Nə SƏNİNLƏ, NƏ DƏ SƏNSİz varis



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix01.07.2018
ölçüsü0,63 Mb.
#52763
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   12

Səhərə kimi için-için ağlayıb Allahımdan kömək istədim. Anam hər namaza duranda 

məni  oyaq  görüb  məətəl  qalırdı  ki,  sən  niyə  oyaqsan?  O  pis  olmasın  deyə,  ürəyi 

onsuz da ağrıyır, ürəyinə götürməsin deyə min bəhanə gətirirdim ki, narahat olmasın.  

Səhər ağlıma gələn, axırıncı ümidim “səninçün canımı da verərəm, ölərəm” deyən 

Pərviz oldu. O dərhal razı oldu, yarım saata çatdıracam söylədi. Çatdırdı da.  

- Öz pulumdu, sənə qurbandı, haçan olar, onda qaytararsan.  

Tez getdim Ramilin pulunu qaytarmağa. Pulu qaytarandan sonra xeyli rahatlaŞdım.  

Aradan 1 həftə keçdi. Mənsə günü-günə satırdım ki, dayı gələcək. Yenə zəng elədim, 

dayımın yoldaŞı yenə pis idi. Az qala ağlaya-ağlaya söylədi:  

- Ona zəng çatmır, artıq 10 gündən çoxdur ki, zəng çatmır. Burda aləm qarıŞıb bir-

birinə. Gecə-gündüz ağlayıb dua eləyirik ki, baŞına pis Şey gəlməsin.  

Bir  səhər  gördüm  Pərviz  mesaj  yazıb  ki,  bəlkə  borcunu  qaytarasan,  mənim  pula 

ehtiyacım var...  

Öləydim də bu günü görməyəydim kaŞ ki.  

Zəng  elədim  Pərvizə,  onun  səs  tonu  heç  vaxt  yadımdan  çıxmazdı.  Ondan  vaxt 

istədim,  izah  elədim,  o  isə  mənə  heç  qulaq  da  asmırdı.  Hər  dəqiqə  zəng  eləyib 

qıŞqırırdı  ki,  pulumu  çatdır.  Bir  axŞam  yenə  zəng  elədi.  Elə  bil  mənə  yalvaran, 

ünsiyyət qurmaq üçün dəridən-qabıqdan çıxan, bir xoŞ söz eŞitmək üçün boynunu 

burub gözləyən Pərviz heç həyatda olmamıŞdı. Mən axı indi ondan asılı idim…  

- Nərgiz, mən bilmərəm. Pulu çatdır. 1 gün vaxt verirəm sənə.  

-  Pərviz,  qurban  olum  gözlə,  dayı  gələcək,  elə  həmin  gün  qaytaracam.  İndi  mən 

hardan tapa bilərəm axı. Heç kimim yoxdur, ona görə sənə əl açdım da.  

- Mən bilmirəm, get özünü sat, neyniyirsən elə, pulumu qaytar.  

Allahım, mən bu sözləri də eŞitdim, necə götürdüm, necə dözdüm bəs?  

Yadıma mənə I semestrdən eŞq elan eləyən Sübhan düŞdü. O da Pərviz kimi dalımca 

düŞür, mənə yalvarırdı. Əlacım yox idi. Dayı gələnə kimi o pulu tapmalı idim. Onun 

nömrəsini yığanda rəqəmin birini səhv yığmıŞam, xəbərim olmayıb, baŞqa nömrəyə 

downloaded from KitabYurdu.org




zəng  gedib.  Ancaq  cavab  gəlmədi.  Yenə  gecə  boyunca  ağlayıb  Allahdan  möcüzə 

yalvarırdım. Gecənin bir vaxtında zəng gəldi, ağlayırdım, bu, demə hiss olunurmuŞ. 

Yad adam idi. Mehriban səslə dedi:  

- Xanım, bu nömrədən zəng gəlib.  

- Aa, bağıŞlayın, yəqin rəqəmləri səhv salmıŞam, səhv düŞmüŞəm, bağıŞlayın!  

- O nə söhbətdi. Olan Şeydi.  

Əlaqəni kəsdim. Aradan yarım saat keçərdi. Yenə zəng elədi.  

- Xanım, sizin səsiniz pis gəlir, nəsə olub?  

Məni ağlamaq tutdu yenə.  

- Yox, heç nə...  

- Xanım mən də təkəm, dərdinizə ortaq ola bilərəm. Bəlkə bir köməyim dəyə bilər.  

Özümdən asılı olmadan ağlaya-ağlaya ona danıŞdım olanları.  

-  Siz  elə  50  manata  görə  belə  dərd  çəkirsiz?  Mənim  adım  Osmandır,  Razində 

iŞləyirəm, səhər gəlib məndən götürün. Heç borc da vermirəm. Sizə bağıŞlayıram. 

Bu nə böyük puldur ki? Mən sizi sabah gözləyirəm.  

İnana  bilmirdim.  Yəni,  Allahım  mənə  möcüzəni  göstərdi?  Gözləmədiyim, 

tanımadığım birisi yaxŞılıq edəcəkdi mənə?  

Səhər  tezdən  durub  Bakıya  getdim.  Razində  heç  vaxt  olmamıŞdım,  odur  ki, 

ümumiyyətlə  tanımırdım,  ancaq  tapdım,  soruŞa-soruŞa.  Əlacım  nə  idi  axı...? 

Pərvizin zəngləri, mesajları susmurdu. O oğlan da məni tapdı. Kök, sarıŞın oğlan 

idi,  dostu  da  vardı  yanında.  Özümü  necə  hiss  elədiyimi  fikirləŞmək  də  məni  dəli 

eləyir. Orda, mən belə baŞa düŞdüm ki, marŞrutların axırıncı dayanacağı kimi bir 

yer  idi. Çox  marŞrutlar  var idi. Sürücülər yerlərini dəyiŞirdilər.  Məni apardı kafe 

kimi  bir  yerə.  Amma  heç  kim  yox  idi.  Dedi  ki,  indi  çay  gətirəcəklər.  BaŞımı 

qaldırmağa  da  utanırdım.  Oğlan  bir  az  keçdi,  qapını  içəridən  bağladı.  Mənə 

yaxınlaŞmaq  istədi.  Qorxdum,  çəkildim  bir  küncə.  Üstümə  qıŞqırdı  ki,  soyun, 

mənimlə olmalısan.  

downloaded from KitabYurdu.org




Ağlayıb yalvardım, ancaq qulaq asmır, üstümə qıŞqırırdı:  

- Burda sənin səsini heç kim eŞidib gələn deyil, özünü yorma. Burda ancaq ikimizik.  

Çox qorxurdum. Titrəyə-titrəyə diz çökdüm onun ayaqları altına, yalvardım ki, mənə 

heç nə eləmə, qoy çıxıb gedim.  

Qulaq asmaq istəmirdi.  

- Sən qəhbə deyilsən? Burda nə iŞin var? Ya mənimlə olacaqsan, ya da indi səni elə 

döyəcəm ki, yerində qalacaqsan.  

Biz bəzən baŞqalarına qarŞı olduqca biganə oluruq. Halbuki kiçicik bir diqqətimiz, 

azacıq qayğımız kimisə böyük faciədən xilas edə bilər. Niyə beləyik?  

Nərgizin  baŞına  gələnlər  oxucularımızı  çox  təsirləndirir.  Zənglərin,  SMS  və  e-

maillərin ardı-arası kəsilmir. Hamı talenin sərt zərbələri qarŞısında tək-tənha qalmıŞ 

bu zavallı qızcığaza öyüd-nəsihət vermək, nədəsə yardımçı olmaq istəyir… Ancaq 

vaxtında  onun  hansı  çətinliklərlə  üzləŞdiyini  bilə-bilə  heç  kəs  ona  kömək  əli 

uzatmadı. KiŞilik adına ləkə gətirən bəzi alçaqlar isə onun köməksizliyindən istifadə 

etməyə  çalıŞdılar...  Səhvən  bir  telefon  nömrəsi  yığıb  tanımadığı  Şəxsin  təkidli 

xahiŞindən  sonra  baŞına  gələnləri  danıŞan  Nərgiz  həmin  Şəxsin  ona  köməklik 

göstərəcəyindən çox sevindi. YaxŞılığa və xeyirxahlığa həsrət qalan Nərgiz bu qəfil 

yaxŞılıq təklifindən hədsiz sevinc duydu.  Sən demə, bu  Şəxs onun  insanlara  olan 

inamının son zərrəciklərini də alt-üst etmək istəyirmiŞ…  

Dəftərlərə qayıdaq.  

Gözümün yaŞına, sözlərimə fikir vermirdi. Birdən bayaq onun yanında olan oğlan 

qapını döydü. Bu, özünü itirdi, qapını açmağa getdi. Mən də bir küncə sıxılıb yenə 

Allahıma  yalvardım  ki,  mənim  ondan  canımı  qurtarsın.  Oğlan  ona  nə  dedisə,  bu 

getdi, dostu qaldı otaqda. İndi də ona yalvardım. Dostu soruŞdu:  

- Sənin burda nə iŞin var? O sənə heç nə eləmədi? Bu cür qəŞəng qızsan, burda nə 

gəzirsən?  

Ağlayırdım söz tapmırdım.  

downloaded from KitabYurdu.org




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə