Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

 
21
Çaylar ana torpağın qan damarı olmaqla kəhriz çəkib 
xalqı sevindirmək Hac ziyarətindən üstündür. 
Xeyriyyəçi Kərbəlayı Musa. 
Hidrogeologiya 
Naxçıvan Muxtar Respublikanın hidrogeologiyası geniş miqyasda müxtəlif müəlliflər, elmi 
tədqiqat və layihə institutları tərəfindən öyrənilmişdir. Bu sahədə N. M. Paffenqolts,  K. N. Filonov, F. 
Ş. Əliyev, H. T. Süleymanov,  Ə. H. Əlimov, Ç. A. Fətullayev, D. S .Rossoxotskaya, Ə. G. Quliyev və 
başqa tədqiqatçılar işlər aparmışlar.  
Muxtar Respublika tutduğu coğrafi mövqeyindən, tektonikasından, geoloji  quruluşunu təşkil 
edən süxur və çöküntülərin litoloji tərkibinin əmələ gəlmə şəaritindən asılı olaraq rəngarəng və səciyyəvi 
hidrogeoloji  xüsusiyyətlərə malikdir. Onlar aşağıdakılardır: 
Sədərək düzənliyi. Geomorfoloji   cəhətdən düzənliyin sahəsi iki hissədə – cənub-qərb 
Arazkənarı terras və şimal-şərq – Çanaqçıçayın gətirmə konusuna ayrılır. Düzənliyi təşkil edən Dördüncü  
dövr çöküntüləri əsasən allüvial, prolüvial və delüvial mənsəbli olub, müxtəlif litoloji  tərkibə və qalınlığa 
malikdir. Düzənliyin dağətəyi  şimal-şərq hissəsində  həmin çöküntülər  Çanaqçıçay və Bağırsaq dərəsi 
çaylarının gətirmə çöküntüləri olub, tərkib etibarilə arası qum və gilcərlə doldurulmuş çaqıl və çınqıllı iri 
çaydaşılarından ibarətdir. Bu hissədə çöküntülərin qalınlığı 70 m-ə çatır. 
Dağətəyi zonadan cənub-qərbə, Arazkənarı terrasa doğru çaydaşıları  tədricən  kiçik fraksiyalı 
çöküntülərlə- xırda ölçülü çınqıllarla, qumlarla və gilcələrlə əvəz olunur. Çöküntülərin ümumi qalınlığı, 
Arazkənarı zonada 197 m-ə çatır. Arazkənarı zonanı  təşkil edən Dördüncü  dövr çöküntüləri  şaquli 
kəsilişdə tədricən  fərqlənən üç mərtəbəyə ayrılır: qum və xırda çınqıllardan təşkil olunmuş, qalınlığı 65 
m-ə çatan üst mərtəbə; qalınlığı 35 m olan məsaməli gilcələrdən təşkil olunmuş orta mərtəbə və qalınlığı 
97 m-ə çatan, yuxarı hissədə xırda, aşağı hissədə iri çaydaşılardan ibarət, arası qum və çınqıllarla dolmuş 
üçüncü  mərtəbə. 
Sədərək düzənliyində yeraltı su axınının istiqaməti  şimal –şərqdən cənub –qərbə doğrudur. 
Yeraltı sular Dəhnə və Başdağ dağlarına toxunaraq  müəyyən qədər istiqamətini dəyişir və bu da mütləq 
qiymətləri 790-800 m olan izogipslərin düzülüşündə aydın nəzərə çarpır. Yeraltı  suların dərinlikdə yatım 
aynası 1,0 m-dən 20 m arasında tərəddüd edir.  
Sədərək düzündə su aparıcı qatın qalınlığı 20 m-dən 130 m-dək dəyişir.  Ən yüksək qalınlıq 
mərkəz hissədə üstünlük təşkil edir. Mərkəzdən dağ ətəklərinə  doğru su aparıcı qatın qalınlığı 20 m-dək 
azalır. 
Düzənlik hissədə qrunt suları şimal-şərqdə dağətəyi zonada yaranmağa başlayır. Bu zonada qrunt 
suları  Çanaqçıçay, Cəhənnəmdərə və Bağırsaq dərəsi çaylarının yerüstü və yataqaltı sularının, atmosfer 
çöküntüləri və dağətəyi ana süxurların yeraltı sularının süzülməsi hesabına qidalanır. Bu zonada yaranmış 
yeraltı suların axımı  cənub-qərbə yönələrək düzənliyin qrunt sularının  əsas mənbəyi sayılır. Dağətəyi  
zonada  yaranmış yeraltı su axımı düzənliyin mərkəz hissəsində öz ehtiyatını suvarmadan süzülən sular 
hesabına bir qədər artırır. Düzənliyin Arazboyu hissəsində bu axım Ermənistanın Arazdəyən 
düzənliyindən axan yeraltı    suaxımı ilə qarşılaşaraq bir qədər cənuba doğru öz istiqamətini dəyişir. 
Düzənliyin qrunt suları əsasən Araz çayı, qismən də buxarlanma və transpirasiya vasitəsi ilə sərf olunur. 
Sədərək düzənliyində çöküntülərin  süzülmə  əmsalı süxurların tərkibindən asılı olaraq müxtəlif 
qiymətə malikdir. Süzülmə əmsalının orta qiyməti 4-16m/sut., bəzi hallarda isə 22 m/sut. təşkil edir. 
Düzənlik sahədə yerləşən qrunt suları müxtəlif duzluluğa və kimyəvi tərkibə malikdir. Şimal-şərq 
hissədə Çanaqçıçay gətirmə konusunda qrunt sularının duzluluğu 0,5 q/l-dir. Suların ümumi minerallaşma 
dərəcəsi 1,2-3,02 q/l təşkil edir.  Araz çayına doğru minerallaşma dərəcəsi artır və 2-5 q/l-ə çatır.  
Yeraltı suların səthinin meyilliyi Araz kənarı sahəyə doğru 0,05-dən 0,005-dək azalır. Hərəkət 
istiqaməti boyunca  qrunt sularının codluğu 3 mg/ekv –dən 12-14 mg/ekv-ə qədər dəyişir. Qrunt sularının 
temperaturu düzənlik daxilində 11-14°C təşkil edir. Suların kimyəvi tərkibi sulfatlı – hidrokarbonatlı – 
natriumlu və sulfatlı-xloridli-natriumludur.  
Sədərək düzənliyi ərazisində təzyiqli sular da təşəkkül tapmışdır. Təzyiqli sular Dördüncü  dövr 
çöküntülərində mövcuddur və quyular vasitəsilə 19-120 m dərinliklərdə açılmışdır.  


 
22
Düzənliyin qrunt və  təzyiqli suları vahid kompleks təşkil edir. Belə ki, təzyiqli sular yuxarıya 
doğru filtrasiya edərək qrunt sularına qarışır. Bunun nəticəsində qrunt sularının minerallaşma dərəcələri 
artır və  səviyyənin səthə yaxın hissələrində güclü  buxarlanma nəticəsində torpağın  şoranlaşması baş 
verir.  
Sədərək kəndinin şimal-qərb hissəsində Orta Devon əhəngdaşlarının əmələ gətirdiyi yüksəklikdə 
bir neçə yüksək debitli bulaq çıxır ki, onlar da tektonik sınma və çat ilə əlaqədardır.  
Şərur düzənliyi. Düzənlik  Şərqi Arpaçayın allüvial-prolüvial çöküntülərdən ibarət gətirmə 
konusunun böyük bir hissəsini əhatə edir. Araz çayına doğru bu çöküntülərin qalınlığı artır, yanlara doğru 
isə azalır. Çöküntülərin qalınlığı demək olar ki, 20 m-lə 200 m arasında tərəddüd edir. Şərur düzünün hər 
yerində demək olar ki, qrunt suları yayılmışdır. Arazboyu hissədə isə  həmçinin təzyiqli sular vüsət 
tapmışdır. 
Ümumiyyətlə, düzənliyin Dördüncü  dövr çöküntülərinin  əmələ  gəlməsində  Şərqi Arpaçay 
mühüm rol oynamışdır. Bu səbəbdən  ərazidə çöküntülərin olmasında dağətəyi gətirmə konuslarına xas 
olan qanunauyğunluq - tədrici  fraksiya  dəyişikliyi müşahidə edilir.  
Düzənlik daxilində qrunt sularının yatım dərinliyi müxtəlif olub, şimal-şərqdən cənub-qərbə 
doğru dayazlaşır. Ən böyük yatım dərinliyi düzənliyin şimal –şərq dağətəyi hissəsində olub, 30 m-dən bir 
qədər artıqdır. Dağətəyi zonanın aşağı hissələrində qrunt sularının dərinliyi 20-30 m-ə çatır. Konusun 
aşağı hissəsində qrunt sularının yatım dərinliyi 10-20 m, düzənliyin orta hissəsində isə 3-10 m-dir. 
Arazkənarı zonada qrunt suları 3 m-dən dayazda yataraq, bəzən yer səthini rütubətləndirib, kiçik bataqlıq 
sahələri yaradır.  
Çöküntülərin süzülmə əmsalı onların mənşəyindən və litoloji  tərkibindən asılı olaraq çox böyük 
hüdud daxilində  dəyişir.  Ən kiçik süzülmə  əmsalı 1m/sut. olub, dağətəyi zonadakı deluvial çökntüləri 
əhatə edir. Düzənliyin Arazboyu hissəsində çöküntülərin süzülmə əmsalı 1-5 m/sut. olub, litoloji  tərkibcə  
qumlu çınqılları, çınqıllı qumları  və lilli çaqılları  təmsil edir. Arpaçayın gətirmə konusunun mərkəz və 
yuxarı hissəsində həmin əmsal 10-15 m/sut. olub, Şərur düzənliyi üçün ən yüksək göstərici  sayılır.  
Düzənliyin qrunt suları əsasən şirin olub, minerallaşması 0,3 q/l-dən 1,5 q/l –ədək dəyişir. 
Qrunt sularının codluğu düzənliyin əsas hissəsində 5 mq/ekv –dir. Araz kənarı hissədə codluq 10-
12 mq/ekv-dək  dəyişir. Qrunt sularının temperaturu 9-14 °C arasında tərəddüd edir.  
Düzənliyin yeraltı sularının  əmələ  gəlməsində  Şərqi Arpaçayın yerüstü və yataqaltı sularının, 
atmosfer çöküntülərinin, suvarmadan süzülən sular və dağətəyi zonanı  təşkil edən süxurlardan süzülən 
suların mühüm rolu vardır. 
Yeraltı suların kimyəvi tərkib hissəsi hidrokarbonatlı-sulfatlı-kalsium-maqneziumlu və 
hidrokarbonatlı –sulfatlı-kalsium- natriumludur. 
Düzənliyin Dördüncü  dövr çöküntülərinin orta və alt hissəsinə  təzyiqli yeraltı sular müncər 
olmuşdur. Təzyiqli suların tutduğu sahə düzənliyin Arazkənarı hissəsinə uyğun gəlir. Təzyiqli sular 
düzənlik daxilində qazılmış tək-tək dərin kəşfiyyat quyuları vasitəsilə aşkar olunmuşdur. Təzyiqli suların 
yatım dərinliyi və təzyiqi müxtəlifdir. Muğanlı kəndinin şərq qurtaracağında qazılan kəşfiyyat quyusunda 
təzyiqli sular 38-230 m dərinlikdə aşkar edilmişdir. Təzyiqli sular qrunt sularından qalınlığı 2-20 m olan 
gil təbəqəsi ilə  təcrid olunur. Sulu horizontda araları qumlu, qumca və gilcə ilə dolmuş çaqıl-çınqıllar 
intişar tapıb. Onların qalınlığı 0,5-95,6 m, süzülmə əmsalı 0,8-57,6 m/gün çox vaxt 15 m/günə qədər olur, 
sukeçiricilik əmsalı 40-1950 m
2
/gün, ərazinin əksər sahələrində 900 m
2
/gündür.  
Düzənlik  ərazidə yaranan yeraltı axım  Araz çayına doğru istiqamətlənmişdir və qrunt suları 
əsasən Araz çayı vasitəsilə sərf edilirlər.  
Naxçıvançay düzənliyi. Düzənliyin  şimal sərhəddi Xalxal meşəsi yaxınlığından keçərək, 
Dərələyəz və  Zəngəzur dağlarının cənub yamacları ilə hüdudlanmışdır. Naxçıvançayın kiçik qollarının 
qobuları ilə  və dayaz yarğanlarla mürəkkəbləşmişdir. Bunlardan əlavə, Naxçıvançayın  aydın seçilən 
terrasları düzənliyin qərb  və şərq kənarlarına doğru ucalan pillələr yaratmışdır. Belə terrasların sayı 4-ə 
çatıb, Naxçıvançayın müasir yatağından 2, 10, 13-50  və 70 m  hündürlükdə yerləşmişdir.  


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə