Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
  1   2   3   4   5   6   7   8   9   ...   29


 



 



NAZİM CƏFƏROV 

 

 

 

 

MİLLİ – İCTİMAİ 

FİKİR 

TARİXİMİZDƏN 

 

14– FEVRAL, 1917 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI 

 

BAKI – 1993 


 



BBK 9 (C.42) 



C 77 

 

 



 

Rəyçi tarix elmləri namizədi 



Nəsib Nəsibzadə 

       


Redaktoru 

Sədaqət Cabbarova 

Rəssamı 


Kirman Abdinov 

 

 



 

 

 

 

 

 

Cəfərov N.  

C  77      Milli  –  ictimai  fikir  tariximizdən  (1914-  fevral  1917)  B.:  Azərnəşr, 

1993. 80 səh.  

 

Kitabda  qaldırılan  məsələlərə  indiyədək  elmi  ədəbiyyatda  istənilən 



səviyyədə  yer  verilməmişdir.  Burada  M.Ə.Rəsulzadə,  Y.Vəzirov,  Ö.Faiq  və  o 

dövrün  bir  çox  görkəmli  şəxsiyyətlərinin  ictimai  –  siyasi  görüşləri  araşdırılır. 

Ümumiyyətlə, 1914 – 1917-ci illərdə Azərbaycan ictimai fikrində hökm sürən ayrı 

– ayrı cərəyanlar bütün rəngarəngliyi və ziddiyyəti ilə əsərdə öz əksini tapmışdır.    

 

 

 



 

 

C 0301040200 – 116     22 – 93                                         BBK 9 (C. 42)  

    M – 651 (07) - 93 

   


ISBN 5 – 552 – 01323 – 9                                               Azərnəşr, 1993. 

 

  

 




 



Ö N   S Ö Z 

Birinci  dünya  müharibəsi  illərində  Azərbaycanda  ictimai-siyasi  mühit 

ziddiyyətli  idi.  Çarizmin  1905-1907-ci  illərdə  xalq  kütlələrinin  inqilabi 

çıxışlarından  sonra  islahatlar  keçirəcəyi,  xalqa  demokratik  azadlıqlar  verəcəyi 

barədə  elan  etmiş  olduğu  vədlər  kağız  üzərində  qaldı.  Bundan  başqa,  müharibə 

əhalinin güzəranını daha da pisləşdirdi. Əhalinin əksəriyyəti yarıac, yarıtox dolanır, 

ərzaq qıtlığı və bahalıq getdikcə fəlakətli hal alırdı.        

 

Azərbaycanda  yerli  camaat  yalnız  maddi  çətinliklərlə  üzləşmir,  həm  də 



çarizmin müstəmləkəçilik siyasəti nəticəsində təqiblərə, milli və dini ayrı-seçkiliyə 

məruz  qalırdı.  Bu  cür  mürəkkəb  və  ziddiyyətli  şərait  Azərbaycanda  milli-ictimai 

fikrin  fəallaşmasına  güclü  təsir  göstərirdi.  Azərbaycan  ziyalılarında  milliazadlıq 

ideyaları  formalaşır,  onların  çarizmin  müstəmləkəçilik  siyasətinə  qarşı  etirazları 

gündən-günə güclənirdi.   

 

 



 

 

 



Azərbaycan ziyalıları ilk növbədə qarşılarına xalqın  gözünü açmaq, onda 

milli  mənlik  şüurunu  formalaşdırmaq  məqsədini  qoymuşdular.  Onlar  çarizmin 

güzəştlərindən  istifadə  edərək  qəzetlər  və  jurnallar  çap  etməyə,  zəhmətkeş 

kütlələrin  savadını  artırmağa,  dünyagörüşünü  genişləndirməyə  çalışırdılar. 

Mətbuatın bu işdə müstəsna əhəmiyyəti vardı və xalqın ictimai həyatında böyük rol 

oynayırdı.  Mətbuat  hər  şeydən  əvvəl  o  dövrdə  ictimai  rəyi  formalaşdıran  yeganə 

kütləvi  informasiya  vasitəsi  idi.  Məlum  olduğu  kimi  Azərbaycan  mətbuatının 

əsasını  Həsən  bəy  Zərdabi  hələ  1875-ci  ildə  qoymuşdu.  Lakin  çarizm 

azərbaycanlıların,  daha  dəqiq  ifadə  ilə  desək,  Qafqaz  türklərinin  oyanmasından, 

maariflənməsindən  qorxuya  düşmüş  və  müxtəlif  yollara  əl  ataraq  Həsən  bəy 

Zərdabinin  açdığı  ―Əkinçi‖  qəzetini  tezliklə  qapatmışdı.  Nəhayət,  1905-ci  ildə, 

Rusiya-Yaponiya  müharibəsində  çarizm  məğlubiyyətə  uğrayandan  sonra 

azərbaycanlılar mətbuat üzü görmüşdülər. Mütləqiyyətin zəifləməsi, ictimai-siyasi 

həyatdakı bəzi güzəştlər mətbuatın gur inkişafına səbəb olmuşdu.  

 

 

Azərbaycan  Respublikası  Siyasi  partiyalar  və  ictimai  hərəkatlar  Mərkəzi 



Dövlət  Arxivində,  Azərbaycan  Respublikası  Elmlər  Akademiyası  Əlyazmalar 

İnstitutunun  və  M.  F.  Axundov  adına  Dövlət  Kitabxanasının  arxivlərində 

çalışarkən,  tədqiq  etdiyimiz  dövrdə  Azərbaycanda  çıxmış  aşağıdakı  qəzet  və 

jurnalların  saylarına  rast  gəldik:  ―Açıq  söz‖,  ―İqbal‖,  ―Yeni  iqbal‖,  ―Bəsirət‖ 

qəzetləri,  ―Dirilik‖,  ―Şəlalə‖,  ―Qurtuluş‖,  ―Babayi-Əmir‖,  ―Molla  Nəsrəddin‖, 

―Ləklək‖  jurnalları.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  təqdim  etdiyimiz  siyahını  tam 

hesab etmək fikrindən uzağıq. 

 

 



 

 

 



Adını  sadaladığımız  mətbu  orqanlarını  öz  fikirlərini  oxucuya  çatdırmaq 

tərzinə  görə  iki  qrupa  ayırmaq  olar:  ciddi  və  məzhəkəçi.  Yusif  Vəzirov  (Yusif 

Vəzir  Çəmənzəminli)  birinciləri  tikən,  ikinciləri  isə  dağıdan  mətbuat  adlandırırdı. 

O,  bu  iki  mətbuat  orqanı  arasındakı  nisbətin  bərabər  olmasına  xüsusi  əhəmiyyət 

verirdi. Əks halda mətbuatdan kömək ummaq faydasız olardı.  

 

 



―Molla Nəsrəddin‖, ―Babayi - Əmir‖ və ―Ləklək‖ məzhəkə jurnalları idi. 


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə