NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 368,91 Kb.
səhifə3/14
tarix25.06.2018
ölçüsü368,91 Kb.
#51383
1   2   3   4   5   6   7   8   9   ...   14

 

Giriş 



 

    


Hər  bir  millət, hər bir  dövlət  yaşam  tarixində  torpağını,  xalqını  sevən, onu 

mübarizə  meydanında  qələbəyə,  çətin  anlarda  işığa  doğru  aparan  rəhbərə, 

şəxsiyyətə  ehtiyac  duyur.  Sözün  əsl  mənasında  hər  bir  dövlətin  bir  dövlət  olaraq 

formalaşmasında,  millətin  millətlər  sırasında  mətin  dayanmasında  böyük 

şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə 

gedən  dövlətlər  sırasında  məğrur  durur.  Daim  bu  torpaq,  bu  millət  dahilər,  onun 

adını  zirvələrə  ucaldan  şəxsiyyətlər  yetirib.“Heç  bir  millət  şəxsiyyətsiz  yaşaya 

bilməz”. Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazan, öz 

uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər 

bir  nümayəndəsini  ürəkdən  sevən  dahi  şəxsiyyət,  ulu  öndər  Heydər  Əliyevə 

məxsusdur. Doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin 

doğru  qiymətini  verir.  İllər  keçdikcə,  ümummilli  liderimiz  Heydər  Əliyevin 

böyüklüyünü,  müdrikliyini,  xalqını,  vətənini  necə  bir  məhəbbətlə  sevdiyini  daha 

çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi 

uğrunda mübarizəyə həsr olunmuşdur. 

Tarixin  xalqımıza  bəxş  etdiyi  dahi  şəxsiyyətin,  müasir  Azərbaycanın 

xilaskarı  və  memarı,  ümummilli  liderimiz  Heydər  Əliyevin  bütün  fəaliyyətinin 

məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat 

bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və 

möhtəşəm  fəaliyyəti  ilə  bağlıdır.  Onun  Azərbaycana  otuz  ildən  çox  rəhbərliyi 

dövründə  ölkəmiz  bütün  sahələrdə  böyük  inkişaf  yolu  keçib.  O,  bütün  həyatını 

ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.  

     

Heydər Əliyev bəşəriyyətin sülh, əmin-amanlıq, dostluq və firəvanlıq içində 



yaşaması üçün çox işlər görmüşdü. Gəlin aşağıdakı xronikaya nəzər salaq. 

      

Heydər  Əlirza  oğlu  Əliyev  1923-cü  il  mayın  10-da  Azərbaycan 

Respublikasının  Naxçıvan şəhərində anadan olmuşdur.  O, 1939-cu ildə Naxçıvan 

Pedoğoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki 

Azərbaycan  Dövlət  Neft  Akademiyası)  memarlıq  fakultəsində  təhsil  almışdır. 

Başlanan  müharibə  ona  təhsilini  başa  çatdırmağa  imkan  verməmişdir.  1941-ci 

ildən  Heydər  Əliyev  Naxçıvan  MSSR  Xalq  Daxili  İşlər  Komissarlığında  və 

Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 

1944-cü  ildə  dövlət  təhlükəsizliyi  orqanlarında  işə  göndərilmişdir.  Bu  dövrdən 

təhlükəsizlik  orqanları  sistemində  çalışan  Heydər  Əliyev  1964-cü  ildən 

Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin 

müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər 

yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində( indiki Sank -Peterburq) xüsusi 

ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini 

bitirmişdir. 

   


Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  1969-cu  il  iyul 

plenumunda  Heydər  Əliyev  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi 

Komitəsinin  birinci  katibi  seçilərək  respublikanın  rəhbəri  olmuşdur.  1982-ci  ilin 

dekabrında  Sovet  İttifaqı  Kommunist  Partiyası  Mərkəzi  Komitəsi  Siyasi 




 

Bürosunun  üzvü  seçilən  Heydər  Əliyev  SSRİ  Nazirlər  Soveti  sədrinin  birinci 



müavini  vəzifəsinə  təyin  edilmiş  və  SSRİ-nin    rəhbərlərindən  biri  olmuşdur. 

Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali 

Soveti sədrinin müavini olmuşdur. 

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası 

Mərkəzi  Komitəsi  Siyasi  Bürosunun  və  şəxsən  Baş  katib  Mixail  Qorbaçovun 

yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. 

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı 

faciə  ilə  əlaqədar  ertəsi  gün  Azərbaycanın  Moskvadakı  nümayəndəliyində 

bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları 

və  icraçılarının  cəzalandırılmasını  tələb  etmişdir.O,  Dağlıq  Qarabağda  yaranmış 

kəskin  münaqişəli  vəziyyətlə  bağlı  SSRİ  rəhbərliyinin  ikiüzlü  siyasətinə  etiraz 

əlaməti  olaraq,  1991-ci  ilin  iyulunda  Sovet  İttifaqı  Kommunist  Partiyasının 

sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev 

ilk  əvvəl  Bakıda,  sonra  isə  Naxçıvanda  yaşamış,  həmin  ildə  də  Azərbaycan  Ali 

Sovetinə  deputat  seçilmişdir.  O,  1991-1993-cü  illərdə  Naxçıvan  Muxtar 

Respublikası  Ali  Məclisinin  sədri,  Azərbaycan  Respublikası  Ali  Soveti  sədrinin 

müavini  olmuşdur.  Heydər  Əliyev  1992-ci  ildə  Yeni  Azərbaycan  Partiyasının 

Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə 

ölkədə  vətəndaş  müharibəsinin  baş  verməsi  və  müstəqilliyin  itirilməsi  təhlükəsi 

yarandıqda  Azərbaycan  xalqı  Heydər  Əliyevin  hakimiyyətə  gətirilməsi  tələbi  ilə 

ayağa  qalxdı.  Azərbaycanın  o  zamankı  rəhbərləri  Heydər  Əliyevi  rəsmən  Bakıya 

dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan 

Ali  Sovetinin  sədri  seçildi,  iyulun  24-də  isə  Milli  Məclisin  qərarı  ilə  Azərbaycan 

Respublikası  Prezidentinin  səlahiyyətlərini  həyata  keçirməyə  başladı.  1993-cü  il 

oktyabrın  3-də  ümumxalq  səsverməsi  nəticəsində  Heydər  Əliyev  Azərbaycan 

Respublikasının  Prezidenti  seçildi.  O,  1998-ci  il  oktyabrın  11-də  xalqın  yüksək 

fəallığı  şəraitində  keçirilən  seçkilərdə  səslərin  76,1  faizini  toplayaraq,  yenidən 

Azərbaycan  Respublikasının  Prezidenti  seçildi.  Heydər  Əliyev  dörd  dəfə  Lenin 

ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist 

Əməyi  Qəhrəmanı  adını  almış,  bir  çox  xarici  dövlətlərin  orden  və  medalları  ilə 

təltif olunmuşdur. 

27 mart 1997-ci il Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı 

“Yaroslav Mudri” ordeni təqdim edilmişdir. 

13  aprel  1999-cu  il  Prezident  Heydər  Əliyev  Türkiyənin  ən  nüfuzlu  mükafatı 

“Atatürk Sülh Mükafatına” layiq görülmüşdür. 

20  yanvar  2001-ci  il  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevə 

Moskva Dövlət Uniersitetinin “Fəxri professoru” adı verilmişdir. 

3  aprel  2003-cü  il  Azərbaycan  Prezidenti  Heydər  Əliyev  Rusiya  Federasiyasının 

Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru 

həqiqi üzvü seçilmiş, Y.V.Andropov adına mükafata layiq görülmüşdür. 

10  may  2003-cü  il  Rusiyanın  yüksək  mükafatı  –  Müqəddəs  Apostol  Andrey 

Pervozvannı ordeni ilə təltif olunması barədə fərman imzalanmışdır. 



Yüklə 368,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə