NaziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi



Yüklə 113,35 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü113,35 Kb.
#51276


 

AZƏRBAYCAN  RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM

 

       NAZİRLİYİ 



     F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

           ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

 



 

 

 



 

 

 



 

Əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgünün 

anadan olmasının 85 illik yubileyi münasibətilə 

 

 

 



 

 

 



 

 

 



 

 

Bu ömrü mən yaşamalıydım 



(

metodik vəsait)

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

B A K I -2011 

 

 


I. Həyat və yaradıcılığı 

 

 



 

 

 



 

 

 



Bəzən qonar sevincimə qəm tozu, 

 

 

 

 

 

 

Bəzən coşar, sevincim də çağlar hey. 

 

 

 

 

 

 

Mən Təbrizə, Təbriz mənə tamarzı, 

 

 

 

 

 

 

İki həsrət bu könlümdə ağlar hey… 

 

Ürəyi susunca dilinin əzbəri Təbriz olan, əbədi yerini onun sinəsində görən, 

çeşmələrindəki bircə içim suyunu belə  hər dərdin dərmanı sayan, qaranquşlardan 

müjdə, durnalardan görüş uman əməkdar incəsənət xadimi, şairə  Mədinə xanım 

Gülgün Azərbaycan poeziyasının Vətən həsrətindən nəğmələr qoşan susmaz duyğulu 

bülbülü idi. Taleh ağacının  ən nisgilli budağına qonaraq açılan səhərlərin ümüdinə 

boylanırdı. Ömrü boyu bircə yol seçmişdi “Vətənə sarı gedən yollar”. Dövrün və 

quruluşun amansızlığı bu yolun sarbanlarını elə  çətinliklərlə, qəfil qəzavü-qədərlə, 

dayanacaqla üzləşdirmişdi ki, günlər bir göz qırpımında ötüb keçsə  də, arzuların 

çiçəklənən yazı qışa dönmüşdü. Mədinə xanım min bir həvəslə, istəklə tutduğu “vüsal 

köçünü” Təbrizdə açmaq niyyəti ilə yaşayıb yaradırdı. 

1926-cı il yanvarın 17-də Bakıda anadan olmuş Mədinə Gülgünün atası Nurulla 

kişi əslən Təbrizdən idi. Bir tikə çörək qazanmaq, ailəni dolandırmaq üçün Bakıya üz 

tutan Nurulla kişi burada onu nələr gözlədiyindən xəbərsiz idi.  Mədinə Gülgünün 

ümüd bəslədiyi, xoşbəxt ailə sahibi olduğu bu şəhərdə onu sonralar hansı qovğalar 

gözləyəcəyini heç ağlına belə gətirməzdi. Çünki, Təbriz də, Bakı da əslində onun üçün 

doğma idi. 

1937-ci ilin repressiyaları Azərbaycanı qanlı caynaqlarına alanda soy-kökü 

Cənubi Azərbaycanla bağlı olanların da qara günləri başladı. Onların da isti yuvalarına 

soyuq sular ələndi. Nurulla kişi də bir çox soydaşlarımız kimi ailəsi ilə birlikdə 1938-

ci ildə Cənubi Azərbaycana deportasiya edildi. Onda balaca Mədinənin cəmi 12 yaşı 

var idi. Üzləşdikləri zillətlər getdikcə balaca qızcığazın ürəyində ağrılar yaradırdı. Bir 

müddət Mədinənin ailəsi  Ərdəbildə, Təbrizdə yaşadı. Mədinə elə bu illərdən 

başlayaraq, haqsızlığa,  ədalətsizliyə qarşı  çıxdı. Bu səbəbdən də milli demokratik 

hərəkata qoşuldu. Tez-tez mətbuatda  şeirləri dərc edildi, kitabları çap olundu. Onun 

ilk şeiri 1946-cı ildə  Təbrizdə çap olunan “Vətən yolunda”adlı qəzetdə çap olundu.  

1945-ci il, azadlıq uğrunda mübarizə aparan cənubi azərbaycanlıların, o 

cümlədən Mədinə Gülgünün də  həyatında dönüş ili olur. Məşhur “21 Azər” 

hərəkatından sonra  Mədinə  işlədiyi karxanadan çıxıb azadlıq mübarizlərinin çap 

etdikləri “Azərbaycan” qəzetinin xüsusi müxbiri işləyir. Gənc şair qəzet müxbirliyi ilə 

yanaşı, təşkilati işlərdə də yaxından iştirak edirdi. Mədinə Gülgün o zaman Təbrizdə 

təşkil olunan “Azərbaycan Qadınlar Cəmiyyəti”nin,  “Azərbaycan Yazıçılar və Şairlər 

Cəmiyyəti”nin və “Təbriz Teatr Cəmiyyəti”nin idarə heyətinin üzvü seçilmişdir.    

 Cənubi Azərbaycanda milli hökumət yarandığı dövrdə Təbriz Dram Teatrında, 

“Azərbaycan” qəzetində, Təbriz qadınlar klubunda çalışmağa başladı. Ömrünün bahar 

çağında azadlıq carçısı olması  bəxtəvər günlərini yenidən  göy əskiyə bürüdü. 

Könlünü bağladığı Təbrizdə də doyunca yaşaya bilmədi. 1946-cı ildən məsləkdaşları 

ilə birlikdə Arazın bu tayına keçən Mədinə xanımın sevinci çox sürmədi. Çünki, onun 

anası Təbrizdə qalmışdı. Sonralar isə Mədinə xanım ailə qurdu, ana, nənə oldu. Lakin 



yenə  də gözləri yolda qaldı. Varlığını  əzən ana və  Təbriz həsrəti onun dincliyini 

ömürlük əlindən aldı. 

 

 

 



Gözüm qaldı Arazda, 

 

 



 

Dedim, gəlləm bu yazda. 

 

 

 



Ana, səbr et bir az da, 

 

 



 

Söyləməyə üzüm yox.  

Gücünü torpaqdan alan, doğma Azərbaycanın hər qarışına məftun olan, səhərlərini 

ümüdlə açan Mədinə Gülgünün həsrəti ömründən uzun oldu. Zaman onun 

məmləkətini və millətini amansız sınaqlara çəkdi. Arzuları ömür yolunda çıraq olan 

Mədinə Gülgün Azərbaycan torpağının  əsil nəğməkarı kimi neçə illər öz poetik 

qələmi ilə yeni söz sorağına düşərək bir-birindən sanballı, maraqlı əsərlər yaratdı.  

Qeyd etdiyimiz kimi Mədinə Gülgünün könül rübabının sarı simi Vətəndir. Bu 

mövzuda qələmə alınan  şeirlər öz xəlqiliyi, el-obaya, torpağa bağlılığı ilə seçilib. 

Misralarındakı fikir tutumu, poetik deyim tərzi onu həmişə çox həmkarından 

fərqləndirib. Onun qələmə aldığı “Dəniz, sahil, mən”, “Bağların bar vaxtı”, “Payız”, 

“Göy-göl, “Ağ badam çiçəkləri” və digər bu qəbildən olan şeirlərindən dənizin “qəh-

qəhəsi” gəlir, ulduzdan mirvarisi, aydan tacı olan Göy-gölün ülvü gözəlliyi duyulur

ana torpağımızın ürək döyüntüsü eşidilir. Budur Mədinə xanımın oxucularının ürəyinə 

köçürdüyü doğma hisslər, ülvü istəklər! Və biz oxucular da bir daha Vətən 

məhəbbətinin böyüklüyü qarşısında baş əyirik. 

Şairə, əməkdar incəsənət xadimi Mədinə Gülgün 1991-ci il fevral ayının 17-də 

Bakı şəhərində vəfat etmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 


II. Yubiley tədbirlərinin keçirilməsi 

 

Mədinə Gülgün…Bu ad bizə  hər  şeydən  əvvəl həsrət, ayrılıq, qürbət, Təbriz, 

Savalan, Səhənd sözlərini xatırladır. Mədinə Gülgünün poeziyası  təpədən-dırnağa 

dərdin, həsrətin ifadəsidir. Onun poeziyasından söz düşəndə  həmişə  həzin, kövrək 

musiqi yada düşür. Bu musiqi ona görə həzindir ki, o, bir  ana qəlbinin dərinliyindən 

süzülüb gəlir. “Həyat eşqi” ilə yazıb-yaradan  şairənin ömrü həmişə  vətən torpağına 

bağlı olmuşdur.  

 

 



 

 

 



Hər daşı yaqutla, inciylə dolu 

 

 



 

 

 



Bu doğma torpağın nəğməkarıyam. 

 

 



 

 

 



Köksü təravətli, qaynar, duyğulu  

 

 



 

 

 



O gözəl baharın nəğməkarıyam. 

Bu il Azərbaycanın həsrət nəğməli şairəsi Mədinə Gülgünün 85 yaşı tamam olur. 

Bu münasibətlə respublikamızın bir çox təhsil ocaqlarında, məktəblərdə, 

gimnaziyalarda, eləcə  də  uşaq kitabxanalarında tədbirlər planı hazırlanmışdır. 

Tədbirlər planına  şairə xanımın yaradıcılığı ilə bağlı  sərgiləri, oxucu konfransnı, 

səhərcikləri, kitab icmallarını, sual-cavab gecələrini,  ədəbi-bədii gecə  və görüşləri  

daxil etmək olar. İlk növbədə kitabxanada Mədinə Gülgünün yaradıcılığı ilə bağlı 

sərginin keçirilməsi məqsədəuyğun olardı. “Ruhumuzun şairi”, “Sənətkar ömrü davam 

edir”, “Susmayan rübab”, “Kaş yarıda qalmayaydı bu yollar”, Mədinə Gülgün-85” və 

s. adlı sərgidə Mədinə Gülgünün kitablarını  nümayiş etdirmək olar. İndi isə “Mədinə 

Gülgün-85” adlı sərginin nümunəsini veririk. 

1.

 



Başlıq: “Mədinə Gülgün- 85” 

2.

 



Mədinə Gülgünün portreti. 

3.

 



Seçilmiş əsərləri. 

4.

 



Dövrü mətbuatda çap olunmuş məqalələrin kartotekası. 

5.

 



Görkəmli insanların Mədinə Gülgün haqqında söylədikləri sitatlar. 

6.

 



Kitablarının nümayişi. 

Gülgün M. Seçilmiş əsərləri.  

Gülgün M. Arzu da bir ömürdür.  

Gülgün M. Dünya şirin dünyadır. 

Gülgün M. Mən bu ömrü yaşadım. 

7.Şeir parçası. 

Yenə pərvazlandı xəyalım mənim, 

Yenə şeirə döndü sözüm ey Vətən. 

Sənin daşındadır, torpağındadır, 

Bu sönməz alovum, közüm ey Vətən. 

 

Gülgün deyir: arzularım dənizdir, 



Məhəbbətim sular kimi təmizdir. 

Arxam ellər, fəxrim doğma Təbrizdir, 

Uçun, gedin vətən sarı, durnalar!... 

 

 



 


Sitatlar: 

 

1. Sevgidə sədaqət, əhdə vəfa, həyat eşqi, insanın ucalığı, ana-qadın qəlbinin minbir 

əsrarlı  kəhkəşanı övlad məhəbbəti, sülh, əmin-amanlıq arzuları, vətəni qorumaq, 

doğma təbiətə heyran olmaq, gözəllik duyğusu və s. Mədinə Gülgünün şeirlərində 

həmişə öz əksini tapmışdır. 

Bəkir Nəbiyev 

Professor 

2. Gülgün həmişə coşqun, həmişə kövrək, həmişə ilhamlıdır. Onun qəlbində  vətən 

həsrəti, analıq duyğuları, mübarizə  eşqi bir vəhdət təşkil edir. Ürəyində belə gözəl 

duyğular yaşadan şairənin yolu daim yüksəlişədir! 

 

 

 



 

 

 



 

 

 



Mirvarid Dilbazi 

 

 



 

 

 



 

 

 



 

Xalq şairi 

3. Mədinə xanım kövrək bir xanımdır. Bəlkə də, şeirlərindəki səmimilik belə bir ürəyə 

sahib olduğundandır.  

 

 

 



 

 

 



 

 

 



Nəriman Həsənzadə 

 

 



 

 

 



 

 

 



 

Xalq şairi 

Azərbaycan oxucuları həmişə onu həssas qəlbli, siyasi, lirik şeirlərin müəllifi kimi 

tanıyır və sevirlər. Bu gün Mədinə Gülgün xatirəsini yad etmək üçün kitabxanada 

keçirilən tədbirlərdən biri də poeziya gecəsidir. Gecəni kitabxanaçı Mədinə Gülgünün 

həyat və yaradıcılığından məlumat verməklə açır: 

“Mədinə Gülgün poeziyasından söz düşəndə  həmişə  həzin, kövrək bir musiqini 

xatırlayırsan. Bu musiqi ona görə  həzindir ki, o, ana qəlbinin dərinliyindən süzülüb 

gəlir. Bildiyiniz kimi, Mədinə Gülgün ədəbi yaradıcılığa çox gənc yaşlarından 

başlayıb. Onun bu illər ərzində neçə-neçə kitabları çapdan çıxıb. Həyatında baş verən 

hadisələr, sevinc, kədər, acılı-şirinli xatirələr onun nəğmələrinin  hər bir misrasında öz 

əksini tapıb.  

   

 

 



Siz mənim qanadlarım olmusunuz hər yerdə, 

   


 

 

Sizə uğurlar dedim bir uğurlu səhərdə, 



   

 

 



Yaşarsınız nə qədər doğma xatirələrdə, 

   


 

 

Ay mənim gah ağlayan, gah gülən nəğmələrim. 



Bu illər ərzində Mədinə Gülgünün taleyinə, ömür-gün payına əbədi bir Vətən həsrəti, 

Vətən ayrılığı da qismət oldu. Ayrılıqla vüsalın arasında yelkən açan ömür gəmisi 

arzularının yolçusu olsa da Mədinə xanımın axşamları ilə  səhəri qarışıq düşdü. 

Uşaqlıqdan yollar yorğunu, yurd didərgini, Vətən həsrətlisi oldu. Ürəyi ikiyə bölündü, 

yolları yarıda qırıldı. Və bütün bunlara baxmayaraq, Mədinə Gülgün o qədər vüqarlı 

oldu ki, bir anlıq da olsa belə  həyat eşqini itirmədi. Mədinə Gülgün nədən yazırsa 

yazsın, istər vətəni tərənnüm etsin, istər əbədi ayrılıqdan söz açsın, istərsə də gözəlliyi, 

sevgini təbiəti vəsv etsin, onun yaradıcılığında səngiməyən, öləziməyən bir yanğı var. 

Şair yanğısı.  

Mədinə Gülgün mübariz şairə olmaqla yanaşı, könülləri riqqətə  gətirən lirik 

şeirlərin də müəllifidir. Bu bir həqiqətdir ki, şairə  Mədinə Gülgünün sənəti mövzu 

məhdudluğu tanımadığı kimi, onun üçün səpki və janr məhdudiyyəti də olmamışdır. 

O, ciddi siyasi mövzuları  tərənnüm edərkən də lirika janrına sadiq qalmışdır. Onun 



lirik  şeirləri məhəbbət mövzusunu tərənnüm etməkdə  və siyasi lirikanın tələblərinə 

cavab verməkdə heç bir sıxıntı tanımamışdır.  

Şair qələminin qidalandığı insan aləmi və onun taleyi zəngin bir xəzinədir. 

Orada sevgiyə, sədaqətə,  əhdə  vəfaya, övlad məhəbbətinə, vətənə, sülh və 

əminamanlığa, arzulara, təbiətə, gözəlliyə  məftunluğa kifayət qədər yer vardır. 

Çıxışdan sonra kitabxanaçı sözü gecənin iştitakçılarına verir. İştirakçılar şairə Mədinə 

Gülgünün “Sevin, ürək, bahar gəlir”, “Bu səhər”, “Layla”, Nə deyərəm”, “Aparın 

məni”, “Olmadı” adlı şeirlərini söyləyirlər.  

Kitabxanada oxucuların zövqünü oxşayan tədbirlərdən biri ədəbi-bədii gecədir. 

Mədinə Gülgünün xatirəsinə həsr olunmuş “Sənətkar ömrü davam edir” adlı ədəbi-

bədii gecənin ssenarisini təqdim edirik: 

 

Aparıcılar səhnəyə daxil olurlar. 

 

I aparıcı: 



Bu dünyada hərəmizin baxtına bir ömür payı düşür. Mədinə 

Gülgünün payına da bir ömür payı düşmüşdü. Ağrılı-acılı, 

kədəri sevincindən çox olan bir qismətdi bu. Mədinə xanım 

bu qismətə qane olmuşdu, taleyin hökmünü minnətdarlıqla 

qəbul etmişdi. Bu alın yazısının özü ilə  gətirdiyi  əzab və 

əziyyətə, möhnət və  cəfaya dəyanətlə sinə  gərmişdi. Narazı 

deyildi qismətindən.  Əksinə, sanki öz həyatının fövqündə 

dayanıb yaşadığı ömrə özü qiymət vermiş, onun vaxtsız 

getməyindən kədərlənən yaxınlarını, dostlarını  təsəlliyə 

çağırmışdı. 



Mənim taleyimə acıma, gülüm 

Yəqin bu ömrü mən yaşamalıydım. 

Gəmiydim, görünməz oldu sahilim, 

Yəqin bu ömrü mən yaşamalıydım.  

II aparıcı: Xoş söz-söhbəti, gülüşü qulağımızdan hələ çəkilib getməyib 

Mədinə Gülgünün. Onun yoxluğuna hələ  də inanmırıq. 

Mədinə xanım həmişə elin-obanın, xalqın dərdini 

çiyinlərində  gəzdirən bir şairə olmuşdur. Bu baxımdan da 

xalqının dərdinə, ayrılıq intizarına soyuqqanlı yanaşa 

bilmirdi. O, təbiətcə təpədən dırnağa qədər şair doğulmuşdu. 

Tanrı ona poeziya dolu bir ürək bəxş etmişdi. Və bu ürəyə 

çəkilməz dərd də bəxş etmişdi. Elə bir dərd ki, onu çəkmək 

üçün gərək elə  şair olasan. Elə  şair də oldu Mədinə xanım. 

Sonralar qəlbinin odundan-alovundan, həyata, insanlara 

tükənməz məhəbbətindən fərəhlənib adının yanına “Gülgün” 

sözünü də  əlavə etdi. Mədinə Gülgün əlinə  qələm aldığı 

gündən nədən yazdısa da onun ən şirin hisslərinə, ən sevincli 

duyğularına, xoşbəxt anlarına həsrət acısı çiləndi. 

Azərbaycan qadınına xas olan bütün xüsusiyyətlər  cəm 

olmuşdu Mədinə xanımda. Mədinə xanım həm də 

Azərbaycanın digər məşhur bir şairinin Balaş Azəroğlunun 




həyat yoldaşı idi. O, həm gözəl ana, həm də  vəfalı  həyat 

yoldaşı idi. O, həmçinin əsl sənətkar idi.  

 

(Oxucuların ifasında “Bu ömrü mən yaşamalıydım” adlı şeiri dinləyək) 



 

**** 


Mənim taleyimə acıma gülüm, 

Yəqin bu ömrü mən yaşamalıydım, 

Gəmiydim, görünməz oldu sahilim, 

Yəqin bu ömrü mən yaşamalıydım. 

**** 


Bəzən axşamlarım uzandı, qaldı, 

Sevincim Təbrizin yazında qaldı. 

Harayım dünyanın özündə qaldı, 

Yəqin bu ömrü mən yaşamalıydım. 

**** 

Bəzən səhərlərim gülmək bilmədi, 

Əsil azadlığım gəlmək bilmədi. 

 Nə çəkdim, mən çəkdim, fələk bilmədi, 

Yəqin bu ömrü mən yaşamalıydım. 

**** 

Döyüş asan gəldi gündən baxana, 

Qaldı bostanımız yağış yağana. 

Qəfil tufan düşdü Vətən bağına, 

Yəqin bu ömra mən yaşamalıydım. 

**** 

Həsrət həsrət qoydu röyaya məni, 

Saldı dönə-dönə qovğaya məni. 

Tanıdan olmadı dünyaya məni, 

Yəqin bu ömrü mən yaşamalıydım. 

**** 

Qızmar gün altında üşüdüm bəzən, 

Bir ili bir gündə yaşadım bəzən. 

Çiynimdə fil yükü daşıdım bəzən, 

Yəqin bu ömrü mən yaşamalıydım. 

**** 

Təbrizin yolları döndü gəc oldu, 

Güllərim butada qaldı hec oldu. 

Bu odlu sinəmə əlac gec oldu, 

Yəqin bu ömrü mən yaşamalıydım. 

 

I aparıcı:                Şair qələminin qidalandığı insan aləmi və onun taleyi zəngin bir 

xəzinədir. Orada sevgiyə, sədaqətə, əhdə-vəfaya, övlad 

məhəbbətinə, vətənə, sülh və əmin-amanlığa, arzulara, təbiətə, 

gözəlliyə məftunluğa kifayət qədər yer vardır. Lakin bütün 



bunlara poeziya deyilən bir gülüstanda yaşıl fidanlar kimi boy 

atmaları, özlərini müşahidə obyektinə çevirmələri üçün həyat 

mənbəyi da lazımdır. Mədinə Gülgünün sənət kəhkəşanında o 

mənbəyin çox dəqiq ünvanı vardır. 



Heçdir şöhrət də, ad da, 

 

 Təntənə də, büsat da, 

  

Boş görünər həyat da

 

 Məhəbbət olmayanda.... 

 

 

 Sən dünyanı dolan, gəz 

 

Bu dünyaya inan, gəz. 

  

 Bir toxum da cücərməz, 

 

 Məhəbbət olmayanda.... 

 

II aparıcı: Mədinə xanımın  şeirləri qırılmaz zəncir ilə öz elinə-obasına 



bağlıdır. Şairə ilham verən yurdu, şirin dili, bir də doğma elidir. Bu 

da bir həqiqətdir ki, ədəbiyyat xalqa xidmət etdikdə  əbədiyyətə 

çevrilir. Onun yaradıcısı inanır ki, xalq onu unutmayacaq. Bu 

baxımdan Mədinə Gülgün də gözəl bilir ki, onun Vətəni, o taylı-bu 

taylı Azərbaycan onu heç zaman unutmayacaq. Ona görə  də 

şeirində oxucusuna “Mənim kimliyimi, mənim adımı  Vətənimdən 

soruş, elimdən soruş” deyir. Şair Mədinə Gülgün də yaxşı bilir ki, 

elini, Vətənini tərənnüm edən  şair xalqın ürəyində  həmişəlik 

yaşayacaqdır.  

Nə vaxt bizim elə səfər eyləsən, 

İnanma desələr daha mən yoxam. 

Məni bahar kimi təravətli, şən, 

Qılınctək kəsərli dilimdən soruş.   

I aparıcı:               Mədinə Gülgün yaradıcılığı dövründə  ədəbi və ictimai 

fəaliyyətinə görə “Şərəf ordeni” (1980), “21 Azər” medalı 

(1946), “Əmək veteranı” medalı (1984), üç dəfə respublika Ali 

Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur. Həmçinin, 

Mədinə Gülgün 1987-ci ildə “Azərbaycan SSRİ əməkdar 

incəsənət xadimi” adına layiq görülmüşdür. Onun indiyə qədər 

Bakıda, Təbrizdə, Moskvada və bir çox başqa şəhərlərdə 30-dan 

çox kitabı çap olunmuşdur. Onlardan “Təbrizin baharı”, 

“Savalan ətəklərində”, “Çinar olaydı”, “Ömrün payız 

dayanacağı”, “Firidun”, “Seçilmiş əsərləri” və s. misal gətirmək 

olar. Bundan başqa Təbrizdə ərəb qrafikası ilə “Yora bilməz 

yollar məni”, “Mən bu ömrü yaşadım,” Kanadada “Təbrizim 

mənim” kitabları çap olunmuşdur. İnsana qanad verən, insanı 

ülviyyətə qaldıran onun həyat eşqi və sevgisidir. Bu sevgi həyat 

yollarında ona bələdçi olub, yoluna həmişə işıq salıb, üzünə 

yeni bir dünya açıb. Onun xoş və kədərli günlərinə şərik olub. 

Nə zaman ki, bir həsrətdən yandı sinən, 



Nə zaman ki, yollar üstə dayandın sən, 

Nə zaman ki, dodağında dondu gülüş

Nə zaman ki, bir əlçatmaz oldu gülüş, 

 

 

 

 

 

Nə zamn ki, qovuşmadı kirpiklərin, 

Nə zaman ki, tüğyan etdi dərdin sənin, 

Çağır ey dost, dar ayaqda sına məni, 

Mən gələrəm, ağır cağda sına məni....  

II aparıcı:              Mədinə Gülgün onun qəlbini isidən və bir çinar kimi boy 

atmasına ilham və qüvvət verən ana Vətənə minnətdar olduğunu 

öz şeirlərində dönə-dönə xatırlamışdır. Biz inanırıq ki, zaman 

ötdükcə, onun qədir-qiyməti daha da artacaq və Azərbaycan 

ədəbiyyatında özünə məxsus daha parlaq yeri olacaq.  

 

 

 



 

 

Qalır nişanımız, izimiz bizim, 



İzi olmayanlar heç yoxmuş demək. 

Qalır ocağımız, közümüz bizim, 

Yanan çırağımız bil, sönməyəcək. 

Biz oxucular da inanırıq ki, qüdrətli şairəmiz Mədinə Gülgün 

ədəbiyyat səmasında bir ulduz kimi əbədi olaraq nur saçacaq və 

heç vaxt sönməyəcək. Ruhunuz şad olsun. 

 

Tədbirin sonunda Mədinə xanımın ömür-gün yoldaşı, hörmətli şairimiz Balaş 



Azəroğlunun Mədinə Gülgünə həsr etdiyi “Şəkilinə baxıram” adlı şeirini 

oxucuların ifasında dinlənilir. 



 

  

 



Şəklin durur önümdə, 

Şişənin arxasında. 

Sakit-sakit baxırsan, 

 

 

 

 

 

Bu sənmisən doğrudan?! 

     Yox, 

yox, 

bu 

sən deyilsən! 

 

 

 

 

 

Danışsana, dinsənə, 

 

 

 

 

 

Bir gülüb sevinsənə. 

 

 

 

 

 

Niyə donub qalmısan? 

     Yox, 

inana 

bilmirəm, 

 

 

 

 

 

Belə dinməz olmusan. 

 

 

 

 

 

Sinəni qabartmayır 

 

 

 

 

 

Nədən Vətən havası? 

 

 

 

 

 

Dalğasız dəniz kimi, 

 

 

 

 

 

Necə dayaz görünür 

 

 

 

 

 

Gözlərinin güzgüsü. 

     Dodaqların incini  

 

 

 

 

 

Gizlədən sədəf kimi 

 

 

 

 

 

Gör necə də lal durur. 

 

 

 

 

 

Yox, sən deyilsən belə, 

 

 

 

 

 

Önümdə xəyal durur.... 

 

 

 

 

 

Nəfəsin alışmırsa 


 

 

 

 

 

Vətən məhəbbətindən, 

 

 

 

 

 

Dodağın titrəmirsə 

 

 

 

 

 

Həsrətin siqlətindən, 

 

 

 

 

 

Onda bu sən deyilsən. 

 

 

 

 

 

Hanı, hanı o rəssam?! 

 

 

 

 

 

Niyə ona  demədin, 

Mən ömrümdə bir gün də 

Belə lal olmamışam, 

Niyə ona demədin, 

Mən qartal doğulmuşam 

 

 

 

 

 

Qıy vurmaya bilmərəm. 

 

 

 

 

 

Mən qəfəsə girmərəm! 

 

 

 

 

 

Hanı,hanı o rəssam? 

 

 

 

 

 

Niyə demədin ona  

 

 

 

 

 

Sinəmdə vulkan yatır, 

 

 

 

 

 

Səsim günəşə çatır. 

 

 

 

 

 

Bir gün şeir deməsəm, 

 

 

 

 

 

Ağlamasam, gülməsəm, 

 

 

 

 

 

Bil, məni qəhər boğar. 

 

 

 

 

 

Fikrimin ümmanında 

 

 

 

 

 

Hətta ləpələr boğar. 

 

 

 

 

 

İndi danış, indi din, 

 

 

 

 

 

Danış ki, otağımız 

 

 

 

 

 

Sükutda boğulmasın. 

 

 

 

 

 

Danış, oxu, şeir de, 

 

 

 

 

 

Ömrümün bircə günü 

 

 

 

 

 

Qoy şeirsiz olmasın, 

 

 

 

 

 

Bir də sənsiz olmasın.... 

 

 

 

 

 

 

 

 

S O N 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

Ədəbiyyat siyahısı: 

 

Əsərləri: 

 

1.



 

Gülgün M. Seçilmiş əsərləri. Şeirlər və poemalar.- B.: Azərnəşr, 1986.- 304 s. 

2.

 

Gülgün M. Arzu da bir ömürdür. Şeirlər və poemalar.-B.: Gənclik, 1976.- 74 s 



3.

 

Gülgün M.Dünya şirin dünyadır.-B.: Gənclik, 1989.- 200 s. 



4.

 

Gülgün M.Mən bu ömrü yaşadım.Şeirlər.-B.: Tədris, 1997.- 87 s. 



 

Əsərləri dövrü mətbiuatda: 

 

     1. Gülgün M. Azərbaycan : Respublika gününüz mübarək // Göy qurşağı.- 2010.-  



         № 3(May-iyun).- S.3. 

     2. Gülgün M. Bir gün : Azəroğluna / M. Gülgün // Ədəbiyyat qəzeti.- 2009.- 27  

         fevral.- S.3. 

    3. Gülgün M. Səməd Vurğuna : şeir : 1966 // Ədəbiyyat qəzeti.- 2006.- 5 may.- S.1. 

    4.  Gülgün M. Süleyman Rüstəmə // Ədəbiyyat qəzeti.- 2007.- 24 avqust.- S.2. 

    5. Gülgün M. Şəhid balalara : şeir // Azərbaycan.- 2010.- 17 yanvar.- № 12.- S.5 

    6. Gülgün M. Tənhalıq ; Qoşa qalsın izlərimiz ; Qaldı : şeirlər // Ədəbiyyat qəzeti.-   

        2006.- 27 yanvar.- S.3. 

 

Haqqında: 

 

    1. A. Aysel. Bu ömrü o yaşadı...  Mədinə Gülgün-80 / A. Abizadə // Ədəbiyyat  

       qəzeti.- 2006.- 27 yanvar.- S.1, 3. 

    2. X. Flora. Yarıda qırılan yollar // Azərbaycan.- 2006.- 17 yanvar.- S.6 

    3. R.Süleyman. Piyaləm; Könlümə Təbriz düşdü : şeirlər : Mədinə Gülgünə //  

        Ədəbiyyat qəzeti.- 2007.- 24 avqust.- S.2. 

    4. Y.Vaqif. “Dağlar əridən dərdim, həsrəti əritmədi”: Mədinə Gülgün-80 //  

        Azərbaycan.- 2006.- №3.- S.139-141. 

 

 

 



 

Tərtib edən: Könül Səmədzadə - F.Köçərli adına Respublika Uşaq  

                     

Kitabxanası elmi-metodika şöbəsinin baş kitabxanaçısı 

 

Redaktor:    Fizurə Quliyeva-F.Köçərli adına Respublika Uşaq     



                      

Kitabxanasının direktoru.  



 

 

 



 

Yüklə 113,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə