Nə SƏNİNLƏ, NƏ DƏ SƏNSİz varis



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix01.07.2018
ölçüsü0,63 Mb.
#52763
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12

Sonra getməli idilər. Mən də sarılıq xəstəliyi keçirmiŞdim deyə mədəm pis ağrıyırdı. 

Papagilin pulu yox idi, məni həkimə aparmağa. Dayı gördü ki, heç nə yeyə bilmirəm, 

mənə dedi ki, gəl bizimlə Bakıya gedək - həm də səni həkimə  apararam. Getmək 

istəyirdim, amma fikirləŞirdim ki, mənə orda dayıgil yaxŞı qulluq edəcəklər, amma 

burda nə bacılarım, nə papa, nə də mama o yeməklərdən tapmırlar. Gəldim papanın 

yanına  icazə  almağa.  İcazə  vermək  istəmirdi.  Özünə  sığıŞdırmırdı  ki,  onun  pulu 

olmadığını  bilsinlər.  Amma  əvvəlcədən  mənə  dayısının  qızı  demiŞdilər.  Hamısı 

imkansızlıqdan.  Heç  olmasa  övladlarının  birinin  istədikləri  kimi  böyüdüyünü 

görmək üçün məni dayımgilə övladlığa vermiŞdilər. Bunları indi çox-çox illər sonra 

lap yaxŞı baŞa düŞürəm.  

Getdim  Bakıya  yenə  dayıgilin  evinin  bir  sakini  oldum.  Ad  günümə  az  qalırdı. 

Xalaqızı GülŞənin də ad günü mənimlə eyni gündə idi. Xala öz qızına gözəl ad günü 

keçirtdi.  Məni  də  çağırdı  ki,  bir  yerdə  keçirək.  Heç  həvəsim  yox  idi.  Çünki  papa 

mənə zəng eləməmiŞdi təbrik eləməyə. Gözüm yolda qalmıŞdı.  

Ad günündən 1 həftə keçdi. Mənə dayıgil ad günümdə qırmızı Şalvar və jiletkadan 

ibarət dəst almıŞdılar. Ağ kofta ilə geyinirdim. Amma həmin gün dayımın yoldaŞı 

nə qədər dedisə, o paltarı nədənsə geyinmədim. 17 fevral – söz vaxtına çəkər, elə bu 

vaxtlar idi. Eyni hava. Kiçik dayım niŞanlı idi. Onun niŞanlısı xalası qızı idi deyə 

onlarda idi. Dayım uŞaqları ilə loto oynayırdıq. Dayım qızı kolbasa-çörək gətirdi. 

Məni  ağlamaq  tutdu.  Papam  üçün  darıxdım.  Onun  ən  sevdiyi  ərzaq  kolbasa  idi. 

Amma heç ala bilmirdi. Yeyə bilmədim. Hamama keçib gizlicə için-için ağladım. 

Heç bir saat keçmədi evə zəng gəldi. GülŞən nənəm götürdü dəstəyi. Nəsə dedilər, 

o da bayıra çıxıb dayıma dedi ki, tez evə gəl, İmran ölüb. Pəncərə açıq idi. EŞitdim, 

amma inanmadım ki, mənim papam ölüb. Elə bilirdim ki, papa, mama ölmür. O saat 

ağlıma gəldi ki, yəqin mamamın xalası oğlu var, onun da adı İmrandır, o ölüb. Yenə 

də pis oldum ki, onun uŞaqları ağlayacaq. Xalaqızı içəri keçdi, mənə baxdı, o saat 

dedi ki, get geyin, rayona gedirik, papan ölüb.  İnanmadım. Donub qaldım, heç nə 

downloaded from KitabYurdu.org




deyə bilmədim, heç ağlaya da bilmədim. Sonra üstümə qıŞqırdı ki, səninlə deyiləm, 

get  hazırlaŞ.  Artıq  onda,  elə  bil,  oyandım,  ağlamaq  tutdu  məni.  O  saat  ürəyimdə 

Allaha yalvardım ki, bizə səhv desinlər, gedib görüm ki, kaŞ papam ölməyib. Mənə 

təsəlli verən təkcə dayımın yoldaŞı idi. O da mənim yaŞımda olanda atası rəhmətə 

getmiŞdi.  Dayı  gəldi,  məni  qucaqlayıb  ağladı,  gözümün  yaŞını  silə-silə  dedi  ki, 

ağlama,  qızım,  sən  mənim  qızım  deyildin?  Bu  gündən  sonra  sənin  papan  mən 

olacam...  Ancaq  bunlar  heç  biri  papanın  yoxluğunu  baŞa  düŞməyimə  və  qəbul 

etməyimə təsəlli deyildi axı...  

***  

Yola çıxdıq. Yol boyu Allaha yalvardım ki, ölməsin. Gedib görüm ki, sağdır. Mənə 



dayım  məktəbdə  xərcləməyə  verdiyi  bütün  pulları  yığıb  saxlamıŞdım,  indi  əhd 

edirdim ki, təki atam sağ olsun, bu pulla qurban kəsərəm, kasıblara paylayaram.  

… Çatdıq, hava qaralmıŞdı. Nəhayət, həyətə girəndə ürəyim əsdi. Dünənki gün kimi 

yadımdadır. Palatka qururdular. Həyətə girdim, ağlaŞmanı eŞitdim. Ancaq yenə də 

içəri  girənə  kimi  ümidim  vardı  ki,  birdən  sağ  olar.  İçəri  keçdim,  evin  ortasına 

uzatmıŞdılar,  üstünə  qırmızı  parça  sərmiŞdilər.  Heç  kimə  baxmadan  qucaqladım, 

üzünü  açdım.  Öpdüm-öpdüm,  üzümü  dodaqlarına  yapıŞdırdım.  (HəmiŞə  kitab 

oxuyanda üzümü dodaqlarına yapıŞdırırdım ki, məni öpsün). Elə bildim öpəcək...  

Buz kimi idi...  

Bibim məni güclə çəkdi bir tərəfə. Onu qucaqlayıb soruŞdum ki, mənim papamı kim 

öldürüb. O ölməyəcəkdi axı... Bibi də heç nə deyə bilmədi. Həyətə düŞdüm, ayağıma 

taxta iliŞdi. Qaranlıq idi. İŞığı yandırdım, gördüm ki, tabutdu...  

Çox  pis  idim.  Səhərə  kimi  papanı  qucaqlayıb  oturmuŞdum.  Eləcə  də  yuxu  tutub, 

yuxulamıŞam.  Səhər  onun  barəsində  hər  Şeyi  yerli-yataqlı  soruŞdum.  O  vaxtlar 

rayonlarda  qaz  yanmırdı.  Papanın  ürəyi  porok  idi.  Səhər  evdəkilərlə  zarafatlaŞıb, 

sonra dağa odun yığmağa gedib, orda elə baltanı vurduğu yerdə ürəyi tutub. Dağda 

downloaded from KitabYurdu.org



bir çoban tanıyıb, evə xəbər gətirib. Evdə danıŞırdılar ki, mən Bakıdan gələnə kimi 

gözü tam yumulmamıŞdı. Mən gələndən sonra yumulub.  

KaŞ ki, nə olur olsun, onun yanında qalardım. Doyunca görə biləydim... Axı niyə 

bilmədim ki, onu belə tez itirəcəyəm...  

Səhər  artıq  dəfn  etməliydilər.  Çox  halsız,  donub  qalmıŞ  kimi  tabutun  arxasınca 

baxdım.  FikirləŞdiyim  təkcə  bu  idi  ki,  mən  ömrümün  axırına  kimi  papamı  görə 

bilməyəcəm.  

AxŞam  çox  pis  idim.  Məni  bibimin  oğluyla  mamamın  xalasigilə  göndərdilər. 

Bibimin  oğlu  qapının  ağzına kimi  ötürdü. Bilmirdim  ki, xalamgil  də burda  idilər. 

İçəri girdim. Həyətə çatmamıŞdan uzun, qaranlıq bir dalan keçib getmək lazım idi. 

YavaŞ-yavaŞ  içəri  keçdim.  Xalamın  gülüŞ  səslərini  eŞitdim.  İnanmırdım  ki,  yas 

evindən  çıxan  belə  gülsün...  Öz  xalası  uŞaqlarına  deyirdi  ki,  nə  yaxŞı  oldu, 

görüŞdük,  gör  neçə  ildi  bir-birmizi  görmürük...  Həyətdən  qab-qacaq  səsi  gəlirdi. 

Hiss  olunurdu  ki,  cürbəcür  yeməklər  biŞirirlər.  Heç  özümü  göstərmədim  onlara. 

Qayıtdım. Göyçayı çox yaxŞı tanıyırdım. Bilirdim ki, çay var. O vaxtı uŞaq ağlımla 

o cür zülmət qaranlıqda o çayı axtarırdım. Ölmək istəyirdim. Çox gəzdim. Artıq çox 

gec  idi.  Bir  də  gördüm  ki,  öz  məhəlləmizdəyəm.  Heç  kim  yatmamıŞdı.  Gizlicə 

yuxarı qalxıb papamın paltarlarını iylədim, qucaqlayıb onun yerində yatdım. Onun 

iyi getməmiŞdi... Elə bildim ki, onu qucaqlayıb yatacam...  

YaŞamaq  üçün  unutmaq,  unutmaq  üçün  ölmək  lazımdır…  Sadəcə  baxıŞmaq, 

ünsiyyət  ehtiyacından  doğub  sonda  ayrı  qala  bilməmək,  dəli-divanəlik  Şiddətinə 

qədər çatan sevgi adlı bir nəsnənin acı sonluğu, aksiomu sən demə, elə bu imiŞ…  

2 həftədir ki, oxucularım məndən soruŞurlar: Bu qız kimdir, nəçidir, indi haradadır? 

İnanın ki, siz necə, mən də elə. Heç bir bilgim yoxdur. Məndə olan bu 2 dəftərçədir. 

Orada  yazılanları  isə,  birlikdə  oxumaqdayıq.  Sonu  faciədir,  bilirəm.  Ancaq  bu 

faciəyə gedən yoldan inanın ki, bixəbərəm.  

downloaded from KitabYurdu.org



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə