NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 368,91 Kb.
səhifə14/14
tarix25.06.2018
ölçüsü368,91 Kb.
#51383
1   ...   6   7   8   9   10   11   12   13   14

29 

 

liderimizin  mədəniyyətdən  bəhs  edən  hikmətli  sözlərinə  qulaq 



asaq. 

Oxucular səhnəyə çıxıb kəlamları söyləyirlər. 

1.

 



Mədəniyyət  bəşəriyyətin  topladığı  ən  yaxşı  nümunələrlə  xalqları 

zənginləşdirir və onların mədəniyyəti bu yolla inkişaf edir. 

2.

 

Xalq  bir  çox  xüsusiyyətləri  ilə  tanınır,  sayılır  və  dünya  xalqları  içərisində 



fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. 

3.

 



Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq bu zəmin əsasında klassik 

mədəniyyət səviyyəsinə gəlib çatmışdır. 

4.

 

Xalqımızın  incəsənət  və  mədəniyyət  sahəsindəki  nailiyyətləri  vətənini, 



millətini sevən hər bir şəxs üçün iftixar mənbəyidir. 

5.

 



Ədəbiyyata, elmə, mədəniyyətə qayğı, diqqət həmişə olmalıdır. 

6.

 



Mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur 

ki,  zaman-zaman  istedadlı  insanlar  mədəniyyətimizdə  yeni  yollar,  yeni 

cığırlar açırlar, yeni formalar meydana gətirirlər. 

7.

 



Bizim  musiqimiz  –  xalq  musiqisi,  folklor  musiqisi  çox  rəngarəngdir,  çox 

zəngindir. 

8.

 

Yüksək  mədəniyyətə  malik  olan  xalq  həmişə  irəli  gedəcək,  həmişə 



yaşayacaq, həmişə inkişaf edəcək. 

9.

 



Ölkələr  arasında  dostluq  münasibətlərinin  möhkəmlənməsində  mədəniyyət 

və elm sahəsində əlaqələrin təsiri böyükdür. 

10.

 

 Hər  bir  xalqın  mədəniyyəti  həmişə  onu  yüksəldir,  bütün  dünyada  tanıdır, 



mənəviyyatını zənginləşdirir. 

11.


 

 Xalqımız  zəngin  mədəniyyətə  malikdir.  Fəxr  edə  bilərik  ki,  bizim 

mədəniyyətimiz qədim zamanlarda da çox zəngin və yüksək olmuşdur. 

12.


 

 Azərbaycan  xalqı  bəşər  tarixinə  böyük,  dəyərli,  dahi  simalar  bəxş  etmiş, 

onların  əsərləri,  yaradıcılığı  dünya  elmini,  mədəniyyətini  zənginləşdirmiş, 

insanları maarifləndirmişdir. 

13.

 

 Azərbaycanın  bugünkü  mədəniyyəti  dahi  şəxsiyyətlərimizin  yaratdığı  və 



əsrlərdən-əsrlərə  keçən  mədəniyyətimizə,  elmimizə,  mənəviyyatımıza 

əsaslanır. 

14.

 

 Ədəbiyyatımız,  incəsənətimiz,  rəssamlıq,  heykəltaraşlıq  məktəbimiz, 



musiqimiz,  teatr  mədəniyyətimiz  dünya  səviyyəsində  yüksək  zirvələrə 

qalxmışdır. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları 

zənginləşdirir və onların mədəniyyəti bu yolla inkişaf edir. 

 

I Aparıcı:        Bəli, İftixar hissi ilə demək olar ki, Heydər Əliyev 



 respublikaya rəhbərlik etdiyi 34 illik dövrdə böyük təşkilatçılıq, 

nəhəng  quruculuq  işləri  ilə  yanaşı,  zəngin  elmi-nəzəri,  mənəvi 

bir  irs  yaratmışdır.  Bu  irs  qiymətli  mənəvi  sərvət  kimi 

elmimizin  və  mədəniyyətimizin  “qızıl  fondu”  na  daxil 

edilmişdir.  Müasir  şəraitdə  ölkəmizin  gələcək  inkişaf  yolunu 

işıqlandıran  bu  zəngin  irsin  öyrənilməsinə  böyük  ehtiyac  hiss 

edilməkdədir.  Respublikamızın  vətəndaşlarının,  ziyalılarının, 



30 

 

alimlərin,  mütəxəssislərin,  əhalinin  bütün  təbəqələrinin, 



xüsusilə  vətənimizin  gələcəyi  olan  gənclərin  bu  irsi  dərindən 

mənimsəməsinə ciddi ehtiyac duyulmaqdadır. Heydər Əliyevin 

elmimizə, 

tariximizə, 

dilimizə, 

milli 


ideologiyamıza, 

soykökümüzə  göstərdiyi  xidmətlər  danılmazdır.  Azərbaycan 

mədəniyyətinin  ən  böyük  nailiyyətləri  görkəmli  siyasət  və 

dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz buna görə 

də  Heydər  Əliyevin  Azərbaycana  rəhbərlik  etdiyi  illəri 

mədəniyyətimizin  tarixində  yeni  intibah  dövrü  adlandırmaq 

olar. 

II aparıcı: 



Hörmətli  tədbir  iştirakçıları  gəlin  az  yaşlı  oxucularımızın 

ifasında  sözləri  Vaqif  Kəhrizliyə  aid  olan  “Bizimlədir,  sağdır 

Heydər!” şeirini dinləyək. 

I Oxucu:     

 

 

Vətəndə yanan ocaqdı, 



                   

 

 



Hər zaman nur saçacaqdı. 

                   

 

 

Xalqla birgə olacaqdı, 



                   

 

 



Sevinməsin namərd əcəl, 

                   

 

 

Bizimlədir, sağdır Heydər! 



II Oxucu:     

 

 



O zirvədən enən deyil, 

                     

 

 

Haqq yolundan dönən deyil. 



                     

 

 



Bir günəşdir, sönən deyil, 

                    

 

 

İşıq saçar, yol göstərər



                    

 

 



Bizimlədir, sağdır Heydər! 

III Oxucu:     

 

 

El bağının bağbanıdır, 



                     

 

 



Hər dərdlərin dərmanıdır. 

                     

 

 

Xalqın şərəfi, şanıdır, 



                     

 

 



Generaldır, həm də  əsgər, 

                     

 

 

Bizimlədir, sağdır Heydər! 



IV Oxucu:    

 

 



Ona sevgi sonsuz, təmiz, 

                     

 

 

Olub hər vaxt qələbəmiz. 



                     

 

 



Odur canlı abidəmiz, 

                     

 

 

Od yurdunu cənnət edər 



                     

 

 



Bizimlədir, sağdır Heydər! 

V Oxucu:      

 

 

O sadədi, o məğrurdu, 



                     

 

 



Könüllərdə yuva qurdu. 

                     

 

 

Vətən üçün bir qürurdu, 



                     

 

 



Hifz eyləyir onu göylər

                     

 

 

Bizimlədir, sağdır Heydər! 



VI Oxucu:    

 

 



O qüdrətdir! Hər vaxt tamdır! 

                     

 

 

Bu xalqına bir loğmandır, 



                     

 

 



Gəncləşibdir o İlhamdır. 

                     

 

 

Yaradacaq xariqələr, 



                    

 

 



Bizimlədir, sağdır Heydər! 

                   

 

 

Bizimlədir, sağdır Heydər! 




31 

 

II Aparıcı:     



Bəli, tarix boyu, müəyyən dövrlərdə elə tarixi şəxsiyyətlər, elə 

siyasətçilər olub ki, onlar yalnız öz yaşadıqları dövrün yox, həm 

də  çox-çox  illər  sonranın  da  insanı  olublar.  Gələcəyi  görmək, 

rəhbəri  olduğu  ölkəni,  onun  vətəndaşlarını  işıqlı  gələcəyə 

aparmaq  yönündə  gördükləri  saysız-hesabsız  işlər  onları  daha 

da  əfsanələşdirib,  xalqın  sevilən  şəxsiyyətinə  çevirib.  Belə 

şəxsiyyətlərdən  biri  də  Heydər  Əliyevdir.  Bəli,  “Azərbaycan 

Heydər  Əliyevin  şah  əsəridir”  deyimi  heç  vaxt  öz  dəyər  və 

aktuallığını  itirməyəcəkdir.  Çünki  Heydər  Əliyev  həm  də 

Azərbaycanı bütün dünyada tanıdıbdır. Bayrağımızın dünyanın 

nüfuzlu  təşkilatlarının  binaları  qarşısında  şəstlə  dalğalanması, 

dünyanın  inkişaf  etmiş  ölkələri  ilə  ikitərəfli  və  çoxtərəfli 

əlaqələri  ulu  öndərin  həyata  keçirdiyi  uzaqgörən  və  məntiqi 

siyasətin nəticəsində baş veribdir. Ulu öndər böyük alim, böyük 

diplomat,  böyük  siyasətçi,  böyük  demokrat,  böyük  rəhbər  idi. 

Heydər Əliyevin doğma xalqıda, onun çıxış və nitqini dinləyən 

başqa  millətlər  də,  onu  yalnız  siyasətçi,  ictimai  xadim  kimi 

deyil,  nadir  bir  elm  adamı  kimi  qiymətləndirirdilər.  Dilçilər, 

tarixçilər onu bu sahəni bilən, rəssamlar, memarlar, bəstəkarlar, 

musiqiçilər  onu  xüsusi  ilahi  zövqlü  şəxs,  iqtisadçılar  və  kənd 

təsərrüfatı  alimləri  onu  dərin  biliyə  malik  olan  mütəxəssis, 

təbabət,  dəqiq  elmlərin  alimləri  onu  özlərinin  həmkarı,  bəzi 

problemlərin həllində elmi rəhbəri kimi qəbul edirdilər. 

I Aparıcı:         

O,  hərb  elmini  dərindən  bilən  general  idi.  XX  əsrin  böyük  bir 

dövrü  ərzində  Azərbaycanın  siyasi  və  iqtisadi  inkişafı,  ictimai 

həyatımızın bütün sahələrində əldə olunmuş yüksək nailiyyətlər 

məhz ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev vətən elminin 

hamisi,  alimlərin  böyük  dostu  idi.  Ulu  öndər  ziyalıların 

fövqündə  dayanan  ziyalı  idi.  Bəli,  Heydər  Əliyev  bəşəriyyət 

üçün  adi  vətəndaş  olmayıb.  O,  əqli,  zəkası,  idrakı  ilə  seçilən 

görkəmli  dövlət  xadimi  kimi  məşhur  şəxsiyyətlərin  önündə 

gedib.  Onun  hünəri  ilə  müstəqil  Azərbaycan  Respublikası 

formalaşıb, Azərbaycan adlı məmləkət xilas edilib. Azərbaycan 

dili Azərbaycan xalqına qaytarılıb. Ölkədə hüquqi, demokratik, 

dünyəvi dövlət qurulub. Heydər Əliyev haqqında çoxlu kitablar 

yazılıb,  televiziya  verlişləri  hazırlanıb,  oçerklər  nəşr  edilib: 

burada  onun  ancaq  üzdə  görünən  xaraker  cizgilərini  təsvir 

etmək  mümkün  olub.  Onun  fenomen  keyfiyyətlərinin  üzdə 

görünməyən  cəhətlərini  təhlil  etmək  heç  kimə  müyəssər 

olmayıb.  Beynəlxalq  jurnalistlərin  onu  dünyanın  8  –  ci 

möcüzəsi hesab etmələri də təsadüfü xarakter daşımayıb. Onun 

hər  çıxışında,  müsahibəsində,  məruzəsində,  söhbətində 

söylədikləri  fikirlər  bizim  üçün  əxlaq  dərsliyinə  çevrilib, 

müqəddəs  kəlam  olub,  məktəb  olub.  Ulu  öndər  sözün  əsl 



32 

 

mənasında  xalq  müəllimi  idi.O,  fenomen  yaddaşa  malik  bir 



şəxsiyyət idi. 

II Aparıcı:       

Bu anda Heydər Əliyevin bu kəlmələri yada düşür: “Şükürlər 

olsun ki, yurdumuza, respublikamıza, xalqımıza çoxlu şeirlər, 

mahnılar, çoxlu musiqi əsərləri həsr olunmuşdur. Yurdumuza, 

Vətənimizə - Azərbaycana həsr olunmuş hər bir belə musiqi 

insanlarımızda, vətənpərvərlik hissi, iftixar, sevinc hissi doğurur 

ki, bizim Azərbaycanımız var, Azərbaycana həsr edilmiş belə 

mahnılar, şeirlər var və bu gün müstəqil, azad Azərbaycan 

var!...” Bu gözəl kəlmələrdən sonra,  yenə söz sevimli 

oxucularımızındır. Gəlin onların ifasında sözləri Fəridə 

Ləmanın olan”Onu zaman seçib” şeirindən bir parçaya  qulaq 

asaq. 

I Oxucu:       



Mənim Odlar yurdum – Azərbaycanım, 

                     

Heydərə söykənib, Heydər də ona. 

                     

O, elə müdrikdir, elə ağıllı, 

                     

Bu vətən onunla gələcək cana. 

II Oxucu:      

Məqsədi, məramı Xalqdır, Vətəndir, 

                     

Qurduğu dövlətin təməli dağdır. 

                     

Mənim Heydər adlı Azərbaycanım, 

                     

Yurdumda əkizdir, həmişə vardır. 

III Oxucu:     

O, Vətən daşıdır köksü bir ocaq, 

                      

Alışıb yanacaq hey zaman- zaman. 

                      

O, Qorqud atadır, el yiyəsidir, 

                      

Onun yollarına çökərmi duman?! 

                      

Onu zaman seçib. 

IV Oxucu:    

Yad eldə qalmadı Cavidin qəbri, 

                     

Bir qolu Arazdı, bir qolu Kürdü. 

                      

O, aqil, vicdanlı əsl vətəndaş, 

                      

O, bu Vətən üçün incidi, dürdü. 

 V Oxucu:       

Tanıtdı dünyaya Azərbaycanı, 

                        

Bayraqlar üçündə bayrağım qalxdı. 

                        

Bir kəlmə sözünə neçə kürsüdən

                        

Milyonlar baş əyib, ayağa qalxdı. 

                        

Onu zaman seçib! 

   I Aparıcı:             Azərbaycanın milli-mənəvi dünyasını zənginləşdirmiş 

şəxsiyyətlər  möhkəm  əqidələri,  dərin  zəkaları  ilə  tariximizdə 

parlaq  səhifələr  yazmışlar.  Bu  şəxsiyyətlər  doğma  yurdun 

sabahı  naminə  zamanın  sınaqlarına  fədakarlıqla  sinə  gərərək 

Vətənin işıqlı gələcəyini təmin etmişlər. Heydər Əliyevin dərin 

məzmunlu əsərləri, ideya və fikirləri elm və mədəniyyətin bütün 

sahələrində aparılan elmi araşdırmaların metodoloji əsasıdır. Bu 

əsərlər azərbaycanşünaslığa böyük hədiyyədir. Heydər Əliyevin 

nəzəri  irsi  həmçinin  Azərbaycan  dövlətçiliyinin  yaranması, 




33 

 

qorunması  və  inkişaf  etdirilməsinin  əsasıdır.  Bu  əsərlər  siyasi 



tarix,  azərbaycançılıq,  vətəndaşlıq,  dövlət  quruculuğu,  vətən 

sevgisi, vətənə hədsiz məhəbbət dərsliyidir. Ulu öndərin hər bir 

əsəri böyük əhəmiyyətə malikdir. Əsrlər keçəcək, illər bir-birini 

əvəz edəcək, nəsillər dəyişəcək, bu əsərlər isə yaşayacaq, neçə- 

neçə  nəsillərə,  Azərbaycan  xalqının  gələcəyinə  xidmət 

edəcəkdir. Çünki bu əsərlər zamanın sifarişidir, xalqın tarixidir, 

salnaməsidir.  Bu  əsərləri  zaman  özü  yaratdığından  daim 

yaşayacaq, gələcəyə işıq saçacaq. 

II Aparıcı:        

Ulu öndər gənclərin təhsilinə, işlə təmin edilməsinə, hərtərəfli  

inkişafına, onların dünyagörüşünün genişlənməsinə, beynəlxalq 

əlaqələrin  artmasına,  yeniliklərdən  bəhrələnmələrinə,  fiziki  və 

əqli  cəhətdən  sağlam  böyümələrinə  xüsusi  diqqət  yetirirdi.  O, 

“Gənclər  bizim  gəəcəyimizdir”  dedikdə  Azərbaycanın 

gələcəyinin  ağıllı,  savadlı,  bacarıqlı  gənclərin  əlində  olmasını 

arzulayırdı.  Həmçinin  Heydər  Əliyev  kosmopolit  ideyaların 

zehinlərinə  zorla  yerləşdirildiyi  bir  dövrdə  milli  məfkurənin 

qorunub  saxlanılması,  habelə  azərbaycançılığın  ən  mühüm 

komponenti  olan  ana  dilinin  inkişaf  etdirilməsi  sahəsində  də 

mühüm  tədbirlər  həyata  keçirmişdir.  Heydər  Əliyev  üçün  ana 

dili  azərbaycançılığın  başlanğıc  məqamı,  təməl  prinsipi 

olmuşdur.  Müdrik  rəhbər  yaxşı  başa  düşürdü  ki,  xalqa  milli  – 

mənəvi  dəyərlərini  aşılamaq  üçün  ona  ilk  növbədə  öz  dilini 

sevdirmək  lazımdır.  Heydər  Əliyevin  nəzəri  irsi  həmçinin 

Azərbaycan  dövlətçiliyinin  yaranması,  qorunması  və  inkişaf 

etdirilməsinin  əsasıdır.  Bu  əsərlər  siyasi  tarix,  azərbaycançılıq, 

vətəndaşlıq,  dövlət  quruculuğu,  vətən  sevgisi,  vətənə  hədsiz 

məhəbbət dərsliyidir.  

I Aparıcı:   

Səma təmiz olduqca, uzaq üfüqlər daha aydın görünür. Doğma 

vətənimizin  göylərində  qara  buludlar  çəkildikcə  yeni,  müstəqil 

Azərbaycanımızın gələcəyi daha parlaq, daha işıqlı görünür. O 

nurlu gələcək çox uzaqda deyil. Lakin unutmamalıyıq ki, biz də 

o  şanlı  tarixin  yaradıcılarıyıq.  Bunun  üçün  hörmətli 

prezidentimiz  İlham  Əliyev  cənablarının  ətrafında  sıx 

birləşməli,  öz  işimiz,  əməyimiz,  hünərimizlə  ona  yardımçı 

olmalıyıq.  Bunu  bizdən  həmişəlik  əbədiyyətə  qovuşan 

xalqımızın ümummilli lideri Heydər Əliyevin ruhu tələb edir!  

 

 

 



 

S O N 

                                 

 



34 

 

                                İstifadə olunan ədəbiyyat siyahısı: 



 

1.

 



Xələfov Abuzər.  Heydər Əliyev və Azərbaycanda kitabxana işi. – B.: 

Azərnəşr, 2006. - 312s. 

2.

 

Kəhrizli Vaqif . Azərbaycan bayrağı.- B.: Yazıçı, 2011.- 192 s. 



3.

 

Valeh Mirzə. Azərbaycan dövlətçiliyinin qoşa qanadı. II kitab. - B.: Təhsil, 



2006.- 344 s. 

4.

 



Vətənə nəğmə çələngi. “Poeziya günü” toplusunun xüsusi buraxılışı.-  B.: 

“QOLİAF” Nəşriyyat evi, 2011.- 496 s. 

5.

 

Zəminə Xınalı. Hərbi məktəblərin banisi.- B.: Adiloğlu nəşriyyatı, 2006.-  



264 s. 

 

 



 

Yüklə 368,91 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə