Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır



Yüklə 264,09 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix25.06.2018
ölçüsü264,09 Kb.
#51083
1   2   3   4   5   6   7   8   9

15 

 

 



 

Naxçıvan şəhərinin “İslam mədəniyyətinin  

paytaxtı” elan edilməsi ilə əlaqədar  

kitabxanalarda keçiriləcək tədbirlər 

 

Gündən-günə  gözəlləşən  Naxçıvan  şəhərinin  2018-ci  ildə 

İslam  mədəniyyətinin  paytaxtı  olması  muxtar  respublikamızın, 

ölkəmizin,  ümumilikdə  isə  İslam  dünyasının  mədəni  həyatında 

yaddaqalan bir hadisə, mədəniyyət aləmində beynəlxalq səviyyə-

də böyük irəliləyişlərin müjdəçisidir. 

Naxçıvanın tarixi, mədəniyyəti, elmi, təhsili, iqtisadiyyatı və 

İslam  dininin,  tarixi-mədəni  ənənələrin  formalaşması  haqda 

məlumatların geniş ictimaiyyətə çatdırılmasında bir sıra sahələrin 

mütəxəssisləri  kimi  kitabxanaçıların  da qarşısında  mühüm 

vəzifələr durur. Kitabxanalarda əvvəlcədən hazırlanmış tədbirlər 

planı  əsasında  il  ərzində  elektron  resurslar,  ənənəvi  və  virtual 

sərgilər,  kitab  sərgiləri,  yeni  kitabların  təqdimatı,  elmi-praktik 

konfranslar, mühazirə, maarifləndirici layihə və tədbirlərin keçi-

ril

məsi, Naxçıvanda olan tarixi və dini abidələri ziyarət, Naxçıvan 



haqqında  çəkilmiş  filmlərə  baxış,  silsilə  məqalələrin  dövri  nəşr-

lərdə dərc edilməsi, internet saytlarında yerləşdirilməsi, faktların, 

sənədlərin  video  görüntülər  vasitəsi  ilə  nümayiş  etdirilməsi, 

virtual  ekskursiyaların  təşkili,  məlumatlandırma  və  təbliğat 

xarak

terli  çap  məhsullarının  (buklet,  flayer,  təqvim  və  s.)  nəşri 



məqsədəuyğun olardı. Bir sözlə çap əsərlərindən və digər infor-

ma

siya daşıyıcılarından səmərəli istifadə edərək kompleks kitab-



xana-

informasiya, biblioqrafiya xidmətləri göstərmək, ənənəvi və 

elektron  xidmət  növlərindən  istifаdə  еtməklə  Naxçıvanın  tarixi, 

mədəniyyəti,  elmi,  “Naxçıvan  İslam  mədəniyyətinin  paytaxtı” 

olması və bu sahədə görülən işlər həm yerli, həm də beynəlxalq 

səviyyədə təbliğ olunmalıdır. 

İlk növbədə kitabxananın saytında Naxçıvan haqqında kitab-

xa

nanın  fondunda  olan  materiallar  əsasında  elektron  məlumat 




16 

 

bazasını hazırlamaqla daha çox əhalini, bütün dünyanı məlumat-

lan

dırmaq mümkündür. Elektron məlumat bazasında Naxçıvanın 



İslam  mədəniyyətinin  paytaxtı”  elan  edilməsi  və  Naxçıvan  haq-

qında mühüm tarixi hadisələri, faktları, rəsmi sənədləri müfəssəl 

şəkildə əks etdirmək faydalı olardı. 

Nümunə:  2018  –  Naxçıvan  İslam  Mədəniyyətinin 

Paytaxtıdır 

Ümumi məlumat 

 



Naxçıvanın tarixi 

 



Rəsmi sənədlər 

 



Naxçıvan və İslam Əməkdaşlıq Təşkilatı 

 



Görkəmli naxçıvanlılar 

Naxçıvanın mədəniyyəti 

 



Tarixi abidələr 

 



Mədəniyyət sərvətləri  

 



Turizm 

 



Milli mətbəx 

Naxçıvan haqqında nəşrlər 

 



kitablar 

 



məqalələr 

Fotoqalereya 

Videoqalereya 

Əhalinin daha çox hissəsinin sosial şəbəkələrdən fəal istifadə 

etdiyini nəzərə alsaq, kitabxanaçı da sosial şəbəkələrdə fəal olma-

lı,  Naxçıvanın  tarixi,  mədəniyyəti,  tarixi-memarlıq  abidələri, 

Nax

çıvanın və İslami dəyərlərin təbliği üçün keçirilən tədbirlərin 



foto şəkillərini, video çarxlarını yerləşdirməklə kitabxanaya daxil 

olmuş  yeni  kitablardan  informasiyalar  verməli  və  daha  çox 

insanları İslam mədəniyyətinin paytaxtı ilə tanış etməlidir. 

Bu gün kitabxanalarda 

istənilən  mövzu  üzrə  virtual kitab 

sərgilərinin hazırlanması çox aktualdır. 

Virtual  kitab  sərgiləri  canlı,  dinamik  və  rəngarəng  olduğu 

üçün özünə daha çox oxucu cəlb edə bilir. Virtual kitab sərgiləri-



17 

 

ni bir neçə tərtibatda təşkil etmək mümkündür. Buraya yalnız bir 



kitabın sərgisi, toplu halında olan kitabların sərgisi, səsli mətnlə-

rin və ya musiqinin müşayiəti ilə kitablar haqqında qısa annotasi-

ya

ların səsləndirilməsi və s. daxildir.  



Virtual kitab sərgiləri üçün ilk növbədə slaydlar hazırlanma-

lıdır. 


 

Titul slayd: sərginin başlığı; 



Nümunə:  “İslam  dünyasının  qədim  şəhəri  –  Naxçıvan” 

virtual kitab sərgisi 

 



Slayd 2: K

itabxananın adı;  

 

Slayd 3:  K



itabların  şəkilləri,  biblioqrafik  təsviri  və  qısa 

annotasiyaları ilə birgə nümayişi. 

Bu slaydda həmçinin dövri mətbuat bölməsi yaradıb qəzet və 

jurnallarda 

Naxçıvan və İslam mədəniyyəti ilə bağlı məqalələri də 

yerləşdirmək olar. 



Baxşəliyev,  V.  Naxçıvanın  tarixi  abidələri  /Vəli  Baxşəliyev, 

F.Quliyeva; elmi red. A.

Seyidov;  AMEA  Naxçıvan  bölməsi, 

Naxçıvan  Dövlət  Un-ti,  Naxçıvan  Un-ti.-  Bakı:  Nurlan,  2017.- 

212 s.: fotoşək., şək., 30 sm. 

 

Vəliyev,  S.İ.  Naxçıvanın  ziyalıları,  elm-sənət  fədailəri 



/S.İ.Vəliyev,  A.S.Axundov;  elmi red.  İ.Ə.Həbibbəyli.-  Naxçıvan: 

Ləman Nəşriyyat Poliqrafiya MMC, 2017.- 456 s. 

 

Cabbarlı,  Ə.  Heydər  Əliyev  və  Naxçıvan  tarixi  məsələləri 

/Ələkbər Cabbarlı.- Naxçıvan, 2015.- 232 s. 

 

Naxçıvan folkloru /Baş məsləhətçi V.Talıbov; red. və tərt. ed. 

M.Cəfərli,  R.Babayev.-  C.3:  Naxçıvan  folkloru  antologiyası.- 

Naxçıvan: [Əcəmi], 2012.- 549, [11] s.: fotoşək., xəritə, 25 sm. 

 

Hacıyev, İ. Naxçıvan qədim Şərq sivilizasiyaları ilə sıx bağlı 

olan  diyar  =  Нахчыван  пространство  слияния  древних  Вос-

точных цивилизаций = Nakhchivan a Land Closely Connected 


Yüklə 264,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə