Naxçıvan Muxtar Respublikası 90



Yüklə 456,81 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü456,81 Kb.
#66311


12.3.2014

Naxçıvan Muxtar Respublikası – 90

http://serqqapisi.az/index.php/ictimai-siaysi/3352-nakhdzh-van-mukhtar-respublikas-90?tmpl=component&print=1&layout=default&page=

1/5


Naxçıvan Muxtar Respublikası – 90

Nəşr edilib 08.02.2014 09:59 | 

Qədim türk torpağı Naxçıvanın muxtariyyət salnaməsi

Ulu öndər Heydər ƏLİYEV: Naxçıvanın muxtariyyəti

tarixi  nailiyyətdir.  Biz  bunu  qoruyub  saxlamalıyıq.

Naxçıvanın  muxtariyyəti  Naxçıvanın  əldən  getmiş

başqa  torpaqlarının  qaytarılması  üçün  ona  xidmət

edən  çox  böyük   bir  amildir.  Biz  bu  amili  qoruyub

saxlamalıyıq.

Azərbaycan  Respublikasının  Prezidenti  İlhаm

ƏLİYEV:  Azərbaycanın  qədim  bölgəsi  Naxçıvan

tarixən  çətin  sınaqlarla  dolu  mürək k əb  və  eyni

zamanda  şərəfli  bir  yol  qət  etmişdir.  Çoxəsrlik

dövlətçilik  ənənələri olan bu diyar həmişə xalqımızın

zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox

sayda  görk əmli  elm  xadimləri,  sənətk arları,  tarixi

şəxsiyyətləri  ilə  ölk əmizin  sosial-iqtisadi,  ictimai-

siyasi həyatında əvəzsiz rol oynamışdır.

Azərbaycan  Prezidenti  cənab  İlham  Əliyev  2014-cü  il  yanvarın  14-də  Naxçıvan  Muxtar  Respublikasının  90  illik

yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunduğu kimi: “Azərbaycanın qədim

bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir.

Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi

çox  sayda  görkəmli  elm  xadimləri,  sənətkarları,  tarixi  şəxsiyyətləri  ilə  ölkəmizin  sosial-iqtisadi,  ictimai-siyasi

həyatında  əvəzsiz  rol  oynamışdır.  Naxçıvan  əhalisinin  milli  istiqlal  ideyalarına  bağlılıq  nümayiş  etdirərək  dövlət

müstəqilliyimizin  bərpası,  qorunub  saxlanılması  və  möhkəmləndirilməsində  müstəsna  xidmətləri  vardır.  Bu  gün

yüksək potensiala malik olan muxtar respublika bütün dövlət proqramlarını, infra​

struktur layihələrini böyük uğurla

həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq

işlərinin fəal iştirakçısıdır...”

Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Bunu

nəzərə  alan  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  Vasif  Talıbov  dördüncü  çağırış  Naxçıvan  Muxtar

Respublikası Ali Məclisinin səkkizinci sessiyasında 2014-cü ili Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili”

elan etmişdir. 

Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  Naxçıvan  Muxtar  Respublikası  çox  mürəkkəb,  çətin  və  kəşməkəşli

tarixi  inkişaf  yolu  keçmişdir.  Vaxtı  ilə  coğrafi  cəhətdən  Azərbaycanın  mərkəzi  ərazilərindən  olan  Naxçıvan  XX

əsrin  əvvəllərində  Azərbaycandan  ayrı  düşmüş,  onunla  sərhədi  ərazi  itirməsi  hesabına  ləğv  olunmuşdur.  İri

kapitalist  dövlətlərinin,  xüsusilə  Rusiyanın  məqsədi  Naxçıvanı  Ermənistana  vermək,  bununla  türk  dünyasının  bir-

biri  ilə  əlaqəsini  kəsmək  idi.  Erməni  daşnakları  isə  yaranmış  şəraitdən  istifadə  edərək  Azərbaycanın  bir  sıra

torpaqlarını  “böyük  Ermənistan”a  qatmaq  siyasəti  aparmışlar.  Onların  bu  niyyətlərində  Naxçıvanın  zəbt  edilməsi

ilk planda durmuşdu.

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  ingilislərin  və  amerikalıların  dəstək  və  yardımlarından  istifadə  edən

erməni  millətçiləri  Naxçıvanı  işğal  etməyə  çalışmışlar.  Lakin  qəhrəman  naxçıvanlıların  mərdlik  və  igidliklə

apardıqları  mübarizə  məkrli  düşmənlərin  arzularının  reallaşmasına  imkan  verməmişdir.  Naxçıvanın  qəhrəman

əhalisi  Naxçıvan  diyarını  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  hesab  etmiş,  Ana  Vətənə  birləşmək  uğrunda

inadla mübarizə aparmışdır.

Naxçıvanlıların  qəhrəmanlığından  bəhs  edən  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  başçısı  Nəsib  bəy

Yusifbəyli Azərbaycan parlamentindəki çıxışında demişdir: “İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll

etdilər.  Onlar  həyatlarını,  ailələrinin  şərəfini  və  var-dövlətlərini  riskə  qoyaraq  doğma  torpağa  –  Vətənə  qovuşmaq

üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət

tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar”.

Ermənistanın  Naxçıvana  olan  iddialarının  artdığı  bir  dövrdə  –  1918-ci  il  iyulun  7-də  Kazım  Qarabəkir  Paşanın

başçılığı  ilə  türk  ordusu  Naxçıvana  gəldi  və  erməni  özbaşınalığının  qarşısını  aldı.  Lakin  Birinci  Dünya

müharibəsində  məğlub  olduğuna  və  Mudros  müqaviləsinin  şərtlərinə  görə,  türk  qoşunları  Azərbaycanı,  eləcə  də

Naxçıvanı  tərk  etdi.  Bu  zaman  naxçıvanlılar  qarşısında  çıxış  edən  Kazım  Qarabəkir  Paşa  bildirdi  ki,  “Naxçıvanın

gələcək müqəddəratını təmin etmək üçün burada bir hökumət qurulması vacib və zəruridir. Zatən siz naxçıvanlılar

milli azadlıq mübarizəsində tarixə şanlı səhifələr yazmışsınız. Dövlətçilik hüququna və ləyaqətinə maliksiniz. Siz

bu  hüququ,  haqqı  döyüş  meydanlarında  düşmənə  qələbə  çalaraq  qazanmışsınız.  Şərqin  qapısında,  Naxçıvanda



12.3.2014

Naxçıvan Muxtar Respublikası – 90

http://serqqapisi.az/index.php/ictimai-siaysi/3352-nakhdzh-van-mukhtar-respublikas-90?tmpl=component&print=1&layout=default&page=

2/5


bir cümhuriyyət qurulmalıdır”.

Naxçıvanlılar  bu  diyarı  erməni  işğalından  qorumaq  üçün  1918-ci  il  noyabrın  3-də  Araz-Türk  Respublikası  adlı

cümhuriyyət  yaratdılar.  Araz-Türk  Respublikası  hökumətinin  tərkibi  sədrdən  və  6  üzvdən  ibarət  idi.  Hökumətin

sədri  Əmir  bəy  Əkbərzadə  idi.  Bu  respublikanın  ərazisinə  Naxçıvan  qəzası,  Ordubad  dairəsi,  Sürməli  qəzası,

Üçmüəzzin  qəzasının  bir  hissəsi,  Sərdarabad,  İrəvan  qəzasının  bir  hissəsi  –  Uluxanlı,  Qəmərli,  Vedi,  Şərur-

Dərələyəz qəzası, Mehri bölgəsi daxil idi. Sahəsi 8696 kvadratkilometrə çatırdı. Əhalisi bir milyon nəfərdən artıq

idi.

Araz-Türk  Respublikasının  yaradılmasında  ən  başlıca  məqsəd  bölgənin  erməni  işğalına  düşməsinə  imkan



verməmək  idi.  Hökumətin  rəhbərliyi  bu  istiqamətdə  fəal  iş  aparırdı.  Araz-Türk  Respublikasının  hərbi  qüvvələrinin

yaradılması  və  formalaşdırılmasında  hərbi  nazir  İbrahim  bəy  Cahangiroğlunun  böyük  əməyi  olmuşdur.  Onun

köməyi  ilə  qısa  müddətdə  silahlı  qüvvələr  təşkil  olunmuş,  500  nəfərlik  süvari  alayı  yaradılmışdır.  Könüllü  xalq

dəstələri  təxminən  20  tabordan  ibarət  idi.  Taborlardan  4-ü  Naxçıvanda,  3-ü  Şərur-Dərələyəzdə,  qalanları  isə

Zəngibasar, Vedibasar və Qəmərlidə yerləşdirilmişdi.

Baş Noraşen, Düdəngə və Zeyvədə yerləşən taborlara Fətulla Hüseynov, Şərurda, Sədərəkdə yerləşən taborlara

Həsən Şahverdi oğlu, Ordubaddakı tabora İbrahimxəlil Axund​

ov, Nehrəm taboruna Kəlbə Muxtar, Cəhri taboruna

Kəlbə  Kərim,  Dizə  taboruna  Məmmədrza  bəy,  şəhər  taboruna  Hüseyn  Əliyev  komandanlıq  edirdi.  Respublika

əhalisinin öz müstəqilliyini qorumaq əzmi o qədər böyük idi ki, doğma ocaq və torpaqlarını müdafiə edən könüllü

dəstələr işğalçıları təkcə darmadağın etmir, həm də İrəvanın özünü qorxuya salırdı. 

Respublika  ərazisində  milis  idarələri  və  onların  sahə  şöbələri  də  yaradılmışdı.  Bütün  qüvvələr  Naxçıvanın

qorunmasına  və  idarə  olunmasına  yönəlmişdi.  Könüllü  müqavimət  dəstələri  erməni  daşnaklarına  layiqli  cavab

vermişdi.  Xüsusilə  Şərur-Dərələyəz  mahalındakı  Zeyvə  kəndi  yaxınlığında  baş  verən  döyüşdə  Kalbalı  xanın

rəhbərliyi ilə 6 min nəfərlik könüllü müqavimət dəstələri erməni hərbi qüvvələrini darmadağın etmişdilər.

Aralarında  müəyyən  fikir  ayrılıqlarına  baxmayaraq,  Naxçıvanın  müdafiəsində  Cəfərqulu  xan,  Kalbalı  xan,  Kərim

xan,  Rəhim  xan,  Kamran  xan  və  yerli  ziyalılar  çox  böyük  xidmətlər  göstərmişlər.  Kalbalı  xan  respublika  silahlı

dəstələrinə komandanlıq edir, erməni hücumlarının qarşısını alırdı.

1919-cu  ilin  yanvarında  ingilislər  Naxçıvana  gəldilər  və  burada  general-qubernatorluq  yaratdılar.  Bir  ay  sonra

Azərbaycan  Xalq  Cümhuriyyətinin  nümayəndələri  də  Naxçıvana  gəlib  çıxdılar.  Keçirilən  müzakirələrdə  siyasi,

hərbi, iqtisadi, maddi və mədəni məsələləri özündə birləşdirən akt tərtib edildi. Bu akt Naxçvanın könüllü surətdə

AXC-yə birləşməsi haqqında idi.

Naxçıvan  əhalisi  diyarın  ingilislər  tərəfindən  Ermənistana  verilməsinə  qarşı  mübarizəyə  qalxdı.  Bununla  əlaqədar

Naxçıvan Müsəlman Milli Şurasının üzvləri ingilis general-qubernatoruna məktub göndərdilər və öz qəti etirazlarını

bildirdilər.  Məktubda  Araz-Türk  Respublikası  əhalisinin  “bütün  dünyanın  və  bütün  mədəni  qüvvələrin  azad  həyat,

xalqların  öz  müqəddəratını  həll  etmək  hüququ  haqqında  qışqırdıqları  bir  vaxtda  azərbaycanlılar  bizdən  heç  bir

cəhətdən üstün olmayan, əksinə, bir çox hallarda bizdən geri qalan ermənilərin qulu ola bilməzlər” fikrinə gəlməsi

faktı və səbəbləri öz əksini tapmışdır.

Naxçıvandakı  ingilis  missiyası  ermənilərin  respublika  hüdudlarına  hücumuna  mane  olmurdu  və  onların

fəaliyyətində  ikili  siyasət  özünü  açıq-aşkar  göstərirdi.  Onlar  bir  tərəfdən  Naxçıvanın  Azərbaycanın  bir  hissəsi

olduğunu  tanıyır,  maliyyə  və  silah  vəd  edir,  digər  tərəfdən  isə  Naxçıvanın  daşnak  Ermənistanın  hakimiyyətinə

verilməsi təklifi ilə çıxış edirdilər. Naxçıvan əhalisi bu siyasətə qarşı inadla mübarizə aparırdı.

Naxçıvan  Milli  Şurasının  sədri  Azərbaycan  Respublikası  xarici  işlər  naziri  M.Y.Cəfərova  göndərdiyi  məktubda

bildirirdi  ki,  biz  özümüzü  Azərbaycanın  ayrılmaz  hissəsi  hesab  edirik  və  əminik  ki,  hər  hansı  səbəbdən  hərbi

qüvvə ilə kömək edə bilməsə də, heç olmasa top, tüfəng və patronla Azərbaycan bizə kömək edəcəkdir. Və hətta

Azərbaycan  bundan  da  imtina  etsə,  biz  bu  yolda  canımızdan  keçəsi  olsaq  belə,  müqəddəs  vədimizi  yerinə

yetirəcəyik.

İngilis nümayəndələri çox canfəşanlıqla Naxçıvanı erməni “idarəçiliyinə” vermək istəyirdi. Müsəlman Milli Şurası və

Naxçıvan əhalisi buna qəti etiraz edirdilər. Əhalinin bir müraciətində deyilirdi: “Ermənilərə tabe olmaqla biz təkcə

özümüzü yox, həm də ömrü boyu bizə lənətlər oxuyacaq nəslimizi alçaltmağa və təhqirə məruz qoyuruq və buna

görə  də  əlahəzrət  general  Devinin  bizim  Naxçıvan,  Şərur  və  Vedibasar  rayonlarımızın  müvəqqəti  də  olsa,  erməni

hökumətinin  idarəsinə  verməsinə  biz  Allah  tərəfindən  bütün  diyarın  əhalisinə  bəxş  edilmiş  azadlıq,  arzu  və

meyillər üzərində zorakılıq faktı kimi baxırıq”.

İngilis  komandanlığının  və  Ermənistan  hökumətinin  qərarlarına  tabe  olmayan  naxçıvanlılar  erməni  işğalçılarına

qarşı silahlı mübarizə aparırdılar. Respublikada süvari, top və pulemyotları olan 6 min əsgərdən ibarət yarınizami

qoşun  yaradılmışdı.  Hərbi  əməliyyatlar  zamanı  naxçıvanlılar  onların  sayını  təxminən  on  min  əsgərə  və  silahlı

könüllülərə çatdırdılar.

Erməni qoşunları dəfələrlə Naxçıvana hücum etmiş və layiqli cavablarını almışdılar. Naxçıvanın şəhər və kəndlərinə

hücumlarda  təkcə  düşmənin  nizami  qoşunları  deyil,  erməni  əhalisi  də  iştirak  edirdi.  Ermənilər  general-

qubernatorluq elan etsələr də, nə ingilis nümayəndələri, nə də general-qubernator şəhərdə yerləşə bilməmiş, onlar

şəhərdən 3 km uzaqda – hərbi kazarmada yerləşmişdilər. Kalbalı xanın başçılığı ilə Naxçıvan xalq qoşunu daşnak

qüvvələrini darmadağın edib Naxçıvan və onun ətraflarından qovdular.

Bu zaman ermənilər bir neçə min adam, iki top, səkkiz pulemyot və bir zirehli qatar itirdilər. 800 erməni əsgəri və

8  zabiti  əsir  alınmışdı.  Bundan  istifadə  edən  respublika  hökuməti  öz  nümayəndəsi  Səməd  bəy  Cəmillinskini




12.3.2014

Naxçıvan Muxtar Respublikası – 90

http://serqqapisi.az/index.php/ictimai-siaysi/3352-nakhdzh-van-mukhtar-respublikas-90?tmpl=component&print=1&layout=default&page=

3/5


müvəqqəti  general-qubernator  təyin  etdi,  diyarı  idarə  etmək  üçün  zəruri  olan  dövlət  idarələri  yaradıldı.

S.Cəmillinskinin  əmri  ilə  Xəlil  bəy  diyar  qoşunlarının  baş  komandanı,  Kalbalı  xan  isə  onun  köməkçisi  (eyni

zamanda Naxçıvan qoşun dəstəsinin komandiri) təyin olundu.

1919-cu  ilin  yayında  Naxçıvanda  olan  amerikalı  polkovnik  Rey  Naxçıvan  Milli  Şurasının  sədri  Cəfərqulu  xanla

danışıqlar  apardı.  Polkovnik  V.Haskel  Naxçıvan,  Şərur  və  Dərələyəz  qəzalarında  xüsusi  zona  və  bu  ərazidə

Amerika  general-qubernatorluğu  yaratmaq  istəyirdi.  Bununla  əlaqədar  V.Haskel  öz  layihəsini  N.Yusifbəyliyə

təqdim  etdi.  Bunu  eşidən  Cənub-Qərbi  Azərbaycan  müsəlmanlarının  ümumi  iclasının  sədri  Əli  Səbri  Qasım​

ov,


yerlilər  cəmiyyətinin  sədri  Z.Məmmədov  və  nümayəndə  heyətinin  üzvü  A.Nəcəfov  hazırladıqları  10  maddəlik

tələbnaməni  N.Yusifbəyliyə  təqdim  etdilər.  Bu  tələblərin  əsasında  Naxçıvanı  Azərbaycanın  tərkibində  saxlamaq

fikri dayanırdı.

1919-cu il sentyabrın əvvəllərində Naxçıvan nümayəndələri Ə.S.Qasımov və K.M.Əsgərov polkovnik V.Haskelə 10

bəndlik  memorandum  təqdim  etdilər.  Görüş  zamanı  V.Haskel  Ə.S.Qasımovdan  soruşdu  ki,  Naxçıvanın  və  digər

regionların  əhalisi  bu  regionların  erməni  hökumətinə  verilməsinə  necə  baxar?  Əli  Səbri  Qasımov  bildirdi  ki,  əldə

silah ləyaqətli ölümü üstün tutaraq bu hökuməti bütün qüvvələri ilə rədd edərlər.

Naxçıvan  əhalisi  polkovnik  Reyə  bildirdi  ki,  onlar  azərbaycanlı  general-qubernatordan  başqa  heç  kimi  tanımaq

istəmirlər.  Əhalisi  Azərbaycan  türkləri  olan  Naxçıvan,  Şərur,  Dərələyəz  rayonları,  Vedibasar  və  Milistan

Azərbaycanın ayrılmaz hissəsidir.

Delli və Reyin missiyası süquta uğradı, amerikalıların Naxçıvanda möhkəmlənmək cəhdi baş tutmadı.

1920-ci  ilin  martında  türk  hərbi  dəstələri  Naxçıvana  gəldilər.  Kalbalı  xan  Türkiyənin  yüksək  hərbi  ordeni  ilə  təltif

edildi.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  hərbi  idarəsi  isə  daşnaklarla  döyüşlərdə  göstərdiyi  igidliyə  görə  ona

general-mayor rütbəsi verdi.

1920-ci ilin aprelində Azərbaycan XI Qırmızı Ordu tərəfindən işğal edildi, Azərbaycan Xalq Cümhuriyyəti devrildi və

Azərbaycanda Sovet hakimiyyəti bərqərar edildi. Naxçıvanda Sovet hakimiyyəti iyulun 28-də elan edildi və Hərbi

İnqilab  Komitəsi  yaradıldı.  Bir  neçə  gündən  sonra  –  avqustun  10-da  Naxçıvan  İnqilab  Komitəsinin  sədri

M.Bektaşov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri N.Nərimanova məktubla müraciət etdi: “Naxçıvan

xalqının  böyük  əksəriyyətinin  qərarı  ilə  Naxçıvan  ölkəsi  özünü  Azərbaycan  Sovet  Sosialist  Respublikasının

ayrılmaz hissəsi hesab edir”.

Çox  qəribədir  ki,  Naxçıvanda  olan  bolşevik  ordusu  Ermənistanla  müharibə  aparır,  həm  də  onlarla  siyasi  və

diplomatik danışıqları davam etdirirdi. Bu danışıqlarda Azərbaycanın hətta mübahisəsiz torpaqlarının Ermənistana

verilməsi  məsələsi  müzakirə  olunurdu.  Bunu  bilən  N.Nərimanov  Leninə  göndərdiyi  məktubda  yazırdı:  “Dəhşətli

vəziyyət  yaranmışdır.  Mərkəz  Gürcüstanın  və  Ermənistanın  müstəqilliyini,  Azərbaycanın  istiqlaliyyətini  tanımış,

lakin eyni zamanda həmin mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir...”

Naxçıvanın 

azərbaycanlı 

əhalisinin 

qətiyyətli

mövqeyi  və  mübarizəsi  ermənilərin  Naxçıvan

barəsindəki  planlarını  pozdu.  Bu  işdə  iri  dövlətlər  də

onlara  kömək  göstərə  bilmədilər.  Məkrli  niyyətlərini

hələlik  pərdələyən  ermənilər  və  Ermənistan  İnqilab

Komitəsi  1920-ci  il  dekabrın  28-də  Naxçıvanı

müstəqil  (Azərbaycanın  tərkibində  yox  –  İ.H.)  Sovet

Respublikası  kimi  tanımış  və  bu  diyar  ilə  əlaqədar

iddialarından imtina etmişlər.

Beləliklə, bölgə əhalisi 1918-1920-ci illərdə misilsiz çətinliklərə, təqiblərə, müsibətlərə sinə gərərək milli ləyaqəti

uca  tutdular,  diz  çökmədilər,  erməni  silahlı  quldur  dəstələrinə  layiqli  cavab  verdilər.  Bu  məsələdən  bəhs  edən

Ermənistanın  birinci  baş  naziri  O.Kaçaznuni  1923-cü  ildə  etiraf  edirdi  ki,  “Müsəlman  Naxçıvanı  və  Şərurunda,...

müsəlman  rayonlarında  inzibati  tədbirlərlə  qayda-qanun  yarada  bilmədik,  silaha  əl  atmağa,  qoşun  yeritməyə,

dağıtmağa  və  qırğın  törətməyə  məcbur  olduq.  Vedibasar,  Şərur,  Naxçıvan  kimi  mühüm  yerlərdə  öz

hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub olduq və geri çəkildik”.

Naxçıvan diyarının əhalisi özlərini Azərbaycandan ayrı təsəvvür etmirdilər. Onlar hələ o vaxt öz qəti fikirlərini belə

ifadə etmişdilər: “Bu xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz”.

1921-ci  ilin  yanvarında  Azərbaycan,  Ermənistan  və  Rusiya  nümayəndələrinin  keçirdikləri  rəy  sorğusunda

Naxçıvanın 90 faiz əhalisi mahalın muxtar respublika hüququnda Azərbaycanın tərkibində qalmasına səs verdi.

Naxçıvanın Azərbaycanın tərkibində qalmasında B.Şahtaxtinskinin də böyük əməyi və tarixi xidməti olmuşdur. O,

1921-ci il martın 1-də Leninə göndərdiyi məktubda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərinin gələcəyindən

duyulan  rahatsızlığı  çatdırmış,  bu  mahalların  milli  tərkibi  və  coğrafiyasına  dair  arayışları  da  əlavə  etmiş,  Güney

Qafqazda sərhəd məsələləri və xüsusilə də Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdi. Bu zaman Türkiyə

nümayəndələrinin Rusiya ilə apardığı danışıqlarda Naxçıvan məsələsinə də önəm verilirdi.

Beləliklə,  referendumun  nəticəsi,  B.Şahtaxtinskinin  təklifi,  Türkiyə  tərəfinin  tələbi  ilə  Naxçıvan  üzərində

Azərbaycanın  suverenliyinin  təmin  edilməsi  və  ən  nəhayət,  Naxçıvan  əhalisinin  neçə  illər  apardıqları  inadlı

mübarizə  Naxçıvanın  Azərbaycanın  tərkibində  qalmasına  səbəb  oldu.  1921-ci  il  martın  16-da  Siyasi  Büro

Azərbaycanın  himayəsində  Naxçıvan  Sovet  Respublikasının  təşkili  barədə  qərar  qəbul  etdi  və  həmin  gün

imzalanan Moskva müqaviləsinin 3-cü maddəsində də bu cəhət öz əksini tapdı: “Naxçıvan vilayəti bu müqavilənin



12.3.2014

Naxçıvan Muxtar Respublikası – 90

http://serqqapisi.az/index.php/ictimai-siaysi/3352-nakhdzh-van-mukhtar-respublikas-90?tmpl=component&print=1&layout=default&page=

4/5


I  (B)  əlavəsində  göstərilən  sərhədlərdə  Azərbaycanın  himayəsi  altında,  həmin  protektoratı  Azərbaycanın  heç  bir

üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir”.

Güney Qafqaz respublikaları ilə Türkiyə arasında imzalanan Qars müqaviləsi (1921, 13 oktyabr) Naxçıvanın ərazi

mənsubiyyəti məsələsini bir daha təsdiqlədi və onun sərhədlərini qəti surətdə müəyyənləşdirdi. Beləliklə, 1917-ci

ildən  mübarizə  aparan  naxçıvanlıların  arzuları  gerçəkləşdi,  bölgənin  ərazi  mənsubiyyəti  məsələsi  Azərbaycan

üçün qanuni və ədalətli qaydada həll olundu.

1921-ci  ildən  1924-cü  ilədək,  yəni  muxtariyyət  statusundan  muxtar  respublikanın  təşkilinə  kimi  çox-  saylı

müzakirələr getmişdir. Bu müzakirələrdə bir məsələ aydın idi ki, Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət

təşkil  etməsi  bölgənin  spesifik  ərazi  vəziyyəti  –  geosiyasi  şəraiti  ilə  bağlı  idi.  Naxçıvanın  Azərbaycandan  aralı

düşməsi, heç bir sərhədə malik olmaması onun inzibati idarəçiliyini qəza və ya rayon hüquqlarında təşkil etməyə

imkan  vermirdi.  1923-cü  il  iyunun  16-da  Naxçıvan  muxtar  diyar  (ölkə)  adlandırıldı.  1924-cü  il  yanvarın  4-də

Zaqafqaziya MİK Naxçıvan diyarını Naxçıvan MSSR elan etdi. 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət

Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında dekret qəbul etdi.

Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə

və 1926-cı il aprelin 18-də qəbul edilmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyası ilə

təsbit edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycan

Sovet Sosialist Respublikasının tərkibində muxtar respublika kimi göstərilmişdir.

Naxçıvanın  muxtariyyət  statusunun  hüquqi  cəhətdən  möhkəmləndirilməsində  1995-ci  il  noyabrın  12-də  qəbul

edilmiş  müstəqil  Azərbaycan  Respublikası  Konstitusiyasının  mühüm  rolu  oldu.  Konstitusiyanın  134-cü

maddəsinin  ilk  bəndində  deyilir:  “Naxçıvan  Muxtar  Respublikası  Azərbaycan  Respublikasının  tərkibində  muxtar

dövlətdir.  Naxçıvan  Muxtar  Respublikasının  statusu  bu  Konstitusiya  ilə  müəyyən  edilir.  Naxçıvan  Muxtar

Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.

Naxçıvan  Muxtar  Respublikasının  yeni  Konstitusiyasında  Naxçıvan  muxtar  dövlət  kimi  ifadə  olunmuş  və  onun

Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublika olduğu təsbit edilmişdir.

Müxtəlif  dövrlərdə  Naxçıvan  Muxtar  Respublikasının  təşkil  olunmasının  ildönümləri  dövlət  səviyyəsində  qeyd

olunmuş,  1949-cu  ildə  muxtar  respublikanın  25,  1964-cü  ildə  40,  1974-cü  ildə  50  illik  yubileyləri  keçirilmişdir.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin 1999-cu il 4 fevral tarixli Fərmanı ilə Naxçıvan

Muxtar  Respublikasının  75  illik  yubileyi  qeyd  edilmişdir.  Yubiley  tədbirlərində  iştirak  edən  və  təntənəli  yubiley

iclasında  nitq  söyləyən  ümummilli    lider  Heydər  Əliyev  demişdir:  “Naxçıvanın  muxtariyyəti  tarixi  hadisə

olubdur.  Bu,  çətin  bir  dövrdə  böyük  bir  mübarizənin  nəticəsi  olubdur.  Naxçıvanın  statusunu  qoruyub

saxlamaq  üçün  xüsusən  Moskva  müqaviləsinin  və  Türkiyə  Cümhuriyyətinin  imzaladığı  Qars

müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə

görə  Naxçıvanın  bütövlüyünü,  təhlükəsizliyini,  dövlətçiliyini,  muxtariyyətini  gələcəkdə  də  təmin  etmək

üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.

Ulu  öndər  Heydər  Əliyevin  Naxçıvanın  muxtariyyət  statusunun  qorunması,  muxtar  respublikanın  yubileylərinin

keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham

Əliyevin 9 fevral 2004-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 80 illik, 6 fevral 2009-cu il tarixli

Sərəncamı  ilə  85  illik  yubileylərinin  ölkəmizdə  geniş  qeyd  olunması  bunun  bariz  nümunəsidir.  Naxçıvan  Muxtar

Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2014-

cü il tarixli Sərəncamında göstərilir ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin

mühüm əhəmiyyətli hadisəsidir.

Naxçıvan Muxtar Respublikasının 85 illik yubiley tədbirlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Vasif  Talıbov  Naxçıvanın  muxtariyyət  statusunun  ölkə​

mizin  müstəqillik  tarixində  mühüm  əhəmiyyətə  malik

olduğunu  bildirərək  demişdir:  “Naxçıvanın  muxtariyyət  statusu  ötən  əsrin  90-cı  illərində  Azərbaycanın

müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu status imkan verirdi

ki,  ulu  öndər  Heydər  Əliyevin  1990-1993-cü  illərdəki  siyasi  fəaliyyəti  dövründə  Naxçıvan  xalqımızın

suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin”.

Bu  gün  muxtar  respublikanın  statusunun  və  sərhədlərinin  beynəlxalq  təşkilatlar  səviyyəsində  tanıdılması

istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 2012-ci il oktyabrın 16-18-də Avropa Şurasının Yerli və Regional

Hakimiyyətlər  Konqresinin  Strasburqda  keçirilən  23-cü  plenar  sessiyasında  qəbul  olunan  sənədlərin  birində

Naxçıvan Muxtar Respublikası ilə bağlı çox mühüm və tarixi əhəmiyyət daşıya biləcək məqam əks olunmuşdur.

Həmin  hissə  Ali  Məclis  Sədrinin  tövsiyəsi  ilə  hazırlanmış  və  nümayəndə  heyəti  tərəfindən  Memoranduma  daxil

edilmişdir.

Sənəddə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının konstitusion-hüquqi statusu Azərbaycan Respublikası

və  Naxçıvan  Muxtar  Respublikasının  konstitusiyalarına,  habelə  hazırda  qüvvədə  olan  2  beynəlxalq  müqaviləyə

əsaslanır.  Bundan  başqa,  qeyd  olunmuşdur  ki,  muxtar  respublikanın  statusu  həm  milli  qanunvericilik,  həm  də

beynəlxalq  müqavilələrlə  müəyyən  olunmuşdur.  Maddənin  sənədə  salınması  Azərbaycan,  xüsusilə  Naxçıvan

Muxtar Respublikası üçün böyük siyasi əhəmiyyət kəsb edir.

İlk  dəfədir  ki,  Naxçıvan  Muxtar  Respublikasının  statusunu,  sərhədlərini  müəyyən  edən  1921-ci  ildə  qəbul  olunan

Moskva  və  Qars  beynəlxalq  müqavilələri  beynəlxalq  təşkilatın  sənədlərində  hazırda  qüvvədə  olan  hüquqi  sənəd

kimi  qiymətləndirilir.  Ölkəmiz,  o  cümlədən  muxtar  respublikamız  üçün  mühüm  olan  beynəlxalq  müqavilənin




12.3.2014

Naxçıvan Muxtar Respublikası – 90

http://serqqapisi.az/index.php/ictimai-siaysi/3352-nakhdzh-van-mukhtar-respublikas-90?tmpl=component&print=1&layout=default&page=

5/5


hüquqi  qüvvəsinin  Avropa  Şurası  kimi  nüfuzlu  bir  beynəlxalq  təşkilat  tərəfindən  tanınması,  şübhəsiz  ki,  ölkə  və

muxtar respublika rəhbərliyinin bu sahədə apardığı fəal diplomatik fəaliyyətin məntiqi nəticəsidir.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu

diyara  tarixi  səfərləri,  ərazi  bütövlüyü  və  təhlükəsizliyi  üçün  gördüyü  tədbirlər,  muxtariyyət  statusunun  hüquqi

cəhətdən  möhkəmləndirilməsi  və  həlli  vacib  olan  digər  məsələlərin  həyata  keçirilməsi  Naxçıvanın  hərtərəfli

inkişafını  təmin  etmiş,  regionu  çiçəklənən  diyara  çevirmişdir.  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri

Vasif  Talıbovun  rəhbərliyi  ilə  muxtar  respublika  18  il  ərzində  hərtərəfli  inkişaf  edir,  əsl  intibah  dövrünü  yaşayır.

Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş vermiş və bu işlər bu gün də sürətlə və ardıcıl davam etdirilir.

Naxçıvanın  muxtar  respublika  statusu  bu  bölgənin  90  illik  tarixi  taleyində,  onun  ərazisinin  qorunub

saxlanılmasında  və  təhlükəsizliyinin  təmin  edilməsində  çox  mühüm  rola  malik  olmuşdur.  Bu  illərdə  Naxçıvan

Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini

vermişdir.  Ölkə  Prezidentinin  dediyi  kimi:  “Milli  istiqlaliyyət  yolunda  Naxçıvanın  atdığı  cəsarətli  addımlar

bütün  Azərbaycan  xalqı  tərəfindən  rəğbətlə  qarşılanmış,  respublikada  cərəyan  edən  ictimai-siyasi

proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət

quruculuğu  prosesinin  fəal  iştirakçısı  olub,  ölkəmizin  iqtisadi  qüdrətinin  artırılması  və  intellektual

potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.

İsmayıl HACIYEV 

AMEA Naxçıvan Bölməsinin sədri, akademik



Yüklə 456,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə