Nə SƏNİNLƏ, NƏ DƏ SƏNSİz varis



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix01.07.2018
ölçüsü0,63 Mb.
#52763
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   12

O məni yola saldı, Sumqayıta ağlaya-ağlaya qayıtdım.  

Artıq  iyulun  2-si  idi.  Yol  boyu  Pərvizin  zəngi  susmurdu.  Mesaj  yazdı  ki, 

“Almalı”nın yanında səni gözləyirəm. Pulu qaytarmalısan…  

Həmin  günlərdə  qızlarımız  bəzənib  gələndə,  deyib-güləndə,  mən  qıraqda  oturub 

borcumu  fikirləŞirdim.  Hər  gün  dəniz  qırağına  gedirdim.  Nəsimi  parkından  düz 

aŞağı düŞəndə orda qayalıqlar vardı. Sağ tərəfə gedəndə isə dənizin 1-2 metr içində 

tək daŞ vardı, orda oturub, dizimi qucaqlayıb, baŞımı əllərim arasına alıb saatlarla 

fikirləŞirdim,  çıxıŞ  yolu  axtarırdım,  ağlayıb  dənizə  dərdimi  danıŞırdım.  Bu  yerə 

vaxtı ilə Azərlə gələrdim. Bir dəfə qoca nənə, baba vardı. Baba mənə dedi:  

- Ay qızım sənə nə olub? Üzündən dərd yağır, niyə dənizin ortasında tək oturmusan? 

Nə dərdin var?  

Cavab verə bilmədim...  

İndi  mən  dənizə nifrət  edirəm.  Dəniz  qırağında  axŞamacan  ağlamıŞam.  Allahım, 

atam olsaydı, belə olmazdı axı. Sən niyə bizi belə çarəsiz qoydun axı. Tələbəliyi elə 

arzulayırdım  ki.  İndi  qızlar  səhər  geyinəcəyi  paltarı  fikirləŞirdilər.  Onların  dərdi 

geyimləri, makiyajları, sevgililəri idi. Mənimsə elə Şeyləri fikirləŞmək imkanım yox 

idi. Mən ancaq borcumu fikirləŞirdim…  

Avtobusda yanımda bir kiŞi oturmuŞdu. Mənə baxdı:  

- Niyə ağlayırsan?  

Dinmirdim.  

Kartını mənə uzadıb dedi: - Ağlama, sənə necə kömək eləyə bilərəm? Mən Şirkətdə 

iŞləyirəm. İstədiyin vaxt zəng elə mənə, kömək olaram.  

Mən  ona  bir  kəlmə  söz  də  demədim.  O  danıŞdı,  kartını  qoyub  düŞdü.  Mən  də 

düŞəndə Pərviz məni tutdu. Hələ hava açıq idi. Pərvizə yalvarırdım ki, 1-2 saat vaxt 

versin.  Mən  üzümü  çevirən  kimi  gördüm  ki,  Pərviz  bizə  gedir.  Biz  də  “Almalı” 

tərəfdə qalırıq axı... Yalvardım, ağladım. Cəmi 1 saat yarım vaxt verdi. Çarəsiz evə 

getdim.  

downloaded from KitabYurdu.org




Sabir zəng elədi, sən demə, əsgərlikdən qayıtmıŞdı. Söylədi:  

- Pəncərəyə çıx, gəlmiŞəm.  

Heç evlərinə də getməmiŞdi. İlk öncə məni görməyə gəlmiŞdi. Sumqayıtda əsgər 

yoldaŞı  vardı,  gecə  orda  qalacaqdı.  Anam  onun  üçün  yemək  hazırladı.  Mənimsə 

fikrim  saatda  idi.  Bu  narahatlığımı  Sabir  də  hiss  eləyirdi.  Demək  olar  ki,  onların 

ailəsi ilə bizim ailəmiz bizi sözlü bilirdilər. Həm də ki, Sabir əsgərlikdən gələndən 

sonra uzağı 1 aya toyumuzun olacağını xəyalında qurmaqda idi.  

Anama dedi:  

- Xala, icazə versəydiz, Nərgizi oğurlayardım... Söhbətim var.  

Anam  icazə  verdi.  Evdən  çıxdıq,  narahatlığımı  görürdü,  soruŞdu  sənə  nəsə  olub, 

niyə  danıŞmırsan?  Uzağı  bir  aya,  bir  ay  yarıma  sən  mənim  qadınım  olacaqsan. 

Aramızda sirr olmasın. Nə olub, mənə deyə bilərsən?  

Nəsimi  parkının  içiylə  keçib  dəniz  kənarına  tərəf  yollandıq,  Pərvizə  borcum 

olduğunu danıŞdım.  Pərvizin telefon  nömrəsini  götürdü.  Ona  zəng  elədi. Çağırdı, 

pulunu qaytardı.  

Pərviz onu qırağa çəkdi, nəsə söhbət elədilər. Pərviz getdi, Sabir heç nə olmamıŞ 

kimi  dedi  ki,  gedək  oturaq,  söhbət  eliyək.  Nəsimi  parkından  aŞağı  -  dənizə  tərəf 

gedən yolda sağ tərəfdə ağaclar vardı, onların arasında bir ağac qırılıb uzanmıŞdı. 

Skameyka kimi idi. Mənzərəsi də qəŞəng idi. Oturduq orda. Hava qaralmıŞdı. Sabir 

onu  tanıdığım  gündən  bu  günə  kimi  birinci  dəfə  idi  əlimdən  tutdu.  Dizlərini  yerə 

qoyub danıŞdı:  

- Nərgiz mən səni gördüyüm gündən – artıq 6 ildir ki, səni sevirəm. Sən mənim hər 

Şeyimsən. Nə olur olsun, mən səndən ayrı qala bilmirəm. İndi bizim həyatmızda qoy 

təzə  səhifə  açaq.  İkimizə  aid  ailəmiz  olsun.  Sənin  ən  sevdiyin  adları,  mənim  ən 

sevdiyim adları uŞaqlarımıza qoyaq.  

Sabirin ən böyük arzusu oğlunun adını «Fəxri» qoymaq idi. Mənim isə ən sevdiyim 

adlar Milana, Nihat, Rauf, Renatdı.  

downloaded from KitabYurdu.org




Sabir məni Pərviz söhbətinə görə də çox danladı, dedi onu hardan tanıyırsan, belə 

bir iŞin vardı niyə mənə demirdin…  

Ona qulaq asırdım. Ancaq utandığımdan üzünə də baxmırdım.  

Məni gətirib evə qoydu.  

Allahım, sənə qurban olaram. 1 ay idi ki, bəlkə mən yuxuya həsrət idim. İndi rahat 

yata bilərdim. Sabirə mesaj yazdım, telefonu söndürüb yatdım. Səhər 3 iyul - birinci 

imtahanım idi. Çox rahat idim. Bütün problemlərimin həll olunduğunu düŞünürdüm.  

Səhər imtahana getdim. İmtahanın axırına yaxın anam zəng elədi.  

- İmtahandan çıxmısansa, tez ol gəl evə.  

- Nə olub ki, ana, az qalıb gələcəm.  

- Yox dur gəl, vacib iŞim var.  

Tez  gəldim  evə.  Sabir  bizdə  idi.  Hər  Şeyi  anama  danıŞıbmıŞ.  Pərviz  onu  qırağa 

çəkəndə deyibmiŞ ki, Nərgiz indi Bakıdan gəlirdi. Hardan gəldiyini heç kim bilmir. 

Qohumugilə  getsəydi,  pul  alıb  gələrdi  də.  Demək  baŞqa  yerə  gedib.  Ağıllı  qız 

özbaŞına Bakıya gedib gəlməz.  

Sabir  anama  danıŞıb,  anam  da  dəli  olub,  məni  tez  evə  çağırıb.  Sabirin  gözlərinin 

içinə baxdım. Axı, axŞam məni evə qoyanda demiŞdi ki, bu, bizim ikimizin sirrimiz 

olacaq.  İnandığım  Sabir  də  mənə  qarŞı  bu  cür  alçaqlıq  etdi.  Ona  qəhərli  səslə 

söylədim:  

-  Sənə  deməyə  söz  tapmıram.  Sənə  nifrət  edirəm.  Sən  belə  tutdun  sözünü?  Səni 

görmək istəmirəm.  

Evdən çıxdım. Yenə ağlar günlərim baŞladı. Gözümə heç nə görünmürdü. Elə onu 

fikirləŞirdim ki, özümü öldürəcəm. Bir aptekə girdim. Yadıma düŞdü ki, mən uŞaq 

olanda  eŞitmiŞdim  ki,  qonŞumuz  uksus  içib  ölüb.  Orda  uksus  olmadı.  Heç 

bilmirdim ki, harda satılır. Yoldan 2 qadın keçirdi. SoruŞdum, dedilər marketdə olur. 

Marketlərin birindən uksus aldım. İndi onu açmaq lazım idi. Satıcıya dedim aç. O 

gördü  ki,  ağlayıram,  pisəm,  açmadı.  Çıxdım,  meyvə  satan  oğlana  verdim,  açdı. 

downloaded from KitabYurdu.org




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə