Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır



Yüklə 264,09 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix25.06.2018
ölçüsü264,09 Kb.
#51083
1   2   3   4   5   6   7   8   9

12 

 

Türk-



islam  mədəniyyəti  abidələrinin  özünəməxsus  nümunə-

lərindən  biri  də  hamamlardır.  Naxçıvan  şəhərinin  mərkəzində 

yerləşən  Şərq  hamamı  XVIII  əsrdə  Şərq  memarlığı  üslubunda 

inşa  edilib.  Şərur  rayonundakı  XVIII  əsrə  aid  edilən  Yengicə 

hamamı, eyni zamanda, XVIII-XIX əsr Ordubad hamamı əhalinin 

həyatında mühüm rol oynamış, yuyunma, paklanma yeri olmaqla 

bərabər,  həm  də  insanların  görüş,  söhbət,  istirahət  və  müalicə 

məkanına çevrilmişdir. 

Məşhur Batabat yaylağı, füsunkar Ordubad dağları, Arpaçay 

vadisi Naxçıvanın turizm baxımından da böyük imkanlara malik 

olduğunu  göstərir.  Naxçıvan  şəhərindəki  5  ulduzlu  “Təbriz”  və 

“Duzdağ”  hotelləri  və  digər  mehmanxanalar xarici qonaqlara 

Avropa  standartları  səviyyəsində  xidmət  göstərmək  imkanlarına 

malikdir. Bronxial astma və allergiya xəstəliklərini təbii üsullarla 

müalicə  edən  Duzdağ  xəstəxanasının  dünyada  analoqu  yoxdur. 

Naxçıvan Duz muzeyi dünyanın nadir muzeylərindən biridir.

 

Muxtar  respublikada  tarixi  abidələrin  tədqiqi  və  beynəlxalq 



miqyasda  təbliği  istiqamətində  həyata  keçirilən  ardıcıl  tədbirlər 

də artıq öz bəhrəsini verir. Alimlərimizin xarici ölkələrin aparıcı 

elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, 

arxeologiyasına,  etnoqrafiyasına  və  folkloruna  dair  tədqiqatlar 

aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzu-

lar


da  kitab,  monoqrafiya,  dərslik  və  elmi  məqalələrin  nəşr  edil-

məsinə  əsaslı  təkan  vermiş,  beş  minillik  tarixə  malik  Naxçıvan 

şəhər  mədəniyyəti  tədqiqat  mövzusuna  çevrilmişdir.  Aparılan 

tədqiqatların nəticəsi və elmi sübutu olaraq nəşr olunan minlərlə 

kitab və ensiklopediyalar da Naxçıvan tarixi ilə yanaşı, həm də bu 

qədim  diyardakı  abidələrin  öyrənilməsi  baxımından  mühüm 

əhəmiyyətə  malikdir.  Xüsusilə,  Azərbaycan  və  ingilis  dillərində 

nəşr  olunan  “Naxçıvan  abidələri  ensiklopediyası”,  “Naxçıvan: 

türk-

islam  mədəniyyəti  abidələri”  kitabları  Naxçıvandakı  türk-



islam  mədəniyyəti  abidələri  haqqında  dolğun  məlumat  verən 

dəyərli elmi ədəbiyyatdır. 




13 

 

Naxçıvan  Muxtar  Respublikası  bütün  sahələr  üzrə  böyük 



sürətlə  inkişaf  edərək,  sözün  əsl  mənasında,  intibah  mərhələsi 

səviyyəsinə  yüksəlmişdir.  Regionda  müasir  sənaye  mərkəzləri 

yaradılmış,  aqrar  sektorun  yüksək  inkişafı  təmin  edilmişdir. 

Naxçıvanın 2018-ci ilin Gənclər Paytaxtı seçilməsi burada insan 

resurslarının  sürətli  artımı  ilə  bərabər,  həm  də  ölkəmizin  yeni 

nəsillərinin  inkişafına  yaradılan  geniş  imkanları  da  nümayiş 

etdirir.  Naxçıvan  Muxtar  Respublikasının  2017-ci ilin mühüm 

iqtisadi göstəricilərinə görə Azərbaycan Respublikasının region-

ları  arasında  birincilik  qazanması  burada  illərdən  bəri  aparılan 

ardıcıl quruculuq proseslərinin qanunauyğun məntiqi nəticəsidir. 

Bütün  bunlar  nəzərə  alınaraq  Naxçıvanın  2018-ci  ilin  Gənclər 

Paytaxtı  seçilməsi  burada  insan  resurslarının  sürətli  artımı  ilə 

bərabər, həm də ölkəmizin yeni nəsillərinin inkişafına yaradılan 

geniş  imkanları  da  nümayiş  etdirir.  Eyni  zamanda  İslam  Ölkə-

lərinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) təklifi 

ilə  İslam  Əməkdaşlıq  Təşkilatına  üzv  dövlətlərin  mədəniyyət 

nazir

lərinin  2009-cu  ilin  oktyabrında  Bakı  şəhərində  keçirilmiş 



altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-

ci 


il  üçün  İslam  mədəniyyətinin  paytaxtı  elan  edilmişdir.  Azər-

bay


can Respublikası Prezidenti cənab İlham Əliyev 2016-cı il 2 

iyun tarixində “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədə-

niy

yətinin  paytaxtı  elan  edilməsi  ilə  əlaqədar  Təşkilat 



Komitəsinin yaradılması haqqında” sərəncam imzalamışdır. 

Təşkilat  Komitəsinin  Tədbirlər  Planına  əsasən  Naxçıvan 

Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar 

Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” rəsmi internet 

səhifəsi yaradılmışdır. “İslam mədəniyyətinin paytaxtı Naxçıvan 

– 

2018”  loqotipinin  təqdimatı  olmuş,  Naxçıvan  şəhərinin  İslam 



mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suve-

nir


lər,  zərf  və  poçt  markaları,  kitablar  hazırlanmışdır.  “Naxçı-

vanın  türk-islam  mədəniyyəti  abidələri:  tarixdə  və  günümüzdə” 

beynəlxalq konfransı isə Naxçıvan Muxtar Respublikası ərazisin-



14 

 

dəki türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi və təbliğin-



də yeni mərhələnin əsasını qoymuşdur. 

Bu 


bir reallıqdır ki, bəşər sivilizasiyaları arasında İslam sivi-

li

zasiyasının daim xüsusi yeri olub. Ümumiyyətlə, İslamın geniş 



yayılmasını  təkcə  dini  etiqad  baxımından  izah  etmək  düzgün 

olmazdı.  İslamın  yayılması  həm  də  mədəni  ənənə  və  elmlə 

bağlıdır. 

D

ünyanın çox böyük coğrafi ərazisini əhatə edən İslam dün-



yasında  bu  gün  yüzlərlə  şəhər  mövcuddur.  Bu  şəhərlər  arasında 

əhalisinin sayına, infrastrukturuna görə diqqəti cəlb edənləri də az 

deyil. Lakin həmin şəhərlərin əksəriyyəti “İslam mədəniyyətinin 

paytaxtı” kimi şərəfli bir ada hələ də layiq görülməyib. Naxçıvan 

şəhəri  isə  tarixiliyi,  zəngin  mədəniyyəti  və  bütün  istiqamətlər 

üzrə  həyata  keçirilən  quruculuq  işləri  nəticəsində  “İslam  mədə-

niy

yətinin paytaxtı” adına layiq görülüb. 



Bu  da  həqiqətdir  ki,  İslamın  mədəni  göstəricilərindən  biri 

kitab mədəniyyətidir. Heç bir din haqqında bu qədər kitab yazıl-

ma

yıb.  İnanırıq  ki,  2018-ci  ildən  başlayaraq  İslam  dünyasında 



yazılacaq  kitablarda  Naxçıvanın  adı  daha  çox  qeyd  olunacaq. 

Çünki  tarixən  Yaxın  və  Orta  Şərqin  əzəmətli  şəhərlərindən  biri 

kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyəti-

nin  çoxəsrlik  nailiyyətlərinin  layiqincə  qorunub  yaşadılmasında 

özünəməxsus  rol  oynayıb.  Bu  ənənəni  İslam  mədəniyyətinin 

paytaxtı kimi daha böyük əzmlə davam etdirəcək. 

Naxçıvanın  İslam  mədəniyyətinin  və  gənclərin  paytaxtı 

olması həm də keçmişlə gələcək arasında sağlam körpü, nəsillər-

arası qırılmaz mənəvi bağlar deməkdir. Sağlam milli-mənəvi və 

dini  dəyərlər,  dövlətçilik  və  vətənpərvərlik  ideyaları  əsasında 

yetişən  gəncliyin  firavan  gələcəkdən  xəbər  verməsi  deməkdir. 

Hər iki status qoca Şərqin qapısı olan Naxçıvanın qədim tarixinin

özünəməxsus  mənəvi  dəyərlərinin,  füsünkar  təbiətinin,  müasir 

inkişaf  tarixinin  tanıdılması,  müasir  şəhərsalma  mədəniyyəti  və 

m

emarlıq  üslubuna  malik  olan  muxtar  respublikanın  turizm 



potensialının nümayişi baxımından yeni imkanlar yaradır.

 

 


Yüklə 264,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə