Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır



Yüklə 264,09 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix25.06.2018
ölçüsü264,09 Kb.
#51083
1   2   3   4   5   6   7   8   9

25 

 

məlumatlandırılması  məqsədilə  mütəmadi  olaraq  informasiya 



pay

laşmaq faydalı olardı. Sosial şəbəkələrdə və saytlarda verilən 

dəyərli  məlumatların  əsasən  “Yadda  saxlayın!”,  “Naxçıvan 

haqqında  bunları  bilirsinizmi?”,  “Unutmayın  ki,  Naxçıvan...” 

kimi  diqqət  çəkən  başlıqlar  altında  verilməsi  tövsiyə  olunur. 

Burada 

müxtəlif dillərdə mövcud olan sənədlərin elektron versi-



ya

ları, eləcə də audio kitablar, videoçarxlar, bir sözlə maarifləndi-

ri

ci  və  tövsiyə  xarakterli  resursların  yerləşdirilməsi  həm  dünya 



oxu

cuları,  həm  də  kitabxanaya  gəlmə  imkanı  olmayan  fiziki 

qüsurlu oxucular üçün 

də olduqca faydalı olacaqdır. 

 

 



26 

 

 



 

Görkəmli şəxslər Naxçıvan haqqında 

 

Naxçıvan  Azərbaycan  xalqının  tarixini  əks  etdirən  abidələri 

özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox 

dünya  miqyaslı  tarix-memarlıq  abidələri  yaşayıb  və  bu  gün  də 

yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm 

mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir. 

 

***


 

Naxçıvanın  qədim,  zəngin  tarixi  Azərbaycan  tarixinin  çox 

parlaq  səhifələrindəndir.  Bizim  əsas  məqsədimiz  Naxçıvanın 

tarixini 

hərtərəfli  öyrənmək,  tədqiq  etmək,  onları  elmi  və 

populyar  kitablarda  dərc  etmək,  təbliğat  materiallarında  istifadə 

etməkdir. 

Heydər Əliyev, 

Azərbaycan xalqının ümummilli lideri 

 

Çox  şadam  ki,  Naxçıvan  uğurla,  sürətlə  inkişaf  edir,  böyük 

quruculuq,  abadlıq  işləri  aparılır.  Son  illər  ərzində  Naxçıvan 

böyük inkişaf yolu keçmişdir... Hesab edirəm ki, bu gün Naxçı-

van  Muxtar  Respublikasının  çiçəklənmə  dövrüdür.  Çünki  bütün 

istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var. 



İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

 

Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, 

tiki

lilərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insan-



lar  abidələri  qoruyub  gələcək  nəsillərə  ötürməlidir.  Hər  birimiz 

tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, 

ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar. 

Vasif Talıbov, 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 



27 

 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ölkəmi-



zin tarixində və müasir inkişafında möhkəm yer tutan əsas mər-

kəzlərdən  biridir.  Bu  diyar  Azərbaycanda  insanların  ilkin  məs-

kunlaşma  zamanından  protoazərbaycanlıların  formalaşdıqları, 

türk-


oğuz qəbilə-tayfa birliklərinin yaranmasına qədərki ən qədim 

dövrlərdən  etibarən  həmişə  ulu  əcdadlarımızın  məskənlərindən 

biri  olmuşdur.  Bir  sıra  dünya  hadisələri  və  regional  proseslər 

Nax


çıvanın ilkin  sivilizasiyaların  əsas  mərkəzlərindən  biri  oldu-

ğunu sübut edir. 



İsa Həbibbəyli, 

akademik 

 

Son illərdə muxtar respublikada aparılan tikinti, quruculuq və 

abadlıq işləri nəticəsində Naxçıvan şəhəri, rayon mərkəzləri, qə-

səbə və kəndlər göz oxşayır, Şərq və Qərb memarlıq elementləri-

ni  özündə  birləşdirən  sosial  obyektlər,  inzibati  binalar,  yaşayış 

evləri diyara gözəllik verir, bu işi görənlərin əməyi yüksək qiy-

mətləndirilir... Xan sarayı, Zaviyyə mədrəsə binası, Came məsci-

di,  İmamzadə  kompleksi,  Buzxana,  “Naxçıvanqala”  Tarix-

Memar

lıq  Muzey  Kompleksi,  Xanəgah  Abidəsi  Kompleksi, 



Gülüs

tan türbəsi, Möminə Xatın və Yusif Küseyir oğlu türbələri, 

Xan

lıqlar  İmamzadəsi  və  onlarca  tarix  və  mədəniyyət  abidəsi 



bərpa olunmuş, 1200-dən artıq abidə qeydə alınmış, pasportlaşdı-

rılmış və onlar üzərində tədqiqatlar aparılır. Bu gün Naxçıvanda 

tarixi-

memarlıq  abidələrində  Şərq  elementləri  ilə  müasirlik 



qovuşur, bu elementlər isə şəhərə xüsusi yaraşıq verir, onu daha 

da gözəlləşdirir. 



İsmayıl Hacıyev, 

akademik 

 

Sinəmdə o yerin dağ havasıdır,  

Qaynar bulaqları qaynar qanımda.  

Mənim ürəyimin bir parçasıdır  

Doğma Şahbuzum da, Naxçıvanım da.  

Məmməd Araz, 

Xalq şairi 



28 

 

Naxçıvanın yolları torpağın köksündə uzanıb gedir. Dağların 



qoynunda qıvrılır, düzənlərdən təpələrə tərəf yüksəlir, kəndlərin, 

şəhərlərin başına dolanır. 



 

*** 

...Xalq  etimologiyasına  əsasən,  Naxçıvan  toponimi  “Nuh 

yurdu”,  Naxçıvan  deməkdir.  Rəvayətə  görə,  Nuh  Peyğəmbərin 

gəmisi tufandan sonra bu əraziyə yan alıb. Bununla bağlı dünya-

nın  bir sıra nüfuzlu  mifologiya  alimləri  elmi  dəlillər  irəli  sürür-

lər... Bu mənada Naxçıvan tufanların dağıdıb param-parça etdiyi 

bəşəriyyətin  yenidən  binə  olunduğu  yerdir.  Məsələnin  mifoloji 

tərəfini kənara qoysaq, bu qədim Azərbaycan torpağının indi də 

tarix  üçün  eyni  əhəmiyyəti  daşıdığını  görərik.  Naxçıvan  bu  gün 

də yenidən qurulan, inkişaf edən, yüksələn, nümunə yaradan, hər 

tərəfə hüzur, sevgi, səmimiyyət saçan önəmli bir dünyadır. 

Hüseynbala Mirələmov, 

professor 

 

Naxçıvan  Azərbaycanın  ən  qədim  diyarı  olduğu  kimi,  həm 



də  ən  yeni,  ən  müasir  diyarıdır.  Tarixi  yaddaşımızı  təzələyib 

ümu


miyyətlə  bəşər  sivilizasiyasının  keçmişinə  nəzər  salsaq,  ən 

erkən tarixi mərhələlərdə də yenə Naxçıvanın bir mərkəzi coğra-

fi

ya  kimi  qarşımıza  çıxdığını  görərik.  Akademik  tarixin 



xatırladığı mədəniyyət və dövlətçilik ənənələrinin kökü beş min il 

öncəyə gedib çıxır. Təqribən elə beş min il öncə də bütün tarixi 

qaynaqlarda bu və ya digər şəkildə Naxçıvanın adı çəkilir. Əgər 

biz bu qaynaqların ayrı-ayrı coğrafiyalarda yerləşən mənbələrinə 

diqqət yetirsək, görəcəyik ki, bu, çox geniş, çoxşaxəli bir siyasi 

coğrafiyanı əhatə edir. 



Hikmət Babaoğlu, 

m

illət vəkili, professor 

 

Naxçıvan Muxtar Respublikasının ərazisində İslam mədəniy-

yətini əks etdirən çoxsaylı tarixi-memarlıq abidələri mövcuddur. 



Yüklə 264,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə