Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

 
34
Şərur mineral bulağı. Şərur rayonu ərazisində, Şərur şəhərindən 8 km. cənub-qərbdədir. 
 
Kimyəvi tərkibi: 
 
CO

10 M 1,5 HCO

60 Cl 30__.pH 7,5; D 1000 m³/gün, T 18 Cº 
             
       (Na+K) 30 Mg 48 
 
Zəif minerallaşmış, karbonqazlı su hidrokarbonatlı-xlorlu, maqneziumlu-natriumludur. 
Ağızbüzücü xassəli, mineral su daxili xəstəliklərin müalicəsində əhəmiyyətlidir. 
 
Şaxtaxtı mineral bulağı.  Kəngərli rayonu ərazisində  Şaxtaxtı  kəndinin cənub-şərqində, okean 
səviyyəsindən 1000 m. yüksəklikdədir. 
Mineral bulağın suyu Naxçıvan Muxtar Respublikası  ərazisində  yeganə hidrogen-sulfidli, zəif 
minerallaşmış, sulfatlı-hidrokarbonatlı, kalsiumlu-natriumlu-maqneziumludur. 
 
Kimyəvi tərkibi: 
 
H
2
S 10 mq/litr M 2,8 HCO

30 SO
4
 60______.pH 6,1; D 50 m³/gün, T 20 Cº 
             
                   (Na+K) 30 Mg 30 Ca 40 
 
Mineral bulağın suyunun analoqu Rusiyadakı “Piyatiqorsk” (Şimali Qafqaz) mineral suyu olmaqla 
insandakı revmatik və oynaq ağrıları  xəstəliklərinin müalicəsində vanna qəbul etməklə (10 kurs 10-15 
dəqiqə, T 35-45 Cº) əhəmiyyətlidir. 
 
“Bahadur” mineral bulağı. Sədərək rayonu ərazisində, Heydərabad qəsəbəsindən 1,5 km. cənubda, 
okean səviyyəsindən 1050 m. yüksəklikdə bir neçə sayda bulaqlar vardır. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,2 M 3,9 HCO

56 Cl 30 __.pH 6,5; D 150 m³/gün, T 18 Cº 
             
         (Na+K) 38 Mg 45 
 
Zəif minerallaşmış bulaq suları karbonqazlı, hidrokarbonatlı-xlorlu, maqneziumlu-natriumludur. 
Daxili xəstəliklərin müalicəsində və süfrə suyu kimi içilməsi əhəmiyyətlidir. 
 
Dəhnə mineral bulağı. Sədərək rayonu ərazisində “Sədərək su nasosu” stansiyasından 2 km. qərbdə 
Vəlidağın yamacından 2,5 km. aralıdadır. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,1 M 7,1 HCO

25 Cl 30 SO

45__.pH 6,9; D 120 m³/gün, T 16 Cº 
             
         (Na+K) 40 Ca 30 Mg 30 
 
Orta dərəcədə minerallaşmış, Rusiyadakı “Piyatiqorsk” (Şimali Qafqaz) “Batolin” tipli müalicə 
əhəmiyyətli sudur. 
Sudan qurtumla (18-20 Cº) içməklə daxili xəstəliklərin müalicəsi üçün əhəmiyyətlidir. 
 
Sədərək mineral bulağı.  Sədərək rayonu ərazisində, Qaraburun təpəsinin yamacında okean 
səviyyəsindən 1020 m. yüksəklikdə bir neçə sayda mineral bulaqlar vardır. 
 
Kimyəvi tərkibi: 
CO

1,3 M 4,1 HCO

56 SO

32.pH 6,4; D 500 m³/gün, T 18 Cº 
             
        (Na+K) 35 Ca 48 
 
Zəif minerallaşmış karbonqazlı su Rusiyadakı “Jeleznovodsk” (Şimali Qafqaz) və “İsti su” (Kəlbəcər 
rayonu) tipli mineral süfrə sularının analoqudur. 


 
35
Mineral sulardan mədə-bağırsaq xəstəliklərinin müalicəsində içilməsi əhəmiyyətlidir. 
 
Ağşal mineral bulağı. Culfa rayonu ərazisindəki  Ərəfsə  kəndi  ətrafında 20-dək mineral bulaqlar 
vardır. Ərəfsə kəndindən 2 km. cənubda Ağşal dərəsində, okean səviyyəsindən 1890 m. yüksəklikdədir. 
 
Kimyəvi tərkibi: 
 
CO

1,5 M 3,4 HCO

87 SO

12______.pH 6,5; D 22 m³/gün, T 13 Cº 
             
         (Na+K) 20 Ca 47 Mg 33 
 
Mineral sudan daxili xəstəliklərin müalicəsində (sutkada 0-1 litr, 18-20 Cº) içilməsi əhəmiyyətlidir. 
 
Başkənd mineral bulağı. Culfa rayonu ərazisindəki Baş Anzır kəndindən 1,5 km. şimalda, okean 
səviyyəsindən 2340 m. yüksəklikdədir. Eyni kimyəvi tərkibli bulaq suyundan okean səviyyəsindən 2100 
m. hündürlükdə “Gilanarlıq dərəsi” deyilən yerdə  də vardır. Hər iki bulağın suyu Rusiyanın 
Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” tipli suyunun analoqu kimi daxili xəstəliklərin müalicəsində 
istifadə edilə bilər. Mineral sular elmi şəkildə öyrənilməmişdir. 
 
Darıdağ mineral (termal) bulağı. Culfa rayonu ərazisində Culfa şəhərindən 8 km. şimal-şərqdə 
Darıdağın ətəyində, okean səviyyəsindən 900 m. yüksəklikdə 5 bulaqla 32 sayda mexaniki quyular vardır. 
Yer altından təzyiqlə  çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv 
zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur. 
Həmin sudan Polşada “Kudova”, Fransada “Lua-Bulbul”, Almaniyada “Dürkgeym”, Rusiyada 
“Sineqorsk” (Saxalin y.a) termal bulaqları da vardır. 
Darıdağ termal mineral suyunun tərkibindəki duzların çox olmasına görə yuxarıda adları  çəkilən 
termal bulaqlardan fərqlidir. 
 
Kimyəvi tərkibi: 
 
CO

0,8 As 21 mq/litr M 20-23 HCO

29 Cl 64.pH 6,6; D 4507 m³/gün, T 40-53 Cº 
             
                                       (Na+K) 93 
 
Mineral sulardan istər soyuq istərsə də isti içmək zərərlidir. 
1991-ci ildən ərazidə pullu xidmətli Darıdağ Balneoloji Müalicəxanası fəaliyyət göstərir. 
Müalicəxana 1978-ci ildən yaradılaraq orada ürək-damar xəstəlikləri, dayaq-hərəkət orqanları, 
periferik əsəb sistemi, dəri, kinekoloji və.s xəstələr vanna qəbul etməklə müalicə olunurlar. 
Ərazidə 1977-ci ildən  fəaliyyət göstərən  Darıdağ Karbonqazı Zavodunda yeni avadanlıqlar 
quraşdırılaraq sutkalıq istehsal gücü 30 tona çatdırılmışdır. Zavod Naxçıvan MR Mineral Sular Birliyinin 
öhdəsindədir. 
 
Dərəlik mineral bulağı. Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtoyolundan 2 km. aralıqda, 
Əlincə çayın sahilindədir. Mineral su yatağı 170 metr dərinlikdə qazılmış tuf daşdan çıxır. 
 
Kimyəvi tərkibi: 
 
Rn 350 CO

1,3 M 3,6 HCO

72 Cl 18________.pH 6,4; D 150 m³/gün, T 18-21 Cº 
             
                     (Na+K) 38 Ca 37 Mg 25 
 
Mineral suyun tərkibi  Radonlu  (Rn 350), karbonqazlı, zəif minerallaşmış hidrokarbonatlı-xlorlu-
natriumlu-kalsiumlu-maqneziumludur. 
Rusiyadakı “Piyatiqorsk” (Şimali Qafqaz) mineral suyu tiplidir. Həmin sudan sinir və ürək-damar 
sistemi, revmatik və dəri xəstəliklərinin müalicəsində (vanna qəbul etməklə) istifadəsi əhəmiyyətlidir. 
 
Dərəşam mineral bulağı. Culfa rayonu ərazisində, Araz çayının dərəsində bir neçə yerdən çıxaraq 
axıb çaya tökülür. 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə