Necə zəlalətə düşdüm. (Ticaninin "Necə hidayət oldum"kitabına təkzib) Ön söz



Yüklə 301,5 Kb.
səhifə5/5
tarix15.07.2018
ölçüsü301,5 Kb.
#55968
1   2   3   4   5

51. Ticani deyir. (səh.178): (hədis) "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Ey Allahım! Onu vəli tutanın vəlisi ol, düşmənçilik edənin düşməni ol! Ona yardım edənə yardım et, rəzillik etmək istəyəni də rəzil et! Onunla (Əliylə) haqq hara dönsə, sən də dön".
Cavab: Ticani bundan öncəki hədisdən əvvəl, eləcə də səhifə 94 və 88-də yalnız səhih hədisləri dəlil tutacağını deyir. Bu hədis isə məhz bu ləfzlə Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) adına deyilmiş yalandır! Pyeğəmbərdən (səlləlləhu əleyhi və səlləm) səhih olanı isə "Mən kimin mövlasıyamsa, o Əlinin mövlasıdır" hədisidir. Bəzi elm əhli də "Ey Allahım! Onu vəli tutanın vəlisi ol, düşmənçilik edənin də düşməni ol" hədisini də səhih hesab etmişlər.
Bundan başqa edilən əlavələrin hamısı açıq-aydın yalandır. Ticani və onun kimiləri bu əlavələrə bir dənə də olsun, səhih sənəd göstərməkdə acizdirlər. Rafizilər bu hədisin Əlinin(r.a.) xəlifə təyin olunmasına dəlil olduğunu deyirlər. Onlara görə (Əlini xəlifə təyin etmədiklərinə görə) İslam ümməti ƏbuBəkrin xilafətindən Osmanın ölümünə qədər Əliyə qarşı düşmənçilik etmişdir. Ancaq tarixə nəzər saldıqca görürük ki, bu illər ərzində İslam ümmətinə (Allah tərəfdən) yardım olunmuşdur (yəni İslamın ən qüvvətli dövrü o zamanlar olmuşdur). Əslində isə onların iddialarına görə Allahın onlara yardımı olmamalı idi. Amma hədisə gəlincə, Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) bu kəlamı Əlinin Peyğəmbərdən(səlləlləhu əleyhi və səlləm) sonra xəlifə olmasına dəlalət etmir. Gəlin buna nəzər yetirək:
Birinci: Əgər Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bu kəlamı ilə Əlinin xəlifə olduğunu insanlara bəyanetmək istəsəydi, bunu Həcc zamanı (bütün insanların bir yerdə olduğu vaxt) deyərdi. Məlumdur ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bunu Həccdən sonra Mədinəyə dönərkən, yolda "Qədir-Xum" adlanan yerdə demişdir.
İkinci: Qədir Xüum Məkkə və Mədinə arasında Cüfhə adlanan yerin yaxınlığında yerləşir. Bu yer məkkədən 160 km aralıdır. Deməli, bu yer hacların toplaşdığı və ayrıldığı yer ola bilməz! (Bəziləri iddia edir ki, guya bu yer hacların toplaşdığı və ayrıldığı məntəqədir).
Üçüncü: Əbdül Hüsey Şərafuddin Müsəvi "əl Müracəət" kitabında bu hədisi şərh edərək, demişdir: Məgər Allah elçisinə bunu (Əlinin xəlifə olduğunu) "Ya peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı (Quranı) təbliğ et. Əgər bunu etməsən, Allahın risalətini yerinə yetirmiş olmazsan" (Quran, Maidə, 67)deyərək, dərhal (Allahın buyurduqlarını) ümmətinə çatdırmağı əmr etməyibmi? ("Əl-Müracəət", səh. 140, 12-ci müraciət)
Musəvinin sözündə belə çıxır ki, Əlinin vilayət məsələsini insanlaraçatdırmaq məhz bu ayədə əmr olunmuşdur. Onda belə olduğu halda rafizilərin bundan öncəki qeyd etdiyimiz hadisələrdən gətirdikləri dəlilləri batildir. Çünki bu ayə peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) vəfatından təqribən üç ay əvvəl nazil olmuşdur.
Dördüncü: Vida həccindən sonra Peyğəmbərə(səlləlləhu əleyhi və səlləm) qarşı heç bir təhlükə yox idi. Belə olan halda bu mühüm məsələni niyə görə orda qeyd etmədi?
Beşinci: Rafizilərin "imam" mənasında olduğunu iddia etdikləri "mövla" kəlməsinə gəlincə onlara deyirik: Niyə görə Peyğmbər(səlləlləhu əleyhi və səlləm) bu kəmənin yerinə heç bir başqa yozmaq mümkün olmayan "xəlifə" sözünü işlətmədi? Əgər hədisdəki "mövla" kəməsi (bəzi rafizilərin iddia etdiyi kimi) "ən yaxşı" mənasındadır, onda "imam olmalıdır" mənasını hardan götürdünüz? Uca Allahın kitabında "mövla" kəlməsi bir neçə yerdə qeyd olunsa da, "imam olmaq" mənasını vermir. Uca Allah buyurur:
"Şübhəsiz ki, insanların İbrahimə ən yaxın (lula- ərəbcəsi) olanı onun ardınca gedənlərdi"
(Quran, Aliİmran, 68)
Uca Allah kafirlər barəsində buyurur:
"Məskəniniz cəhənnəmdir. O sizə daha çox yaraşır" (maulakum-ərəbcəsi)
(Quran, əl-Hədid, 15)
Əgər bu kəlmənin imam mənasında olduğunu desək, onda dərəcə və rütbə mənasına gəlir. Çünki Əli elə Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) vaxtında imam idi (o cümlədən digər böyük səhabələr də).
İbn əsSakit demişdir: Vilayət (vav hərfindən sonra kəsrə "i") kəlməsi sultanlıq deməkdir. Vəlayət (vav hərfindən sonra fəthə "ə") kəlməsi isə yardım, kömək mənasındadır. ("Lisanul arab" cld 15, səh. 407)
Hədisdəki "mövlə" sözü vəlayət sözündən götürülür, vilayət sözündən isə vali sözü götürülür. (Hədisdə gördüyümüz kimi) Peyğəmbər(səlləlləu əleyhi və səlləm) də "mövləsisən" demişdir, "vəlisisən" deməyibdir. Bu məsələyə başqa cavablar da var. Uzunçuluq olmasın deyə qeyd etmədim. Daha geniş məlumat istəyən İbn Teymiyyənin "Minhəcü-s-sünnə" kitabına(cild 7, səh. 313-dən başlayaraq) müraciət etsin.

52. Ticani deyir. (səh.179): (hədis) Əli məndəndir, mən də Əlidən...
Cavab: Bu hədisin sənədində Əbu İşaq əs-Süeybi var. O məhşur müdəllisdir. Zəiflərdən eşitdiklərini tədlis edir (səhih kimi göstərməyə çalışır). Amma açıq (tədlis etmədən) rəvayət etdiyi hədislər çox səhih sayılır. Tədlis olan hədisləri isə (hədis elminə hörə) qəbul olunmur.
Əbu İşag bu hədisi elm əhlinə tanış olmayan rəvayətçilərdən nəql edibdir.("Təzhibu-t-təzhib", cild 8, səh. 66)
53. Ticani deyir (səh. 179): Bu Peyğəmbərin Əliyə dediyi "Ey Əli! Sən məndən sonra ümmətimin ixtilaf etdikləri şeyləri açıqlayarsan" kəlamına bənzəyir.
Cavab: Xeyr! Allaha and olsun ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) bunu deməyibdir. Bu yalançıların qondardığı kəlamlardandır.
Bu hədisin sənədində Darar bin Sard var. O da yalançıdır. (ƏzZəhəbi onun tərcümyei halını "Mizanul itidal"da cild 2, səh. 328-də qeyd etmişdir)
İbn Main demişdir: O yalançıdır.
ən Nəsəi demişdir: O inanılmış adam deyildir.
ƏzZəhəbi bu hədis barədə belə deyir: Bu hədis Darar bin Düradın qondarmalarındadndır.
Əziz oxucu, Ticaninin 55-ci səhifədəki yalnız səhih hədis rəvayət etmək vədini də unutma.
54. Ticani deyir. (səh.180): Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) Əliyə işarə edərək, dedi: Bu mənim qardaşım, vəsiyyət etdiyim və məndən sonra xəlifəmdir. Onu dinləyin! Ona itaət edin! Bu hədis də səhih hədislərdəndir.
Cavab: Bu hədis Allah elçisinin adına deyilmiş yalan hədisdir. Ticani isə Allahın bəndələrinə yalan deyir. Bu hədisin sənədində Əbu Məryəm əl Kufi var, o da tərk olunmuş yalançılardandır.
İbn Kəsir demişdir: Bu hədisi Əbdülcəffər bin əl-Casim Əbu Məryəm rəvayət etmişdir. O da tərk olunmuşdur, yalançıdır, rafizidir. ("Əl bidayə va ən-nihayə"), cild3, səh.38)İbn Main və başqaları onun qondaran olduğunu qeyd etmişlər.
55. Ticani deyir. (səh. 187): ƏbuBəkrin xilafəti dövrünün əvvəlində üz verən üçüncü hadisə də Ömər bin Xattabın ona qarşı çıxmasıdır. Çünki o (ƏbuBəkr) bu hadisədə Quran ayələrini və hədisləri başqa cür yozmuşdu. Bu hadisə Xalid bin Validin Malik bin Nüveyrəni öldürməsi və arvadına sahib olması məsələsidir. Xalid elə onu öldürdüyü gecə arvadına sahib oldu.
Cavab: Malik bin Nüveyrənlə bağlı bu hadisə tarix kitablarında məhşurdur. Doğrusu budur ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) vəfat edəndən sonra zəkat verməyə qarşı çıxmışdır. Bir çox tarixçilər onun Xalid bin Validlə olan hadisəsini qeyd etsələr də Ticaninin iddia etdiyi kimi əzabla öldürməsini və arvadına sahib çıxmasını qeyd etməmişlər.
Gəlin Tabaraninin rəvayətinə nəzər salaq: Xalid bin Valid onları tutub saxlayan günün gecəsi şaxtalı idi. Onların isti paltarları yox idi. Şaxta isə artmaqda davam edirdi. Xalid carçıya əmr etdi ki car çəksin: "Əsirlərinizi qızdırın!" (Ərəbcə deyilən bu kəlmə "kənanə" ləhcəsində "əsirlərinizi öldürün" mənasındadır. Camaat da belə başa düşüb əsirləri öldürdülər. Darar bin Maliki də belə öldürdülər. Xalid Minhənin qızı ÜmmTəmimlə evləndi, sonra onun müddətinin başa çatmasını gözlədi. ("Tarix ətTəbəri", cild 2, səh. 502)
İbn Kəsir də Təbəri rəvayət etdiyi kimi rəvayət edir. Sonunda isə rəvayət belədir: Sonra Nüveyrınin arvadı ona evlənməyə halal olduqdan sonra onunla evləndi. Və deyilir ki, Xalid Malik bin Nüveyrəni çağıraraq, zəkatı inkar edənlərə tabe olmaqdan əl çəkməyi başa saldı və dedi: "Bilmirsənmi ki, zəkat da namaz kimidi?" Malik dedi: "Bunu sizin dostunuz (Peyğəmbəri(səlləlləhu əleyhi və səlləm) nəzərdə tutur) iddia edirdi." Xalid dedi: "Bizim dostumuz sənin dostun deyil?! Sonra da onun boynunun vurulmasını əmr etdi və boynu vuruldu. ("Əl Bidayə van Nihayə", cild 6, səh. 503)
Əbu Rabi əl-Kuləi də bu hadisəni "Hürubu-r-riddə" kitabında qeyd etmişdir. Amma Ticaninin dediklərindən heç birini qeyd etməyibdir. Ömərin (Ticaninin dediynə görə) Xalidə dediyi "Ey Allahın düşməni! Müsəlman bir kişini qətlə yetirdin, arvadına təcavüz etdin. Allaha and olsun ki, səni daş-qalaq edəcəyəm" kəlamına gəlincə, Ticaniyə deyirik: Bizə bu rəvayətin sənədini göstərsənə? Deyirsən ki, bəzi tarix kitablarında bu qeyd olunubdur. Onda de görək hansı kitablardır? Bu dediyin rəvayə əsla səhih deyildir. Təbəri bunu Məhəmməd bin Hümeyd ərRazinin rəvayətindən götürmüşdür. O rəvayətçilər haqqında isə hədis alimləri bu rəydədirlər:
Buxari demişdir: O şübhəlidir.
Əbu Züra demişdir: O yalançıdır.
Səlih Cəzara demişdir: İbn Hümeydin bütün rəvayət etdiklərinə şübhə edirik. Onun kimi Allahın adından cürət edib (yalanlar) danışan görmədim.
İbn Xarras demişdir: Bizə bin Hümeyd (bu hədisi) rəvayət etmişdir və Allaha and olsun ki, o yalan danışırdı.

56. Ticani deyir (səh. 193): Peyğəmbər demişdir: Əhli beytim Nuhun gəmisi kimidir. Kim onun sərnişini olarsa, nicat tapar, minməyən isə qərq olar. Əhli-beytim Bəni İsrailin "Hitta" qapısı kimidir. Kim ordan daxil olarsa, bağışlanar.
Cavab: Budur sənin səhihliyində ittifaq olunan hədislərin?
Hədisin Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) tərəfindən deyilməsi doğru deyildir, əksinə bu onun (Peyğəmbərin(səlləlləhu əleyhi və səlləm) adından deyilmiş bir yalandır. Bu hədisin zəif olduğunu Zəhəbi ("Mizanul-itidal", cild 4, səh.167), İbn Kəsir(Təfsirul-Quranul Azim", cild 7, səh.167), Albani("Daiful Cami", 1972),Əl-Vadii("Riyadul cənna fir-raddi alə ahadis-sünnə", səh.213) və digər hədis alimləri öz əsərlərində göstərmişlər.
Hədisin sənədinə (hədisi rəvayət edənlərə) gəlincə:
1. Müfəddəl bin Səlih: Buxari və Əbu Hatim demişdir: Hədisi qəbul olunmayandır.
2. Hənəş əl-Kənani: Buxari onun haqqında demişdir: (Rəvayət etdiyi) hədisləri barədə (pis) danışılır. Ən-Nəsəi demişdir: Güclü (rəvayətçi) deyildir. İbn Hibban demişdir: Əli barədə yalnız onun elə rəvayətləri (yəni başqa rəvayətçi rəvayət etmir) var ki, inanılmış (rəvayətçilərin) rəvayətinə oxşamır.
3. Əbu İşaq əs-Sübeyi: İnanılmışdır, ancaq müdəllisdir. (Rəvayəti) eşitdiyini açıqlamır.
İkinci hədisə gəlincə isə: Heytami demişdir: Təbərani "Əs-Sağır" və "Əl-Əusət" (əsərlərində) rəvayət etmişdir. Orda qeyd edir ki, (sənədində) olan bir çox (rəvayətçiləri) tanımır. ("Məcməuz-zəvaid", cild9, səh.168)
57. Ticani deyir (səh.195): Peyğəmbər demişdir: Kim mənim kimi yaşamaq və ölmək istəyirsə, "Ədn" cənnətində yaşamaq istəyirsə, onda Əliyə tərəfdar olsun, ona tərəfdar olanın da tərəfini saxlasın. Məndən sonra da əhli-beytə tabe olsun. Çünki onlar mənim "itrətimdirlər", mənim yarandığım torpaqdan yaranmışlar. Ticani davam edərək, deyir: Qeyd etmək yerinə düşərdi ki, mənim təhqiqat etdiyim vaxtı bu hədislə qarşılaşanda əvvəlcə onun səhih olmasında şəkk etdim. Orada əhli-beyt haqqında, onlara tabe və müxalif olmanın aqqibətini şişirdirilmiş olduğunu güman etdim. Xüsusən də bu hədisi başqa cür yozmaq da mümkün deyildir. İbn Həcər əl-Əsqalaninin "Əl-İsabə" kitabında bu hədisi oxuduqda isə qəlbim rahatlıq tapdı. Orda bu hədis haqqında deyilir: Hədisin sənədində Yahya bin Yaala əl-Maharibi zəif rəvayətçidir. Beləliklə, İbn Həcər o rəvayətçinin zəif olduğunu deməklə, beynimdə olan bu müşküldən məni qurtardı. Lakin sən demə Allah Subhənəhu va Taəla məni haqqa yönəltmək istəmişdir. Günlərin bir günü Münaqasat "Əl-Əqadiyyə fi maqalat İbrahim əl-Cabhan" adlı bir kitabı oxudum və əsl həqiqət mənə aydın oldu. Aydın oldu ki, Yahya bin Yaala əl-Maharibi iki şeyxin-Buxari və Müslimin etiad etdikləri inanılmış rəvayətçilərdəndir. Onda bu yalan və təhrif, səhih kitablarda etimad edilmiş insana edilən bu tənə nəyə görədir? Lakin İbn Həcər onu zəif olmaqda ittiham etməsinə baxmayaraq, "vilayət" hədisini rəvayət etmişdir.
Cavab: Ticani bu hədis üzərində çox dayanır və üzün-uzadı danışır. Hafiz bin Həcərin üzərinə hücum çəkərək onun dininə tənə edir, təhrif etməkdə suçlayır. Ticaniyə bu hədis barədə bir neçə məqamlar göstərəcəm.
Birinci məqam: Bu hədisin Peyğəmbərdən (səlləlləhu əleyhi və səlləm) olması səhih deyildir. Bu hədisi əl Hakim ("Əl-Müstədrək", cild 3, səh.128), Ət-Təbərani ("al Mucamul Kəbir" cild5, səh. 67), Heysəmi ("Məcməus-Zəvaid", cild 9, səh.108) və ƏbuNaim ("Hiyatul-Avliya", cild 4, səh. 349) rəvayət etmişlər. Amma hədisin sənədində olan rəvayətçi Yahya bin Yaala əl-Maharibi yox, Yahya bin Yaala əl-Əslami çox zəif rəvayətçidir.
İkinci məqam: Hörmətli oxucunun gördüyü kimi hədisin sənədində olan rəvayətçi Yahya bin Yaala əl-Maharibi deyildir. Bu hədisin Yahya bin Yaala əl-Maharibidən rəvayət olunan bir variantını (yolunu) belə göstərməkdə istər Ticani, istərsə də başqaları acizdirlər.
Üçüncü məqam: Ticaninin "İbn Həcər əl-Maharibini zəif sayır" deməsinə gəlincə isə deyirik ki, bu Ticaninin yalanlarındandır. Çünki əl-Maharibi bu hədisi heç rəvayət etməyibdir.
Dördüncü məqam: Ticani iddia edir ki, bu hədisə çoxlu tədqiqatdan sonra "Münaqaşat əl-Əqadiyya" kitabında rast gəlmişdir.
Buna cavab olaraq deyirəm: O yuxarıda qeyd etmişdir ki, "Əl Müracəət" kitabına o qədər aludə olmuşdu ki, ondan əl çəkə bilmirdi. O bu kitabı dəfələrlə oxuduğunu da qeyd etmişdir. ("Necə hidayət olundum", səh. 87, 159). "Müracəət" kitabının müəllifi Əbdül Hüseyn Şərafuddin də bu məsələyə toxunmuşdur. O da Ticanini kimi bu hədisin Əl-Maharibidən rəvayət olunan bir variantını belə göstərə bilməmişdir. Ticani oxucuda elə təəssürat yaratmaq istəyir ki, guya bu "həqiqəti" onun özü tapmış, kəşf etmişdir. "Əl Müracəət" kitabında olanı hərf-bə-hərf öz kitabında qeyd edərək, bunu öz adına çıxartması da onun bir daha yalan dediyini sübuta yetirir. Yalanın ipi nə qısa olarmış!
Beşinci məqam: İbn Həcərin Əl-Maharibiyə zəif deməsinə gəlincə isə çox güman ki, bu qələm xətasına bənzəyir. Çünki Əl-Əslami ilə Əl-Maharibinin adı və atalarının adları bir-birnə çox bənzəyir. Bir də ki, xəta etməyən yalnız Uca Allahdır. İbn Həcər "Ət Təqrib" əsərində isə onun (Əl Məharibinin) inanılmış, etibarlı olduğunu qeyd etməsi bunun qələm xətası olduğunu açıqcasına göstərir.
58. Ticani deyir (səh.197): Buna misal olaraq, hədis:"Məndən sonra on iki xəlifə olacaqdır. Onları hamısı qureyşdəndir.". Başqa rəvayətdə isə "Onların hamısı bəni Haşimdəndir". Bu hədis Buxari, Müslim və bütün əhli-sünnə vəl cəmaatın səhih hədislər kitablarında qeyd olunmuşdur.
Cavab: Allah yalanı və yalan əhlini məhv etsin! Bu hədis məşhur hədisdir, amma bu cür deyildir. Doğrusu belədir:"İnsanlara on iki kişi başçılıq etdiyi zamanlarda onların (ümmətin) işləri yaxşı gedəcəkdir. Bunların (on iki kişinin) hamısı qureyşdəndir" ("Müslim Kitabul İmara", 6)Bu hədisin başqa variantları da var. Onların məsdərlərini göstərməklə qeyd edirəm. "Hamısı qureyşdən olan 12 xəlifənin zamanı gəlib keçməyincə bu iş İslamın qüvvətli olması) davam edəcəkdir" ("Müslim Kitabul İmara", 5). "Hamısı qureyşdən olan 12 xəlifənin zamnında İslam izzətli olmaqda davam edəcəkdir. ("Müslim Kitabul İmara", 7). "Din Qiyamətə qədər və ya qureyşdən olan 12 imam sizə xəlifə olana qədər duracaqdır".("Müslim Kitabul İmara", 10). "Din sizə qureyşdən olan 12 xəlifə olan müddətdə qüvvətli və izzətli olacaqdır". ("Müslim Kitabul İmara", 9)Əziz oxucu! Burda iki məqama diqqət edin:
1. Müslimin rəvayətilə Ticanin rəvayəti arasında olan fərqə;
2. Bu rəvayətlərin heç birində "Onların hamısı bəni Haşimdəndir" kəlməsinin olmamasına. Bu ikinci məqam Ticaninin bitib-tükənməyən yalanlarındandır.
Birinci məqam, yəni hədisin ləfzi Ticaninin arzuladığı mənanı verməməsi ağıl sahibi olanlara aydındır. Çünki: 1- Hədisin ləfzləri bu on iki kişinin insanlar üzərində hakim olmalarına dəlalət etməsi aydındır. 2- Ticaninin nəzərdə tutduğu on iki imamdan isə yalnız Əli və Həsən xəlifə olmuşdur. 3- Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) xəbər verir ki, bu on iki kişinin zamanında din qüvvətli və izzətli olacaqdır. Müsəlmanların indiki dövrdə zəlil və zəif olmalarına baxmayaraq, rafizilərin əqidəsinə görə "zühur" etməli olan on ikinci imam hələ də gəlib çıxmayıb. Belə bir sual ortaya çıxır: Peyğəmbərin "on iki xəlifə olacaqdır" kəlamı imamların sayının on iki olmasına işarədirmi? Cavab: Əvvəlki rafizilər on iki imamın olmasına etiqad etmirdilər. Buna görə də müxtəlif firqələrə bölünmüşlər. Onlardan bəziləri "Əs Sabialar", yalnız bir imamın-Əlinin olduğunu, bəziləri "Kisanilər" yalnız Əli, Həsən, Hüseyn və Məhəmməd bin Əlinin imam olduğunu, bəziləri isə Cəfərə qədər olanların imam sayıldığını etiqad edirdilər. Belə firqələr lap çoxdur. Daha geniş məlumat almaq istəyən Növbəxtinin "Firaq"kitabına müraciət etsin. Əziz oxucu! Beləliklə aydın olur ki, bu rəqəmi Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) imamların sayına görə yox, rafizilər bu hədisdəki rəqəmi imamlarının sayına bərabər olduğunu deyirlər. Son olaraq, deyirəm ki, Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) "onlar qüreyşdəndir" deyərək, ümumi bir kəlam ifadə etmişdir. Bununla o, xüsusi olaraq, bəzi adamları nəzərdə tutduğunu iddia etmək düzgün olmaz. Bu bəlağət elminə müxalif olardı. Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) heç şübhəsiz, insanların ən bəlağətlisidir. Məsələn, əgər desəm ki, mənim yanıma gələn hər bir azərbaycanlıya hədiyyə verəcəm, sonra yanıma gələn şəhər əhlindən birinə desəm ki, mən rayon əhlini nəzərdə tuturdum, onda o deyər ki, sən gərək rayondan olan azərbaycanlıya hədiyyə verəcəyəm deyərdin. Əgər Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) Əli və onun övladlarını nəzərdə tutsa idi, onda deyərdi ki, bunlar Əli və onun övladlarıdır. Hətta bəni Haşim desə belə, yenə sözündə bəlağətli olmur. Çünki bəni-Haşim çoxdur, Qureyş qəbiləsi isə lap çoxdur. Əgər Ticani və onun kimiləri bu hədisdə olan rəqəmə görə onun dəlil gətirirlərsə, onda Müslimin rəvayət etdiyi bu hədisə də rəylərini bildirsinlər. Peyğəmbər(səlləlləhu əleyhi və səlləm): "Ümmətimdə 12 münafiq var"(Müslim-Kitab sıfatul-münafiqin", 10)
59. Ticani deyir(səh.200): Buxari "Səhih"ində "Vasaya kitabı"nda, eləcə də Müslim "Səhih"ində "Əl-vasiyyə kitab"ında qeyd etmişdir ki, Aişənin yanında Peyğəmbərin Əlini (özündən sonra) vəsiyyət edilmsi deyilmişdir.
Cavab: Ticani hədisi tam zikr etməyərək, yarımçıq qeyd etmişdir. Hədis tam olaraq, belədir: Əsvəd bin Yeziddən rəvayət olunur ki, o dedi: Aişəyə dedilər ki, Peyğəmbər Əliyə vəsiyyət edib. O dedi: Nə vaxt vəsiyyət etmişdir? (Can verərkən) onun başı mənim qucağımda idi. Hətta (dəstəmaz almaq üçün) bir ləyən də istədi. Başı qucağımda olduğu halda canını tapşırdı. Elə vəfat etdi ki, heç hiss etmədim. Onda nə vaxt vəsiyyət etmişdir?"("Buxari-Fathul-bari", "Kitabul vasaya", "Bab əl-vasaya", 2741; "Səhihul Müslim", "Kitabul vasiyya", 19)
Aişə bu hədisdə Əliyə vəsiyyət olunduğunu deyənlərin sözünün rədd edir.
60. Ticani deyir (səh.208): Peyğəmbər(səlləlləhu əleyhi və səlləm) əhli beyt haqqında demişdir: "Onlardan qabağa keçməyin, yoxsa həlak olarsınız, onlardan geri qalmayın, yoxsa həlak olarsınız. Onları öyrətməyin. Çünki onlar sizdən çox bilirlər."
Cavab: Bu Peyğəmbərin (səlləlləhu əleyhi və səlləm) adından deyilən yalandır. Bu hədisi əl-Heysəmi rəvayət etmişdir. Sənədində Hakim bin Cübeyr var.("Məcməu-z-zəvaid", cild9, səh.63-64).
İmam Əhməd demişdir: O zəifdir, hədisi qəbul olunmur.
Daraqutni demişdir: O tərk olunmalıdır.
Şübə demişdir: Ondan rəvayət etsəm qorxuram ki, oda düçar olaram.
Cözcani demişdir: O yalançıdır.





Yüklə 301,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə