Nə gecədə, nə gündüzdə qorxu var, Içimizin çirki bizi qorxudur



Yüklə 3,14 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü3,14 Kb.
#2174

background image
Qorxu 

 

Nə gecədə, nə gündüzdə qorxu var

Içimizin çirki bizi qorxudur. 

Dədəsini tanımayan şirik biz, 

Bir dədəli tülkü bizi qorxudur. 

Bu meydanda nə iş görsə söz görər, 

Sözümüzü unutmuşuq göz  görə, 

Qorxmaz qoyduq adımızı yüz kərə, 

Yenə qorxu-hürkü bizi qorxudur. 

Özümüzü özgə kimi görmüşük, 

Başımızı minarəylə hörmüşük, 

Tülkülərin dərisinə girmişik, 

Babaımızın kürkü bizi qorxudur... 

 

Astanbəyli M. Qorxu : şeir // Ulduz. - 1991. - № 1. – S. 30.  



 

Yüklə 3,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə