yeganə  məscid  olub.  Ordubad  Came  və  Qırx  kimsənə 

məscidləri, Babək rayonunun Cəhri kəndindəki Cilovxanlı məsci-

di  də  sovet  hakimiyyətindən  əvvəlki  dövrlərdə  bölgənin  sosial-

siyasi  və  ideoloji  həyatında  mühüm  rol  oynamışdır.  Müstəqillik 

dövründə Heydər məscidi, Nehrəm kənd məscidi, Şərur məscidi, 




11 

 

Əbrəqunus və Naxçıvan şəhərində tikilən yeni məscid kompleksi 



islami dəyərlərə olan bağlılığı nümayiş etdirir. 

Naxçıvanın  türk-islam  mədəniyyəti  abidələri  içərisində  orta 

əsr Azərbaycan memarlığının nadir nümunələrindən sayılan buz-

xana


ların  da  xüsusi  yeri  vardır.  Özünəməxsus  memarlıq 

xüsusiyyətləri ilə seçilən belə abidələrdən biri Naxçıvan şəhərinin 

cənub  tərəfində,  İmamzadə  kompleksinin  yaxınlığında  yerləşən 

XII-


XIV əsrlərə aid buzxanadır. Bununla yanaşı, XIV əsr abidəsi 

olan  Ordubad  şəhər  buzxanası  və  tarixi  XIX  əsrə  aid  edilən 

Cəlilkənd  buzxanası  qədim  dövrlərdə  havaların  isti  vaxtlarında 

əhalinin  buza  olan  tələbatını  ödəmişdir.  Zaman  keçdikcə  güclü 

aşınmaya məruz qalmış buzxana kompleksləri bərpa olunmuşdur. 

Naxçıvan Muxtar Respublikası ərazisində inşa olunmuş türk-

islam mədəniyyəti abidələrinə mülki tikililər, o cümlədən saraylar 

da daxildir. Belə saraylardan biri Naxçıvan xanlarının yaşayış evi 

– 

Xan  Sarayıdır.  Sarayı  XVIII  əsrin  sonlarında  Naxçıvan  xanı, 



görkəmli dövlət xadimi Kəlbəli xan Kəngərli tikdirmişdir. 

VII əsrdən sonra Naxçıvan ərazisində müxtəlif sufi təriqətlə-

rinə  mənsub  mərkəzlər, o  cümlədən  zaviyələr, həmçinin  savadlı 

kadrlara  olan  tələbatı  ödəmək  məqsədi  ilə  mədrəsə  binaları  da 

inşa  olunmuşdur.  Zaviyələr  həm  ibadət  və  zikr  yerləri,  həm  də 

təhsil mərkəzləri olduğundan zaviyə-mədrəsə binaları da tikilirdi. 

Naxçıvanda  xüsusi  memarlıq  üslubunda  inşa  edilən  Naxçıvanın 

türk-


islam  mədəniyyəti  nümunələri  sırasında  özünəməxsus 

memarlıq  xüsusiyyətlərinə  malik  olan  zaviyə-mədrəsə  binası 

xüsusi yer tutur. 

Naxçıvan  ərazisində  orta  əsrlər  zamanı  yaradılan  dini-

memar

lıq  abidələri  sırasında  xanəgah  kompleksləri  də  mühüm 



əhəmiyyətə malikdir. Belə komplekslərdən biri memarlıq qurulu-

şuna görə XII əsrə aid edilən Xanəgah Memarlıq Kompleksidir. 

Xanəgah  Memarlıq  Kompleksi  Culfa  rayonunun  Xanəgah 

kəndindən  şimаl-şərq  tərəfdə  Əmir  Teymura  qarşı  müqavimətin 

əsas  istinadgahı  olan  Əlincəqalanın  yaxınlığında  yеrləşir. 

Kоmplеks türbə, məscid və digər tikililərdən ibarətdir.  




Yüklə 264,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə