Neçə dak, necə dak?! Dak 2-3 nəfərin təşkilatı deyil



Yüklə 34 Kb.
tarix23.08.2018
ölçüsü34 Kb.
#63941
növüYazı



Neçə DAK, necə DAK?!

DAK 2-3 nəfərin təşkilatı deyil

Son vaxtlar Dünya Azərbaycanlıları Konqresi ( DAK) ilə bağlı mətbuatda gedən yazılarla cəmiyyətdə dolaşan fikirlər DAK-in sıravi üzvü kimi məni təşkilatın bugünkü durumu haqqında bəzi məsələlərə aydınlıq gətirməyə məcbur etdi. Onu da deyim ki, bu vaxta qədər cəmi 10 qurultay keçirən bu təşkilat 1997-ci ildə yaranıb və ilk qurultayını da həmin ildə Los-Anjelesdə keçirib. Mən artıq 4 ildir bu tışkilatın fəal üzvüyəm. 2007-ci ildə Almaniyada keçirilən 9-cu qurultayda Nəzarət -Təftiş komissiyasına üzv, 2008-ci ildə keçirilən növbədənkənar qurultayda iştirak edə bilməsəm də, idarə heyəti üzvlərinin səs çoxluğu ilə mətbuat xidmətinin rəhbəri seçilmişəm.

DAK-ın Nizamnaməsində dünyada yaşayan azərbaycanlıların insan haqları və hüquqlarını müdafiə etməklə bağlı müddəa var. Bu təkcə DAK üzvlərinin deyil, torpağı, dövləti, milləti sevən hər bir azərbaycanlının əsas amalı olmalıdır. Keçirdiyi tədbirlərdən və aparmalı olduğu təbliğatdan daha çox dedi –qodu ilə yadda qalan bu təşkilatın 2 həmsədri, 17 idarə heyəti üzvü, 1 daimi şura sədri və digər məsulları var. Amma nə yazıq ki, Avropa və Rusiyadan olan İdarə Heyəti üzvlərinin heç bir fəaliyyəti yoxdur. Azərbaycandan olan İdarə Heyəti üzvlərindən isə yalnız Sabir Rüsrəmxanlı və Səftər Rəhimlinin (o da hərdənbir görünür) DAK-da fəaliyyətini hiss etmək olar. Digər idarə heyəti üzvləri isə təşkilatın daxilindəki hərc-mərcliyi və özbaşınalığı görüb, uzaq dayanmağı özlərinə məsləhət bildilər. Həm də təkcə İdarə heyəti üzvləri deyil, ümumiyyətlə DAK-ın bir çox sıravi üzvləri də. Düz də ediblər, əgər belə bir böyük təşkilatı Əjdər Tağızadə və onun məsləhəti ilə S.Rüstəmxanlı istədikləri kimi idarə edirlərsə, elə uzaq olmaq yaxşıdır. DAK-ın Nizamnaməsində göstərilir ki, İdarə Heyəti üzvləri ayda bir dəfədən az olmamaq şərti ilə paltalk (internet) vasitəsilə, iki dəfə canlı olaraq hesabat xarakterli iclas keçirməlidirıər. Nizamnamədə o da göstərilir ki, İdarə Heyəti üzvü 6 ay ərzində üzürsüz səbəbdən iclasda iştirak etmirsə, onun səlahiyyətlərinə xitam verilir. Bu hesabla hal-hazırda DAK-ın İdarə Heyəti üzvü yoxdur. Təəssüf ki, heç bir paltalk iclası keçirilmir, bəzən də canlı olaraq 2-3 nəfər toplaşır, onda da iclas səlahiyyətli olmur. Ona görə də Nizamnamədə nəzərdə tutulduğu kimi – İdarə Heyəti üzvlərinin 2/3 səs çoxluğu ilə deyil, özləri istədikləri kimi qərarlar qəbul edirlər. Təşkilat lap dönüb özəl şirkətlərə. Ama heç kimin mənəvi haqqı yoxdur ki, dünya azərbaycanlılarını təmsil edən böyük bir təşkilatı bu günə qoysun. DAK-ın üzvləri arasında bu işə könül vermiş insanlar var, özü də heç bir təmənnasız. Məqsədimiz və istəyimiz Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparmaq və onu firavan görməkdir. Çox maraqlıdır, 50 milyonluq Azərbaycanın bütövlüyündən və azərbaycanlıların hüquqlarının müdafiəsindən ağızdolusu danışan DAK məsulları özləri bir araya gələ bilmirlərsə , böyük amallar uğrunda necə mübarizə aparacaqlar?

Mən hələ DAK-ın Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın həmsədrlik etdiyi qanadından danişıram. DAK-ın digər qanadı da var və o hissəyə hamımızın yaxşı tanıdığı həkim-oftalmoloq Paşa Qəlbinur və Məmmədrza Xeşti həmsədrlik edir. Bu DAK-ların ümumi fəaliyyəti eynidir, yalnız əsas fərqi ondadir ki, Paşa bəygilin rəhbərlik etdiyi qanadın fəxri sədri də var-Qulamrza Səbri Təbrizi.

Sabir Rüstəmxanlı öz gözəl poeziyası ilə insanların yaddaşında əbədi yaşayacaq. O, öz milli düşüncəsini yaradıcılığında daha gözəl ifadə edir, bu yetər.

Son dövrlər mətbuatda Sabir bəyin söylədiyi bir fikrə də münasibət bildirmək istəyirəm: “Dünya Azərbaycanlıları Konqresi adına iddialı olaraq “DAK-2”, “Dünya Azərbaycanlıları Birliyi” və buna bənzər digər adlar altında yaranan təşkilatlar əslində milli birliyə gedən yolda olan maneələrdir. Bunun çoxunun arxasında isə fars rejiminə xidmət edən adamlar dayanır”. Yeni yaradılan Dünya Azərbaycanlıları Birliyinin sədri hamımızın yaxşı tanıdığı, 6 il DAK-a sədrlik etmiş doktor Cavad Derəxtidir. Əgər Cavad bəy bu təşkilatı 6 il ayaqda saxlaya bilibsə və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması üçün böyük addımlar atıbsa, onun fars rejiminə xidmət etməsinə inanmaq çətindir. Bir də axı bu mübarizə yolunda siz də onlarla birgə addımlamısınız, DAK-ın məclis sədri kimi. Ona görə də qısqanclıq etmək lazım deyil, mübarizənin yolu müxtəlif ola bilər, əsas mübarizənin fəlsəfəsi bir olmalıdır.
Yaqut Misirxanlı
Yüklə 34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə