NazġRLĠYĠ F. KÖÇƏRLĠ adina respublġka uġaq kġtabxanasi



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü1,15 Mb.
#57339


 

 



 

 

        



AZƏRBAYCAN  RESPUBLĠKASI 

 

MƏDƏNĠYYƏT   VƏ TURĠZM NAZĠRLĠYĠ 



               F. KÖÇƏRLĠ ADINA RESPUBLĠKA UġAQ KĠTABXANASI 

 

                                           ELMĠ-METODĠKA ġÖBƏSĠ 

 

 

 

 

 

 

 

     ġair, nasir, tərcüməçi  

Mikayıl Rzaquluzadənin 

 110  illik yubileyi  münasibətilə 

 

 

 

 

 

 

  

 

                 “Nəsillərdən

     

                                                  

Nəsillərə”

 

                                        

                                             (metodiki vəsait) 

 

 



 

 

 



 

 

 

                                                 B A K I – 2015 


 

 



Redaktor:  

ġəhla Qəmbərova-F.Köçərli adına Respublika UĢaq

 

                           Kitabxanasının direktoru 



 

   Tərtibçi: 

Könül Səmədzadə-F.Köçərli adına Respublika UĢaq   

Kitabxanası Elmi metodika Ģöbəsinin baĢ    

 

 

 

 kitabxanaçısı 

Korrektor: 

Ruhiyyə  Məmmədli-F.Köçərli  adına  Respublika      

UĢaq  Kitabxanasının  elmi-metodika  Ģöbəsinin          

müdiri 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

G Ġ R Ġ ġ  



 

Azərbaycan nəsrinin görkəmli nümayəndəsi  Ģair, pedaqoq və tərcüməçi 

Mikayıl Manaf oğlu Rzaquluzadə 17 mart 1905-ci ildə Bakı Ģəhərində anadan 

olmuĢdur.  Ġbtidai  təhsilini  yeni  üsullu    “Mədrəseyi-nur”  və  5  nömrəli  “Rus-

müsəlman”  məktəblərində  almıĢdır.  O,  həmin  məktəbin  son  sinfində  ikən 

eksterm  yoluyla  imtahan  verib  Pedaqoji  Ġnstitutun  tarix-  ədəbiyyat 

fakültəsinə  daxil  olmuĢdur.  Ġstitut  kitabxanasının  müdir  müavini,  müdiri 

vəzifələrində  çalıĢmıĢdır.  (1926-1927).  Pedaqoji  institutu  bitirdikdən  sonra, 

1927-1931-ci illərdə Gəncə Pedaqoji Texnikumunda ədəbiyyat və pedaqogika-

psixologiya müəllimi iĢləmiĢdir. O, “Qizıl Gəncə” yurnalı redaksiya heyətinin 

və  Azərbaycan  Proletar  Yazıçıları  Ġttifaqı  Gəncə  Ģöbəsinin  büro  üzvü  və  s. 

ictimai  iĢlərdə  çalıĢmıĢdır.  1931-1934-cü  illərdə  Moskvada  Ġkinci  Dövlət 

Unuversiteti  yanında  olan  Pedaqoji  Psixologiya-Pedologiya  Elmi-Tədqiqat 

Ġnstitutunun  aspiranturasında  təhsil  almıĢdır.  Eyni  zamanda  SSRĠ  Xalq 

Komissarları  ġurası  nəzdindəki  “Qanun  və  qərarlar”  nəĢriyyatının 

Azərbaycan  Ģöbəsində  tərcüməçi  və  stenoqrafiya  kurslarında  ədəbiyyat 

müəllimi  iĢləmiĢdir.    Sonra  Azərbaycan  dövlət  Elmi-  Tədqiqat  Pedaqogika 

Ġnstitutunda uĢaq ədəbiyyatı sahəsində elmi iĢçi ,  “AzərnəĢr”də tərcüməçi və 

redaktor olmuĢ, “Ġnqilab və mədəniyyət” yurnalı redaksiyasında məsul katib, 

baĢ  redaktorun  müavini,  “Azərbaycanfilm”  kinostudiyasında,  Xarici 

Ölkələrlə  Mədəni  Əlaqələr  Cəmiyyətində  baĢ  redaktor  vəzifələrində 

çalıĢmıĢdır. “Gənclik” NəĢriyyatının və “Göyərçin” yurnalının, “Azərbaycan 

dilinin  izahlı  lüğəti”nin  redaksiya  heyətinin,  Azərbaycan  Yazıçılar  Ġttifaqı 

qəbul  komissiyasının  üzvü olmuĢdur. Müxtəlif  mövzularda  yazıb-yaratsa  da, 

1945-ci  ildən  baĢlayaraq,  bütün  kitablarını  (19  adda)  uĢaq  və  gənclər  üçün 

nəzərdə  tutmuĢdur.  Bunlar Vətənə, xalqa, təbiətə  məhəbbət, dostluq,  sülh və 

əmin-amanlıq ideyalarını tərənnüm və təblig edən əsərlərdir. Yaradıcılığında 

bədii  tərcümə  baĢlıca  yer  tutmuĢdur.  Dünya  və  MDB  ölkələrinin 

ədəbiyyatından  tərcümələr  etmiĢdir.  Ədəbiyyat  sahəsində  xidmətlərinə  görə 

iki  medal,  üç  dəfə  Azərbaycan  Respublikası  Ali  Soveti  Rəyasət  Heyətinin 

Fəxri fərmanı ilə təltif edilmiĢdir. 1986-cı ildə “Azərbaycanın qabaqcıl maarif 

xadimi” adına layiq görülmüĢdür. M. Rzaquluzadə 1984-ci ildə noyabrın 10-

da Bakıda vəfat etmiĢdir.  

 

 


 

   BÖLMƏ I 



 

 

 

HƏYAT VƏ YARADICILIĞI: 

 

 

 

 

 

 

 

Haqq, Həqiqət, Vətən eĢqi, 

 

 

 

 

 

 

 

 

 

El məhəbbəti 

 

 

 

 

 

 

Nəsillərdən nəsillərə  

 

 

 

 

 

 

 

 

 

bir Ģüar olsun!.. 

 

 

 

 

 

 

Bu eĢq ilə alovlanan 

 

 

 

 

 

 

 

 

 

ellər sənəti 

 

 

 

 

 

 

nəsillərdən nəsillərə 

 

 

 

 

 

 

 

 

 

yadigar olsun!.. 

Deyirlər ki, uşaqlar üçün yazan yazıçı başqalarından fərqli olaraq daha  çox 

səbirli  və  təmkinli  olmalıdır.  Bu  sözlərdə  şübhəsiz  ki,    bir  həqiqət  vardır.  Biz 

Mikayıl  Rzaquluzadənin  uşaqlar  üçün  yazdığı şeir  və hekayələri  oxuduqda, buna 

bir daha əmin oluruq.  

 

 



 

 

Saat iĢləyir, 



 

 

 

 

Elə bir deyir: 

 

 

 

 

Qiymətini bil 

 

 

 

 

Hər dəqiqənin,  

 

 

 

 

Getməsin hədər 

 

 

 

 

Heç vaxtın sənin. 

Öz fikrini böyük bir təmkinlə belə yığcam şəkildə oz oxucusuna çatdırmaq 

Mikayıl  Rzaquluzadə  yaradıcılığından  irəli  gəlir.  Uşaqlar  üçün  yazılan  əsərlərin 

bədiiliyi  də  elə  bundadır.  Mikayıl  Rzaquluzadə  bədiiliyi  sözlərin  gözəlliyində 

deyil, onların lakonik ruhunda axtarır. Sözləri zərgər gözü ilə ölçür.  

Mikayıl  Rzaquluzadə  öz  əsərlərində  uşaqlara  gözəllikdən  danışır.  Onlara 

başa salır ki, gözəllik hər şeydə vardır: oyuncaqlardan başlayaraq, ta kitablaradək. 

Lakin  həyatda  bu  gözəlliyi  duymaq  və  sevmək  lazımdır,  hər  bir  uşaq  kiçik 

yaşlarından  ona  can  atmalıdır.  Bir  sözlə  Mikayıl  Rzaquluzadə  başa  salmağa 

çalışırdı ki, uşaq gözəlliyin haradan başlayıb, harada bitdiyini bilməlidir.  




 

Mikayıl  Rzaquluzadənin  yaradıcılığında  gözəllik  heç  vaxt  əməkdən  ayrı 



verilmir.  Onun fikrincə gözəllik yalnız əməklə bağlı verildiyi zaman uşaq onu tez 

başa  düşür.  Əsil  gözəllik  isə  əmək  gözəlliyidir.  Əmək  və  gözəllik  yazıçının 

əsərlərində əkiz qardaş kimi həmişə birlikdə verilir.    

Mikayıl Rzaquluzadənin əsərlərində müasir həyat hissi də çox qüvvətlidir.  

O,  nədən  və  nə  vaxt  yazmaq  zərurətini  vaxtında  duyur.  Uşaq  mühitini 

həssaslıqla müşahidə edir. Məhz buna görədir ki, onun kitabları uşaqlar tərəfindən 

maraq və həvəslə oxunur.  

Mikayıl  Rzaquluzadə  müasir  uşaq  ədəbiyyatımızda  nağıl  formasında 

yazmağa  daha  çox  təşəbbüs  edən  yazıçılarımızdandır.  Bu  nağıllar  bu  günkü 

uşaqların  həyatından  alınmışdır.  “Ovçu  Elişlə  qoçaq  Aytəkin  nağılları”  yalnız 

həyatdan gələn əsil həyat nağıllarıdır.  

Mikayıl Rzaquluzadə yeni fikir üçün həmişə yeni və orijinal forma axtaran 

yazıçıdır.  Yeni  həyatın  təsviri  və  yeni  fikirlər  üçün  yeni  forma,  yeni  vasitələr 

lazımdır.  

Bir sözlə, Mikayıl Rzaquluzadə məhsuldar yazıçıdır. Demək olar ki, Mikayıl 

Rzaquluzadə uşaqlar üçün ən çox yazan yazıçılardan biri, bəlkə də, birincisidir. O, 

bu sahəyə lap gənc yaşlarından gəlmişdir.  

Çoxillik ədəbi yardıcılığını əsasən tərcümə işinə həsr edən yazıçı dünyanın 

müxtəlif  xalqlarının  klassiklərinin  əsərlərini  də  dilimizə  tərcümə  edib.  Onun 

sənətkarlıqla tərcümə etdiyi əsərlərin coğrafi hüquqları və mövzusu geniş olub.  

Qərbi  Avropa  ədiblərindən  A.Düma,  C.Bayron,  H.Heyne,  antik  dövrün  məşhur 

müəlliflərindən  Homer,  Evripid,  Aristofan,  Amerika  ədəbiyyatından  T.Oldris,  C. 

London, hind ədəbiyyatından T.Fikrət, türk ədəbiyyatından  Rəşad Nuri Güntəkin, 

rus  ədəbiyyatından  L.Tolstoy,  M.Qorki  və  başqalarının  ədəbi  nümunələrini 

dilimizə tərcümə edib.    

 

 



 

 

 



 


 

                                                      BÖLMƏ II 



 

 

YUBĠLEY TƏDBĠRLƏRĠNĠN KEÇĠRĠLMƏSĠ: 

Mikayıl  Rzaquluzadə  Azərbaycanın  görkəmli  uşaq  yazıçılarından  biri  idi. 

1930-cü  ildən  bədii  yaradıcılıqla  məşğul  olan    yazıçı  “Mim-Re”,  “M.  R.”,  “R. 

Mikayıl”,  sonra  isə  ömrünün  axırınadək  Mikayıl  Rzaquluzadə  imzası  ilə  çıxış 

etmişdir.Qeyd  etmək  lazımdır  ki,    yazıçının  yaradıcılığında  maarifçilik  əsas  yer 

tuturdu.  İstər  tənqidi  məqalələrində,  istərsə  də  bədii  yaradıcılığında  tərbiyəviliyi 

ədəbiyyatın başlca keyfiyyət və vəsifəsi hesab olunurdu. Ona görə də uşaqlar üçün 

qələmə  aldığı  əsərləri  gənclərin  nəcib  və  sagıam  ruhda  yetişməsinə  yönəlmişdir. 

Onun  yaradıcılığında  Vətən  sevgisi,  sülh,  azadlıq,  və  qəhrəmanlıq  mövzuları 

həmişə  geniş  yer  tutub.  O,  uşaq  psixologiyasına  dərindən  bələd  olan  və  onların 

dünyagörüşünə uyğun tərbiyəvi əhəmiyyətli epizodlara geniş yer verən yazıçı idi. 

Xüsusilə  şeirləri  uşaq  qəlbinə  birbaşa  sirayət  edən,  son  dərəcə  sadə  və  inandırıcı 

dildə  yazılıb.  Elə  bu  baxımdan  da  Mikayıl  Rzaquluzadənin  ilk  məqaləsi  uşaq 

ədəbiyyatına həsr olunmuşdur. 1926-cı ildə “Maarif işçisi” jurnalında çap olunan 

bu məqalə “Cocuq ədəbiyyatında üsul məsələsi” adlandırıldı. Bir sözlə  A. Səhhət, 

A.Şaiq,  və  digər  uşaq  yazıçılarımızın  içərisində  Mikayıl  Rzaquluzadənin  xüsusi 

yeri var idi. Uşaq ədəbiyyatının nəzəri məsələləri ilə dərindən məşğul olan Mikayıl 

Rzaquluzadə daha sonralar qələmini bədii əsərlər yazmaqda da sinadı.  

  Bu  il  Mikayıl  Manaf  oğlu  Rzaquluzadənin  anadan  olmasından    nə  az,  nə 

çox  düz  110  il  ötür.    Bu  münasibətlə  respublikamızın  bir  çox  təhsil  ocaqlarında 

məktəblərdə,  gimnaziyalarda,  kitabxanalarda  və  s.  yerlərdə    tanınmış  yazıçımız 

Mikayıl Rzaquluzadənin yubileyi ilə bağlı tədbirlər planı hazırlanmışdır. Yubiley 

tədbirləri  ilə  bağlı  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasında  bir  sıra 

tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər planı geniş və maraqlı olsun 

deyə  kitabxanada ilk əvvəl  kitab sərgisinin keçirilməsi nəzərdə tutulmuşdur. Onu 

da qeyd etmək lazımdır ki, bu il Mikayıl Rzaquluzadənin kitabları yubilyar kitablar 

siyahısına düşmüsdü. Bunlardan “Qaranquş yuvası-70”, “Ağ dana-70”, “Sirli saz-

60”, və “Nəsillərdən-nəsillərə 50”  kitablarının yubileyi qeyd olunur.  Kitab sərgisi 

bir  çox  adlar  altında  keçirilə  bilər.  Məsələn,  “Uşaq  ədəbiyyatının  mütəfəkkiri”, 

Ədəbiyyata həsr olunmuş ömür”, “Görkəmli uşaq yazıçısı Mikayıl Rzaquluzadə”, 

“Mikayıl Rzaquluzadə-110”  “Nəsillərdən-nəsillərə” və s. 

 

 



 


 

Sərginin nümunəsini veririk. 



BaĢlıq.  

1. Mikayıl Rzaquluzadə-110 

2. Kitablarının nümayişi 

3. Görkəmli insanların Mikayıl Rzaquluzadə haqqında söylədikləri  sitatlar. 

4. Dövrü mətbuatda çap olunan məqalələrin  kartotekası. 

5. Şeir parçası. 

Haqq, Həqiqət, Vətən eĢqi, 

 

 

El məhəbbəti 

Nəsillərdən nəsillərə  

 

 

bir Ģüar olsun!.. 

Bu eĢq ilə alovlanan 

 

 

ellər sənəti 

nəsillərdən nəsillərə 

 

yadigar olsun!.. 

1.

 



Mikayıl  Rzaquluzadə  məhsuldar  yazıçıdır.  Çünki  onun  ilham  mənbəyi 

tükənməzdir.  Kiçik nəslin böyük  işləri, qaynar  həyatı ona hər dəfə  yeni 

ilham, yeni qüvvət və yeni həvəs verir.  

Qılman Musayev 

2.

 

Mikayıl Rzaquluzadə tərcüməçiliyi həm ideya-məzmun, həm də bədiilik 



baxımından məsuliyyətli və şərəfli yaradıcılıq işi hesab edib.  

Savalan Fərəcov 

3.

 

Mikayıl  Rzaquluzadənin  xeyli  ədəbi-tənqidi  məqalələri  vardır.  Özü  də 



maraqlıdır  ki,  bu  məqalələrin  də  əksəriyyətində  uşaq  ədəbiyyatı,  onun 

yaradıcılıq problemləri ön plana gətirilmişdir.  

Rafiq Yusifoğlu 

 

 



 

 

 



 

 



 

KĠTABLARININ NÜMAYĠġĠ: 



 

 

   

 

 

 

  

 

 

 


 

                    



 

Mikayıl  Rzaquluzadə  qələmini  bir  neçə  janrda  sınayan  sənətkardır.  O, 

ədəbiyyat  tariximizdə  həm  şair,  həm  nasır,  həm  də  tərcüməçi  kimi  tanınır.  Əli 

qələm  tutan  gündən  ömrünün  sonunadək  yorulmaq  bilmədən  qələm  çalmış, 

uşaqların  ürəyində  xeyirə  rəğbət,  məhəbbət  şərə  qəzəb,  nifrət  oyatmağa 

çalışmışdır.  

Mikayıl  Rzaquluzadə  yaradıcılığını  daha  yaxından  izləmək  üçün 

kitabxanada  şeir  müsabiqəsinin  keçirilməsi  vacibdir.  Şeir  müsabiqəsinin 

keçirilməsində məqsədimiz kiçik yaşlı uşaqlarda şeiri duymaq, şeiri basa düşmək 

və  şeiri  intonasiya  ilə  demək  bacarığını  artırmaqdır.  Tədbirdə  bir  çox  şeirlərdən 

istifadə  etmək  olar.    Məsələn,  Ən  dadlı  meyvə,  Ağ  göyərçin,  Düymə,  Qiş  gəlir, 

Yeni il nəğməsi, Döyüşən sərçələr, Ağ dana, Balaca balıqçıların nəğməsi və s.   

 

İndi  isə



 

Mikayıl  Rzaquluzadənin  kiçik  yaşlı  uşaqlar    üçün  qələmə  aldığı    “Boz 

Bülbülün nəğmələri” adlı şeirini dinləyək. 

 

 



 

********************** 

 

I Oxucu: 



Yay qurtardı, gəldi payız; 

 

 

 

Səhər-axĢam hava sərin,  

ġux rəngləri soldu bütün 

Yarpaqların çiçəklərin. 

Sarı-qızıl rəngə çaldı 

Çəmənlər də, ağaclar da; 


10 

 

ġirələnib dada gəldi 



Alma-armud ağaclarda. 

ġeh düĢəndə üstlərinə, 

Bağ-bağçalarda meyvələr 

Dondurma tək Ģirin olur, 

Sərin olur səhər-səhər. 

Göy üzündə ağır-ağır 

Qara-boz buludlar gəzir; 

Çiskin olur, yağıĢ yağır,   

Qırov düĢür, külək əsir.  

Bağçalarda , meĢələrdə 

Hər yer yumĢaqdır, nəmiĢdir; 

Sanki yerə-allı-güllü 

Əlvan xalça döĢənmiĢdir. 

QaranquĢlar, boz bülbüllər 

Uçur isti ölkələrə

Ördək, qaz, qu qatar-qatar 

Qonaq gəlir bizim yerə. 

Bağçalarda boz bülbüllər 

Duyur qıĢın nəfəsini, 

Gecə-gündüz oxuyurlar 

Bu fəslin son nəğməsini... 

********************** 

II Oxucu:   

Ovçu EliĢ qoçaq Aytək, 

 

 

 

Payız günü səhər-səhər, 


11 

 

 



 

 

Yanlarında zirək Çapal, 

Ovdan evə gəlirdilər... 

Gördülər bir qoca bağban, 

Becərir bir bağçabağı; 

Pambıq kimi saç-saqqalı, 

Dəmir kimi əl-ayağı... 

Hörmət ilə EliĢ, Aytək. 

EliĢ dedi: 

Ay əmican, 

Biz də sizə komək edək! 

Qoca bağban gülüb dedi: 

Çox sag olun, ay qoçaqlar, 

Yox, aldada bilməzsiniz, 

Bilirəm, kələyiniz var... 

EliĢ dedi: 

Yox əmican, kələk nədir? 

Aytək dedi: 

Əmican, nə deyirsiniz? 

Bağban dedi: 

Mənə kömək edə-edə, 

Yəqin, məndən bağbanlığı 

Öyrənmək istəyirsiniz! 

Sözüm yoxdur, edin kömək, 

Ancaq bunun üçün bir cüt 

Kəklik verəsiniz gərək!.. 


12 

 

EliĢ, Aytək gülə-gülə 



Dedilər ki: Ay əmican, 

Bir cüt nədir, buyurunuz, 

Lap hamısı sizə qurban!.. 

Göründüyü  kimi,  şairin  bu  şeirində  də  uşaqların  zəhmətsevər  olması,  böyüklərə 

hörmət  etmələri,  dostluqda  sədaqətli  olmaları  ön  plana  çəkilir.  Bir  sözlə  uşaqları 

əməyə,  zəhmətə  məhəbbət  ruhunda  tərbiyə  etmək  baxımından  şairin  “Düymə”, 

“Evimizdə  maşınlar”,  “Saat”,  “Aytac  və  yoldaşları”,  “Ulduz”,  “Patefon,  radio, 

televizor”və s. şeirlərini misal göstərmək olar.   

Yüksək  sənətkarlıq  keyfiyyətlərini  öz  üzərində  cəmləşdirən  görkəmli  ədib 

Mikayıl  Rzaquluzadənin  yubileyi  ilə  bağlı  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasının  nağıl  otağında  kiçik  yaşlı  uşaqlar  üçün  “Nağıl    saatı”  keçirilir. 

“Nağıl saat”ında Mikayıl Rzaquluzadənin uşaqlar üçün qələmə aldığı “Şirinbulaq” 

nağılını kitabxanaçı böyük həvəslə balaca uşaqlara oxuyur. 

Gəlin, gəlin, ay uĢaqlar, 

Qulaq asın , a qoçaqlar,  

yaxın gəlin, gəlin sizə 

gördüyümdən-bildiyimdən 

nəql eləyim, nağıl deyim,  

həm qəribə, həm də təzə: 

********************** 

Biri vardı, biri yoxdu, 

MeĢələrdə-çəmənlərdə  

Sərin-Ģirin bulaq çoxdu. 

Ancaq bizim baĢı qarlı 

dik dağların ətəyində 

mərmər daĢlar arasından 

Ģırıl-Ģırıl Ģırıldayan 



13 

 

bal tək Ģirin, 



buz tək sərin 

çox göyçək bir bulaq vardı. 

QuĢlarla bir cəh-cəh vurub, 

Nəğmə deyər, Ģirildardı. 

********************** 

Dadı Ģirin,  

adı Ģirin: 

ġirinbulaq!.. 

Bu Ģən bulaq, Ģirin bulaq 

Suvarardı yan-yörədə 

ġux gülləri, çiçəkləri, 

məzəli çiyələkləri,  

yeməli göbələkləri. 

Alagözlü ceyranlar da, 

tükü ipək dovĢanlar da, 

qılquyruq qırqovullar da, 

bildirçinlər, turaclar da, 

körpə kollar-ağaclar da 

bu ĢipĢirin sudan içər, 

verib bulaqla səs-səsə

bir-birilə girib bəhsə, 

parıldaĢan Ģəfəqlərlə. 

IĢıqlaĢan üfüqlərlə 

elə bil yarıĢardılar, 


14 

 

Ģirin nəğmə qoĢardılar: 



******************** 

Gece- gündüz 

ġırıl-Ģırıl 

ġırıldaĢır ġirinbulaq, 

Gecə-gündüz 

Gözəl-göyçək çiçəklərlə 

ġən quĢlarla, böcəklərlə 

ġirin-Ģirin 

PıçıldaĢır ġirinbulaq. 

YaĢa-yaĢa,  

ġırıldaĢa-ĢırıldaĢa, 

PıçıldaĢa-pıçıldaĢa. 

“ġirinbulaq”  nağılında  tufandan  sonra  gözü  tutulan  bulağın  yenidən 

axıb-çağlaması  üçün  heyvanların,  quĢların,  onlara  kömək  edən  uĢaqların 

birgə əməyindən söhbət açılır.  

Mikayıl  Rzaquluzadə  yaradıcılığını  geniş  şəkildə  oxuculara  təbliğ  etmək  üçün  F. 

Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasında  ədəbi-bədii  gecənin  keçirilməsi 

məqsədəuyğundur.  İlk  əvvəl  onu  qeyd  etmək  lazımdır  ki,  ədəbi-bədii  gecə 

oxucuların  ən  çox  sevdiyi  tədbirlərdən  biridir.  Oxucular  bu  tədbirə  sevə-sevə 

hazırlaşırlar.  Tədbirin  hazırlıqları  bir  ay  öncədən  başlayır.  Tədbir  əsasən  iki 

hissədən  ibarət  olur.  Birinci  hissə  yəni  ədəbi  hissə  çıxış  və  məruzələrlə  başlayır. 

İkinci   bədii hissədə şair Mikayıl Rzaquluzadənin şeir və hekayələrindən parçalar, 

nağıllarından    səhnəciklər  gostərilir.  Tədbirə  şair  və  yazıçılarla  yanaşı,  ədəbiyyat 

müəllimləri, kitabxanaçılar dəvət olunur. Ədəbi-bədii gecə bir çox başlıqlar altında 

keçirilə  bilər.  Məsələn:  “Mikayıl  Rzaquluzadə-110”,  “Şair,  tərcüməçi  Mikayıl 

Rzaquluzadə”, “Nəsillərdən-nəsillərə” və s.  

 

 



15 

 

Ədəbi-bədii gecənin nümunəsini veririk. 



Tədbiri kitabxanaçı açıq elan edir. 

I  Aparıcı:  Salam  əziz  qonaqlar!  Bu  günkü  tədbirimizə  xoş  gəlmisiniz.  Bu 

gün uşaq psixologiyasına dərindən bələd olan onların dünyagörüşünə uyğun 

tərbiyəvi  əhəmiyyətli  şeir,  heyakə,  povest  və  nağıllar  yazan  gözəl  insan, 

Mikayıl  Rzaquluzadənin  110  illik  yubileyinin  qeyd  olunması  üçün  bura 

toplaşmışıq.  Mikayıl  Rzaquluzadə  yaradıcılığı  o  qədər  çoxşaxəli  və 

maraqlıdır ki, onun əsərlərinin hər birində qəhramanlıq,  Vətən sevgisi, sülh, 

azadlıq mövzuları geniş yer tutur.  

(Mikayıl Rzaquluzadənin And Ģeirindən bir parça) 

I Oxucu: Azərbaycan, 

 

 

ey ana, 

 

dinlə, ey əziz Vətən! 

 

Milyonlardan biriyəm, 

 

Bir əsgər oğlunam mən. 

 

Qoynunda yatır mənim 

 

qəhrəman babalarım. 

 

Qoynunda yaĢamaqda 

 

anam, sevgili yarım. 

 

Müqəddəs torpağında 

 

bir qovaqtək bitmiĢəm, 

 

səndən qüvvət alaraq, 

 

boya-baĢa yetmiĢəm. 

 

GünəĢindən, suyundan 

 

YaranmıĢ ətim-qanım, 

 

səninkidir, ana can, 

 

Sənə qurbandır canım! 



16 

 

II Oxucu:   



 

 

 

 

Azərbaycan, 

 

 

 

 

 

 

 

Ey Vətən, 

 

 

 

 

 

 

 

Sən mənimsən, mən sənin. 

 

 

 

 

 

 

 

Boynumuzda haqqı yox, 

 

 

 

 

 

 

 

Minnəti yox kimsənin! 

 

 

 

 

 

 

 

Bizimdir bu əyilməz 

 

 

 

 

 

 

 

BaĢı vüqarlı dağlar, 

 

 

 

 

 

 

 

qırqovullu meĢələr, 

 

 

 

 

 

 

 

durna gözlü bulaqlar. 

 

 

 

 

 

 

 

Bizimdir ceyran gəzən

 

 

 

 

 

 

 

turac süzən düzənlər. 

 

 

 

 

 

 

 

Bizimdir bu cüyürlü, 

 

 

 

 

 

 

 

Kəklikli göy çəmənlər. 

 

 

 

 

 

 

 

Bizimkidir yaĢılbaĢ  

 

 

 

 

 

 

 

Sonalı sədəf göllər. 

 

 

 

 

 

 

 

Dəniz tək dalğalanan. 

 

 

 

 

 

 

 

Bərəkət dolu çöllər. 

 

 

 

 

 

 

 

Dövləti aĢıb-daĢan 

 

 

 

 

 

 

 

Bu dəniz, çay bizimdir, 

 

 

 

 

 

 

 

mədəniyyət ocağı, 

 

 

 

 

 

 

 

Ģən saraylar bizimdir. 

 

 

 

 

 

 

 

Anaların namusu, 

 

 

 

 

 

 

 

pak vicdanı bizimdir. 

 

 

 

 

 

 

 

Dünyaya iĢıq saçan 

 

 

 

 

 

 

 

Bakı qanı bizimdir. 


17 

 

 



 

 

 

 

 

 

Bu Vətən, bu əzəmət,  

 

 

 

 

 

 

 

Bu Ģərəf-Ģan bizimdir! 

 

 

 

 

 

 

 

Əziz, doğma anamız- 

 

 

 

 

 

 

 

Azərbaycan bizimdir! 

 

II Aparıcı:  M.  Rzaquluzadənin  1950-ci  ildə  rus  dilinə  tərcümə  olunan  bir  neçə 

hekayəsi ədəbi tənqidin diqqətini özünə cəlb edir və mətbuatda onu mahir hekayə 

ustası  kimi  dəyərləndirirlər.  Tərcüməçidən  tələb  olunan  əsas  şərtlərdən  biri 

müəllifin  fikrini  aydın  bir  dildə,  dəqiqliklə  oxucuya  çatdırmaqdır.  O  bu  cəhətə 

tərcüməçilik  fəaliyyətində  xüsusi  diqqət  yetirib.  Uşaqlar  üçün  yazarkən 

tərcüməçiliyin  yazıçı  psixologiyasına  təsirinin  nəticəsi  olaraq  aydın  və  anlamlı 

uşaq  əsərləri  yarada  bilib.  O,  tərcüməçiliyi  həm  ideya-məzmun,  həm  də  bədiilik 

baxımından  məsuliyyətli  və  şərəfli  yaradıcılıq  işi  hesab  edib.  Bədii  yaradıcılığa 

başladığı vaxtlarda keyfiyyətsiz tərcümələrin qarşısını almaq məqsədilə mətbuatda 

çıxış edib, məqalədə bədii tərcümənin ümumi məsələlərinə toxunub, öz dövrü üçün 

yeni  və  konkret  fikirlər  söyləyib.  Həmçinin  tərcümələri haqda dərc  edilən  tənqidi 

nöqsanlara diqqət yetirərək sonrakı tərcümələrində onu yenidən işləyib.  

Ədib həm də tərcümədə orijinalı “milliləşdirməyin” əleyhinə olub. İyirmi idən çox 

böyük  alman  şairi  Henrix  Heynenin  şeirlərinin  tərcüməsi  ilə  məşgul  olub.  Ədib 

şairin  yaradıcılığının  xüsusiyyətlərini  saxlamaq,  şeirin  formasını  olduğu  kimi 

qorumaq  prinsipini  əsas  götürür.  O,    yazır:  “Tərcüməçilikdə  ikinci  yol  müəllifin 

mühitinə  getmək,  onun  tənəffüs  etdiyi  hava  ilə  nəfəs  almaq,  düşündüyü  kimi 

duymağa çalışmaq və zövqünü əks etdirmək yoludur...” 

Mikayıl  Rzaquluzadə  dünya  şöhrətli  mütəfəkkir-şair  N.  Gəncəvinin 

“İsgəndərnamə”  poemasının  “İqbalnamə”  hissəsini,  A.  Puşkinin  “Baxçasaray 

fontanı”,  “Tunc  atlı”,  və  s.  əsərlərin  tərcüməsində  də  məhz  bu  prinsipləri  əsas 

tutub. Həqiqətən, bu tərcümələrdə ədibin yüksək poetik vüsətinin şahidi oluruq.  

İndi  isə  oxucuların  ifasında  Mikayıl  Rzaquluzadənin  “Naxışlar”  dramatik 

poemasından bir səhnəciyə qulaq asaq. 

 

 

 




18 

 

Səhnə ġah sarayına uyğun bəzədilir. ġah öz taxtında oturub. Çox pəriĢandır. 



Onun könlünü açmaq üçün səhnəyə iki təlxək gəlir.  

I təlxək: XoĢ gördük, ay bəxtəvər! 

II təlxək: XoĢ gördük, ay dilavər! 

I təlxək: Ay bəxtəvər, neyləyək 

 

      ġahin xoĢuna gəlsin? 

II təlxək: Gəl tapmaca söyləyək, 

 

      gülsün, kefi kökəlsin. 

I təlxək: Əhsən sənə, de gəlsin! 

II təlxək: Necə? Necə? 

 

      BaĢı yekə, içi boĢ? 

I təlxək: Lap eləcə: 

 

      BaĢı yekə, içi boĢ! 

II təlxək:  Tapdım, tapdım: 

 

      Ya günbəzdir, ya molladır, ya dövlət! 

 

       Oldu, olmadı? 

I təlxək:  Oldu, afərin, əhsən! 

II təlxək:  Ġndi mən deyim, tap sən. 

I təlxək:   De gəlsin! 

II təlxək: Al gəldi: 

 

      O nədir ki, dövləti çox, özü ac? 

I təlxək:  Necə, necə? 

 

      Dövləti çox, özü ac? 

II təlxək: Lap eləcə: 

 

      Dövləti çox, özü ac! 

I təlxək:  Tapdım, tapdım: 


19 

 

 



      Ya xəsisdir, ya torpaq, ya rəiyyət! 

 

      Oldu, olmadı?.. 

(Bu anda qəzəbli Ģah qədəhi çırpıb yerə, acıqlı bir səslə çığırır) 

Sah: Rədd olun hüzurumdan!..Yox, bunlarla kar aĢmaz! 

 

Ġndi mənə mey-məzə, tap-tapmaca yaraĢmaz! 

 

Vəzir, hüzura gətir Ģahzadəylə, oğlunu, 

 

Bir görək bu nə iĢdir, necə tapmacadır bu? 

(Vəzir iĢarə edir piĢxidmətə bu zaman, gəlir Ģahzadə ilə vəzirin oğlu Mərdan) 

ġah: (kinayəli) 

 

Buyurun, xoĢ gəlibsiz...Nə var, nə yox, cavanlar? 

 

Gözümə dəymirsiniz mənim axır zamanlar. 

Sahzadə: 

ġah babamım canına daim duaçı varıq. 

Mərdan:    ġahın hər fərmanına hazır, sadiq qullarıq. 

ġah:           Çox gözəl, bəs Ģahzadə nə iĢ görür, neyləyir? 

 

 

Cürbəcür rəvayət var, hərə bir söz söyləyir... 

ġahzadə:    ġah baba, muĢtuluq ver, indi var mənim peĢəm: 

 

 

xalçaçılıq iĢini yaxĢıca öyrənmiĢəm! 

 

 

Bir kilim toxumuĢam Ģah babama ilk baxĢıĢ, 

 

 

Baharda çəmən kimi, baĢdan-baĢa gül-naxıĢ.. 

ġah: (acı-acı) 

 

 

Ha-ha-ha!..Gözüm aydın!.. PeĢəçi olub oğlum! 

 

 

Saray karxana olsun, xalçaçı olub oğlum!.. 

 

 

Ay oğul, Ģahzadələr qılınc-qalxan oynadar, 

 

 

At çapar, cövkən oynar, Ģikar edər, ox atar!.. 

ġahzadə:      Ġstər Ģahzadə ol, istər rəiyyət,  


20 

 

                      Ġnsanın Ģərəfi zəhmətdir, zəhmət 



                      ġah baba, bağıĢla cəsarətimi, 

                      Ürəkdən sevmiĢəm bu sənətimi. 

                      Bu, əsla əyləncə, ya həvəs deyil, 

                       ġaha sənət bilmək heç əbəs deyil! 

ġah:            Bəs onda tac-taxt, bəs qoĢun-ləĢkər? 

ġahzadə:    Tarixə bir nəzər yetirsən əgər, 

                    Görərsən nə qədər böyük hökmdar 

                    Ya alim olmuĢdur, ya da sənətkar. 

                     Sənətkar olarsa padĢah, əlbət, 

                    Artar rəiyyətdə sənətə rəğbət

                    Ölkə abad olar, rəiyyət də Ģad, 

                    YaĢar ehtiyacdan, zillətdən azad! 

ġah:             Oğul, bu sözlərin haqdır deyəsən... 

Hamı:          EĢq olsun zəhmətə, əhdə, ilqara! 

                     EĢq olsun sənətə, sənətkarlara! 

I  Aparıcı:  Yuxarıda qeyd etdiyimiz kimi, Mikayıl Rzaquluzadənin  əsərləri geniş 

oxucu kütləsi tərəfindən həmişə sevilib və rəğbətlə qarşılanıb. Bu əsərlərin başlıca 

mövzusu  Yer kürəsinin  əşrəfi sayılan  insanın şən,  firavan  həyatı, işıqlı,  romantik 

duyğu və düşüncələridir. Onun ideya-bədii dəyərlərini itirməyən bir çox poemaları 

da  var  ki,  bunlardan  “Qaranquş  yuvası”,  “Zər  yazılı  mərmər  kitab”,  “Məktəbə 

gedir  Tokay”,  “Bakının  axşamları”,  “Yaz  yuxusu”,  “Sirli  saz”  və  s.  misal 

göstərmək olar. 

Mikayıl  Rzaquluzadənin  nəsr  əsərləri  də  var  ki,  bunlar  da  çox  maraqla 

oxunur.  Onun  hekayələrində  hadisələrin  şairanə  təsviri  oxucusunu  maqnit  kimi 

özünə  çəkir.  “Dədə  Qorqud”  dastanının  motivləri  əsasında  yazılmış  “Ana  ürəyi, 

dağ çiçəyi” hekayəsi orta məktəblərdə uşaqların ən çox sevdiyi əsərlərdəndir. Onu 

da  qeyd  etmək  yerinə  düşərdi  ki,  M.  Rzaquluzadə  “Dəli  ozan”,  “El  gücü” 

hekayələrinin  mövzusunu  da  “Dədə  Qorqud”  dastanlarından  götürmüşdür.   Şairin 



21 

 

digər  mövzularda  yazdığı  “Qu  gölü”,  “Təzə  tüfəngin  siftəsi”,  “Yaralı  göyərçin”, 



“Boş qorxular”, “İşıqlar yandı” və s. bu kimi hekayələri də uşaq oxusu üçün yararlı 

əsərlərdir.  

Bir sözlə şair, nasir, tərcüməçi Mikayıl Rzaquluzadənin 60-dan çox tərcümə 

kitabları    var.  Sonda  onu  qeyd  etməliyik  ki,  Mikayıl  Rzaquluzadə  bircə  sətir 

orijinal əsər yazmasaydı belə, onun adı Azərbaycan uşaq ədəbiyyatı tarixinə etdiyi 

tərcümələrə görə qızıl hərflərlə yazılmağa layıq olardı.  

Əziz  tədbir  iştirakçıları!  Bu  gün  biz,  bir  daha  Mikayıl  Rzaquluzadə 

yaradıcılığına  müraciət  etdik.  Onun  qələmə  aldığı  şeirləri,  poema  və  nağılları  

dinlədik.  Və  bir  daha  şahid  olduq  ki,  Azərbaycan  ədəbi  məktəbində  Mikayıl 

Rzaquluzadə kimi şairlərimizə, yazıçılarımıza çox ehtiyac var.   

Allahdan ona rəhmət diləyirik. Yeriniz cənnət olsun Mikayıl müəllim deyirik. 

                                         S O N 



 

 

 

                           

                          ƏDƏBĠYYAT SĠYAHISI: 

 

1.

 

M. Rzaquluzadə. SeçilmiĢ əsərləri. Bakı.: “ġərq-Qərb”, 2006.-311 s. 

2.

 

M. Rzaquluzadə. Hekayələr. Bakı.: “Maarif” nəĢriyyatı, 1967.-70 s.  

3.

 

M. Rzaquluzadə. Ġlin yazı-Elin sazı. Bakı.: “ Gənclik”, 1981.-250 s. 

4.

 

M.  Rzaquluzadə.  Nəsillərdən  nəsillərə.  Bakı.:  “AzərnəĢr”,  1965.-494 

s. 

5.

 

M.  Rzaquluzadə.  Ölkəmin  çiçəkləri.  Bakı.:  “UĢaq  və  gənclər” 

nəĢriyyatı, 1962.- 161 s. 

6.

 

M. Rzaquluzadə. Yaz günəĢi. Bakı.: “Gənclik”, 1977.-364 s. 

 

 



 

 

 



 

 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə