Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   2   3   4   5   6   7   8   9   ...   53


dollar, Gürcüstanda is
ə 202 mln. dollar həcmində qiymətləndirilir. Ümumən yeni dəmir yol xəttinin 
ç
əkilməsi layihəsi 600 mln. dollar tələb edir. Gürcüstan hissəsində  yenidənqurma  işlərinə  maliyyə 
d
əstəyi məqsədilə  Azərbaycan tərəfi Gürcüstana 20 il müddətinə  illik dərəcəsi 1% olan 200 mln. 
dollar h
əcmində kredit vermişdir. (6) 
Bakı-Tbilisi-Qars dəmir yolu əlaqəsinin həyata keçirilməsi təkcə  region üçün deyil, həm də 
bütün dünya üçün böyük 
əhəmiyyətə  malikdir. Bu layihədən istifadə  edən ölkələr regional 
əməkdaşlıq  baxımından  daha  da  yaxınlaşacaqlar.  Bu  layihənin  reallaşdırılması  Asiya  və  Avropa 
arasındakı nəqliyyat əlaqəsini 600 km. qısaldacaq, bu isə TRACECA dəhlizi ilə tranzit daşımaların 
s
əmərəliliyini artıracaq və onun rəqabət qabiliyyətliliyini yüksəldəcəkdir. 
Ölk
ənin nəqliyyat sektorunda vacib yer dəniz nəqliyyatına ayrılır. 2015-ci ildə ölkənin tanker və 
quru  mal  daşıyan  gəmiləri cəmi  6,6  mln.  ton  yük  daşımışlar  və  bu 2010-cu ilin göstəricilərindən 
32,8% aşağıdır. Dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 9,0 min nəfər olmuşdur.   
Ölk
ənin dəniz nəqliyyatı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə təmsil edilmişdir. Bu 
çoxsah
əli nəqliyyat təşkilatıdır, onun tərkibinə nəqliyyat, texniki və xidməti-köməkçi gəmilər, gəmi 
t
əmiri zavodları, tədris, ticarət, təchizat və ekspe-ditor-agent təşkilatları daxildir. Fəaliyyətinin əsasını 
neft v
ə neft məhsullarının daşınması təşkil edir. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və Mərmərə  
d
ənizlərində fəaliyyət göstərir. Hal-hazırda Azərbaycanın 33 tankeri vasitəsi ilə ildə 15-20 mlyn. ton 
neft v
ə neft  məhsullarının daşınması mümkündür. 
Son ill
ər ölkədə  aviadaşımaların  artması  müşahidə  olunur. 2015-ci ildə  aviasiya nəqliyyatı  ilə 
t
əqribən 1,8 mln. sərnişin daşınmışdır, halbuki 2010-cu ildə onların sayı 1,0 mln. nəfər olmuşdur. 
2015-ci ild
ə  yük  aviasiyası  129  min.  ton  yük  daşımışdır  və  bu 2010-cu ilin göstəricilərindən 
t
əxinən 3 dəfə çoxdur. 
Az
ərbaycanın  nəqliyyat sektorunda dövlət və  özəl  aviaşirkətlər fəaliyyət göstərir. Dövlət 
aviaşirkətlərinə  “Azərbaycan  Hava  Yolları”  sərnişin  aviaşirkəti aiddir. Özəl  aviaşirkətləri  sırasında 
is
ə “Silk Way Airlines” yük aviaşirkətini  göstərmək olar. 
 Bu gün “Az
ərbaycan  Hava  Yolları”  Qapalı  Səhmdar Cəmiyyətinin  parkı  müasir  və  bütün 
t
əhlükəsizlik tələblərinə cavab verən təyyarələrdən ibarətdir, o cümlədən  Boeing 757-200, Boeing 
767-300ER, Boeing 787-8, Aerobus A319, Aerobus A320, Aerobus A340, Embraer-170, Embraer-
190. 
“Az
ərbaycan  Hava  Yolları”  sərnişin  aviaşirkəti Azərbaycanın  milli  daşıyıcısı  kimi  beynəlxalq 
aviasiya birliyind
ə layiqli yer, MDB ölkələri sırasında isə liderlik mövqelərini tutur. (2) 
“Silk  Way  Airlines”  şirkətinin  parkında  "Boeing"  korporasiyasının    istehsalı    olan  doqquz  
“Boeing-747 8F”, üç “Boeing-747 400F”, iki “Boeing 767-300F”  h
əmçinin  Rusiya  istehsalı  olan 
yeddi  “İL-76” və  üç “An-12” təyyarə  vardır.  Eyni  zamanda  aviaşirkət 2018-ci il üçün on ədəd 
"Boeing 737 MAX 8" t
əyyarəsinin alınmasına dair müqavilə bağlamışdır. (4,5) 
 
Az
ərbaycanın nəqliyyat sektorunda investisiya proseslərinin müasir vəziyyəti 
N
əqliyyat sahəsində  aparılmış  islahatlar  nəticəsində  Azərbaycanın  nəqliyyat infrastrukturu 
regionda  aparıcı  mövqelərini möhkəmləndirmiş,  dünya  ticarətində  daha böyük rol oynamaq 
imkanlarını əldə etmişdir. 
Son dövrd
ə Rusiya ilə Avropa Birliyi arasında baş verən siyasi və iqtisadi böhran, Avropanın 
Rusiyadan qaz asılılığının azaldılması istiqamətində səyləri, eyni zamanda Rusiyanın ona qarşı tətbiq 
edil
ən sanksiyalara cavab olaraq yeni bazarların axtarması Azərbaycanın əhəmiyyətini daha da artırır. 
Bunu n
əzərə alaraq Azərbaycan nəqliyyatçıları  yaranmış vəziyyətdən səmərəli istifadə edərək yeni 
marşrutlar açmalı, tranzit daşımalarının artırılması üçün müqavilələr bağlamalıdır.    
“Az
ərbaycan 2020: gələcəyə  baxış”  inkişaf  konsepsiyasında  qeyd  olunur ki, -  “Hazırkı 
m
ərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin 
s
əviyyəsindən  asılı  olmayaraq  qeyri-neft sektorunun yüksək  inkişaf  tempini  gələcək illərdə  də 
qoruyub saxlamaq v
ə  onun  ixrac  imkanlarını  genişləndirməkdir”. Qeyri-neft sektorunun vacib 
sah
ələrindən biri də nəqliyyatdır. Məsələn, 2015-cü ildə nəqliyyat sahəsində çalışan işçilərin orta illik 
sayı ölkə iqtisadiyyatında çalışanların 8,5%-ni, əsas fondlar isə 8,3%-ni təşkil etmişdir. Bununla belə, 
h
əmin ildə nəqliyyatda əsas kapitala qoyulan investisiyaların xüsusi çəkisi 13,8% olmuşdur. Bu fakt 



onu göst
ərir ki, Azərbaycan hökuməti nəqliyyatın ölkə iqtisadiyyatında rolunu yüksək qiymətləndirir 
v
ə onun inkişafına xüsusi əhəmiyyət verir. (Cədvəl. 1) 
C
ədvəl 1. 
Az
ərbaycanın nəqliyyat sektoru üzrə makro göstəriciləri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
M
ənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 
 
2008-ci ild
ə başlamış dünya maliyyə böhranı dünya ticarətinin həcminin azalmasına əhəmiyyətli 
t
əsir göstərmişdir.  Bu  da  öz  növbəsində  qlobal nəqliyyat sisteminin əsas seqmentlərinin 
göst
əricilərini aşağı salmışdır. Məsələn, daxili və tranzit sərnişin və yük axınlarının azalması demək 
olar ki, bütün ölk
ələrdə  müşahidə  olunurdu. Lakin bu fonda 2009-cu ildə  dayanıqlığını  saxlamış 
Az
ərbaycanın  nəqliyyat sektoru 2015-ci ildə  yük  daşımaları  həcminin müstəqillik illəri  ərzində  ən 
yüks
ək inkişafına nail olmuşdur. Bu onunla bağlıdır ki, son illərdə avtomobil, dəmir yolu, dəniz, hava 
v
ə boru kəmər nəqliyyatı infrastrukturunun inkişaf
  
etdirilm
əsinə böyük investisiyalar yönəldilmişdir. 
M
əsələn, 2010-2015-ci illər  ərzində  nəqliyyat sahəsinə  qoyulan investisiyalar 15,741 mln. manat 
t
əşkil  etmişdir  ki,  bu  da  həmin illər  ərzində  ölkə  iqtisadiyyatına  qoyulmuş  daxili  ümumi 
investisiyaların 13,7%-ni təşkil edir (Şəkil 5). Qoyulmuş investisiyalar nəticəsində ölkənin nəqliyyat 
infrastrukturunun 
əksər hissəsi beynəlxalq standartlara cavab verərək regional inkişafda, başlıcası isə 
TRACECA v
ə Şimal-Cənub nəqliyyat dəhlizlərində daxili və tranzit yük axınlarının artmasında vacib 
rol oynayır.  
 
M
ənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 
Şəkil 5. Azərbaycan iqtisadiyyatına  investisiyalar (mln.manat). 
 
N
əticə  olaraq onu əlavə  eləmək olar ki, hal-hazırkı  dövrdə  dünya  iqtisadiyyatının  inkişaf 
tendensiyalarını nəzərə alaraq Azərbaycan Respublikasının qarşısında duran ən əhəmiyyətli iqtisadi 
m
əsələ  ölkə  iqtisadiyyatının  neft  sektorundan  asılığını  minimallaşdırmaq  və  qeyri-neft sektorunun 
inkşafına  yönəlmiş  fəal islahatlar həyata keçirməkdir. Belə  olan halda ölkəmizin yerləşdiyi  təbii 
coğrafi mövqeləri nəzərə alaraq mövcud nəqliyyat sektorunun daha da intensiv inkşafını təmin etmək 
m
əqsədiylə Azrəbaycanın beynəlxalq daşımalarda transiz ölkə olaraq çıxış etməsi labuddur. Bu eyni 
zamanda Az
ərbaycan  Respublikasının  qeyri-neft sektorunun gəlir  imkanlarını  daha  da  artırmış 
Göst
əricilər 
  2015 
N
əqliyyat üzrə 
əsas makro 
göst
əricilər 
Ölk
ə iqtisadiyyatında xüsusi 
ç
əkisi, faizlə 
Əlavə dəyər,  milyon manat   
2932 
5,4 
Ümumi m
ənfəət,  milyon manat 
2001 

Xalis m
ənfəət,  milyon manat 
1407 
3,8 
İşçilərin orta illik sayı,  min nəfər 
127,3 
8,5 
Əsas fondlar,  (ilin sonuna) milyon manat 
9939 
8,3 
Əsas kapitala investisiyalar,  milyon manat 
2195 
13,8 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə