Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır



Yüklə 264,09 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix25.06.2018
ölçüsü264,09 Kb.
#51083
1   2   3   4   5   6   7   8   9

22 

 

ki,  bu  hərəkətlərin  xüsusi  mənası  var,  sadəcə  onlar  tapmaqda 



çətinlik çəkirlər, aksiyanın təəccüblü hissəsi də elə budur. Kitab-

xa

naların  fəaliyyətində  fləşmoblar  ictimaiyyətin  diqqətini  kitab-



xanaya, 

əhali  arasında  mütaliə  vərdişlərinin  yayılması  və  geniş-

lənməsinə cəlb etmək üçün tətbiq edilir. Naxçıvanda da 2018-ci 

ilin həm Gənclər paytaxtı, həm də İslam Mədəniyyətinin paytaxtı 

seçilməsi  ilə  bağlı  gənc  oxucularla  birgə  flaşmob  təşkil  etmək 

olar. 


İştirakçılar şəhərin əhalinin gur olduğu bir yerində, (Naxçı-

va

nın  tarixi  abidələri,  muzeyləri,  turizm  məkanlarında)  qəfil  bir 



araya gələrək (Naxçıvanla bağlı foto-plakatlar və şüarlarla birgə) 

Naxçıvan və İslam dini, milli-mənəvi dəyərləri barədə, yeni çap 

edilmiş kitablar, qəzet və jurnallar, ekranlaşdırılmış filmlər barə-

də bir neçə dəqiqə məlumat verir, əhaliyə öncədən kitabxana tərə-

fin

dən  hazırlanmış  mövzu  üzrə  tövsiyə  ədəbiyyat  siyahılarını, 



bukletləri paylayır və gözlənilmədən eyni vaxtda dağılışırlar. Bu 

fləşmobu eyni vaxtda muxtar vilayətin bir neçə rayonunda müxtə-

lif tarixi məkanlarda təşkil etmək daha faydalı olardı. 

Buktreyler. Buktreyler – 

kitabın  içindəkiləri  vizuallaşdır-

maq

la  onun  ən  parlaq  və  tanınan  anlarını  özündə  əks  etdirən 



video  çarx  və  ya  kitabın  məzmunundan  bəhs  edən  qısametrajlı 

filmdir. 

Bu  cür  filmlərin  məqsədi  mütaliənin,  ictimaiyyət  üçün 

hər hansı bir aktual məsələnin təbliği, vizual vasitələrin köməyilə 

kitablara  diqqətin  cəlb  edilməsidir.  Belə  videoçarxlar  müasir 

kitab


larla yanaşı, klassikaya çevrilmiş kitablara da çəkilir. 3 dəqi-

qədən  artıq  olmayan  bu  “mini  film”i  peşəkar  kameraya  və  ya 

smart

fon telefonlara çəkmək olar. Müxtəlif proqramlardan istifa-



də etməklə təqdimat yaradılır, mətn, musiqi yazılır, montaj edilir. 

Belə çarxlar geniş yayılmış video hostinqlərdə və sosial şəbəkə-

lərdə  yerləşdirilir.  Buktreylerlərin  hazırlanması  üçün  kitabın 

seçil


məsi, janrın seçilməsi, süjet xəttinin seçilməsi, video forma-

tın  təyin  edilməsi,  buktreylerin  proqramda  yazılması  və  montajı 

zəruridir. Buktreyler bir qədər az xərc tələb edir və onları müstə-

qil  şəkildə  hazırlamaq  mümkündür.  Videoçarx  üçün  müəllifin 

özünəməxsus  olan  və  ya  internetdən  köçürülmüş  foto  və  video 



23 

 

materiallar, illüstrasiya və musiqi, reklam edilən kitabdan sitatlar, 



kitabın üz qabığı və xülasəsinin hərəkətli təsviri, çarxın ssenarisi 

tələb olunur. Naxçıvan – İslam mədəniyyətinin paytaxtı ili çərçi-

vəsində  Naxçıvanın  tarixi,  mədəniyyəti,  milli  mənəvi  dəyərləri, 

görkəmli elm və mədəniyyət xadimləri, sərkərdələri, adət-ənənə-

ləri,  milli  mətbəxi  və  s.  haqqında  kitabları  vizuallaşdırmaq  ma-

raq


lı və faydalı olardı. Bu məqsədlə kitabxanaçı Naxçıvan regio-

nu  üzrə  “İslam  dünyasının  qədim  şəhəri  Naxçıvan”  adlı 

buktreyler  festivalı  keçirə  bilər.  Festival  barədə  elan  hazırlayıb 

saytda,  sosial  şəbəkələrdə  oxucuları  məlumatlandırmaq  və  festi-

va

lın  şərtlərini  bildirmək  zəruridir.  Kitab  seçimində  kitabxanaçı 



oxuculara tövsiyələr verə bilər.  

Yaradıcı şəxslərlə görüş. Bu görüşə yazıçı və şairlər, rəssam 

və  heykəltəraşlar,  teatr  xadimləri,  musiqiçilərvə  digər  yaradıcı 

sənətkarlar dəvət oluna bilər. Belə görüşlər zamanı yazıçı və şair-

lər, kitab müəllifləri Naxçıvanla, İslami dəyərlərlə əlaqədar yeni 

kitabları  oxuculara  təqdim  edir,  dəvət  olunmuş  heykəltəraşlar 

kitabxananın  yerləşdiyi  ərazidə  mövcud  olan  abidələr,  yaratdığı 

heykəllər,  rəssamlar  isə  çəkdikləri  rəsmlər  barədə  söhbət  açır, 

kitabların  onların  həyatındakı  rolundan  bəhs  edirlər.  Görüşdə 

Naxçıvanla, Naxçıvanda İslam dini və mədəniyyəti ilə bağlı olan 

əyani vasitələr və eksponatlar, kitablar, dövri və ardı davam edən 

nəşrlər,  əl  işləri,  Naxçıvandakı  tarixi  abidələri  nümayiş  etdirən 

foto stend 

hazırlana  bilər.  Tədbirdə  rayon  ağsaqqalları,  dini 

icmaların  nümayəndələri,  həmçinin,  təhsil,  səhiyyə  və  mədəniy-

yət işçilərinin də iştirakı faydalı olardı. 

Kitabxanaçı  giriş  olaraq  Naxçıvan  və  İslam  mədəniyyətini 

birləşdirən  xalqımızın  zəngin  milli-mənəvi  dəyərləri,  həmin 

dəyərlərin xüsusilə gənclər arasında təbliğinin əhəmiyyəti, həmçi-

nin,  kitabxananın  bu  istiqamətdə  həyata  keçirdiyi  işlər  barədə 

məlumat  verməlidir.  Daha  sonra  qonaqlar  Naxçıvanın  tarixi  və 

mədəniyyəti,  İslam  dini,  onun  tarixi,  aşıladığı  müsbət  əxlaqi 

keyfiyyətlər, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı seçilməsi 




24 

 

ilə  bağlı  məlumatlar,  milli  və  dini  bayramlar  barədə  çıxış  edir, 



oxucuların təqdim etdiyi suallar cavablandırılır. 

Müsabiqə.  Kiçikyaşlı  oxucuların  təşəbbüskarlığına  stimul 

verən və onlara öz yaradıcılığını inkişaf etdirmək imkanı yaradan 

kütləvi  tədbir  formalarından  biri  də  müxtəlif  mövzularda  təşkil 

olunan müsabiqələrdir. Naxçıvan – İslam mədəniyyətinin pay-



tax

tı ili çərçivəsində ən çox kitab oxuyan oxucu, ən yaxşı rəsm, 

ən  yaxşı  inşa,  ən  yaxşı  şeir,  ən  yaxşı  əl  işi  nominasiyaları  üzrə 

müsabiqələr  həyata  keçirilə  bilər.  Müsabiqə  bir  neçə  mərhələdə 

təşkil edilir. Müsabiqə keçirilməzdən əvvəl onun məqsədi və şərt-

ləri,  istifadəçilərin  yaş  xüsusiyyətləri  və  imkanları  dəqiq  nəzərə 

alınmalıdır.  Bundan  sonra  iştirakçıların  siyahısı,  müsabiqənin 

keçi

rilmə müddəti, müsabiqənin mərhələləri və şərtləri müəyyən-



ləşdirilir. Müsabiqənin yekun nəticələrinin keçirilməsi üçün mün-

sif


lər heyəti təşkil edilir və münsiflər heyətinin tərkibinə müsabi-

qənin  mövzusuna  uyğun  sahənin  mütəxəssisləri,  mədəniyyət 

işçiləri,  kitabxana  rəhbərliyi,  digər  təşkilatların  təlim  və  tərbiyə 

işləri  üzrə  təmsilçiləri  seçilə  bilər.  Qaliblər  müəyyən  edildikdən 

sonra son mərhələdə qaliblərin mükafatlandırılması həyata keçiri-

lir.  Müsabiqə  təşkil  edilərkən  yaxşı  olardı  ki,  ərazidə  fəaliyyət 

göstərən məktəblər, müxtəlif yaradıcılıq dərnəkləri ilə əməkdaşlıq 

edilsin. 



“Naxçıvan İslam mədəniyyətinin incisi kimi”,“Naxçıvan 

və  İslam  fotolarda”,  “Naxçıvanın  dini  abidələri”,  “Naxçıvanın 

adət-ənənələri” və s. adlarda müsabiqələr keçirmək olar.  

Tədbir öncəsi iştirakla bağlı müvafiq qurumlara rəsmi dəvət-

na

mə göndərilməli, saytda elan yerləşdirilməlidir. Keçirilən təd-



bi

rin Kütləvi İnformasiya Vasitələri (KİV) tərəfindən işıqlandırıl-

ma

sı  üçün  isə  tədbir  haqqında  press-reliz  hazırlanaraq onlara 



təqdim edilməlidir. 

İnformasiya günü – Kitabxanaçılar öz saytlarında və sosial 

şəbəkələrdə  Naxçıvan  və  İslam  ənənələrinin  təbliği,  Naxçıvan, 

onun ta

rixi,  mədəniyyəti,  görkəmli  şəxsləri,  turizm  obyektləri 



haqda  məlumatların,  Naxçıvan  və  İslam  mədəniyyəti  haqqında 

yeni nəşr edilmiş kitab və məqalələrin geniş ictimaiyyət arasında 




Yüklə 264,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə