NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 368,91 Kb.
səhifə2/14
tarix25.06.2018
ölçüsü368,91 Kb.
#51383
1   2   3   4   5   6   7   8   9   ...   14

 

mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Heydər 



Əliyevin  misilsiz  xidmətlərindəndir.  Məhəmməd  Füzulinin  500  illik  və  “Kitabi-

Dədə  Qorqud”un  1300  illik  yubileylərinin  YUNESCO  səviyyəsində  keçirilməsi 

Azərbaycan  mədəniyyətinin  təbliğinə  xidmət  edərək  beynəlxalq  mədəni 

ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır. 

Heydər  Əliyevin  rəhbərliyi  altında  milli  maraqlara  əsaslanan  və  siyasi 

perspektivləri  nəzərə  alan  xarici  siyasət  kursu  müəyyənləşmiş,  dünyanın  aparıcı 

dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun 

uğurlu  xarici  siyasəti  ölkəmizin  etibarlı  tərəfdaş  kimi  qəbul  edilərək  beynəlxalq 

miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına 

xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar 

sayəsində  diplomatiyamızın  fəal  mövqeyi  formalaşmış,  Azərbaycanın  zorla  cəlb 

olunduğu  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinə  dünya 

ictimaiyyətinin  münasibəti  dəyişmiş,  ölkəmizin  suverenliyi,  ərazi  bütövlüyü  və 

sərhədlərinin  toxunulmazlığı  bütün  beynəlxalq  hüquqi-normativ  sənədlərdə  öz 

əksini tapmışdır. 

Heydər Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin 

və  sivilizasiyaların  qovşağında  yerləşən  ölkəmizi  dünyada  tolerantlığın  və 

dözümlülüyün məkanı kimi tanıtmışdır. Onun beynəlxalq səfərləri, siyasi, ictimai 

və dini xadimlərlə görüşləri ölkəmizin yeni imicinin formalaşmasına xidmət edirdi. 

Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr 

edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, 

soydaşlarımızın  həmrəyliyinin  təməl  daşına  çevrilmişdir.  Müstəqil  Azərbaycan 

Respublikasına  rəhbərlik  etdiyi  illər  ərzində  Heydər  Əliyev  tərəfindən  aparılan 

ardıcıl  və  məqsədyönlü  siyasət  nəticəsində  Azərbaycan  diasporu  təşkilatlanmış, 

inkişaf  etmiş  və  öz  tarixi  vətəni  ilə  sıx  bağlılığını  nümayiş  etdirmişdir.  Bu  gün 

dünyanın  müxtəlif  guşələrində  yaşayan  azərbaycanlıların  müstəqil  Azərbaycan 

Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin,  milli 

mədəniyyətin  məbədi  kimi  qəbul  etməsi  və  azərbaycançılıq  ideyası  ətrafında 

birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir. 

Heydər  Əliyevin  XX  əsrdə  totalitarizmin  Azərbaycana  qarşı  törətdiyi 

faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi 

təcavüz kimi qiymətləndirməsi onun ömrü boyu sadiq qaldığı siyasi məfkurəsinin 

və  yüksək  vətənpərvərliyinin  yeni  siyasi  şəraitdə  təcəssümü  idi.  Mövcud  siyasi, 

iqtisadi  və  sosial  böhran  müstəqilliyimizin  ilk  illərində  Azərbaycanı  vətəndaş 

müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə 

hakimiyyətə  gəldiyi  gün  –  1993-cü  ilin  15  iyunu  tariximizə  Qurtuluş  Günü  kimi 

daxil  olmuşdur.  Bu  qurtuluş  qısa  bir  zamanda  özünü  nəinki  siyasətdə,  həm  də 

iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə 

vermişdir. 

Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik 

mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir 

zamanda  iqtisadi  və  mədəni  yüksəliş  yolu  tutan,  xarici  sərmayələrə  açıq  olan  və 

böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurduğu 



 

dövlətin  iqtisadi  siyasəti  əhalinin  sosial  müdafiəsini  daim  diqqət  mərkəzində 



saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş 

cəmiyyətinin  əsaslarının  qurulduğu,  müxtəlif  siyasi  partiyaların  sərbəst  fəaliyyət 

göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda 

özəl  telekanalların  yayımlandığı  və  internet  şəbəkəsi  istifadəçilərinin  sayının 

sürətlə artdığı bir ölkədir. 

Heydər  Əliyev  öz  siyasi  dühası  ilə  Azərbaycanın  müasir  simasını 

müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti 

nəticəsində  əldə  olunan  misilsiz  nailiyyətlər  göz  qabağındadır.  Bu  uğurlar 

paytaxtımızın  daim  yeniləşən  görkəmində,  şəhər  və  rayonlarımızın  sürətlə 

modernləşməsində,  iqtisadiyyat  və  elmdə,  təhsil,  mədəniyyət  və  səhiyyədə,  eləcə 

də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. 

Heydər  Əliyevin  memarı  olduğu  Azərbaycan  bu  gün  böyük  tikinti 

meydançasını  xatırladır.  Yüzlərlə  sənaye  və  infrastruktur  obyektləri,  məktəblər, 

xəstəxanalar,  idman  qurğuları,  yaşayış  evləri,  inzibati  binalar  və  digər  tikililər 

ucaldılır,  yollar  salınır.  “Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyası 

bizim gələcək planlarımızı əks etdirməklə yanaşı bir daha sübuta yetirir ki, Heydər 

Əliyevin  ölkəmizin  sürəkli  tərəqqisini  bu  gün  də  təmin  edən  irimiqyaslı 

proqramları  xalqımızın  sosial-iqtisadi  vəziyyətinin  daim  yaxşılaşmasına  xidmət 

göstərir. 

Müstəqil  Azərbaycan  dövlətinin  hərtərəfli  inkişafı  yolunda  əvəzsiz  tarixi 

xidmətlərini  nəzərə  alaraq,  milli  dövlətçilik  ideyasının  bərqərar  olması  və 

ölkəmizin  beynəlxalq  aləmdə  nüfuzunun  artması  naminə  misilsiz  töhfələr  vermiş 

Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  90  illik  yubileyinin  ölkə 

miqyasında  layiqincə  keçirilməsini  təmin  etmək  məqsədilə  Azərbaycan 

Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər  tutaraq 

qərara alıram: 

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi 

Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin. 

2.  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  90  illik 

yubileyinin keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilsin. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn 

məsələləri həll etsin. 

 

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 21 yanvar 2013-cü il. 

 

 

 




Yüklə 368,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə