Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   2   3   4   5   6   7   8   9   ...   37

 
15
Küləklərin istiqaməti Arazboyu düzənlikdə dəyişkəndir. Ərazidə ən güclü  küləklər (xüsusilə iyul 
–avqust aylarında) şərq küləkləri ən zəif küləklər isə şimal küləkləridir. Arazboyu düzənlikdə ilin soyuq 
dövründə küləklərin sürəti 1-2 m/san, iyul-avqust aylarında isə 3-5 m/san təşkil edir.  
 
 
 
 
 
 
 
 
 


 
16
Çaylar ana torpağın qan damarıdır... 
Xeyriyyəçi Kərbalayı Musa. 
 
 
Hidroqrafiya 
Naxçıvan Muxtar Respublikanın hidroqrafiyasının tədqiqində S. H. Rüstəmov, X. C. Zamanov və 
başqalarının xidmətləri olmuşdur.  
Naxçıvan Muxtar Respublikasında səth sularının  əsasını çaylar və göllər təşkil edir. Muxtar 
Respublika səth sularının ehtiyatına görə Azərbaycan Respublikasının digər  ərazilərindən geridə qalır. 
Belə ki, ərazidə Araz çayı  itisna olmaqla səth suları il ərzində 0,61 km
3
 təşkil edir. 
 Naxçıvan Muxtar Respublikasında çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Naxçıvançaydan 
qərbə olan zonada çay şəbəkəsi olduqca  zəifdir. Ondan şərqdə isə  Zəngəzur dağlarından axan çaylar 
nisbətən sıx şəbəkə təşkil etsə də həmin çaylar az suludur. Professor S. H. Rüstəmovun hesablamalarına 
görə ərazinin əsas çaylarının ümumi uzunluğu 1750 km, çay şəbəkəsinin sıxlığı isə 0,33 km/km
2
-dir.  
 Naxçıvan MR-in çaylarında axımın il ərzində paylanması  fəsillər üzrə müxtəlifdir. Muxtar 
Respublikanın çaylarının  əsas qida mənbəyini təşkil edən qar iyunun axırınadək, bəzən isə iyuladək 
tədricən  əriyərək çayların səviyyəsini sabit saxlayır. Buna görə  də çaylar apreldən iyunun axrlarınadək 
bolsulu olur. Çayların az sulu vaxtı iyul-sentyabr aylarına düşür ki, bu dövrdə  də onların  əsas qida 
mənbəyini yeraltı sular təşkil edir.  
Çay suları təsərrüfatda mühüm əhəmiyyətə malikdir. Quraq iqlimə malik olan Naxçıvan diyarında 
əkinçiliyi suvarmasız təsəvvür etmək qeyri mümkündür. Bununla əlaqədar olaraq çay sularından istifadə 
etmək üçün Muxtar Respublikada suvarma sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 
mühüm  əhəmiyyət kəsb edən çaylar üzərində müxtəlif həcmdə su anbarları  və sututarlar yaradılmış, 
kanallar çəkilmiş, su nasos stansiyaları tikilib istifadəyə verilmişdir.  
Nisbətən yaxşı inkişaf etmiş çay şəbəkəsi, Naxçıvançaydan şərqə olan regionu, yaxud Zəngəzur 
silsiləsinin cənub-qərb yamaclarından axan çayları əhatə edir. Onun inkişafına mürəkkəb kompleks fiziki-
coğrafi amillər təsir göstərir ki, bu da öz növbəsində çay hövzələrinin yüksəklik vəziyyəti ilə əlaqədardır. 
Yüksəkliyin çoxalması ilə çay şəbəkəsinin sıxlığı da artır. Aşağı Arazboyu zonada isə çay şəbəkəsinin 
sıxlığının azalması müşahidə edilir və 0,20 – 0,40 km / km
2
 təşkil edir.  
Naxçıvan MR ərazisi kiçik dağ çayları ilə zəngindir. Burada çayların sayı 400-ə çatır. Onlardan 
334-nün uzunluğu 5 km-ə qədər, 31-ninki isə 6-10 km, 24-nünki 11-25 km, 7-ninki 26-50 km, 3-nünki 
(Naxçıvançay, Əlincəçay, Gilançay) 51-100 km, 1-ninki (Şərqi Arpaçay) isə 100 km-dən artıqdır (S. Y. 
Babayev, 1999) 
 Azərbaycanın digər  əraziləri kimi, Naxçıvan MR-in müasir hidroqrafik şəbəkəsi də uzun dövr 
ərzində  əmələ  gəlmiş  və bir sıra dəyişikliklərə  məruz qalmışdır. Düyülümçay, Vələndçay,  Əylisçay və 
digər hövzələrdə qədim çay dərələri qalıqlarının tapılması, hidroqrafik dəyişməyə parlaq misaldır.  
 Hidroqrafik 
şəbəkə təbii proseslərin və insanların təsərrüfat fəaliyyətinin təsiri nəticəsində dəyişir. 
Su ehtiyatlarından  səmərəli istifadə  məqsədilə çay sistemləri, çayların və göllərin su rejimi xalq 
təsərrüfatına lazım olan istiqamətə yönəldilir. Burada çayların aşağı  axınlarında tikilmiş bir çox su 
qovşaqlarının, su anbarlarının  yaradılması böyük əhəmiyyət kəsb edir. Bu tədbirlər su təchizatının 
yaxşılaşdırılmasını,  əkin sahələrinin artırılmasını  və  kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının 
yüksəldilməsini təmin etməklə yanaşı, hidroqrafik şəbəkənin də xarakterinə ciddi  təsir göstərir.  
  
Arazboyu 
düzənliklərdə və qismən də dağətəyi ərazilərdə çay şəbəkəsinin sıxlığının azalmasına 
təsir göstərən amillər burada atmosfer çöküntülərinin az düşməsi və onların torpağa tez hopması və eləcə 
də mümkün buxarlanmanın çox olmasıdır.  
 Axım davamiyyətinə görə Naxçıvan MR-də çayların üç qrupa bölmək olar (S. H. Rüstəmova 
görə).  
1.
 
Daimi fəaliyyətdə olan çaylar  - axım il ərzində mövcuddur.  
2.
 
Quruyan çaylar – axım yazda qarların əriməsi və yağışlar zamanı, həm də qismən yeraltı sular 
hesabına olur. 


 
17
3.
 
Müvəqqəti çaylar – axım yalnız güclü  yağışlar zamanı olur.  
Bu çaylar arasında əsas fərq onların yeraltı sularla qidalanmasıdır. Birinci  qrup çayların yeraltı 
sulardan qidalanması sabitdir, ikinci  qrupda 1-2 ay olur, üçüncü qrupda isə yox dərəcəsindədir.  
Muxtar Respublikada çayların su toplayıcılarının yüksəklik vəziyyəti  qidalanma şəraitini və 
axımın  əmələ  gəlməsini müəyyən edir və onun dəyişməsindən asılı olaraq çaylar bir qrupdan digərinə 
keçir. Su toplayıcıların yüksəklik vəziyyəti prinsipindən asılı olaraq, ərazinin çaylarını iki qrupa bölmək 
olar: 
1. Yüksək sutoplayıcı çaylar – su ayırıcı  xəttin  ən böyük yüksəkliyi bu çaylarda 2500–3000 
metrdən artıq olur.  
2. Alçaq su toplayıcı çaylar – su ayırıcı  xəttin ən böyük yüksəkliyi 2500 m-dən azdır. 
Relyef və geoloji  şəraitdən asılı olaraq, çay dərələri eninə  və uzununa müxtəlif profillərə 
malirkdir. Çay dərələrinin plan görünüşləri nadir hallarda düz xətli profilləri xatırladır, əksər hallarda isə 
əyrintilidir.  
Naxçıvan MR ərazisində axımın il ərzində paylanmasını üç fazaya ayırmaq olar: 
I faza: Payız-qış  fəsli, yaxud sentyabr-fevral ayları daxildir. Bu fazada su sərfləri nisbətən 
davamlıdır. Təsadüfi hallarda zəif daşqınlar olur. Dövr ərzində çaylarda illik axımın 10-15%-ə  qədəri 
axır.  
II faza: Bu faza mart-iyun aylarını, yaxud yaz fəslini  əhatə edir. Qarların  əriməsindən və 
yağışların yağmasından  əmələ  gələn daşqınlar baş verir. Martın ikinci  yarısında temperaturun artması 
nəticəsində çaylarda suyun miqdarı da çoxalır . Həmin dövrdə çaylarda 3-5 daşqın müşahidə edilir. May – 
iyun aylarında ən böyük su sərfləri olur (illik axımın 60-70%-i), sonra isə azalmağa başlayır.  
III faza: Yayın az sulu dövrünü  (iyun-avqust) əhatə edir. Bu dövrdə leysan yağışlar nəticəsində 
şərq hissədə daşqınlar olur. Yağıntı olmadıqda çayların su sərfi fasiləsiz olaraq azalır. Bu fazanın axımı 
illik axım həcminin 10-15%-ni təşkil edir.  
Muxtar Respublikanın çaylarını eyni zamanda yerli və tranzit çaylara bölmək olar. Çay suları 
ehtiyatın ümumi balansında tranzit çayların axımı 52%, yerli çaylarınkı isə 48% təşkil edir. 
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, orta sulu dövr üçün çayların ümumi su ehtiyatı 1,27 
km

–ə bərabərdir. Ərazinin yerli su ehtiyatı çox azdır. Bu ehtiyat 0,61 km
3
 təşkil edir. 
1) Araz çayı-hövzəsi 1.072 km, sahəsi 102.000 km², üzərində 1971-ci ildən tikilmiş Araz dəryaçası 
vardır. Kür çayının qoludur (Mənbəyi 3.000 m yüksəklikdən başlanır). 
 
2) Arpa çayı-hövzəsi 126 km, sahəsi 2.630 km², üzərində 1977-ci ildən istifadəyə verilmiş Arpaçay 
dəryaçası vardır. Araz çayının qoludur (Mənbəyi 3.100 m yüksəklikdən başlanır). 
 
3) Naxçıvan çayı-hövzəsi 81 km, sahəsi 1.630 km², üzərində 1999-cu ildən istifadəyə verilmiş 
Vayxır dəryaçası vardır. Araz çayının qoludur (Mənbəyi 3.150 m yüksəklikdən başlanır). 
 
4)  Əlincə çayı-hövzəsi 62 km, sahəsi 599 km². Araz çayının qoludur (Mənbəyi 2.800 m 
yüksəklikdən başlanır). 
 
5) Gilan çayı-hövzəsi 53 km, sahəsi 426 km². Araz çayının qoludur (Mənbəyi 2.700 m yüksəklikdən 
başlanır). 
 
6) Bağırsaqdərə çayı-hövzəsi 33 km, sahəsi 117 km². Araz çayının qoludur (Mənbəyi 1.086 m 
yüksəklikdən başlanır). 
 
7) Düyülün çayı-  hövzəsi 30 km, sahəsi 124 km². Araz çayının qoludur (Mənbəyi 2.400 m 
yüksəklikdən başlanır). 
 
8) Vənənd çayı-hövzəsi 29 km, sahəsi 91 km². Araz çayının qoludur (Mənbəyi 3.400 m 
yüksəklikdən başlanır). 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə