Nə SƏNİNLƏ, NƏ DƏ SƏNSİz varis



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix01.07.2018
ölçüsü0,63 Mb.
#52763
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12

Yenə gəlib məni qucaqladı.  

- Canım, mənim olduğun üçün peŞmansan?  

- Yox, amma...  

-  Onda  heç  nəyi  fikirləŞmə,  mən  səni  hamıdan  çox  istəyirəm.  Sən  mənim  hər 

Şeyimsən.  

Azər getdi. Hələ də inana bilmirdim baŞ verənlərə. AxŞama kimi də hər dəqiqə zəng 

eləyirdi.  

- Özündən muğayat ol. Soyuq suda çox qalma. Çox nazik geyinmə. Eyvana çıxma...  

Öz-özümə fikirləŞirdim: Görəsən, bir az da olsun, peŞmançılıq çəkmirəmmi?  

Yox!  Sevdiyim  insanın  olmuŞam.  Dəqiq  bilirdim  baŞqasını  sevməyəcəyimi.  Ona 

görə  də  onun  olduğumçün  peŞman  deyildim.  Həyatımda  nə  olur  olsun,  ondan 

baŞqası olmayacağına əmin idim.  

Məktəbdə  hər  dəqiqə  zəng  eləyirdi.  Təklik  axtarırdıq.  Bir-birimizin  yanında 

olmaqçün. Hər fürsətdə öpürdük bir-birimizi.  

Artıq  dünyam  dəyiŞmiŞdi.  Mən  onun  idim.  Onun  olmuŞdum.  Bu  söhbəti  təkcə 

Vəsiləyə danıŞdım. O ki var deyindi. Hər Şeydə məni günahlandırdı. Sonra köhnə 

dostum – hazırlıq vaxtından çox yaxın dostum Gülərə danıŞdım. Onun reakisyası o 

qədər də qəribə deyildi. Bir az danlasa da, hardasa məni də baŞa düŞürdü.  

Mənə elə gəlirdi ki, Azər mənə daha da bağlanmıŞdı...  

Yenə də təklik axtarırdıq. Bir gün yenə tək idim. Artıq onun bizə gəlməyi adi hal 

kimi idi. Elə bilirdim artıq evlənmiŞik. Həm də ki, evlilər necə olur ki? Elə bir evdə 

olurlarsa,  əlaqələri  varsa,  bir  yeyib,  bir  içirlərsə,  evlilik  bu  idisə,  bunların  hamısı 

bizim də aramızda vardı. Gəldi bizə, yenə bir yerdə yemək yedik. Onun məndən çay 

istəməyi də mənə baŞqa cür xoŞ gəlirdi. Yenə də münasibətdə olduq. Bu hal artıq 

4-5 dəfə olmuŞdu aramızda. Bir dəfə də məndən soruŞdu ki:  

- Balam, bizim niyə uŞağımız olmur?  

- Artıq uŞaq da istəyirsən?  

downloaded from KitabYurdu.org




- Hə niyə də ki, olmasın? Amma qız olsun.  

O  uŞağı  beynimə  elə  saldı  ki,  indi  də  uŞaq  xəstəsiyəm.  UŞaqlarçün  ölürəm.  Öz 

uŞağımın  olmasını  çox  istəyərdim.  Hələ  o  uŞaq  canımdan  da  çox  sevdiyim 

Azərimdəndirsə, hələ gör onda necə olar...  

Elə bil Allah özü Şərait yaradırdı. Həftədə azı iki dəfə mən evdə tək olurdum. Mən 

tək olanda  o  mütləq bizə  gəlirdi. Elə  bilirdim  o  mənim  ərimdi, iŞdən  gəlir... Çox 

Şirin hisslər idi. Artıq əlaqələrimiz çoxaldıqca içimi qorxu bürüyürdü. Nədənsə ən 

böyük  arzum  olsa  da  hamiləlikdən  qorxurdum.  Ürəyim  bulanırdısa,  nəsə  bir  Şey 

istəyirdimsə, ürəyimi qorxu hissi alırdı ki, artıq hamiləyəm. Hələ heç 20 yaŞım da 

tamam  olmamıŞdı,  o  uŞaqla  neyləyərdim?  Həm  də  onun  olmuŞdumsa  da,  yenə 

ayrılıqla bağlı narahatlıq məni rahat buraxmırdı. Amma çalıŞırdım ürəyimə  yaxın 

buraxmayım  o  hissləri.  Hər  Şey  çox  yaxŞı  idi.  Gözüm  ondan  baŞqa  heç  kimi 

görmürdü. Özlüyümdə bir Şeyə tam inanırdım ki, Azəri sevirəm, nə olur olsun ona 

xəyanət  eləmərəm,  onu  heç  kimə  dəyiŞmərəm.  Onun  da  məni  sevdiyinə  özümü 

inandırmıŞdım.  

***  


Dekabrın əvvəlləri idi. Bir yağıŞlı gün idi. Biz təcrübədə olmalı idik. Amma elə oldu 

ki, öncə texnikuma gəlib ordan gedəsi olduq. YağıŞ yağırdı, həyətə düŞüb müəllimi 

çağırmalı idim. Üzümü çevirəndə gözlərimə inanmadım.  

Azər, yanında bir qız, o qızın da rəfiqəsi yanında... Heç nə demədim. Mənə əvvəllər 

söz  arasında  demiŞdi  ki,  bizim  qohumluqda  bir  qız  burda  oxuyur,  onu  mənə 

tapŞırıblar, arada ona nəzarət eləyirəm.  

Düzdü, qısqandım, amma özümü sındırıb heç ona zəng də eləmədim. Heç özümü də 

inandırmadım ki, o məni aldadar. Elə Şeyi ağlıma da gətirmədim. Ona gözüyumulu 

inanırdım. Bir saatdan sonra özü zəng elədi.  

- Neynirsən, balam? Dərsdən çıxanda mənə deyərsən, sizi gəlib götürərəm.  

downloaded from KitabYurdu.org



Saat  3-də  dərsimiz  qurtardı.  Yenə  əvvəlki  kimi  yolumuzu  uzadaraq  marŞrutla 

gedirdik. SoruŞdum ki, o yanındakı qızlar kim idi, heç mənim tərəfə də baxmadın.  

-  Canım,  sənə  demiŞdim  də,  qohum  qız,  bax  o  qız  idi,  məndən  xahiŞ  elədi  ki, 

xalasıgilə  aparım.  Görmədin,  qrup  yoldaŞı  da  yanında  idi?  Bəs  sən  nə 

fikirləŞmiŞdin?  

-  Heç.  Bilirəm  ki,  sən  mənə  xəyanət  eləmərsən.  Həm  də  elə  çirkin  qızla.  İncimə 

qohumunuz  da  olsa  heç  də  gəŞəng  qız  deyil.  Mən  ondan  həm  Şirinəm,  həm  də 

qəŞəng. Elə deyil ki?  

- Sən mənim Şirin balamsan, mən səni çox istəyirəm.  

Hələ də yağıŞ yağırdı. Biz marŞrutda oturanda əl-ələ tuturduq. Mini yubkalı bir qız 

marŞrut  gözləyirdi.  HəmiŞə  mən  oturduğum  tərəfin  pəncərəsini  bağlayan  Azər 

gözucu o qızı gördü. Biz ən arxa tərəfdə oturduğumuz üçün arxa pərdəni aralayıb o 

qıza baxmaq istəyirdi. Mənə baxıb Şirin-Şirin güldü. Guya zarafat edir. Sonra üzünü 

çevirib yenə də pərdəni aralamağa çalıŞdı.  

Əlini bərk tutub biləyindən yuxarıda dırnaqlarımla qollarını çimdiklədim. QıŞqırdı...  

- Neyləyirsən, incidir axı?  

- Qıza baxacaqsan?  

- Yox. Nə olar çimdikləmə.  

Əlimi çəkən kimi güldü, məni yenə, guya, hirsləndirmək üçün arxa pərdəni aralamaq 

istədi. Bu dəfə qoluna girib dirsəkdən büküŞ yeri çimdiklədim.  

- Aaaa. Eləmə də...  

Düzdü,  qız  artıq  çoxdan  baŞqa  marŞruta  oturub  getmiŞdi.  Amma  mən  onu 

qısqanırdım.  Onu  heç  kimlə  paylaŞmaq  istəmirdim.  Ona  heç  kimin  baxmağını 

istəmirdim.  

***  

Neçə gün keçdi. Onda bizim sinif əsas korpusun 2-ci mərtəbəsində idi. Pəncərədən 



həyətə baxırdım. Sonra qızlar gəldi. BaŞım onlarla söhbətə qarıŞdı, üzümü çevirib 

downloaded from KitabYurdu.org




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə