NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi



Yüklə 127,59 Kb.
tarix25.06.2018
ölçüsü127,59 Kb.
#51494


 

                                     AZƏRBAYCAN  RESPUBLİKASI  



                             MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

                                          ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

 

 

21 Mart Beynəlxalq Poeziya günü ilə  əlaqədar 

 

 

 

 

“BƏNZƏRSİZ POEZİYA ” 

(metodiki vəsait) 

 

 



 

 

 

B A K I – 2015 

 

 

 



 

 

 

 

 

 

 


 

                                        TƏRTİBÇİDƏN 

1999-cu  ildə  YUNESKO-nun  30-cu  iclasında  21 

mart  beynəlxalq  poeziya  günü  elan  olundu.  Bu 

hadisə  xalqımız  üçün  ikiqat  bayrama  çevrildi. 

Çünki  ruhun  musiqisi  adlandırılan  bəşəri 

poeziyanın  ritmik  notları  ilə  baharı,  çiçəklənməyə 

hazırlaşan  ecazkar  təbiəti,  saflıq  və  birlik  rəmzi 

olan  əziz  Novruzu  salamlamaq  doğrudan  da  əsl 

səadətdir.  Səadətdir,    həm  də  ona  görə  ki,  Odlar 

Yurdumuz,  iqtisadi  sərvəti  ilə  zəngin  olan  anamız 

Azərbaycan  həm  də  mənəvi  sərvəti  ilə  məşhurdur 

və  əsrlərdən  bəri  də  məşhur  olub.  Xalqımız  şeriyyətə  və  mədəniyyətə  misilsiz 

töhvələr, nadir söz ustadları, böyük sənətkarlar bəxş edib. Odur ki, Azərbaycanın 

ürəyi həm də şeirlə, poeziya ilə bərabər döyünüb. Zaman ötdükcə, böyük Səməd 

Vurğunumuz  da  məmləkətimizi  şeir,  sənət  ocağı  kimi  sevdirdi.  Bu  ocağın  neçə-

neçə unudulmaz söz sahiblərindən biri olan sevimli Şəhriyar qəlbini, ruhunu şeirə, 

sözə, poeziyaya bağışlayıb dedi: 

Şeir mədəniyyət, incəsənətdir, 

Incə ruh, incə zövq, incə sənətdir. 

O da musiqi tək qəlbin səsidir, 

Həyatın ən böyük möcüzəsidir. 

 

Həyatın ən böyük möcüzəsinə, şeirə rəsmi tərif versək, əlbəttə, deməliyik ki, 



şeir  -  mənzum  söz  sənətidir.  Nəsrdən  fərqli  olaraq,  fikrin  vəznli,  obrazlı,  ritmik, 

qafiyəli  ifadəsidir.  Fransız  yazıçısı  Anatol  Frans haqlı olaraq qeyd  edib ki, şeirlə 

insan  ruhu  arasında  qədim  bir  ünsiyyət  var.  Buna  görə  də  insanın  sevincli  və 

kədərli anlarında şeir həmişə onunladır. Bu məqamlarda Livan yazıçısı və rəssamı 

Xəlil  Cübranın  sözləri  yada  düşür:  "Şeir  qanı  axan  yaranın  və  ya  gülümsəyən 

dodaqların  nəğməsidir".  Rus  şairi,  Nobel  mükafatı  laureatı  İosif  Brodski  səmimi 

şəkildə bildirib ki, poeziya ən yaxşı sözlərin ən yaxşı düzümü deyil, poeziya dilin 

adi mövcudluq formasıdır.İslam dininin böyük yaradıcısı, müsəlman aləminin fəxri 

olan  Məhəmməd  Peyğəmbər  hələ  neçə  əsr  bundan  qabaq  daim  insanlara  tövsiyə 

edib  ki,  şeir  əzbərləyin,  çünki  şeir  dili  düzəldir,  danışığı,  nitqi  gözəlləşdirir. 

Zaman-zaman  dahilər  "Poeziya  sözlərin,  ruhun  musiqisidir.  Poeziya  həyatın 

çırağıdır" - deyə bu həyati varlığa yüksək dəyər verib. 

Qeyd  etdiyimiz  kimi,  Azərbaycan  poeziyasının  qüdrəti  qədimlərdən 

şölələnir. Bu barədə mənbələrdə kifayət qədər sübutlar, dəlillər var. 

Əziz    kitabxanaçılar,    elə  bu  dəlil  və  subutlara  əsaslanaraq  Beynəlxalq 

Poeziya  Günü  ilə  əlaqədar  hazırladığımız  vəsait  ümidvaram  ki,      hər  bir 

kitabxanacının və oxucunun istifadə edə biləcəyi vəsait olacaq.    



 

Poeziya  hər  şeydən  əvvəl,  həyat,  ondan  sonra  isə 



incəsənətdir. 

 

 İnsanlara  şeir  qədər,  ədəbiyyat  qədər  güclü  təsir  edən,  insanlığın 



mənəviyyatına,  əxlaqına,  tərbiyəsinə,  fikirlərinin  formalaşmasına  bu  qədər 

güclü təsir göstərən başqa bir vasitə yoxdur.  

 

 

 

 

 

 

 

 

    Heydər Əliyev 

 

 

 

 

 

 

 

 

 

Ulu öndər 

1999-cu  ildə  YUNESKO-nun  30-cu  iclasında  21  mart  beynəlxalq  poeziya  günü 

elan olundu. Bu hadisə xalqımız üçün ikiqat bayrama çevrildi.  

Poeziya  ən  qədim  zamanlardan  başlayaraq  insanın  mənəvi  ehtiyacına 

çervilmiş, onun  arzu və istəklərinin, duyğu və düşüncələrinin, sevinc və kədərinin 

poetik tərcümanı olmuşdur. Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, 

bəşəriyyətin  söz  xəzinəsini  zənginləşdirən  Azərbaycan  poeziyası  da  xalqımızın  

tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Azərbaycan şairləri, bütövlükdə, 

Yaxın və Orta  Şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmiş, 

özünəməxsus poeziya məktəbi yaratmışlar. Bu poeziya məktəbi nümayəndələrinin 

yaradıcılığında  yüksək  peşəkarlıq,  sözün  poetik  imkanlarından  istifadə  bacarığı 

özünü daha aydın göstərmişdir.  

Azərbaycanda  poeziyanın  ilk  nümunələri  şifahi  xalq  ədəbiyyatı  zəminində 

formalaşmış  bayatılar,  holavarlar,  sayaçı  sözləri  və  digər  mövsüm-mərasim 

nəğmələridir.  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  qədimlikdən,  tarixdən  xəbər 

verməklə  yanaşı,  Azərbaycan  xalqının  ruhundan  süzülən  mədəniyyətdir.  Zəngin 

Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  dünyanın  digər  xalqlarının  folkloru  arasında 

özünəməxsus  yer  tutur.  Hələ  qədim  zamanlardan  Azərbaycan  xalqı  söz  sənətinin 

ilk  nümunələrini  yaratmış,  əsasən,  şifahi  formada  olan  bu  yaradıcılıq  nümunələri 

poetik  bədii  təfəkkürün  ilkin  təzahürünə  çevrilmişdir.  Orta  əsrlərdən  başlayan 

yüksək  mədəni inkişaf  prosesi isə  Azərbaycan  poeziyasının  yüksəlişində  yeni  bir 

mərhələnin  başlanmasına  səbəb  olmuşdur;  insana,  onun  daxili  aləminə  maraq 

güclənmişdir.  Həmin  dövrdə  lirik-fəlsəfi  düşüncələr,  fərdi  hisslərin  təzahürü, 

ənənəyə  çevrilmiş,  şeir  sənətimiz  Nizami  Gəncəvinin,  Məhəmməd  Füzulinin, 

İmadəddin  Nəsiminin  timsalında  yeni  çalarlarla  zənginləşmişdir.  XIX  əsrdən 

başlayaraq  şeirlərdəki  fəlsəfi  mühakimələrin  yerini  müasirlik  və  real  obrazların 

lirik  təzahürü  tutmuşdur. Molla  Pənah  Vaqifin, Molla  Vəli  Vidadinin, Qasim  bəy 

Zakirin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin yaradıcılığı maarifçi-realist 

ruhda  formalaşmışdır.  Azərbaycanın  müxtəlif  bölgələrini  əhatə  edən  “Gülüstan”, 

“Əncüməni-şüəra”,  “Fövcül-füsəha”,  “Beytüs-Səfa”,  “Məcməüş-şüəra”,  “Divani-

hikmət”,  “Məclisi-üns”,  “Məclisi-fəramuşan”  kimi  ədəbi  məclislər  ədəbi  mühitin 

inkişafına öz təsirini göstərmişlər. Bunun da nəticəsində Azərbaycan ədəbiyyatının 

yüksəliş  mərhələsi  sayilan  XX  yüzil  ədəbiyyatına  keçid  üçün  möhkəm  zəmin 

hazirlanmışdır.  




 

Poetik  fikrimizin  Mirzə  Ələkbər  Sabir,  Hüseyn  Cavid,  Məhəmməd  Hadi, 



Əhməd  Cavad,  Səməd  Vurğun,  Mikayıl  Müşfiq,  Məmməd  Araz,  Bəxtiyar 

Vahabzadə, İslam Səfərli, Xəlil Rza, Cabir Novruz kimi görkəmli nümayəndələri 

öz  yaradıcılıqları  ilə  Azərbaycan  ədəbiyyatına  yeni  bir  ruh  vermiş,  bir-birindən 

dəyərli poetik nümunələri ilə xalqımızın Azərbaycançılıq məfkurəsi, milli dəyərlər 

ətrafinda birləşməsində layiqli xidmətlər göstərmişlər. Söz və fikir azadlığı, siyasi 

düşüncə  sərbəsliyi,  plüralizm,  milli  istiqlal,  ictimai  ədalət  uğrunda  mübarizə 

xalqımızın  istiqlal  mübarizəsində,  dövlət  müstəqilliyimizin  bərpa  edilməsində 

əhəmiyyətli  rol  oynamışdır.  Bu,  şair  və  yazıçılarımızın  yaradıcılığından  daim 

qırmızı xətlə keçən vətənçilik, Azərbaycançılıq ideyasının, vətənpərvərlik ruhunun 

məntiqi nəticəsi idi.  

Ədəbiyyatın  ən  böyük  amalını  və  tarixi  missiyasını  mənsub  olduğu  xalqa 

xidmətdə  görən  ümummilli  liderimiz  Heydər  Əliyev  ölkəmizə  rəhbərlik  etdiyi 

bütün  dövrlərdə  Azərbaycan  ədəbiyyatının  inkişafına  çalışmış,  yaradıcı  ziyalıları 

himayə  etmiş,  sağlam  ədəbi  mühitin  yaradılmasını  əsas  vəzifələr  sirasına 

çəkmişdir.  Ötən  əsrin  70-ci  illərindən  başlayaraq  ümumilli  liderimizin  rəhbərliyi 

ilə  milli  dəyərlərimizə  qayğı,  adət-ənənələrimizin  qorunub  yaşadılması, 

mədəniyyətimizin  və  incəsənətimizin  inkişafı  istiqamətində  həyata  keçirilən 

tədbirlər  ədəbiyyatımızın,  eləcə  də  poeziyamızın  yeni  çalar  qazanmasına  səbəb 

olmuşdur.  Bu  dövrdə  repressiya  qurbanlarının  əsərlərinə  “ikinci  həyat”  verilmiş, 

Azərbaycan  ədəbiyyatının  qorunması  və  təbliği  məqsədilə  ardıcıl  tədbirlər 

görülmüş, şair və yazıçıların keçmiş ittifaq miqyasında  yubileyləri keçirilmişdir. 

1975-ci  ilin  oktyabrında  keçirilən  Azərbaycan    ədəbiyyatı  günlərində  çıxış  edən 

ümummilli  liderimiz  Heydər  Əliyev  şeriyyətin  cəmiyyətdə  böyük  yerə  malik 

olduğunu bildirərək demişdir: “Tarix  tələbkar  idmançıdır.  Hökmdarlar,  saray 



əyanları  unudulub  getmişlər.  Azərbaycanın  böyük  mütəfəkkir  və  humanist 

şairlərinin  təravətdən  düşməyən  misraları  isə  bu  gün  də  öz  hikməti  və 

insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur”. 

Ulu  öndərimiz  himayəsi  və  qayğısı  ilə  ustad  sənətkarların  yubileylərinin 

keçirilməsi,  xatirələrinin  əbədiləşdirilməsi,  əsərlərinin  nəşri,  tədqiqi,  dünya 

miqyasında  tanıdılması,  şifahi  söz  sənətimizin  toplanılması,  nəşri,  tədqiqi    və 

gələcək  nəsillərə  çatdırılması  yönündə  çoxşaxəli  tədbirlər  həyata  keçirilmişdir. 

Azərbaycan  Respublikası  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  yazıçı  və 

şairlərimizə  qaygı  daha  da  artmış,  bədii  fikrin  nadir  hadisəsi  olan  poeziya 

xalqımızın  mənəviyyatının  ayrılmaz  hissəsi  kimi  yeni  inkişaf  mərhələsinə 

yüksəlmişdir.  “Milli  özünüdərk,  milli  oyanış,  dirçəliş  prosesi  xalqımıza,  birinci 

növbədə,  ədəbiyyatdan  gəlir”,  -  deyən  ümumilli  liderimiz  müasir  ədəbi  prosesin 

inkişafı üçün hər cür şərait yaratmışdır. Bu gün də dövlətimizin hərtərəfli qayğısı 

ilə  Azərbaycan şairləri  ümumbəşəri  mahiyyət  daşıyan  çoxşaxəli  yaradıcılıqları ilə 

dünya  bədii  təfəkkürünü  elmi-fəlsəfi  fikirlərlə  zənginləşdirir,  milli  şeiriyyəti 

yüksəklərə qaldırırlar. Şairlərimizin bədii fikir salnaməsində parlaq səhifələr açan 

əsərləri insanların mənəvi kamilləşməsinə xidmət göstərir. Bu həm də ədəbiyyatın 

ən ali vəzifəsi kimi xüsusi əhəmiyyət kəsb edir. Ulu öndərin siyasi kursunu uğurla 

davam  etdirən  Prezident  İlham  Əliyev  də  Azərbaycan  ədəbiyyatının  inkişafına, 



 

ədiblərin yaradıcılıq uğurlarının daha da artmasına xüsusi diqqət və qaygı göstərir. 



Dövlət başçısının ötən il imzaladığı sərəncamlarla Cəlil Məmmədquluzadənin  140, 

Hüseyn Cavidin 130, Məmməd Səid Ordubadinin 140, Mirzə Fətəli Axundzadənin 

200,  Mirzə  Ələkbər  Sabirin  150,  Mirvarid  Dilbazinin  100  illik  yubileyləri  ölkə 

səviyyəsində  qeyd  olunmuşdur.  Həyata  keçirilən  tədbirlər  Azərbaycan 

ədəbiyyatının  inkişafında  xüsusi  xidmətləri  olan  insanların  xatirəsinə  böyük 

ehtiram və diqqətin davamı kimi mühüm əhəmiyyətə malikdir.  

Beynəlxalq  poeziya  günü  ilə  əlaqədar  keçirilən  tədbirlər  Respublika  Uşaq 

Kitabxanasında  da  uğurla  davam  etdirilir.  Beləki,  hər  il  bu  sahədə  keçirilən 

tədbirlər  mühüm  əhəmiyyət  kəsb  edir.  Məhz  bu  yönümdə    keçirilən  tədbirlərin 

nəticəsidir ki, Respublika Uşaq Kitabxanasına gələn oxucuların sayı gündən-günə 

artır,  uşaqların  poeziyaya,  şeirə  olan  sevgiləri  daha  da  özünü  göstərir. 

Respublikamızın  hər  bir  yerində  təhsil  ocaqlarında,  məktəblərdə,  lisey  və 

gimnaziyalarda, kitabxanalarda bir sözlə mədəniyyət ocaqlarında göstərilən diqqət 

və  qaygının  müqabilində  şair  və  yazıçılarımız  çalışırlar  ki,  yeni  dövrün  ruhuna 

uyğun, yüksək bədii dəyərə  malik  ədəbi nümunələr yaratsınlar.  Ölkəmizin sürətli 

inkişafı  və  müasirliyini  ədəbiyyata,  şeirə-sənətə  gətirmək  qarşıda  duran  əsas 

vəzifələrdən  biridir.  Çünki  ədəbiyyat  bütün  dövrlərdə  həyatın  güzgüsü,  milli 

varlığımızın əsas rəmzlərindən biri olub. Bu missiya müasir dövrdə də aktuallığını 

qoruyub saxlayır.  

Elə  bu  missiyanın  davamı  olaraq  Respublika  Uşaq  Kitabxanası  bir  sıra 

tədbirlər planı hazırlayib. Tədbirlər planının geniş və maraqlı olması üçün ən əvvəl 

kitabxanada  poeziya  günü  ilə  əlaqədar  sərgi  hazırlanır.  Sərgidə  poeziya  günü  ilə 

əlaqədar    sitatlardan,  şairlərimizin  şeirlərindən  nümunələr,  dövrü  mətbuatda  çap 

olunmuş  kartotekalardan  istifadə  etmək  olar.  Sərgi  müxtəlif  başlıqlar  altında 

keçirilə  bilər:  Məsələn,  “Müasir  Azərbaycan  poeziyası  bu  gün”,  “Poeziya 

məktəbinin  görkəmli  nümayəndələri”,  Beynəlxalq  poeziya  günü”  ,  “Bənzərsiz 

poeziya” və s. 

Sərginin nümunəsini veririk. 

Başlıq: “Beynəlxalq poeziya günü” 

 



 

1.



 

Beynəlxalq poeziya günü ilə əlaqədar kitab sərgisi. 

2.

 

Azərbaycan poeziya nümayəndələrinin kitablarının nümayişi. 



3.

 

Beynəlxalq  poeziya nümayəndələrinin kitablarının nümayişi. 



4.

 

Poeziya  günü  ilə  əlaqədar  dövrü  mətbuatda  çap  olunmuş  qəzet  və  jurnal 



materiallarının  kartotekası. 

5.

 



Poeziya günü ilə əlaqədar sitatlar. 

  

 W. Somerset Maugham : Ədəbiyyatın tacı poeziyadır. 

2. Robert Frost: Emosiya öz fikrini tapanda, fikir isə sözləri tapanda poeziya 

yaranır. 

3. Octavio Paz : Şeir oxumaq onu gözlərinlə eşitməyə bənzər; şeiri eşitmək onu 

qulaqlarla görmək deməkdir. 

4. Plutarch: Şəkil çəkmək səssiz poeziyadı, poeziya isə danışan şəkildir. 

5. Percy Bysshe Shelley: Şair qaranlıqda oturub şirin sözlərlə təkliyini sevindirmək 

üçün nəğmə oxuyan bir bülbüldür. 

6. Emily Dickinson: Əgər bir kitab oxuyuramsa və o kitab mənim bədənimi heç bir 

ocağın isidə bilməyəcəyi dərəcədə soyudursa bu, onda həmin kiitabdakıların 

poeziya olduğunu bilirəm. 

7. Thomas Gray: Poeziya nəfəs alan fikirlər və yanan sözlərdir. 

8. Carl Sandburg: Poeziya kölgədən rəqs etməyi xahiş edən əks-sədadır. 

9. Jean Cocteau: Şair həmişə həqiqəti deyən bir yalançıdır. 

10. Plato : Poeziya həqiqətə tarixdən daha yaxındır. 

11. Wallace Stevens: Kişi qadına necə baxırsa poeziya da dünyaya elə baxır. 

12. Robert Browning: Allah ən kamil şairdir. 

13. Jean Cocteau: Şair kəşf etmir, o qulaq asır. 

14. Paul Muldoon: Robert Frostun şeirindən sonra heç kim tozağacına əvvəlki ki 

mi baxmayacaq. 

15. Anne Stevenson: Hər bir sözün öz çəkisi var, ona görə də mənim şeirlərimi çox 

sakitcə oxumalısınız. 

16. Robert Louis Stevenson: Şərab butulkalarda saxlanan poeziyadır. 

17. Virginia Woolf: Poeziya gözəldir. Ən gözəl nəsr də poeziya ilə dolu olandır. 

18. Marilyn Monroe: Mən poeziyanı vaxtı xilas etmək üçün oxuyuram. 

19 . A. P. J. Abdul Kalam: Poeziya ya xoşbəxtliyin zirvəsindən, ya da kədərin 

dərinliyindən yaranır. 

20. John Dryden: Rəqs ayaqların poeziyasıdır. 

21. Honore de Balzac: Sevgi hisslərin poeziyasıdır. 

22. Robert Frost: Poeziya həyatı boğazla götürmək yoludur. 

23. Robert Frost: Poeziya kədər haqqındadır. Siyasət isə inciklikdən bəhs edir. 




 

24. Lord Byron:Ulduzlar göylərin poeziyasıdır. 



25Beverley Nichols: Evlilik ilk fəsilləri poeziya ilə, qalan fəsilləri nəsrlə yazılmış 

bir kitabdır. 

26 . Mahmoud Darwish: Mənə görə poeziya mənəvi dərmandır. 

27. William Rose Benet: Şeir yazanlar həyatın zəhərli dodaqlarından bal 

çəkənlərdir. 

28. Gwendolyn Brooks: Poeziya distillə edilmiş həyatdır. 

29. Eugenio Montale: Mən poeziyanı axtarmıram. Mən poeziyanın mənə baş 

çəkməsini gözləyirəm. 

30. Paul Valery: Poeziya heç vaxt sona çatmır, o tərk edilir. 

 

 



 

“Beynəlxalq poeziya günü” ilə əlaqədar 

 

 



 

 

Kitab  sərgisi 



               

       


 

          



 

 

   



 

 

 




 

                  



 

 

 



    

 

        



 

 Bugünkü  Azərbaycan  poeziyasının  keyfiyyətcə  hansı  səviyyədə  olmasının 

məsuliyyətini  birinci  növbədə  böyük  yaradıcılıq  təsrübəsinə  malik  şair  və 

yazıçılarımız    daşıyır.  Dünyada  böyük,  öz  sözünü  deyən  şair  və  yazıçılarımız 

çoxdur.  Nizami,  Dante,  Xəyyam,  Füzuli,  Puşkin,  Sabir,  Yesenin,  Müşfiq,  Rəsul 

Rza, Məmməd Araz və s. Bunlar hamısı möhtəşəm poeziya zirvələridir. Lakin elə 

şair  və  yazıçılar  da  var  ki,  onların  poeziyası  olmadan  sənət  dünyasını  təsəvvür 

etmək  belə  mümkün  deyil.    Günümüzün  ağrı  və  acılarını,  faciələrini, 

qəhrəmanlıqlarını    öz  çiyinlərində  daşıyan  bir  çox  şair  və  yazıçılarımızı  



10 

 

Beynəlxalq  Poeziya  günü  ilə  əlaqədar  keçirilən  tədbirdə  yada  salmaq  yerinə 



düşərdi.  Beləki,  “Sənətkarlar  və  poeziya  “  adlı  tədbirdə    bir  çox  şair  və 

yazıçılarımızın  poeziyasına  nəzər  salacağıq.  Ən  əvvəl  XX  əsr  Azərbaycan 

poeziyasına müraciət edək. 

XX əsrdən sonrakı əsrlərə boylanan, poeziyası zamanlara sığmayan 

şair  Rəsul  Rza  …Rəsul  Rza  Azərbaycan  ədəbiyyatının  inkişafında 

öz  dəsti-xətti  olan  görkəmli  sənətkarlardan  biridir.  Onun  bir-

birindən  maraqlı,  bədii  cəhətdən  qüvvətli,  sənətkarlıqla  yazılmış 

əsərləri  xalqımızın  ən  böyük  mənəvi  sərvəti  olan  söz  xəzinəmizi 

zənginləşdirən qiymətli sənət nümunələridir. 

Xəyalın yanımda, sən uzaqdasan, 

Hicranın yolları ömür qədərdir. 

Bu yalqız axşamda yuvama baxsan

Mənəm, xəyalındır, bir də kədərdir. 

 *** 


Bir sən ol, bir də mən, bir də dərdimiz, 

Ağlayaq, doyunca, gülək doyunca. 

Baş-başa qaldıqca bu möhlətlə biz 

Döysün qapıları külək doyunca. 

*** 

Döysün qoy açmayaq. Yorulsun külək, 



Qəmli hicran qalsın qapıda dustaq! 

Bir an vüsalınla çırpınsın ürək, 

Sonra... sonra yenə biz ayrılmayaq! 

Azərbaycan  poeziyası  böyük  bir  dövrü  əhatə  edir.  Yuxarida  qeyd  etdiyimiz  kimi 

onu yaradan böyük sənət adamları var. Klassik poeziyamızın ən yaxşı, mütərəqqi 

ənənələri üzərində  yaranan,  inkişaf  edən poeziyamız  bu gün də  inkişafdadır.  Hər 

dövrün  öz  poetik  irsi  var,  mövzu,  ideya    məzmunu  etibarilə  son  dərəcə  geniş, 

əhatəli  olan  poeziya  forma,  yanr,  bədii  söz  sənətkarlığı,  poetik  dil  və  üslub 

cəhətdən  də  həmişə  yeni  və  orijinal  xüsusiyyətləri  ilə  seçilmiş,  sevilmişdir. 



11 

 

Əlvanlıq və orijinallıq təkcə poeziyanın əsas aparıcı xüsusiyyəti olaraq qalmayıb, 



eyni  zamanda  klassik  ədəbi  proseslə  müasir  ədəbi  prosesin  qırılmaz  tellərlə 

bağlılığına da xidmət edib. 

XX əsr Azərbaycan poeziyasının mövzu dairəsi geniş və əlvandır. Bu dövr  böyük 

sənətkarları  yetişdirən  dövrdür.    M.  Müşfiq,  H.  Cavid,  Ə.  Cavad,  A.  İldırım,  

S.Vurgun, S. Rüstəm, R. Rza, O. Sarıvəlli, M. Rahim... bu böyük sənətkarlar XX 

əsr Azərbaycan klassik poeziyasinin yeni nəslidir.  

İndi  isə  gəlin,  Azərbaycan  ədəbiyyatının  parlaq  nümayəndələrindən  biri  Mikayıl 

Müşfiq poeziyasına müraciət edək.  

Mikayıl Müşfiqi bütün nəsillərə sevdirən və adını yaşar edən onun ürəkdən gələn 

səmimiyyət  dolu  poeziyasının  xalq  ruhu  ilə  bağlılığı,  dogma  Azərbaycanımızı  

böyük  məhəbbətlə  tərənnüm  etməsi,  qəlbləri  ehtizaza  gətirməsidir.  Şairin  gözəl 

hiss,  axıcılıq  və  məna  zərifliyi  ilə  zəngin,  dil-dodağa  yatan,  tez  də  yadda  qalan 

şeirlərinin  çoxu  nəğmədən  seçilmir.Müşfiq  ədəbiyyat  tariximizdə  də,  xalqımızın 

yaddaşında    da,  hamımızın  qəlbində  də  otuz  yaşlı  çılğın,  romantiq,  xəyallar 

dünyasında  qanadlanan  bir  gənc  kimi  qalacaq.  Ömrümüzün  hər  çagında  alovlu 

şairin  büllur  kimi  saf,  axıcı  misralarını  xatırlayacaq,  nəğmələrini  dinləyəcəyik, 

amma içəri dünyamızda daima onun tükürpədici harayını da eşidəcəyik… 

Mikayıl Müşfiqi  bütün nəsillərin müasiri edən, həmişə sevdirən 

onun ürəkdən gəlmiş, səmimiyyətlə dolu poeziyasının xalq ruhu 

ilə  bağlılığı,  Azərbaycanımızı  böyük  məhəbbətlə  tərənnüm  edib 

sevdirməsi,  vətəndaşlığı,  cazibə  qüvvəsilə  oxucuların  qəlbini 

ehtizaza  gətirməsidir.    Səmimiyyətlə  dolu  poeziyası  barədə  şair 

özü  müasirlərinə müraciətlə yazıb: 

                          Yazmaram ürəyim sizi anmasa, 

                          Sizin eşqinizlə alovlanmasa; 

                          Burdaca el durub məndən sordu ki: 

                          Gözdən yaş çıxarmı ürək yanmasa? 

                          Qönçə açılarmı, bahar olmasa? 

                           Şölə titrəyərmi, rüzgar olmasa? 

                           Bu nəğmə ruhumdan qoparmı bilməm, 

                          Mənə ilham verən dostlar olmasa? 



12 

 

 Müğənni Eyub Yaqubovun ifasında, sözləri  şair Mikayıl Müşfiqə aid olan  “Ana” 



mahnısının sədaları altında  iki oxucu səhnəyə daxil olur.  

I Oxucu:  

Ana dedim, ürəyimə yanar odlar saçıldı,  

Ana dedim, bir ürpəriş hasil oldu canımda, 

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı, 

Ana dedim, fəqət onu görməz oldum yanımda.  

 

Ana, ana!.. bu kəlmənin vurğunuyam əzəldən.  



Onu gözəl anlatamaz düşündüyüm satırlar. 

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən, 

Çünki onun xilqətində ayrıca bir füsun var.  

 

Başqa aləm yaşamadım böylə gözəl biçimdə, 



Onu kimsə gözəlliyin çilvəsində yaratmış; 

Ana, ana…çiçəkli bir fidandır ki, içimdə 

Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış. 

 

          O fidanı bəzi vaqit istiyorum çəkərək, 



Qoparayım ürəyimdən, fəqət onda varlığım 

Sizildarkən, sanki bir səs qopub incə və titrək  

Bir lisanla söylüyor ki:_Mənə dəymə, yazığım!  

 

          II Oxucu: 



 

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım, 

Söylədiyin sözlər ki var beşiyinin üstündə 



13 

 

Oxuduğum türkülərin kölgəsidir, övladım! 



Mənə məxsus vərəqlər var hər kitabda, hər dində. 

 

Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən, 



Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı 

Baban kimi soyuq əllər qucağına çəkərkən, 

Yalnız acı fəğanların titrədirdi hər yanı. 

 

İndi mənə hər kəs:-Anan, baban varmı? söyləsə, 



Diyorum ki, qapılmadan bir xülyaya, bir hissə 

Olan olmuş, keçən keçmiş,  indi məni yaşadan 

Bir müqəddəs, bir səmimi əməlim var,  tapdığım. 

 

İnandığım bir qiblə var, o da hər gün, hər zaman 



Yorulmayan qollarımla, düşünərək yapdığım 

Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl, 

Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl! 

Müasir  Azərbaycan  poeziyası  haqqında  danışarkən  ilk  növbədə  Nəriman 

Həsənzadə  yada  düşür.  Əsrimizin  ikinci  yarısının  social-estetik  problemlərini 

yaradıcılığında  bütün  miqyası  ilə  əks  etdirən  Nəriman  Həsənzadə  böyük  Səməd 

Vurğundan  sonrakı  dövrün    ən  gözəl  şairidir.  Şairlik  Nəriman  Həsənzadənin 

stixiyasıdır o, təkcə şeirində, nəşrində, dramaturgiyasında, publisistikasında deyil, 

adi məişətində də şairdir, yazanda da, yazmayanda da şairdir… 

 



14 

 

 



 

 

 



Aparıcı Nəriman Həsənzadənin “Düz deyir Könül “ adlı şeirini söyləyir. 

Elə bil mən səndən uzaqlaşıram, 

Qulaq as, gör sənə nə deyir könül. 

Yaş ötür mən amma uzaqlaşıram, 

Bir ana qucağı istəyir könül. 

 

Sinəmə sığışmır bəzən təlaşım, 



Sən de, necə susum, necə danışım?! 

Susmaq istəyirəm, din deyir yaşım, 

Dinmək istəyirəm, sus deyir könül. 

 

Namərd aramıza girmək istədi, 



Unudub hörməti, eşqi, izzəti. 

Mən yaşaram dedim, könül yox, dedi, 

Mən yalan demişəm, düz deyir könül. 

Çağdaş  Azərbaycan  poeziyasının  görkəmli  nümayəndərindən    biri  də 

respublikamızın  xalq  şairi  Məmməd  Arazdır.  Məmməd  Arazın  keşməkeşli  və 

şərəfli  ömür  yolu,  ibrətamiz  və  bəşəri  əhəmiyyətə  malik  yaradıcılığı  sənəti  ilə 

şəxsiyyəti vəhdət təşkil edən bir insanın həyatına canlı nümunədir.  

İndi  isə  xalq  şairi  Məmməd  Arazın  bir  sənətkar  kimi  poeziyada  keçdiyi  inkişaf 

yolundan söhbət açacağıq.  



15 

 

 



 

 

  



 

 

 



 

Məni şeirimdə gəz bir insan kmi, 

 

 

 



Qəlbimdə nə varsa ona demişəm. 

 

 



 

Anadan-bacıdan gizlətdiyimi 

 

 

 



Kağızdan-qələmdən gizlətməmişəm. 

Azərbaycanımızın görkəmli xalq şairi Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, 

bütövlükdə  Vətənə  və  sənətə  həsr  olunmuş  əsl  şair-vətəndaş  ömrü  yaşadı.  Öz 

yaradıcılığının  əsas  qəhrəmanı,  aparıcı  siması  olan,  düşündüklərini,  yaşadıqlarını 

yazan  Məmməd  Arazın  əsərləri  həqiqi  bir  şair  ömrünün  mənalı  və  pozulmaz 

səhifələridir.    Bir  çox  istedadlı  şairlər  kimi,  Məmməd  Arazın  əsərləri  də  onun 

ibrətamiz  həyat  dastanı,  mənalı  ömürnaməsidir.  Xalq  şairi  Məmməd  Araz 

poeziyasında Vətən ata ocağı, dogma yurd, el-oba, Kür-Araz deməkdir.  

 

 

 



Azərbaycan qayalarda bitən bir çiçək, 

 

 



 

Azərbaycan çiçəklərin içində qaya.   

 

 

 



Mənim könlüm bu torpağı vəsf eləyərək, 

 

 



 

Azərbaycan dünyasından baxar dünyaya. 

 

 

 



 

Azərbaycan mayası nur, qayəsi nur ki… 

 

 

 



Hər daşından alov dilli ox ola bilər, 

 

 



 

Azərbaycan deyiləndə ayağa dur ki, 

 

 

 



Ana yurdun ürəyinə toxuna bilər. 

 



16 

 

 



 

 

Min illərlə zülmətlərə yollar aşıbdı, 



 

 

 



Dalğalandı Sabirlərin ümman dünyası. 

 

 



 

Azərbaycan qatarı da yollara çıxdı, 

 

 

 



Dalğalandı Qoca Şərqin duman dünyası. 

Poeziya , şeir sənəti barədə mühakimə yürüdərkən, biz tez-tez “poeziyanın sehri”, 

“poeziyanın  sirri”,  “poeziyanın  musiqisi”  kimi  ifadələrini  işlədir,  adətən 

anlaşılması  asan  olmayan,  predmeti  dəqiq  müəyyənləşməyən    qeyri-adi 

məfhumları,  duyğuları  açmağa  çalışırıq.  Poeziyanın  meyarı  hər  şeydən  əvvəl 

sənətkarın yetkinlik meyarıdır, onun kollektiv təcrübəmizlə həmahəng olan fəlsəfi 

və  mənəvi  müdrikliyinin  meyarıdır  və  bundan  sonra  şəxsiyyətin  harmoniyası, 

epitetlərin  gözəlliyi  və  daha  sonra  dövrün  əsən  yellərinə  istedad  yelkəni  ilə  sinə 

gərmək  bacarığı  gəlir.  Dövrlər  dəyişir,  ömür  keçir,  lakin  həqiqi  sənət,  dünyanı 

bizim  üçün  əbədi,  həmişəyaşar  varlığa  çevirir.  Əlbəttə,  söhbət  insandan  bütün 

əsrlərdə insan olmaq eşqi ilə yanmaqdan gedir.  

Bəli, Azərbaycan  poeziyasında    öz  möhtəşəm  poeziya  məbədi ucaltmaq  bir 

çox  şair  və  yazıçılarımız  kimi  xalq  şairi  Bəxtiyar  Vahabzadənin  də  qismətinə 

düşüb.  Bu məbədi ucaldan əllər mahir və qadir əllərdir. Bu əllərin qoyduğu özül 

möhkəm və gözəldir. Oxucular bu məbədi tez-tez ziyarət etməlidirlər.  

“Yaradıbdır  inam  məni,  mən  inamın  övladıyam...”  adlı  tədbiri 

kitabxanaçı açıq elan edir. Tədbirdə bir çox tanınmış şair və yazıçılar iştirak edir. 

Kitabxanaçı    Xalq  şairi  Bəxtiyar  Vahabzadənin  ömür  yolu  haqqında  bir  qədər 

məlumat verir.   

 

 

 



   

Bəxtiyar  Vahabzadə  bizim  əsrdə  Azərbaycan  xalqının  yetirmiş    olduğu  ən  böyük 

şəxsiyyətlərdən  biridir.  B.Vahabzadənin  şairliyi  də,  filosofluğu  da,  ictimai 

xadimliyi də  mənsub olduğu xalqa məxsusdur. B. Vahabzadə məktəbi, millətçilik 

məktəbi  yox,  millətsevərlər  məktəbidir.  B.  Vahabzadə  nə  qədər  böyük 

mərhumiyyətlərə məruz qalsa da, o, millətə xidmət etmək vəsifəsini həmişə şərəflə 

yerinə yetirmiş, milli ideyalardan dönməmiş, milli həqiqəti söyləmişdir.  

B.  Vahabzadə  nə  qədər  böyük  şöhrətə  çatsa  da  vətənə,  doğulduğu  torpağa 

məhəbbətini hec zaman itirməyib.  



17 

 

Bəxtiyar Vahabzadə təkcə ayrı-ayrı adamların deyil, bütövlükdə Azərbaycan 



millətinin böyük sayqısını qazanıb.  Yaradıcılığa başladığı dövrdən bu günə qədər 

B.  Vahabzadə  eyni  məhsuldarlıqla  yazıb  yaratmışdır.  O,  bu  dünyaya  şair  kimi 

gəlmişdir.  B.  Vahabzadənin  yaradıcılığı  həmişə  ədəbiyyatşünaslar  tərəfindən 

yüksək qiymətləndirilib. Onun şeirləri, poemaları  ümumxalq  məhəbbəti  qazanıb. 

Bəxtiyar  Vahabzadə  poeziyasının  çeşməsi  tükənməzdir,  qaynardır, xalqın  arzu  və 

istəkləri, fikir və düşüncələri ilə həmahəngdir.  

Əziz  qonaqlar  və  tədbir  iştirakçıları!  İndi  isə  oxucuların  ifasında  B. 

Vahabzadənin   “Bir salama dəymədi “ adlı şeirini dinləyək. 

I Oxucu: Bir gün səni gördüm, 

 

 



Salam vermək istədim, 

 

Üzünü yana tutdun. 



 

Söylə, illərdən bəri 

 

Qəlbimizin bir duyub 



 

 

Bir duyduğu  illəri



 

Axı, nə tez unutdun? 

 

Beş ildə gözümüzdən axan o qanlı sellər, 



 

 

Bir salama dəymədi? 



Heç üzümə baxmadan yanımdan necə keçdin? 

Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun? 

O qədər yaxın ikən, bu qədər uzaq oldun. 

Şirin gülüşlərimiz, acı fəğanlarımız 

 

 

bir salama dəymədi? 



Qayğılı anlarımız, qayğısız anlarımız 

 

 



bir salama dəymədi? 

Sən neylədin bir düşün! 

Yalnız indi anladım: ah, sən daha mənimçin 

 

əlcatmaz bir çiçəksən, 



II Oxucu: 

Yaşanmış günlərimtək geri dönməyəcək!... 

Qop, ey tufan, əs, ey yel! Xəzər olum, tökülüm 



18 

 

Düz beş il ürəyimdə 



Bəslədiyim məhəbbət, bir salama dəymədi 

Bir günlük həsrətimə dözə bilməyən gülüm, 

 Bəs nə oldu?  Bu həsrət bir salama dəymədi? 

Getdin, dalınca baxdım, can ayrıldı canımdan, 

Sən necə etinasız ötə bildin yanımdan? 

Ah çəkdim, başım üstə yarpaqlar əsdi,  gülüm, 

Sənin qəlbin əsmədi. 

Geriyə də baxmadın! 

Niyə sənin yolunu məhəbbətin kəsmədi?.. 

 

 



 

 

 



Qacancımız de, bumu? 

Deyilməmiş o salam əlvidamız oldumu? 

Sən mənə zülm eylədin, mənə zülm yaraşır, 

Bir salama dəyməyən eşqə ölüm yaraşır! 

Xalqımız  şeriyyətə  və  mədəniyyətə  misilsiz  töhvələr,  nadir  söz  ustadları,  böyük 

sənətkarlar  bəxş  edib.  Odur  ki,  Azərbaycanın  ürəyi  həm  də  şeirlə,  poeziya  ilə 

bərabər döyünüb. Müasir dövrümüzün ustadlarından biri kimi hörmətlə yad olunan 

Məmməd Araz demişkən: 

                            Azərbaycan - mayası nur, qayəsı nur ki... 

                            Hər daşından alov kimi ox ola bilər. 

                            "Azərbaycan!" deyiləndə ayağa dur ki,                      

      Füzulinin ürəyinə toxuna bilər... 

  

 

 



 

 

 



 

 

                                                            S O N 




19 

 

                               



                              ƏDƏBİYYAT SİYAHISI: 

İnternetdə: www.google.az 

1.

 

M.Araz. Albom-monoqrafiya.-Bakı.:Azərbaycan nəşriyyatı, 1999.-160 s.  



2.

 

Vahabzadə B. Seçilmiş əsərləri.- Bakı.: “Öndər nəşriyyatı”, 2004.-328 s.  



3.

 

Vahabzadə B. “Bir salama dəymədi”.- Bakı.: “Araz” nəşriyyatı, 2005.-270 s. 



4.

 

Vahabzadə B. Bir ömür yuxu.- Bakı.: Azərbaycan nəşriyyatı, 1998.-189 s.  



5.

 

G. Pənah. Sənətkar və Poeziya.-Bakı.: Sabah nəşriyyatı, 2010.-321 s. 



6.

 

 Həsənzadə. N. Gəlimli-gedimli dünya.- Bakı.: Şərq-Qərb, 1994.-316 s. 



7.

 

M. Müşfiq. Seçilmiş əsərləri.- Bakı.:Şərq-Qərb, 2004.-352 s. 



8.

 

M. Müşfiq. Seçilmiş əsərləri.-Bakı.: Avrasiya Press, 2008.-241s.  



 

 

Redaktor:   



Şəhla Qəmbərova-F.Köçərli adına Respublika Uşaq 

                           Kitabxanasının direktoru 

 

 Tərtibçi: 



Könül  Səmədzadə-F.Köçərli  adına  Respublika  Uşaq   

Kitabxanası Elmi metodika şöbəsinin baş      

 

 

 kitabxanaçısı 



Korrektor: 

Ruhiyyə 


Məmmədli-F.Köçərli 

adına  Respublika      

Uşaq 

Kitabxanasının 



elmi-metodika 

şöbəsinin          

müdiri 

 

 



 

 

 



 

 

 



Yüklə 127,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə