Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

 
23
Düzənliyin əsas hissəsini allüvial-prolüvial çöküntülər təşkil edir. Dördüncü  dövr çöküntülərinin 
qalınlığı düzənliyin dağətəyi hissəsindən Arazın kənarına doğru 10-15 m –dən 35 m-dək artır. Naxçıvan 
şəhəri ərazisində çöküntülərin qalınlığı 5,8 m-dən 46 m-dək dəyişir.  
Düzənliyin Arazkənarı hissəsində sulu çöküntülərin eni 6 km –ədək yaxın bir zolaq şəklində Araz 
çayı boyunca uzanmışdır. Sulu zolaq düzənliyin  şimal-qərb və  cənub-şərq hissələrində ensizləşir. 
Çöküntülərlə müncər olan qrunt sularının yatım dərinliyi şimaldan dağətəyi hissədən cənuba, Araz çayına 
doğru və düzənliyin kənarlarından mərkəz hissəyə, Naxçıvana doğru azalır. Düzənlik  ərazisində qrunt 
sularının yatım dərinliyi 2,0-30 m arasında tərəddüd edir. 
Çöküntülərin süzülmə əmsalı onların litoloji  tərkibindən asılı olaraq 1,5 m/sut. arasında tərəddüd 
edir. Qrunt sularının minerallaşması 1 q/l-ə  qədərdir. Suların codluğu 4-9 mq/ekv, temperaturu 11-14°C-
dir. Yeraltı axımın mailliyi 0,0025-0,0057 –dir. Sukeçiricilik əmsalı 3-145 m
2
/sut. arasında dəyişir. 
Suların kimyəvi tərkibi hidrokarbonatlı – kalsiumlu –maqneziumlu və hidrokarbonatlı – sulfatlı 
maqneziumlu-natriumludur.  
Düzənliyin şimal- qərb, Arazkənarı hissəsində qrunt suları əsasən Araz çayı vasitəsilə, qismən də 
buxarlanma yolu ilə  sərf olunur. Həmçinin Naxçıvançayın gətirmə konusu hüdudlarında 20-dən artıq 
kəhriz və  Cəhriçayın məcrasının suları hesabına qidalanan bir çox kəhrizlər mövcuddur ki, onlar da 
əhalinin su ilə təminatında mühüm rola malikdirlər. 
Culfa -Ordubad Arazboyu düzənlikləri. Culfa -Ordubad Arazboyu düzənliyi Naxçıvan 
düzənliyindən cənub-qərbdə yerləşib, ondan Nehrəm yaylası ilə (Dərəşam dərəsi) ayrılır. Düzənlik 
Zəngəzur dağ silsiləsinin cənub ətəyi ilə Araz çayı arasında qalan ensiz zolaq şəklində olan sahə boyunca  
Muxtar Respublikanın cənub və  qərb sərhəddinə, Həsəndağın qərb yamaclarınadək  uzanır. Oroqrafik 
cəhətdən bu zolaq Araz çayının sol qolları olan Qaradərə, Gilançay, Düylünçay, Vənəndçay,  Əylisçay, 
Ordubadçay və  Gənzəçayın Arazboyu sahəsində yaratdıqları kiçik maili düzənliklərdən və  gətirmə 
konuslarından ibarətdir. Bu düzənlik bir qədər yuxarıda bir-biri ilə dağ yolları ilə ayrılır və Araz boyu 
hissədə birləşərək ümumi düzənlik zolağı əmələ gətirir. Qaradərə çayının mənsəbində yerləşmiş Yaycı, 
Gilançayın yaratdığı Aza, Düylünçayın gətirmə konusuna təvafiq edən Dəstə, Ordubadçay və Əylisçayın 
gətirmə konuslarının birləşməsindən yaranan Ordubad düzənliyi o cümlədəndir. 
Qrunt sularının yatım dərinliyi dağ ətəyi hissədən Araz çayına doğru 10-12 m-dən 1,7-3,5 m-dək 
azalır.  
Suçəkmə  əməliyyatı zamanı  kəşfiyyat quyularının sərfi və xüsusi sərfi Arazboyu düzənlik 
daxilində müxtəlif qiymətlərə malik olmuşdur. 
Culfa  düzənliyinin şimal-qərb və cənub-şərq hissələrində quyuların sərfi 0,3-10,7 l/san, xüsusi 
sərfi isə 0,04-0,2 ll/san-dir. Culfa  şəhəri yaxınlığında qazılmış quyunun sərfi 20 l/san, xüsusi sərfi isə 
15,29 ll/san təşkil edir. Quyunun xüsusi sərfinin yüksək olması Araz çayının yataqaltı suları ilə 
qidalanmasından irəli gəlir.  
Araz çayına yaxın qazılmış quyuların sərfi böyük göstəricilərə malikdir. Yaycı, Gilançay, Dəstə, 
Ordubad düzənliklərində quyuların sərfi 3,2-18,5 l/san, xüsusi sərfi isə 0,1-dən 5,4 l /san arasında dəyişir.  
Culfa –Ordubad Arazboyu düzənliyinin qrunt suları mxtəlif minerallaşma və kimyəvi tərkibə 
malikdir.  Əlincə  çayda suların minerallaşma dərəcəsi 0,5-0,8 q/l, kimyəvi tərkibi isə hidrokarbonatlı-
kalsiumludur. Düzənliyin qalan hissəsində suların minerallaşma dərəcəsi 1,0-1,2q/l olub, hidrokarbonatlı 
–sulfatlı və sulfatlı-hidrokarbonatlı-maqnezium-kalsiumlu tərkibə malikdir. 
Yaycı, Gilançay, Dəstə, Ordubad düzənliklərində qrunt sularının minerallaşma dərəcəsi 0,32-1,82 
q/l arasında, kimyəvi tərkibi isə hidrokarbonatlı-kalsiumlu tərkibdən, sulfatlı-hidrokarbonatlı-natriumlu-
kalsiumlu tərkibə dəyişir. 
Suların ümumi codluğu 3 mq/ekv-dən 9-11 mq/ekv qədər olub, temperatur 9-13°C arasında 
tərəddüd edir.  
Culfa -Ordubad Arazboyu düzənliyinin qrunt sularının qidalanmasında başqa düzənliklərdən 
fərqli olaraq ana süxurların çat suları  və Araz çayının yataqaltı sularının rolu bir qədər artıqdır. 
Arazkənarı  hissədə Culfa  və Yaycı      düzənliyinin qrunt sularının  əmələ  gəlməsində Araz çayının 
yataqaltı suları mühüm yer tutur. Qrunt suları Araz çayı vasitəsi ilə sərf olunur.  


 
24

Su axar yolun tapar.” 
(Atalar sözü) 
Kəhrizlər 
 
Kəhriz insanların yaradıcı  fəaliyyəti nəticəsində, yeraltı suları öz axını ilə yer səthinə  çıxaran 
meliorativ sistemlərə deyilir. Kəhrizlər insanın yaratdığı möcüzələrdən biridir.
  
Rəvayətlərə görə dünyanın Birinci  kəhrizi Məkkə  şəhərində olan  Zəm-zəm suyu  hesab olunur. 
Təsadüfi deyil ki, Quranda 26 surədə 38 dəfə  kəhrizə  işarə olunub. Ayələrdə belə yazılmışdır ki, 
«cənnətdə ağacların altından su axır». Məhəmməd peyğəmbərin(s.ə.s.) suya münasibətidə maraqlıdır. O 
bütün yer üzündə rast gəlinən suları, qızı Fatmeyi – Zəhranın kəbininə kəsmişdir. O vaxtdan başlayaraq 
kəhrizlər də islami qaydalara görə müqəddəs su abidələri adlandırılmış, onları çirkləndirmək, uçurmaq 
böyük günah sayılmışdır. Bu adətlər bu gün də qalmaqdadır.  
 Kəhrizlər hesabına susuz səhralar yaşıllaşır, yaşayış məntəqələri salınır, bir sözlə ekoloji aləmdə 
böyük dəyişikliklər baş verir. 
Bu halda   istifadə olunan kəhrizlər ta qədimdən su probleminin həllində mühim rol oynamışdır. 
Heç bir enerji almadan, mexaniki qüvvə  sərf etmədən,  ekoloji təmiz su  mənbəyi olan kəhrizlərin 
potensial imkanı böyükdür. Bu səbəbdən onların tədqiqinin, ekoloji aləmdəki rolunun müəyyən 
edilməsinin böyük elmi-praktik  əhəmiyyəti  vardır.  
 
Naxçıvan Muxtar Respublikasının rayonları üzrə  
kəhrizlərin bəzi ölçüləri və sərflərin təhlili  (Ə. G. Quliyevə görə, 2006) 
 
XX əsrin ortalarındak 
ıstifadə vəziyyəti 
 
R
ayo
nl
ar 
K
əhr
iz o
lan
 

nd

ri
n sa

 
K
əhr
izl
ərin say
ı 
 
K
əhr
iz k
ür
əl
əri
ni

uzu
nl

u m
-l
ə 
Q
uyu
lar
ın say
ı 
K
əhr
izl
ərin say
ı 
S
ərfl
ər 
l/san
 
Kəngərli 10 
169 
55108 
1869 
164 
1033,4 
Ordubad 14 
102 
43708 
1481 
87 
566,9 
Babək 25 
80 
44804 
1586 
57 
832,5 
Culfa  
13 
31 
12838 
518 
28 
178,4 
Şərur 9 
15 
5250 
202 

41,0 
Şəhbuz 6 
10 
2173 
95 
10 
70,0 
Cəmi 79 
407 
163817 
5699 
353 
2722,2 
 
 
Kəhriz-yeraltı suları toplayaraq yer səthinə arxlar vasitəsilə axıdılan hidrotexniki su qurğusudur. 
Kəhrizləri qazan ustalara kan-kan deyirlər. Ustalar əvvəlcə  şaquli vəziyyətdə “güman quyusu” 
qazaraq, torpaq altındakı sulu qata çatdıqda su gələn tərəfin  əksinə üfüqü lağımlar (kanlar) qazırlar. 
Sonradan həmin istiqamətdə bir neçə (hətta yüzdən artıq) quyular qazılaraq lağımlar vasitəsilə onları 
birləşdirirlər. Lağımların hündürlüyü 1,2-1,4 metr, eni isə 0,6-0,8 metr ölçüsündə olur. Əhalini süzülmüş 
təmiz su ilə təmin etmək üçün kəhrizlər əsas su mənbələridir. 
Bu gün kəhriz sistemləri və onların üzərində olan memarlıq abidələrinin bərpa və təmirinə dair heç 
bir normativ hüquqi aktlar və  sənədlərə  təsadüf olunmur. Baxmayaraq iş yealtı  işlərə aid olduğundan 
burada təhlükəsizlik qaydalarına dair müvafiq təlimatlar qanunlar olmalıdır.  


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə