Nazim Eminov



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə9/53
tarix18.05.2018
ölçüsü5,08 Kb.
#44904
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

22 
o
lması  bazarın cəlbediciliyi ilə yanaşı, eyni zamanda həmin müəssisənin öz rəqibləri ilə müqayisədə 
güclü v
ə zəif tərəflərindən asılıdır. 
Bazarın təhlilinin, ikinci ən mühüm vəzifəsi onun inkişaf dinamikasını öyrənməkdən ibarətdir. 
Bunun üçün bazar f
əaliyyəti üçün əsas müvəffəqiyyət amillərini müəyyənləşdirmək, bazarın inkişaf 
meyill
ərini,  imkanları  və  strateji qeyri-müəyyənlikləri təhlil etmək, həmçinin sözügedən fəaliyyətə 
dair 
əsaslandırılmış  qərar qəbul etmək üçün başqa əlavə informasiyalara tələbatı müəyyənləşdirmək 
lazımdır.  
Bu v
ə yaxud digər bazarın və yaxud ən mühüm subbazarların təhlilinin məzmunu və xarakteri 
konkret  şərtlərdən  asılıdır,  lakin  buna  baxmayaraq,  bu      təhlilin  aşağıdakı  istiqamətlərini 
f
ərqləndirirlər: bazarın faktiki və potensial tutumu; bazarın artım tempi; bazarın mənfəətliliyi;  bazar 
f
əaliyyəti üçün tələb olunan məsrəflərin strukturu; məhsulları bölüşdürmə və satış  sistemi; bazarda 
müşahidə olunan dəyişikliklər və meyllər;  bazar fəaliyyəti üçün tələb olunan əsas müvəffəqqiyyət 
amill
əri. 
Bazarın real və potensial tutumuBazarın və yaxud subbazarların təhlilinin başlanğıc nöqtəsi 
satışın mümkün ola biləcək ümumi həcminin təhlilidir. Bazarın ümumi həcmi haqqında məlumatlara 
malik olmaqla yanaşı, onun ayrı-ayrı seqmentlərinin tutumu haqqında məlumatlara malik olmaq çox 
lazımdır.  Bu,  onunla  əlaqədardır  ki,  bəzən müəssisə  və  təsərrüfatların  perspektiv  inkişaf  imkanları  
bütövlükd
ə bazarın potensial tutumundan deyil, onun konkret seqmentlərinin tutumundan asılı olur. 
M
əsələn, aparılan  tədqiqatlar göstərir ki, Azərbaycanın  ərzaq  bazarının  tutumu  təqribən  2,1 dəfə 
artım imkanlarına malikdir. Bu  bazarın əsas növ məhsul seqmentləri sırasında  isə ən böyük artım 
potensialına  malik  seqment  ət və  ət məhsulları,  süd  və  süd məhsulları,  balıq  və  balıq  məhsulları 
seqmentidir.  Əgər  bazarda  baş  verən dəyişiklik onun konkret seqmentində  özünü göstərirsə, onda 
bazarın  bütövlükdə  tutumu  haqqında  məlumatlara malik olmaq müəssisəyə  heç nə  vermir və 
subbazarların potensial tutumlarının müəyyənləşdirilməsinə ehtiyac yaranır.  
Bazarın  həcmini dövlət təşkilatlarının  və  ticarət  assosiasiyalarının  məlumatları  əsasında 
qiym
ətləndirmək mümkündür. Bu mənbələrdə  istehsalın,  istehlakın  (məhsulların  satışının),  idxalın  və 
ixracın həcmi haqqında məlumatlar müntəzəm olaraq dərc edilir.  
Dövl
ət Statistika Komitəsinin məlumatlarına  əsasən, kənd təsərrüfatı  və  ərzaq məhsulları 
bazarının əsas növ məhsul seqmentlərinin real tutumunun dinamikası aşağıdakı cədvəlin məlumatları 
il
ə xarakterizə edilir (cədvəl  1).  
C
ədvəl 1. 
Əsas növ kənd təsərrüfatı və ərzaq məhsulları bazarının real tutumunun dinamikası, min 
tonla 
 
2011 
2012 
2013 
2014 
2015 
D
ənli və dənli paxlalılar 
3687,9 
4236,7 
4495,8 
3818,3 
4523,1 
Kartof 
923,3 
986,3 
1017,0 
913,4 
942,3 
Bütün növ t
ərəvəz 
1268,7 
1229,8 
1208,1 
1148,6 
1233,3 
Bostan m
əhsulları 
477,1 
428,0 
429,6 
439,2 
484,5 
Meyv
ə və giləmeyvə 
655,0 
644,5 
701,2 
708,5 
781,1 
Üzüm 
152,5 
160,2 
156,7 
150,8 
168,7 
Bütün növ mal-qara v
ə quş əti(ət 
m
əhsulları da daxil edilməklə) 
292,3 
300,6 
310,4 
315,2 
315,4 
Süd v
ə süd məhsulları 
2252,0 
2337,9 
2364,3 
2431,6 
2284,2 
Yumurta, mln 
ədəd 
1306,0 
1275,4 
1402,1 
1566,8 
1558,2 
Balıq və balıq məhsulları 
64,4 
77,3 
71,2 
68,8 
66,0 
Bitki yağları 
128,4 
153,9 
133,8 
159,5 
176,2 
Şəkər 
170,1 
202,1 
238,3 
240,7 
172,1 
M
ənbə: Cədvəl DSK-nın məlumatlarına əsasən müəllif tərəfindən tərtib edilmişdir 
A
şağıdakı  cədvəldə makro səviyyədə  ayrı-ayrı məhsul bazarlarının real tutumu istehsal, idxal 
v
ə ixrac nəzərə alınmaqla müəyyənləşdirilmişdir (hər bir məhsul seqmentinin tutumu yerli istehsalın 
üz
ərinə idxalın əlavə edilməsi və ixracın çıxılması kimi hesablanılmışdır). Makro səviyyədə bazarın 
real tutumunun hesablanması ölkə üzrə əhalinin bu və ya digər məhsula tələbatının hansı səviyyədə 
öd
ənildiyini və  bütövlükdə  ödənilməmiş  tələbatın kəmiyyətini müəyyənləşdirməyə  imkan verir. 
Bunun üçün bazarın potensial tutumu da hesablanılmalı və onun potensial tutumu  ilə real tutumu 


23 
arasındakı  kənarlaşma    müəyyənləşdirilməlidir.  Alınan  fərqin müsbət  olması  bazarın  artım 
imkanlarına  malik  olmasını  və  müvafiq  məhsullar üzrə  müəssisə  və  təsərrüfatlar  qarşısında  bazar 
imkanlarının (ödənilməmiş tələbatların) olmasını göstərir. 
C
ədvəlin məlumatlarından  göründüyü  kimi,  daha  böyük  artış  potensialına  malik  olan  ət və  ət 
m
əhsulları, balıq və balıq məhsulları, süd və süd məhsulları bazarının real tutumu təhlil edilən illər 
ərzində  müvafiq olaraq 7,9 %, 1,1 % və 2,5 % artmışdır. Bu məhsul seqmentlərinin real tutumunun 
l
əng  artımı həmin məhsulları bazara təklif edən müəssisə və təsərrüfatlar qarşısında açılan marketinq 
imkanlarının  hələ  də  saxlanıldığını  göstərir. Müəssisə  və  təsərrüfatların  bu  imkanlardan  yetərincə 
yararlan
mamalarının başlıca səbəbi heyvandarlıqda məhsuldarlığın səviyyəsinin aşağı olması və bu 
sah
ədə fəaliyyətin daha çox xərc tələb etməsi ilə bağlıdır. Ölkəmizdə heyvandarlıq sahəsində həyata 
keçiril
ən cins yaxşılaşdırma işləri gələcəkdə yerli müəssisə və təsərrüfatlar tərəfindən ərzaq bazarının 
bu seqmentin
ə məhsul təklifini daha da artıra bilər.   
K
ənd təsərrüfatı  və  ərzaq məhsulları  bazarının  ayrı-ayrı  məhsul seqmentlərinin potensial 
tutumunun  hesablanması  üçün  hər nəfərin bir il üzrə  səmərəli istehlak normasından  istifadə  edilə 
bil
ər. Azərbaycanda bu normalar təsdiq edilmədiyinə görə  ayrı-ayrı  məhsul seqmentlərinin potensial 
tutumunun  mü
əyyənləşdirilməsi  mümkün  olmur.  Lakin  keçmiş  sovetlər  ittifaqında  əsas götürülən 
s
əmərəli istehlak normalarını, əsasən, kənd təsərrüfatı və ərzaq məhsulları bazarının ayrı-ayrı məhsul 
seqmentl
ərinin potensial tutumunun təqribi də olsa, hesablanması mümkündür. Ölkəmizdə bu  nor-
ma
ların  minimum  səviyyəsi müəyyənləşdirildiyinə  görə  müvafiq məhsullar üzrə  bazarın  minimum 
tutumunun dinamikasını izləmək mümkündür (cədvəl 2). 
 
C
ədvəl 2.  
İstehlak səbətinə daxil olan kənd təsərrüfatı və ərzaq məhsulları  
bazarının minimum tutumu, min tonla 
 
2011 
2012 
2013 
2014 
2015 
2016 
Çör
ək və çörək məhsulları 
1149,8 
1165,5 
1180,8 
1196,0  1210,6 
1224,8 
Kartof 
461,9 
468,2 
474,4 
480,5 
486,4 
492,1 
T
ərəvəz və bostan məhsulları 
883,8 
895,8 
907,6 
919,3 
930,5 
941,4 
Meyv
ə və giləmeyvə 
419,1 
424,8 
430,4 
435,9 
441,3 
446,5 
Ət və ət məhsulları 
287,0 
290,9 
294,7 
298,5 
302,2 
305,7 
Süd v
ə süd məhsulları 
2116,5 
2145,3 
2173,5 
2201,5  2228,5 
2254,6 
Balıq və balıq məhsulları 
70,2 
71,1 
72,0 
73,0 
73,9 
74,7 
Yumurta, mln 
ədəd 
1394,0 
1413,0 
1431,5 
1450,0  1467,7 
1485,0 
Şəkər və qənnadı məmulatları 
158,5 
160,7 
162,8 
164,9 
166,9 
168,9 
Bitki yağları,marqarin və digər 
piyl
ər 
89,3 
90,5 
91,7 
92,9 
94,0 
95,1 
K
ərə yağı 
61,0 
61,9 
62,7 
63,5 
64,3 
65,0 
* - 
M
əhsul seqmentlərinin minimum tutumu müəllif tərəfindən hesablanmışdır.   
 
Yuxarıdakı cədvəldə göstərilən məhsul seqmentlərinin minimum tutumunun həmin seqmentlərin 
real tutumundan 
ən az kənarlaşması özünü ət və ət məhsulları seqmentində göstərir. Təhlil edilən illər 
ərzində bu məhsul bazarının real tutumunun minimum tutumundan kənarlaşması 5,3 – 13,2 min ton 
arasında dəyişmişdir (şəkil 1).  
Baxılan  dövr    ərzində  balıq  və  balıq  məhsulları  bazarının  real  tutumu  həmin  bazarın  hətta 
minimum tutumu s
əviyyəsində belə olmamışdır.  
Bazar potensialı haqqında məlumata malik olduqdan sonra, bu və  ya digər müəssisə və  yaxud 
t
əsərrüfat  bazar fəaliyyətinin perspektivini görmək  imkanlarına  malik  olur  və  həmin perspektivi 
reallaşdırmaq üçün marketinq planları və strategiyalar işləyib hazırlaya bilir.  
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə