Nə SƏNİNLƏ, NƏ DƏ SƏNSİz varis



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix01.07.2018
ölçüsü0,63 Mb.
#52763
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12

həyətə baxanda o qızla Azəri o biri korpusa gedən gördüm. Lap hirsləndim. Bu dəfə 

Azərə zəng elədim.  

- Deyəsən, artıq hər səhər, günorta o qızı sən aparıb gətirirsən hə?  

-  Nə  danıŞırsan?  Dəlisən?  O  mənim  qohumumdu,  dedim  də  sənə.  Sadəcə  yolda 

gördüm. SalamlaŞırdıq.  

Ona  inanırdım.  Mənim  onu  sevdiyim  kimi,  onun  da  məni  sevdiyinə  inanırdım. 

Susdum ki, eybi yox, qohumudur, söz verib. Mənə heç nə bildirmirdi. Amma hərdən 

günorta dərsdə olmurdu, telefonu da kodda olurdu. SoruŞanda da deyirdi ki, iŞdə 

oluram, o vaxtlar telefon iŞlətməyə icazə vermirlər.  

Günlər  keçirdi.  Onunla  demək  olar  ki,  yaŞayırdıq.  Dekabr  davam  edirdi. 

Problemimiz  yox  idi.  Zaçotlar  baŞladı.  Bizim  pulumuz  yox  idi.  Anama  deməyə 

çəkinirdim. Ona görə də özüm oxuyub heç olmasa bəzi fənləri özüm vermək istədim. 

İlk  zaçot  idi.  Səhərə  kimi  yuxusuz  qalıb  zaçota  hazırlaŞmıŞdım.  Elə  həyətə 

düŞürdüm ki, müəllimi tapım, birdən...  

Gözlərimə inana bilmədim. Beynim dondu, o anda heç nə fikirləŞmirdim...  

Azər həmin qızın belindən tutub bir kənarda durmuŞdu. Bəlkə də elə bilirdi ki, mən 

dərsə  gəlməmiŞəm.  Onların  yanlarından  keçdim  ki,  görüm  Azər  gözlərimə  baxa 

biləcəkmi?  Baxdı  da.  Gözlərimi  çəkmədim,  üzünə  baxıb  yanlarından  keçdim. 

Qayıdanda isə yenə gördüm ki, qızın əlindən tutub getdilər. Sinfə necə qalxdığımı 

bilmədim.  Çox  pis,  inanılmaz  dərəcədə  pis  halda  idim.  1-2  saat  keçdi.  Azər 

sinfimizin yanında durub mənə baxırdı. Bu dəfə isə onun üzünə də baxmadım. Evə 

gəldim, zəng elədi, cavab vermək istəmədim. Amma nə deyəcəyi, hansı üzlə hansı 

bəhanəni, hansı  açıqlamanı söyləyəcəyi  çox  maraqlı idi. Cavab verdim, bircə onu 

dedi ki, səni bir də o halda görmək istəmirəm.  

- Səncə, bu halı kim yaratdı?  

- Balam, uzun söhbətdi, sənə izah eləyəcəm.  

downloaded from KitabYurdu.org



Artıq mən qərarımı da vermiŞdim. Onu son dəfə görüb, ayrılacağımı deyəcəkdim. 

Amma  yenə  də  ürəyimdə  ona  inam  qalmıŞdı.  Bəlkə  də  gördüklərimə  inanmaq 

istəmirdim. Səhər dostu Muradı görən kimi yanına qaçıb soruŞdum?  

- Murad, qaqaŞ, qurban olaram düzünü de. Azərin yanındakı o qız kim idi?  

Murad bir az fikirləŞib gülümsədi və dedi:  

-  Aa,  bəs  nə  yaxŞı  Azər  deməyib?  O,  qızı  -  Tahirəni  deyirsən  də.  O  qız  Azərin 

istədiyi qızdı. 2 ildi bir yerdədilər.  

Yenə inanmaq istəmirdim.  

- Nə danıŞırsan? Axı o qız eybəcərdi. QəŞəng də deyil. Azər onu sevə bilməz axı!  

Murad yenə gülümsədi:  

- O sənin gözündə elədi.  

Demək, Azər – mənim təslim olduğum, sevdiyim Azər məni aldadırmıŞ?  

Günorta dərsdən çıxmağa az qalmıŞ ona zəng elədim ki, görüŞək, sənə sözüm var.  

26 dekabr olardı, səhv etmirəmsə. Soyuq, amma günəŞli hava... Üzü aŞağı yol var, 

dənizə tərəf, orda, düz yolda, ortalıqda skamyalar var. Oturduq. Mən baŞladım...  

-  Nə  olar,  üzümə  bax,  de  də.  Məni  heç  sevmədin?  Sənin  elədiyini  ya  o  adama 

eləyərsən ki, o adama nifrət eləyirsən, ya da o adam sənin üçün heç kimdi. Sən də 

belə elədin, niyə? Onu sevirdinsə, bəs niyə ona xəyanət elədin? Bəs məni niyə yarı 

yolda  qoydun?  Artıq  mən  səninlə  heç  danıŞmaq  da  istəmirəm.  Ürəyində  baŞqası 

olan adamın mənim yanımda nə iŞi var? Mən nəyəm ki, səninçün?  

Özümü  saxlaya  bilmədim.  Mən  baŞımı  aŞağı  salıb  ağlayıram,  Azər  əyilib  üzümə 

baxır, gözümün yaŞını silirdi...  

- Mənə bax, sən mənə görə ağlayırsan? Dəlisən ee. Ağlama heç kimə görə. Sənin 

göz  yaŞına  dəyməz.  Mən  ona  söz  vermiŞdim.  Ona  görə  ayrıla  bilmirəm.  Əgər  o 

olmasaydı,  mən  səninlə  axıra  kimi  gedərdim.  Arxayın  ol, həmiŞə  gözüm  üstündə 

olacaq.  Nə  problemin  olsa,  mənə  de,  bizim  aramızda  olanlar  da  ki,  elə  bizim 

aramızda qalacaq. Söz verirəm! Mən həmiŞə səni axtaracam.  

downloaded from KitabYurdu.org




Dinməz-söyləməz  durub  evə  yollandım.  Çünki,  deyiləsi  nə  sözüm  olacaqdı  ki? 

Birinci dəfə idi ki, o adımı çəkirdi. Mən yolu keçirdim, artıq danıŞmırdım. İçimdə 

ağlayırdım, arxadan çağırırdı:  

- Nərgiz... Nərgiz...  

Çevrilmədim, gəlib qolumdan tutdu.  

- Nə olub sənə... yaxŞısan? Piyada getmə.  

Məni  maŞına  mindirdi.  Evə  çatana  qədər  də  zəng  elədi...  Ancaq  mən  telefonu 

götürmədim...  

... İlahi, necə də asan, necə də rahatca siviŞib aradan çıxdı. Məni qızlıqdan, vüqar və 

namusdan məhrum edən, mənə bir dünya iztirab və acı yaŞadan bu bəni-insan necə 

də  əziyyətsiz  özünü  təmizə  çıxardı:  «Mən  ona  söz  vermiŞdim.  Ona  görə  ayrıla 

bilmirəm. Əgər o olmasaydı, mən səninlə axıra kimi gedərdim...»  

Niyə  axı  hər  Şey  belə  oldu?  Niyə  belə  sındırdı,  alçaltdı  məni?  Yolunda  hər  Şeyə 

hazır olduğum, uğrunda ölümə belə gedəcəyim, ilk və son sevgim olan birisi niyə bu 

qədər zalım və vecsiz çıxdı?  

Ağlayırdım, hönkürürdüm... Heç cür sakitləŞə bilmirdim. Hər Şey birandaca məhv 

olmuŞdu. Gözəl bir toy mərasimində gəlinlik libasında oturmaq, ailə qurmaq, uŞaq 

dünyaya  gətirmək,  ana  olmaq...  Gör  bir,  gənc  bir  qız  üçün  ən  ideal,  ən  gözəl 

sayılacaq neçə-neçə arzularımdan məhrum olmuŞdum...  

Göz yaŞlarım telefonumun üstünə tökülürdü. Onun zəngi isə artıq kəsilmiŞdi...  

Sevgi və nifrət… Vüsal və həsrət… QovuŞuq və ayrılıq… Əks qütblər. Bir-birindən 

doğan və bir-birini məhv etməyə hazır olan əks qütblər…  

Onların sevgi dolu günləri də sona çatdı, əli qılınclı ayrılıq bir anda araya girib hər 

Şeyi doğram-doğram etdi.  

Bəzən insan oturub öz həyatını saf-çürük etmək  məqamına çatanda dəhŞətə gəlir. 

Bir ömür üçün yəni bu qədər səhvlər etmək olarmı?  

downloaded from KitabYurdu.org



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə