NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 368,91 Kb.
səhifə6/14
tarix25.06.2018
ölçüsü368,91 Kb.
#51383
1   2   3   4   5   6   7   8   9   ...   14

13 

 

fəaliyyətinin  ana  xəttini  təşkil  edib.  Milli  mənəvi  dəyərlərimizin  qorunub 



saxlanılması,  azərbaycançılıq  ideologiyasının  şüurlarda  kök  salması,  dilimizin 

tətbiqi sahələrinin genişlənməsi, tariximizin yenidən obyektivcəsinə yazılması və s. 

Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin yalnız bir tərəfidir. 

    


Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən 

XX  əsr  ziyalılarının  əsərlərində  milli  ideya  kimi  türkçülüklə  paralel  olan 

azərbaycançılığı  yeni  tarixi  şəraitdə  milli  dövlətçilik  ideologiyası  kimi  sistemə 

saldı, ümummilli ideya , dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi 

kimi əsaslandırdı. Bu zaman iki cəhət əsas götürüldü: 

a)

 



Azərbaycan  Demokratik  Cumhuriyyətinin  dövlətçilik  ənənələrinə  tarixən 

düzgün yanaşıldı; 

b)

 

Azərbaycan ziyalılarının ana dili uğrunda əsrin önlərindəki fikir mücadilələri; 



      

Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  azərbaycançılıq 

ideologiyasının inkişafında, yeni tarixi şəraitə uyğun səviyyədə təfsirində və həmin 

ideologiyanın  tarixdə  ilk  dəfə  əbədi  olaraq  həyata  keçirilməsində  atdığı  addımlar 

danılmazdır.

 

Heydər Əliyevin elmimizə, tariximizə, dilimizə, milli ideologiyamıza, 



soykökümüzə  həsr  edilmiş  dərin  məzmunlu  əsərləri,  ideya  və  fikirləri  elm  və 

mədəniyyətin bütün sahələrində aparılan elmi araşdırmaların metodoloji əsasıdır.

 

    


Heydər  Əliyev  Azərbaycan  tarixinin  yetişdirdiyi  ən  nadir  simalardan  biri, 

türk  dünyasının  və  ümumən,  sivil  dünyasının  qüdrətli  şəxsiyyətidir.  Tarixə 

Azərbaycan  xalqının  ümummilli  lideri  kimi  daxil  olmuş  bu  əvəzolunmaz  insan 

liderlərə  məxsus  ən  ali  keyfiyyətlərə  malik  idi.Tanrı  ona  hər  bir  üstünlüyü  bəxş 

etmişdi: yaraşıqlı boy-buxun, təbəssüm və sərtliyi sintez edən sima, qüdrətli siyasi 

iradə,  güclü  dövlətçilik  duyğusu,  çevik  idarəetmə  məharəti,  xalqın  qüdrətinə 

arxalanmaq  qabiliyyəti,  tarixin  nizamını  təmin  edən  təfəkkür!  Bir  sözlə,  Heydər 

Əliyev  qalibiyyət  əzmilə  yaşayan  və  dövləti  cəsarətlə  idarə  edən  möhtəşəm  bir 

şəxsiyyət  idi.  Heydər  Əliyevin  səyi  ilə  ölkəmizdə  insan  hüquq  və  azadlığının 

başlıca  prinsiplərinin  bərqərar  olması  üçün  əsaslı  zəmin  yaradıldı. 

Konstitusiyamızın  qəbulundan  sonra  sahəvi  qanunlar  işlənib  hazırlandı, 

qanunçuluq  möhkəmləndirildi,  hüquqi  islahatlar  yeni  müstəviyə  qaldırıldı.  Ulu 

öndərin formalaşdırdığı azərbaycançılıq fəlsəfəsi respublikamızın müasir dünyada 

yerini  müəyyən  etdi,  milli  dövlətçiliyimizin  ideya  əsasını  təşkil  edərək,  dünya 

azərbaycanlılarının həmrəyliyi üçün zəmin yaratdı. Son yüz ildə çox ciddi məsələ 

kimi özünü qabarıq göstərən milli dövlətçilik problemi Heydər Əliyevin gərgin və 

ardıcıl fəaliyyəti ilə elmdən, sosiologiyadan, fəlsəfədən əməli siyasət müstəvisinə 

qaldırıldı. 

   

Ümumilli lider ölkənin  əsas  təbii  sərvətlərindən  biri  olan  nefti  Azərbaycan 



xalqının  öz  sərvətinə  çevirdikdən  sonra  ondan  səmərəli  bəhrələnmək  yollarını  da 

müəyyənləşdirmiş, 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmışdır. 

Heydər  Əliyev  dühası  ilə  tarixinin  şanlı  səhifələri  yazılan  Azərbaycanı  işıqlı  və 

daha  qüdrətli  sabahlar  gözləyir.  Çünki  onun  başladığı  və  uğurla  həyata  keçirdiyi 

siyasi kursun davam etdirilməsi xalqın ən başlıca arzusudur və bu istəyi də Heydər 

Əliyev məktəbinin layiqli davamçısı prezident İlham Əliyev uğurla reallaşdırır. Biz 

Vətən,  xalq  təəssübkeşliyini  Heydər  Əliyev  vətənpərvərliyindən  öyrənməliyik. 



14 

 

Heydər  Əliyev  şəxsiyyəti  ona  görə  nəsillərə  nümunədir  ki,  bu  şəxsiyyətdə 



azərbaycanlıya xas olan bütün ali keyfiyyətlər parlaq şəkildə təcəssüm olunur. Ulu 

öndər əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi 

cəhətdən  etibarlı  dayaqlar  üzərində  qurulmuş  Azərbaycanı  –  dünya  miqyasında 

yeri və nüfuzu olan bir dövləti, dövlətçilik ənənələrini qoydu. 

    

Ulu  öndər  Azərbaycanda  söz  və  mətbuat  azadlığının,  müstəqil  mətbuatın 



əsasını qoymuş lider kimi böyük ehtiramla anılır. 

      Heydər Əliyev xalqının ürəyində milli – mənəvi dəyərləri yaşatmaq üçün əbədi 

bir məşəl yandırmışdır. Bu məşəl ilahi bir varlığın istəyi ilə günü-gündən daha da 

güclənir,  parlaq  səmalarda  Azərbaycan  simvoluna  çevrilir.  Dünya  ölkələrinin 

tarixində  olduğu  kimi,  Azərbaycan  dövlətçiliyinin  tarixi  də  göstərir  ki, 

şəxsiyyətlərin gücü, ağlı və siyasi müdrikliyi bütün ölkənin həyatında taleyüklü rol 

oynayır.  Bu  şəxsiyyətlər  içində  hər  zaman  bir  boy  uca  görünəcək  bir  zirvədə 

müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin 

əzəmətli abidəsi ucalacaq. Bu parlaq şəxsiyyətin məhz həmin illərdəki fəaliyyətini 

izləyəndə onun təpədən dırnağa böyük azərbaycanlının, Vətənini hədsiz dərəcədə 

sevən  bir  insanın  ölkəsinin  tarixinə,  keçmişinə,  mədəniyyətinə,  ədəbiyyatına  son 

dərəcə  böyük  sevgi  və  sayğı  ilə  yanaşdığını  görüb,heyrətlənməmək    mümkün 

deyil. Mənə elə gəlir ki, onun adı dünya tarixinə həmişəlik  yazılacaqdır. “Həmişə 

fəxr  etmişəm,  və  bu  gün  də  fəxr  edirəm  ki,  mən  azərbaycanlıyam”  –  deyən 

ümummilli  liderimiz  azərbaycanlılara  xas  gözəl  nə  varsa,  onların  hamısını  öz 

parlaq  simasında  bir  araya  gətirmişdir.  Azərbaycan  xalqının  vahidliyinə  çalışan 

Heydər  Əliyev  dühası  özünün  fitri  idarəçilik  istedadı  sayəsində  respublikada 

ümumbəşəri  dəyərlər  yaradan,  milli  xüsusiyyətləri,  mental  dəyərləri  qoruyan 

ədalətli, sivil və demokratik cəmiyyət qurmuşdur. 

    


Azərbaycan  xalqı  və  dövləti  mövcud  olduqca  Heydər  Əliyevin  dövlətçilik 

irsinə daim müraciət ediləcək. Onun nurlu adı, Vətəni naminə gördüyü böyük işlər 

insanların  yaddaşında  əbədi  yaşayacaqdır.  Heydər  Əliyevin  duhası  ilə  tarixinin 

şanlı səhifələri yazılan Azərbaycanı işıqlı və daha qüdrətli sabahlar gözləyir. Buna 

heç kəsin şübhəsi yoxdur. Çünki onun başladığı və uğurla həyata keçirdiyi siyasi 

kursun  davam  etdirilməsi  xalqın  ən  başlıca  arzusudur  və  bu  istəyi  də  Heydər 

Əliyev məktəbinin layiqli davamçısı prezident İlham Əliyev uğurla reallaşdırır. Bu 

gün  Azərbaycan  prezidenti  İlham  Əliyev  atasından  əxz  etdiyi  nadir  şəxsiyyətlərə 

məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq 

edir,  tarixin  yeni  tələblərinə  uyğun  olaraq  təkmilləşdirib  inkişaf  etdirir.  Bu  gün 

ümummilli lider Heydər Əliyevin mədəniyyət, incəsənət sahəsində gördüyü böyük 

işləri respublikamızın Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun 

prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban 

xanım  Əliyeva  layiqincə  davam  etdirirlər.

 

Biz  inanırıq  ki,  Azərbaycanı    uğurlu 



gələcək gözləyir. 

Dağ  əyilməz, 

Yel əsər, dağ əyilməz. 

Heydər quran dövlətin

Təməli dağ, əyilməz. 

 

(Fəridə Ləman) 




Yüklə 368,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə