Nə SƏNİNLƏ, NƏ DƏ SƏNSİz varis



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix01.07.2018
ölçüsü0,63 Mb.
#52763
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12

Beləliklə, “Heç bir oğlana üz verməyəcəm, heç bir sevgiyə yol vermək olmaz, yalnız 

təhsil” – deyib Sumqayıta gələn qızcığaz bir də onu gördü ki, sevir…  

***  

İimŞək vəfasızdır. Çaxar, sönər. O bir anlıq iŞıq elə bir anlıq sevincim kimi oldu. 



Mən də elə bir ŞimŞək iŞığından sevinəcəyimə aldanıb o iŞıqda Azəri gördüm. O 

iŞığın arxasınca getməyə can atdım.  

Axırı  nə  oldu?...  Tək  qaldım.  Mən,  ürəyim  və  tənhalığımda  mənə  dost  olan  göz 

yaŞlarım...  

Həmin günləri fikirləŞdikcə cavabsız suallar məni dəli eləyir. Mən sevdiyim insan 

bu, ola bilməz, axı məni özünə inandıran da o ola bilməzdi... O mənə belə vəfasızlıq 

eləməzdi axı... Mən indi nəyə inanım?  

BaŞqalarının  sevgisi  də  mənə  qəribə  gəlir.  Əgər  mənim  öz  gözümdə  az  qala 

ilahiləŞdirdiyim sevgim belə oldusa, indi hansı sevgidən söhbət gedə bilər?  

***  


Bir dəfə hava çox soyuq idi, o məni gözləyirdi. Biz praktikada idik. Məktəbdən çıxıb 

marŞruta  minirdiksə,  2  yol  var  idi  –  məktəbin  yanından,  bir  də  ki,  yolun  o  biri 

tərəfindən  gedən  marŞrutlar.  Biz  həmiŞə  yolun  o  biri  tərəfindən  gedən  marŞruta 

otururduq ki, yol uzun olsun. Yenə üŞüyürdüm. Əllərimi tutdu, bumbuz idim. Sonra 

köynəyinin  qol  düyməsini  açdı,  əllərini  keçirdi,  yenə  düyməni  bağladı.  Əllərimi 

isitməyə  çalıŞırdı.  Bir  əli  ilə  də  məni  qucaqlamıŞdı.  Bilmirəm,  özümdən  asılı 

deyildi.  BaŞqası  olsaydı,  onu  heç  yanıma  da  qoymazdım,  nəyinki,  əllərimdən 

tutmağa...  Amma  Azər  əllərimdən  tutanda  onu  sevdiyimi  ürəyimdə  dəfələrlə 

təkrarlayırdım.  

Onunla  hər  görüŞümüz  hər  xırdalığı  ilə  yadımdadır.  Noyabrın  əvvəli  idi.  Hava 

günəŞli  idi.  Azərin  dərsi  qurtarmıŞdı,  məni  gözləyirdi.  Dərsdən  çıxanda  qapıdan 

yenicə  aralanmıŞdıq  ki,  mənə  dedi  gəl  bu  gün  gəzə-gəzə  gedək,  bayaq  pulları 

uŞaqlara  verdim,  pulum  yoxdur.  Mənim  də  yol  pulum  yox  idi.  Getdik  parkda 

downloaded from KitabYurdu.org




oturduq. O ki var söhbət etdik. Mənə ailəsindən danıŞdı. Bacısının oğlunu dəhŞət 

çox istəyirdi. Bacısıoğlunun Şəkillərini mənə göstərdi…  

Bir  dəfə  biz  dərsdə  idik,  o  həyətdə  tək  oturmuŞdu.  Burak  Kutun  «Son  bahar» 

mahnısına  qulaq  asırdı  telefonda.  Ondan  yadımda  qalmıŞdı  ki,  o  bu  mahnını 

xoŞlayır. Biz parkda oturanda da mən telefonumda həmin mahnını qoydum. Mənə 

təəccüblə  baxdı  ki,  sən  hardan  bilirsən  ki,  mən  bu  mahnı  üçün  ölürəm?  Məni 

qucaqladı. Heç birimiz dinmədən sakitcə bu mahnıya qulaq asdıq.  

Onun yanında olmaqdan böyük xoŞbəxtlik yox idi mənim üçün. Hər gün, hər saat 

zəng  eləyirdi.  Kontur  qurtaranda  yanındakı  uŞaqların  telefonu  ilə  zəng  edirdi. 

Həyatımın  ən  Şirin  günləri  idi.  Bir  gün  həftənin  bazar  günü  evdə  idik.  Onu 

görməmiŞdim, dəhŞət darıxırdım. İŞdən çıxacağı vaxtlar olardı. Bazar günü yarım 

sutka iŞləyirdi. Zəng elədi.  

- Neynirsən?  

- Heç bekarçılıqdı. Evdə təkəm, darıxıram...  

- Mamagil hardadı ki?  

- Bakıya gediblər.  

Bir az fikirləŞdi... Sonra yenə dedi:  

- Gəlim sizə?  

İnanmadım ki, bu sözləri o deyib. Onun bizdə nə iŞi var? Yenə də soruŞdu:  

- Mənim balam, nə olar gəlim də sizə!!! Gör artıq 2 gündü səni görmürəm. Qapını 

açacaqsan, səni görüb gedəcəm. İçəri girməyəcəm.  

Nə deyəcəyimi bilmədim. Həm onu görmək istəyirdim, həm də ona heç cür yox deyə 

bilmirdim. Ona görə də razı oldum.  

Gəldi. Qapını döydü, elə həyəcanlı idim ki, qapını açdım. İçəri girdi. Üzümdən öpüb 

görüŞdü. Bir anlıq gözlərimə baxdı. Sonra baŞını qaldırıb evə göz gəzdirdi.  

- Mənimçün maraqlıdı, sən evdə neyniyirsən? Harda oturursan, harda yatırsan?...  

Güldüm. Dedim:  

downloaded from KitabYurdu.org




- Ay ürəyim, gör də.  

Mənə baxdı, elə qapının ağzındaca, heç ayayqqabılarını da çıxarmamıŞdı, belimdən 

tutdu,  sakit  dinmədən  məni  öpməyə  baŞladı.  O  hissləri  yazmaqla  izah  eləmək 

mümkün deyil. 19 yaŞım vardı. Həyatımın birinci öpüŞü – sevdiyim insanın məni 

öpməyi...  Heç  cür  etiraz  eləyə  bilmirdim.  Yuxu  görürdüm  elə  bil.  Birdən  özümə 

gəldim.  

- Neynirsən? Sən elə buna görə gəlməyə can atırdın? Sənə bu, lazım idi? İstədiyini 

aldın, indi çıx get. Mən sənin üzünə necə baxacam?  

Ağlamaq tutmuŞdu məni. Pis olmuŞdum. Elə bilirdim artıq mən pis qız oldum. Azər 

də pis oldu. Yenə məni qucaqladı.  

- Sənin baŞın xarabdı? Elə Şeyi niyə fikirləŞirsən? Mən səni istədiyim üçün sənə 

yaxın  olmaq  istəyirəm.  Səni  istəməsəydim,  heç  bunu  eləyərdim?  UŞaqlıq  eləmə, 

Şirin balam, burda nə var ki? Qorxma.  

Gözümün yaŞını silib üzümdən öpdü. Onu heç içəri oturmağa da çağırmadım. Getdi.  

Bütün günü qorxu içində oldum. Elə bilirdim ki, hamı onun məni öpdüyünü bilir. O, 

bütün gün ərzində mesaj yazdı, zəng elədi. Pis olduğumu görmüŞdü axı…  

Səhər həftənin 1-ci günü idi. Dərsə gələn kimi həyəcanla Vəsiləni (10 günə yaxın 

onların  qrupunda  oxumuŞdum,  onunla  çox  yaxın  rəfiqə  olmuŞdum)  tapdım.  Ona 

danıŞdım olanları...  

O da feminist olduğuna görə bir az ağıl verdi.  

Səhər məktəbdə də Azər könlümü almağa çalıŞdı. Dərsdə oturdum. Qapının ağzında 

durub elə hey mesaj yazırdı…  

***  

Neçə gün sonra yenə də onunla gedəsi oldum. Yolda mən onun xətrinə dəydim, yol 



boyu mənimlə danıŞmadı. Evə çatana yaxın onu öpdüm ki, gəl barıŞaq. Dedim, bir 

də səninlə dalaŞmaq istəmirəm, səni çox istiyirəm axı...  

downloaded from KitabYurdu.org



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə