Nə SƏNİNLƏ, NƏ DƏ SƏNSİz varis



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix01.07.2018
ölçüsü0,63 Mb.
#52763
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   12


 

 

Talelər  



NƏ SƏNİNLƏ, NƏ DƏ SƏNSİZ... 

Varis 

Qara  üzlü  dəftərçədir.  Titul  səhifəsində  Şəklidir.  Binaya  söykənərək  onun 

qarŞısındakı pilləkəndə dayanıb. Divarda kimlərsə qara rənglə baŞ hərfləri və sevgi 

iŞarələri yazıblar, ürək Şəkli çəkiblər. Onun həyatında artıq bu iŞarələr heç bir önəm 

daŞımır. Çünki onun sevgisi indi ölüb, yoxdur. Divarda sual iŞarələri də var. Bax bu 

sual  iŞarələri  birbaŞa  ona  aiddir.  Çünki  həyatı,  xüsusən  indiki  dönəmi  büsbütün 

müəmmalıdır.  

Mənə 2 dəftər verib. İkinci dəftərsə bozdur. Təkidlə xahiŞ edir ki, taleyini yazım. 

«Sonuncu ölən ümidlərdir» romanının qəhrəmanı Nailənin oxucular arasında hədsiz 

populyarlığını görüb ürəklənib. Deyir mənim taleyimi yazsanız, ondan da maraqlı 

bir əsər yaranar.  

Əslində, heç mənim müdaxiləmə ehtiyac da yoxdur. Özü hər Şeyi yazıb, aydın, səlis. 

Ora-burasına azacıq düzəliŞ verib oxucuların ixtiyarına buraxıram.  

Onun həyat tarixçəsinə elə dəftərçəsindən tapdığım bu misraları isə epiqraf seçirəm:  

Həyat bir gün.  

O da bu gün.  

Nə səninlə,  

Nə də sənsiz...  

Yenə tək...  

Yenə  danıŞa bilmədiyim, öz-özümlə  tək qalanda  fikirləŞməkdən belə  qorxduğum 

Şeylər məni rahat buraxmır...  

Bir  ay  olar  ki,  anam  mənim  ən  çox  sevdiyim  əŞyanı  -  gündəliyimi  götürüb. Mən 

Bakıda olanda çantamdan götürüb, oxuyub. İndi ürəyim gəlmir ki, öz Şəxsi əŞyamı 

downloaded from KitabYurdu.org




ondan alım. Bilirəm ki, oxuyub. Mən istəsəm, onda oxuduqlarını üzümə vurar. Artıq 

səbrim yoxdu söz-söhbətə. Evdə ruh kimi gəzirəm. Çox sakit oluram. Əslində, heç 

də sakit deyiləm axı...  

İndi yenə də evdə təkəm, hava tutqundu. Səhər oyananda yenə narahat idim. Amma 

bu  dəftəri  də  yazmağa  ürəyim  gəlmirdi.  Bu  dəfə  də  kiminsə  oxuyacağından 

qorxurdum. Amma yazmasam, rahat ola bilmərəm.  

Sevimli günlüyüm, niyə  mən tək qalmalıyam? Mənim həmiŞə  Allahıma duam bu 

olub ki, «layiq olduğum həyatı qismət elə mənə, artıq heç nə istəmirəm». Yəni mən 

bunlara həqiqətən də layiqəm?..  

Heç  nə  yadımdan  çıxmır,  unutmaq  istəsəm  də,  çalıŞsam  da  alınmır.  Bu  gün  saat 

13:58, 24.08.08 tarixidir. Amma bütün həyatım tam dəqiqliyi ilə yadımdadı.  

Səhər  oyananda  da  oyanmaq  istəmirdim.  Bilirəm  ki,  bu  gün  tək  olacam  evdə. 

Təklikdən də çox qorxuram. Yenə yaŞadıqlarım bir-bir gözümün qabağına gələcək. 

Eyni həyəcanla, eyni streslə yenə də o hadisələri yaŞayacam elə bil. Hava tutqundu, 

yavaŞ-yavaŞ yağıŞ yağır, elə bil mənim bu gün özümdən asılı olmadan fikirləŞmək 

məcburiyyətində olduğum taleyimə hava da ağlayır.  

11/02/1989. Anam onda çox cavan idi, həm də ki, böyük bacım çox balaca idi. Mənə 

hamilə qaldığını biləndə anam heç sevinməyib. Əksinə, mənim doğulmamağım üçün 

hər  Şey  eləyib.  Onda  Mərdəkanda  yaŞayırlarmıŞ.  Hovuzun  üstünə  çıxıb  tullanıb, 

ağır  Şeylər  qaldırıb,  nə  qədər  eləyibsə  mənə  heç  nə  olmayıb.  Bəlkə  də 

imkansızlıqdan  ikinci  uŞağı  istəməmiŞdilər.  Onları  da  baŞa  düŞürəm.  Çünki 

mamagil imkanlı ailə olublar, papagil isə poçtalyon uŞaqları. Ona görə də mamanı 

papaya verməyiblər. Papa mamanı xalasıgilə qonaq gələndə qaçırıb. Evləri olmayıb, 

kirayə qalıblar. Nəysə... Axır ki, mən doğuldum. Mənim həyatımın çətin keçəcəyini 

təsəvvür etmək hələ ana bətnində olanda arzulanmayan uŞaq olmağımı və doğuŞda 

sol  ayağımın  zədələndiyini  (ayaqdan  doğulmuŞam)  bilmək  bəs  edərdi.  Təzə-təzə 

yeriyəndə axsayırammıŞ. Sən demə, sol ayağımda sümük çatıŞmazlığı varmıŞ. Bir 

downloaded from KitabYurdu.org




uŞaqçün yaŞamağın ən gözəl çağlarında mən 2 il gipsdə qalmıŞam ayağımdan. Qaça 

bilmirdim. HəmiŞə bir məclis qurulanda dayım məni qucaqlayıb bu əhvalatı danıŞır: 

«Nərgiz təzə dil açırdı, ayağını gipsə qoymağa hazırlaŞırdılar. UŞağı xəstəxanaya 

aparanda mən də getdim. Amma məni içəri girməyə qoymadılar ki, təkcə ata və ana 

girə bilər. Nərgiz də mənə elə bağlı idi ki... Nəysə... UŞağın ayağına gips qoymaq 

istəyirlər, uŞaq qoymur, ağlayır ki, dayı gəlsin. Axır ki, iŞçilərin biri bayıra çıxıb 

dedi ki, bu uŞağın dayısı kimdisə o gəlsin yanına. Mən içəri girdim, məni qucaqlayıb 

ağladı-ağladı.  Bir  az  sakitləŞdirəndən  sonra  gipsi  qoydular.  Nədənsə  bu  hadisəni 

danıŞanda hər dəfə dayımın gözləri dolur, axıra yaxın səsi titrəyir».  

Mən  atamı  doyunca  görməmiŞəm.  Çox  kasıb  olmuŞuq.  HəmiŞə  nəsə  çatmayıb. 

Papa çox vaxt Almaniyada olurdu. Usta idi. Biz də nənəgillə qalırdıq - Göyçayda. 

Öz  evimiz  yox  idi. 2  mərtəbəli  evdi –  yuxarıda 1 otaq, balkon, aŞağıda 2  otaq, 1 

aynabənd və balaca balkon, çox balaca da həyətimiz vardı. Yuxarıda biz qalırdıq, 

aŞağıda nənəgil.  

Elə vaxt olurdu ki, papa yaxŞı pul qazanırdı, elə olurdu ki, heç pulu olmurdu. Elə 

bir  vəziyyət  yenə  yaranmıŞdı.  Heç  pulumuz  yox  idi.  Böyük  bacımla  mən  oruc 

tuturduq.  QonŞu  bizi  orucaçdıya  çağıranda  doyunca  yeyəcəyimiz  səbəbindən  o 

qədər  sevinirdik  ki.  Balaca  bacım  isə  evdə  olan  bir  tikə  yavan  çörəklə  bir  təhər 

keçinirdi...  

Mən 5-ci sinfə keçirdim. Yayda Bakıya getdim, bütün tətili orda qaldım. Dayı məni 

gəlməyə qoymurdu. O vaxt dayımgil köhnə avtovağzalın yanında qalırdılar. Həyət 

evi idi. 15 ailə bir həyətdə qalırdı. Dayımın balaca oğlu vardı - Rasim. Hələ onda 

dayı  məni  övladlığa  götürmək  istəyirdi.  O  biri  il  bu  evlər  söküləcəkdi  və  təzə  ev 

alacaqdılar. Onu gözləyirdi ki, ev alsın, mən onlarda qalım. Artıq mən 6-cı sinifdə 

oxuyurdum. Soyuq yanvar ayının axırıncı günü idi. Gecə qapı döyüldü. Xəbər gəldi 

ki, babam – anamın atası rəhmətə gedib. Onların ata yurdu Ucar idi. Səhər məni də 

özləri ilə götürüb getdilər. Dayıgilin iŞləri olduğundan cəmi 3 gün qala bilərdilər. 

downloaded from KitabYurdu.org




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə