Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   2   3   4   5   6   7   8   9   ...   37

 
10
 
16) Qala məhəlləsi.  Naxçıvan  şəhərindəki qədim məhəllə Atabəylərlə Dabbaqxana məhəllələri 
arasında olmuşdur. Haliyyədə  məhəllədəki qədimdən qalma dustaqxana binasının yerində “Heydər 
bulağı” abidəsi qurulmuşdur. Məhəllə  ərazisi park olduğundan orada həmişəyaşıl kollar və  qızıl güllər 
əkilmişdir. 
 
17) Qaraağac məhəlləsi. Naxçıvan  şəhərində  qədim məhəllə  ərazisidir. Həmin  ərazi indiki şəhər 
8№li orta məktəblə Milli Təhlükəsizlik Nazirliyi binaları arasında olmuşdur. 
Məhəllədəki qaraağaclıq bağı  Kərbəlayi Musanın(1856-1924)  şəxsi mülkü olmuş, yerli dülgərlər 
həmin ağaclardan kənd təsərrüfatında və  məişətdə  işlədilən alətlər yonub hazırlayırdılar. Haliyyədə 
ərazidəki “Qarabağ meydanı” ətrafında qızıl güllər əkilmişdir. 
 
18) Qoçüstü məhəlləsi. Naxçıvan şəhərində qədim məhəllələrdən biri olmuşdur. Məhəllənin ərazisi 
indiki Kazım Qarabəkir Paşa məscidinin  ətrafında olmuşdur. Məhəllə  ərazisində sonrakı illərdə 
sürüşməyə məruz qalmış Anzır kəndi əhalisi məskunlaşmış və şəxsi təsərrüfatlarında meyvə ağaclarından 
tut, ərik, alma və s. əkmişlər. 
 
19) “Qurdlar” məhəlləsi. Naxçıvan  şəhərində  qədim məhəllə adıdır.  Əvvəlki illərdə “Bəktaş 
arxı”nın suları  həmin məhəllə  ərazisindəki  əkin yerlərini suvarardı.  Ərazi  Şahab, Qoçüstü məhəllələri 
arasında qalaraq orada çoxillik tut ağacları əkmişlər. 
 
20) Pirqəmiş  məhəlləsi. Naxçıvan  şəhərindəki qədim məhəllədə Pirqəmiş  məscidi də vardır. 
Məscidin ətrafında yeraltı suların üzə çıxmasından qamışlıq əmələ gəlmişdir. Məhəllədə çoxillik tut, ərik, 
qoz, armud və başqa ağaclar əkilib becərilir. Əvvəllər Bazar çayından əraziyə “Söyüdlü arx” ilə su axıb 
gələrdi.  
 
21) Sallaqxana (Çuxur) məhəlləsi. Naxçıvan şəhərində qədimdən qalma məhəllə şərqdən Sarvanlar, 
şimaldan Xıncov məhəllələri ilə qonşudur. 
Əvvəllər məhəllədə əsasən qəssablar, faytonçu və yükdaşıyanlar yaşayardılar. 
Məhəllənin coğrafi relyefi “çuxur” formasında olduğundan  əraziyə “Çuxur” məhəlləsi də deyirlər. 
Ərazidə tut, ərik, alma, alça ağacları ilə bərabər nar kolları da əkilərək çeşmə suları ilə əkinlər suvarılır. 
 
22) Sarvanlar məhəlləsi. Naxçıvan şəhərində qədim məhəllələrdən biridir. Sarvanlar (sarban) sözü 
karvanbaşçı, dəvəçi mənasındandır. Məhəllə  şimaldan Sallaqxana, cənubdan Gomayıl məhəlləsi ilə 
birləşmişdir. Məhəllə sakinləri  şəhərdə iyirminci əsrin 40-50-ci illərinədək dəvəçiliklə, arabaçı  və 
faytonçuluqla məşğul olmuş şəxsi təsərrüfat sahələrində isə tut, ərik, qoz ağacları ilə bərabər nar kolları 
da əkmişlər. 
 
23) “Təbriz meydanı” məhəlləsi. Naxçıvan  şəhərində Zaviyə  məscidinin yanında XVIII əsrdə 
yaradılmışdır. Məhəllədə təbrizli sahibkarların baqqal və parça dükanları olmuşdur Ərazidən keçən Bazar 
çayının kənarlarında çoxillik ağaclar əkilmişdir. 
 
24)  Əlixan məhəlləsi. Naxçıvan  şəhərində  qədim məhəllələrdən olaraq, Bəydaş, Cıdıllı, Çimən və 
Cığatay məhəllələri arasındadır. Çox güman ki, məhəllənin adı orada yaşamış xeyriyyəçi Kərbəlayi 
Əlixan Kəngərlinin(1888-1935) adı ilə bağlı olmuşdur. 
Ərazidən Bazar çayı ilə çeşmələr axıb keçdiyindən orada çoxillik tut, qaraağac , qoz, çinar, qələmə 
ağacları ilə bərabər bəzək kol bitkiləri də əkilmişdir. 
 
25) Zaviyə  məhəlləsi.  Naxçıvan  şəhərində  Təbriz küçəsi ilə  şəhid A.Tarverdiyev küçələrinin 
kəsişdiyi yerdə “Zaviyə məscidi” binası vardır. Həmin məscidlə əlaqədar binanın cənub-şərq hissəsindəki 
ərazilər Zaviyə məhəlləsi adlandırılmışdır. Məhəllədə daha çox tut ağacları əkmişlər. 
 
26) Şahab məhəlləsi Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək, 
Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllənin toponimi də  həmin su arxı ilə 
əlaqədar olmuşdur ki, “uzun su arxı” sözündən götürülmüşdür. Ərazidə tut, qoz, ərik, alma, alça ağacları 
əkilib becərilir. 


 
11
 
Son illərdə Naxçıvan şəhərindəki məhəllələrdə abadlıq və yenidən qurma işləri sürətlənmiş Naxçıvan 
MR Ali Məclisi rəhbərliyinin diqqət və qayğısı  nəticəsində  şəhər yaşıllaşmış küçə  və meydançalarda 
dekorativ kollar əkilmişdir. Naxçıvan zəhmətkeşləri iməcliklər keçirərək küçələrdə çinar, akasiya, 
nərbənd ağacları, həmişəyaşıl ardıc kolları ilə bərabər ətirli qızılgüllər də əkmişlər. 
 
 


 
12
 
Torpağı sevməyən vətəni sevməz. 
Məhəmməd peyğəmbər
   
Relyefi,  geomorfoloji  quruluşu. 
Naxçıvan MR geomorfoloji  quruluşu A. Antonov, B. Budaqov, M. Müseyibov, S. Babayev və b. 
tərəfindən öyrənilmişdir. 
Naxçıvan MR-sı öz geomorfoloji  quruluşuna görə  əsasən gətirmə konuslarından və Araz çayı 
yatağına yaxın zolaqda isə çay terraslarından yaranmış relyefdən ibarətdir. Bu qurşaq bütöv bir halda 
olmayıb, Muxtar Respublika daxilində bir neçə yerdə  Dərələyəz və  Zəngəzur dağlarının meredian 
istiqamətində uzanan qolları  və yüksəklikləri vasitəsilə bir sıra maili düzənliklərə ayrılır. Həmin 
düzənliklərdə Naxçıvan MR-in suvarmaya əsaslanan əsas əkin sahələri yerləşir və bu düzənlik Naxçıvan 
MR-in əsas kənd təsərrüfatı məhsullarının istehsal mənbəyi sayılır. 
Naxçıvan MR-in ərazisi bir sıra maili düzənliklərdən ibarətdir. Onlar bir-birindən bir çox 
xüsusiyyətlərinə görə fərqlənirlər. 
Sədərək maili düzənliyi: Muxtar Respublikanın şimal qərbində yerləşən Sədərək düzü cənubdan 
Arazla,  şimal qərbdən isə Saraybulaq dağlarının cənub-şərq  ətəkləri ilə  əhatələnir. Düzənliyin orta 
yüksəkliyi 930 m olmaqla iki terrasdan ibarətdir. Birinci  terras Sədərəyin şimal-şərqində qalıq halında, 
ikincisi  isə qum buzlaq çöküntüləri ilə örtülmüşdür. Münbit torpağa malik olan bu düzənlik Naxçıvan 
MR-in kənd təsərrüfatında mühüm rol oynayır. 
Şərur maili düzənliyi:  Şərur  maili düzənliyi Arpaçayın gətirmə konusundan ibarətdir. Bu 
düzənlik Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar – Qıvraq tirəsinədək uzanaraq Arazboyu düzənliyin 
böyük bir hissəsini tutur. Dəniz səviyyəsindən 780-850 m  mütləq yüksəklikdə yerləşməklə Araz çayı 
boyunca  14 km enində və 30 km  uzunluqda  olan bir  ərazidə  uzanır. 
Dağətəyi maili düzənlik olan Şərur düzənliyi cənub-şərqə doğru Qaraçoban, Tənənəm  və 
Qarabağlar- Qıvraq kimi daha kiçik maili düzənliklərə bölünür. Şərur düzənliyi tamamilə əkinçilik zonası 
olub, başdan-başa kənd təsərrüfatında istifadə edilir.  
Böyükdüz maili düzənliyi: Şərur düzündən şərqdə Qarabağlar-Xok-Tazı  uçan yüksəkliyi ilə 
Duzdağ tirəsi arasında Böyükdüz  düzənliyi yerləşir. Bu düzənliyin orta yüksəkliyi 800 m-ə  qədərdir. 
İqlimin və hidroloji  şəraitin  təsiri nəticəsində Böyükdüz su mənbələrindən məhrum olmaqla təbii  
şoranlaşmaya məruz qalmışdır. Düzənlik  əkinçilikdə az istifadə edilir. Buna səbəb yuxarıda deyildiyi 
kimi təbii şorlaşma və suvarma suyunun olmamasıdır.  
Kəngərli maili düzənliyi: Kəngərli maili düzənliyi (platosu) Böyükdüz maili düzənliyinin şimal-
qərbində yerləşir. Bu düzənliyin eni 8-10 km olub, şimal-şərqdən cənub-qərbə doğru 14 km-lik bir 
məsafədə uzanır və  dəniz səviyyəsindən 800-1300 m hündürlükdə yerləşir. Düzənliyin orta hissəsi zəif 
parçalanmışdır. Kəngərli  düzü zəif su təminatı olan düzənliklər sırasına aiddir. Ərazidə çay şəbəkəsinə 
təsadüf olunmur. Su təchizatı yeraltı sular hesabına təmin olunur. Suyu qismən çox olan yerlərdə 
əkinçilik, az olan hissələrində isə otlaq sahələri kimi istifadə olunur. 
Naxçıvan maili düzənliyi: Naxçıvan maili düzənliyi Muxtar Respublikanın  ən böyük 
düzənliklərindən biri olub, Arazboyu maili düzənliyin böyük bir hissəsini təşkil edir. O, qərbdən Cəhri-
Duzdağ tirəsi,  cənub-qərbdən Araz çayı , cənub-şərqdən Nehrəm-Ərəzin yüksəkliyi,  şimali-şərqdən 
Sirab, Nəhəcir, Xaçaparaq xətti üzrə Sarıdağ-Nəhəcir və Qırxlar dağının ətəkləri ilə əhatə olunmuşdur. Bu 
düz Naxıvançay və onun aşağı axınındakı qolları bir sıra təpəliklər, yarğanlar və dərələrlə parçalamışdır. 
Naxçıvan maili düzənliyi  əsasən Naxçıvan çayın və onun qollarının gətirmə konusu çöküntülərindən 
əmələ gəlmişdir.  
Naxçıvan düzünün mütləq hündürlüyü 760 m-dən 1100 m-ə  qədər olub, sahəsi 320 km

–dən  
artıqdır. Bu düz başlıca  kənd təsərrüfatı zonası olmaqla, qədim suvarma  əkinçiliyinin  inkişaf etdiyi 
ərazilərə aiddir. O, Babək rayonu ərazisinin   əsas   hissəsini təşkil edir.  
Sust maili düzənliyi:  Sust maili düzənliyi dəniz səviyyəsindən 1000-1300 m hündürlükdə 
yerləşib, ərazisi IV dövrün kiçik çaylar (yayda tamamilə quruyan) və xüsusən sel çöküntülərindən təşkil 
olunmuşdur. Bu düzənlik Çalxanqala, Xıncab, Təzəkənd kəndlərindən cənuba olan ərazilərin  əsas 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə