NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ



Yüklə 368,91 Kb.
səhifə7/14
tarix25.06.2018
ölçüsü368,91 Kb.
#51383
1   2   3   4   5   6   7   8   9   10   ...   14

15 

 

                          



 

Yubiley tədbirlərinin keçirilməsi 

 

  



Azərbaycanın milli-mənəvi dünyasını zənginləşdirmiş şəxsiyyətlər möhkəm 

əqidələri, dərin zəkaları ilə tariximizdə parlaq səhifələr yazmışlar. Bu şəxsiyyətlər 

doğma yurdun sabahı naminə zamanın sınaqlarına fədakarlıqla sinə gərərək vətənin 

işıqlı  gələcəyini  təmin  etmişlər.  Ümummilli  liderimiz,  türk  dünyasının  fəxri 

Heydər  Əliyev  belə  şəxsiyyətlər  sırasında  önəmli  yer  tutur.  Bu  dahi  insan 

yaşasaydı,  indi  ömrünün  90-ci  baharını  qeyd  edəcəkdi.  Xalqımız    onun    bütün 

mənalı  ömrünü  xalqının  xoşbəxt  gələcəyi  üçün  sərf  etmiş,  canı  qədər  sevdiyi 

Azərbaycanın çiçəklənməsi üçün çalışmış əfsanəvi insanın adı ilə bağlı əziz günü 

ürəkdən  qeyd  edir.  Bu  münasibətlə  respublikanın  bütün  mədəniyyət 

müəssisələrində,  eyni  zamanda  kitabxanalarda  yubiley  tədbirlərinin  keçirilməsi 

nəzərdə tutulmuşdur. Kitabxanalarda bununla əlaqədar maraqlı tədbirlər keçirmək 

olar.  Tədbiri  keçirmək  üçün  kitabxana  məktəblərlə,  ali  təhsil  ocaqları  ilə 

əməkdaşlıq  etməlidir.  Bu  tədbirlər  arasında  sərgilər  mühüm  yer  tutur.  Sərgidə 

Heydər Əliyev haqqında kitablar və  müxtəlif mətbuat səhifələrində nəşr olunmuş 

məqalələr,  onun  fotoları  nümayiş  olunur.  Sərgiyə  kitablarla  yanaşı  ulu  öndər 

haqqında  dövri  mətbuatda  çap  olunan  məqalələrin    kartotekasını,  onun  haqqında 

çəkilmiş  sənədli  və  bədii  filmlərin  video-yazılarını,  kaset  və  disklərini  də  əlavə 

etmək olar. Təşkil edilmiş yubiley sərgisinin qarşısında silsilə tədbirlər – söhbətlər, 

biblioqrafik icmallar keçirmək planlaşdırılmalıdır. Sərgi müxtəlif başlıqlar altında 

keçirilə bilər. 

 

“Heydər  Əliyev  müasir  Azərbaycan  dövlətinin  qurucusudur”,  “Heydər 



Əliyev böyük siyasət və dövlət xadimidir”,“Heydər Əliyev türk dünyasının böyük 

oğludur”,“Heydər Əliyev Mədəniyyətimizin böyük hamisi kimi”,“Heydər Əliyevin 

adı Azərbaycanın şərəf və ləyaqət ucalığının rəmzidir”, “Türk dünyasının fenomen 

lideri”,”Əbədi  müstəqilllik  tarixi  yazan  lider”,  “Milli-mənəvi  dəyərlərimizin 

qoruyucusu,  “Xalq  Heydər  söyləyəcək”,  “Milli  mədəniyyətimizin  himayədarı”  və 

s. İndi isə sərginin nümunəsini veririk.        

1.

 

Başlıq. Əbədiyaşar lider. 



2.

 

Heydər Əliyevin portreti. 



3.  Görkəmli insanların Heydər Əliyev haqqında söylədikləri sitatlar. 

4.  Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası. 

5. Heydər Əliyevdən bəhs edən kitablarının nümayişi. 

6.  Şeir parçası. 

                Sərgi təşkili zamanı aşağıdakı sitatlardan istifadə etmək olar.  

1.

 



Azərbaycan  mədəniyyətinin  və  zəngin  tarixi  irsimizin  dünya  ictimaiyyətinə 

tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir.                              

Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr 

edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı 

olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir.  

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 

2.

 

Azərbaycan üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır. 



                Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva 


16 

 

 



3.

 

Heydər Əliyev dünyaya qalib gəldi, qalib getdi! Onun həyatının başlanğıcından 



sonuna qədər hansı səhifəsini vərəqləsən, burada qələbənin məğrur 

təbəssümünü görərsən... 

                                                                                      Xalq yazıçısı Anar 

4.

 



Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və 

sevilən lider idi. Türkiyə - Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir 

millət, iki dövlət” ifadəsi də ona məxsusdur.  

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan 

 

5.

 



Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik 

Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır. 

                                                                    Xalq yazıçısı Çingiz Aytmatov 

6.

 



 Azərbaycanın bugünkü nailiyyətlərində Heydər Əliyevin səriştəli və müdrik 

rəhbərliyi şəksizdir. 

                               Türk dünyasının ictimai-siyasi xadimi Süleyman Dəmirəl  

7.

 



Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli lideridir. 

                                     Federiko Mayor, YUNESKO – nun baş direktoru 

8.

 

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanı böyük gələcək gözləyir. 



                                                          Jak Şirak Fransanın keçmiş prezidenti 

9.

 



Heydər Əliyevin müstəqillik əzmi, demokratik əzmi, demokratik mövqe tutması 

bütün dünya ilə əlaqələr yaratması üçün layiqli körpü rolunu oynayacaqdır. 

                                                  Oskar Lui Skalfaro, İtaliyanın prezidenti 

10.


 

 Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan tezliklə dünyanın ən 

inkişaf etmiş ölkələrindən birinə çevriləcəkdir. 

                                           Əlahəzrət Akixito, Yaponiyanın imperatoru 

                       

11.


 

 Heydər Əliyevin qətiyyətli iştirakı və şəxsi əməyi olmasaydı, Azərbaycanın 

nailiyyətləri də mümkün olmazdı. 

                                                                      Emoməli Rəhmanov,Tacikistan prezidenti 

12.

 

 Bu gün Azərbaycanın nümayiş etdirdiyi uğurlar, qazandığı nailiyyətlər daha 



əhəmiyyətli və daha sanballıdır. Bütün bunlar Azərbaycan xalqının tanınmış 

lideri Heydər Əliyevin çox böyük şəxsi töhfəsinin və şəxsi şücaətinin 

nəticəsidir. 

                                           Saparmurad Niyazov, Türkmənistan prezidenti 

13.

 

 Heydər Əliyev mədəniyyət və ədəbiyyata böyük hörmət bəsləyir. Bu, onun 



müdrüklüyünə dəlalətdir. 

                                                                            İvan Draç, Ukrayna şairi 

Orta  yaş  qrup  oxucular  arasında  ümummilli  lider  Heydər  Əliyevin  90  illik 

yubileyi  münasibətilə  sual-cavab  gecələri,  testlər  və  ya  ədəbi  viktorinalar  təşkil 

oluna  bilər.  Sual-cavab  gecəsi  kitabxanaçı  tərəfindən  təşkil  olunur  və  oxuculara 

suallar  təqdim  olunur.Viktorina  keçirilərkən,  kitabxanaçı  məktəbli  oxucuları 

ətrafıına  toplayıb  ulu  öndərin  malik  olduğu  xüsusiyyətləri  onlardan  soruşur.  Bu 

zaman kitabxanaçı ilə oxucular arasında maraqlı dialoq yaranır. Məsələn: 




Yüklə 368,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə