NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 368,91 Kb.
səhifə4/14
tarix25.06.2018
ölçüsü368,91 Kb.
#51383
1   2   3   4   5   6   7   8   9   ...   14

 

Biz  mədəniyyət  işçiləri  olaraq  deyə  bilərik  ki,  Azərbaycan  mədəniyyətinin 



ən böyük nailiyyətləri görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin adı ilə 

bağlıdır.  Məhz  buna görə  də  Heydər  Əliyevin  Azərbaycana  rəhbərlik  etdiyi  illəri 

mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq olar. 

Əsl  vətəndaş,  tarixi  şəxsiyyət  və  ümummilli  lider.  Bu  üç  fenomen 

keyfiyyətin  daşıyıcısı,  qüdrətli  və  böyük  insan  Heydər  Əliyevin  Azərbaycan 

xalqının  tarixi  taleyində  oynadığı  rol  misilsizdir.  Türk  dünyasının  fəxri  olan  ulu 

öndər Heydər Əliyev də XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan 

biri  kimi  ehtiramla  xatırlanır.  Zaman  ötdükcə,  illər  keçdikcə  bir  çox  meyarlar, 

prinsiplər  dəyişir,  ancaq  obyektiv  tarixi  meyillərin  və  həqiqətin  meyarı  isə 

dəyişməz  qalır.  Odur  ki,  Azərbaycan  xalqının  ümummilli  lideri,  dərin  zəkası  və 

rəhbərlik  etmək  istedadı,  uzaqgörənliyi  və  nüfuzu  ilə  bütün  dünyanı  heyran 

qoymuş  ulu  öndər  Heydər  Əliyev  haqqında  keçmiş  zamanda  danışmaq  mümkün 

deyil.  Heydər  Əliyev  öz  siyasi  dühası  ilə  Azərbaycanın  müasir  simasını 

müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti 

nəticəsində  əldə  olunan  misilsiz  nailiyyətlər  göz  qabağındadır.  Bu  uğurlar 

paytaxtımızın  daim  yeniləşən  görkəmində,  şəhər  və  rayonlarımızın  sürətlə 

modernləşməsində,  iqtisadiyyat  və  elmdə,  təhsil,  mədəniyyət  və  səhiyyədə,  eləcə 

də  ictimai-siyasi  həyatımızda  öz  əksini  tapmışdır.  Heydər  Əliyev  çox  maraqlı, 

mürəkkəb,  zəngin,  keşməkeşli  bir  ömür  yolu  keçmiş,  həyatın  bütün 

çətinliklərindən  qalib  çıxmış,  öz  zəhməti,  zəkası,  fitri  qabiliyyəti  ilə  ən  yüksək 

zirvəyə  yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa da, polad iradəsi, 

dönməz  xarakteri,  şəxsiyyət  bütövlüyü  bu  zirvəni  fəth  etməkdə  ona  kömək 

etmişdir.  Bütün  dünyanın  etiraf  etdiyi  böyük  dövlət  xadimi,  görkəmli  siyasətçi, 

müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri 

Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Xalqımızın mənəvi sərvəti olan bu 

zəngin  irsi  araşdırdıqca  respublikamızın  son  50  illik  həyatında  bu  nəhəng 

şəxsiyyətin  öz  xalqına  qırılmaz  tellərlə  bağlı  olduğu,  onu  ürəkdən  sevdiyi, 

Azərbaycanın  inkişafı  və  tərəqqisi  naminə  böyük  işlər  gördüyü,  bütün  varlığını, 

həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə 

gəlir.  Özünün  zəngin  siyasi  fəaliyyəti  sayəsində  ölkəmizin  hərtərəfli  inkişafı 

prosesinə  qüvvətli  təkan  verərək,  onu  daim  yüksəliş  yoluna  çıxaran  Heydər 

Əliyevin  Azərbaycan  xalqı  və  dövləti  qarşısında  misilsiz  tarixi  xidmətlərini,  o 

cümlədən  xalqımızın  müstəqillik  arzusunun  həyata  keçməsində,  milli  dövlətçilik 

ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında 

müstəsna rolu olmuşdur. 

Heydər  Əliyevin  Azərbaycan  mədəniyyətinin  ayrılmaz  tərkib  hissəsi  olan 

kitabxana  quruculuğu  sahəsində  də,    misilsiz  xidmətləri  vardır.  XX  əsrin  II 

yarısında  respublikada  kitabxana  şəbəkələrinin  inkişafı,  kitabxanaların 

mərkəzləşdirilməsi,  kitabxana  fondlarının  inkişafı,  əhaliyə  kitabxana  xidmətinin 

yaxşılaşdırılması,  kitabxanaların  maddi-texniki  bazasının  və  kadr  potensialının 

möhkəmləndirilməsi  istiqamətində  Heydər  Əliyevin  gördüyü  işlər  danılmazdır. 

Müstəqillik dövründə kitabxanaların qorunub saxlanılması, kitabxana işinin inkişaf 

istiqamətləri  və  dövlətin  kitabxana  siyasətinin  formalaşmasında  Heydər  Əliyevin 



10 

 

rolu  böyükdür.    Ulu  öndər  kitab  və  kitabxana  işinin  böyük  mədəni  əhəmiyyətini 



yüksək  qiymətləndirmiş,  onu  ölkəmizin  ümumi  mədəniyyətinin  əsas  göstəricisi 

kimi  qiymətləndirmişdir.  Bu  da  Heydər  Əliyevin  yüksək  elmi,  mədəni  və 

intellektual səviyyəsi ilə, bəşəri xarakter daşıyan hadisələri düzgün qiymətləndirə 

bilmək  istedadı  ilə  şərtləşir.  Heydər  Əliyev  həmişə  çıxışlarında  yazıçı  və 

şairlərimizin,  alimlərimizin,  mədəniyyət  xadimlərimizin  böyük  potensiala  malik 

olduğunu  bildirmiş,  Azərbaycan  xalqının  təhsillənməsində,  biliklənməsində,  elm 

və  mədəniyyətimizin,  mənəviyyatımızın  inkişafında  böyük  rolu  olduğunu 

bildirmişdir. İftixar hissi ilə demək olar ki, Heydər Əliyev respublikaya rəhbərlik 

etdiyi 34 illik dövrdə böyük təşkilatçılıq, nəhəng quruculuq işləri ilə yanaşı, zəngin 

elmi-nəzəri,  mənəvi  bir  irs  yaratmışdır.  Bu  irs  qiymətli  mənəvi  sərvət  kimi 

elmimizin və mədəniyyətimizin “qızıl fondu” na daxil edilmişdir. 

Müasir  şəraitdə  ölkəmizin  gələcək  inkişaf  yolunu  işıqlandıran  bu  zəngin 

irsin  öyrənilməsinə  böyük  ehtiyac  hiss  edilməkdədir.  Respublikamızın 

vətəndaşlarının,  ziyalılarının,  alimlərin,  mütəxəssislərin,  əhalinin  bütün 

təbəqələrinin,  xüsusilə  vətənimizin  gələcəyi  olan  gənclərin  bu  irsi  dərindən 

mənimsəməsinə  ciddi  ehtiyac  duyulmaqdadır.  Heydər  Əliyevin  elmimizə, 

tariximizə,  dilimizə,  milli  ideologiyamıza,  soykökümüzə  həsr  edilmiş  dərin 

məzmunlu  əsərləri,  ideya  və  fikirləri  elm  və  mədəniyyətin  bütün  sahələrində 

aparılan  elmi  araşdırmaların  metodoloji  əsasıdır.  Bu  əsərlər  azərbaycanşünaslığa 

böyük  hədiyyədir.  Heydər  Əliyevin  nəzəri  irsi  həmçinin  Azərbaycan 

dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər 

siyasi tarix, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə 

hədsiz məhəbbət dərsliyidir. Ulu öndərin hər bir əsəri böyük əhəmiyyətə malikdir. 

Əsrlər  keçəcək,  illər  bir-birini  əvəz  edəcək,  nəsillər  dəyişəcək,  bu  əsərlər  isə 

yaşayacaq, neçə -neçə nəsillərə, Azərbaycan xalqının gələcəyinə xidmət edəcəkdir. 

Çünki  bu  əsərlər  zamanın  sifarişidir,  xalqın  tarixidir,  salnaməsidir.  Bu  əsərləri 

zaman özü yaratdığından daim yaşayacaq, gələcəyə işıq saçacaq. 

Ölkəmizin  siyasi  həyatında  özünəməxsus  yeri  olan  Yeni  Azərbaycan 

Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan ulu 

öndər  Heydər  Əliyevin  şərəfli  adı  ilə  bağlıdır.  Tarixi  zərurətdən  yaranmış  Yeni 

Azərbaycan  Partiyası  elə  bir  dövrdə  formalaşmışdır  ki,  müstəqilliyimiz,  milli 

varlığımız real təhlükə qarşısında idi. Xalqımızın əsrlərdən bəri ürəyində yaşatdığı 

azadlıq  amallarını  beşiyindəcə  boğmağa  cəhd  göstərən  qara  qüvvələr  heç  nədən 

çəkinməyərək  ən  çirkin  vasitələrə  əl  atırdılar.    Ulu  öndərin  “dünənin,  bugünün, 

gələcəyin  partiyası”  deyə  həm  keçmişini,  həm  bugününü,  həm  də  gələcəyini 

müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı xidmətləri 

bu təşkilatın cəmiyyətdəki mövqeyini get-gedə daha da möhkəmləndirir, xalqın bu 

partiyanın  ideoloji  –  siyasi  xəttinə  dəstəyini  gücləndirir.  Xalqımız  maddi  və 

mənəvi sıxıntı məngənəsində boğulduğu, ölkə iqtisadi, siyasi, sosial, hərbi böhran 

keçirdiyi  vaxtlarda  onun  yeganə  ümid  yeri  məhz  Heydər  Əliyev  olmuşdur.  Ulu 

öndər həmişə vətəni, xalqı ilə birlikdə olmuşdur. Heydər Əliyevin həyata keçirdiyi 

şərəfli  xilaskarlıq  missiyası  Azərbaycanın  müstəqilliyini  əbədi,  dönməz  və 

sarsılmaz etdi.  



Yüklə 368,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə