Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   2   3   4   5   6   7   8   9   ...   53

 

5

 



 

GİRİŞ 

 

XV yüzillik Azərbaycan tarixində mühüm dönüş dövrüdür. Bu dövr xalqımızın yadelli əsarətindən azad 



olması, müstəqil dövlətçilik ənənələrinin bərpası kimi tarixə daxil olmuşdur. Azərbaycanda Teymuri ağalığına 

son qoyulması  və yerli

 

dövlətcilik  ənənəsinin bərpasında Qaraqoyunlu tayfalarının  əvəzsiz xidməti olmuşdu. 



Azərbaycan Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin yaranması  və onların fəaliyyəti nəticəsində Azərbaycan 

beynəlxalq münasibətlər sisteminə daha fəal cəlb olunmuş, onun Qərbi Avropa və  Şərq ölkələrilə qarsılıqlı 

əlaqələri daha da güclənmişdir. 

Vətən tarixşünaslığında Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin siyasi, ictimai-iqtisadi tarixi ətraflı 

tədqiq olunmuşdur. Lakin Qaraqoyunlu və  Ağqoyunlu tayfalarının mənşəyi problemi, onların Azərbaycan 

tarixində yeri, qarşılıqlı münasibətləri, həmçinin Qaraqoyunlu-Ağqoyunlu-Osmanlı  və Teymuri qarşılıqlı 

əlaqələri hərtərəfli tədqiq edilməmişdir. Uzun illər  ərzində Türkiyə tarixçilərinin elmi araşdırmalarından 

tarixçilərimiz hərtərəfli faydalanmamışlar. Azərbaycan tarixinin müxtəlif dövrlərinin tədqiqi ilə  məşğul olan 

türk tarıxçiləri uzun müddət ərzində "ideoloji düşmən" hesab edilmiş, onların əsərlərinə elmi baxımdan qiymət 

verilməmiş, müəlliflər isə "burjua tarixçisi adı ilə "tənqidlərə  məruz qalmışlar. Buna görə  də, XV əsr 

Azərbaycan dövlətlərinin tarixinin Türkiyə tarixşünaslığında tədqiqinə ətraflı baxış obyektiv zərurətdir. Sovet-

Türkiyə münasibətlərinin qeyri-qənaətbəxş olması  nəticəsində tarixçilərimizin Türkiyə tarixşünaslığına lazımi 

səviyyədə müraciət etməməsi problemin aktuallığını şərtləndirən amillərin başlıcasıdır. Nadir əlyazmalar və ilk 

mənbələrdən yararlanan Türkiyə tarixçilərinin əsərlərinin hərtərəfli araşdırılması tarixşünaslığımızda problemlə 

bağlı olan boşluğu bərpa etməyə imkan yaradacaqdır. 

Azərbaycan tarixşünaslığında Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin siyasi tarixi ilə bağlı olan 

məsələlərin əsa- 

[5-6] 


sən tədqiq olunduğunu nəzərə alaraq öz tədqiqatımızda daha çox bu dövlətlərin tədqiqata 

cəlb olunmamış və lazımi səviyyədə araşdırılmamış məsələlərinə başlıca diqqət yetirilmişdir. 

Müasir türk tarixşünaslığında Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin tarixinin tədqiqi və  təhlili 

zamanı dövrün türk, fars və ərəb mənbələrindən istifadə edilmişdir. XIV əsrin sonunda Qaraqoyunlu tayfalarının 

Azərbaycanda baş vermiş siyasi mübarizədə  iştirakı, Qaraqoyunlu-Teymuri münasibətləri Zeynəddin bin 

Həmdullah Qəzvininin  əsərində' öz əksini tapmışdır. Qaraqoyunlularla bağlı mühüm məlumata Nizaməddin 

Şaminin "Zəfərnamə”

2

sində rast gəlmək olur. Burada Qaraqoyunlu Qara Yusifin Cəlayiri Sultan Əhmədlə 



münasibətləri, Qaraqoyunlu-Osmanlı, Qaraqoyunlu-Teymuri münasibətləri müəllif müşahidələri  əsasında 

yazıldığından əsər ilkin mənbə kimi daha qiymətlidir. Dövrün fars dilli qaynaqları arasında Şərəfəddin Yəzdinin 

"Zəfərnamə"  əsəri

3

 mühüm yer tutur. Əsərdə  Əlincə qalasının 14 il davam edən mühasirəsi, Sultan Əhməd 



Cəlayiri və Qara Yusifin "Rum sultanı"  İldırım Bəyazidə sığınmaları, Əmir Teymurun təhdidi ilə Türkiyədən 

çıxıb Şama getmələri və nəhayət cığatay ordusunun "Rum diyarına" hücumunun əsas səbəbi izah edilir. Müəllif 

Nizaməddin Şami kimi Əmir Teymurun Türkiyəyə hücumunun səbəbini "fıtnə fəsad sahibi" Qara Yusiflə bağlı 

olduğunu göstərir.  Əsərdə Qaraqoyunlu-Teymuri münasibətlərinə aydınlıq gətirən müəllif,  Əmir Teymurla 

Qaraqoyunlu Qara Yusif arasındakı düşmənçiliyin səbəbi kimi Qara Yusifin Toxtamış xana yardım 

göstərməsini bildirir. 

Qaraqoyunlu dövlətinin Azərbaycanda yaranması, Qaraqoyunlu-Ağqoyunlu, Qaraqoyunlu-Teymuri, 

Qaraqoyunlu-Osmanlı münasibətləri Fəsih Xavafınin əsərində

4

 öz əksini tapmışdır. Qaraqoyunlu və Ağqoyunlu 



dövlətlərinin yaranması,  Qaraqoyunlu-Ağqoyunlu-Teymuri,  Qaraqoyunlu-Ağqoyunlu-Osmanlı münasibətləri 

Əbdürrəzzaq  Səmərqəndi- 

[6-7] 

nin "Mətləüs-sədeyn və məcməül-bəhreyn" adlı əsərində ətraflı verilmişdir.



,

 

Əbubəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə" adlı əsəri Qaraqoyunlular və Ağqoyunlular haqqında geniş 



məlumat verən qiymətli mənbədir.

6

  Əsərdə  Ağqoyunlu sülaləsinin mənşəyi, Ağqoyunlu-Qaraqoyunlu, 



Qaraqoyunlu-Osmanlı-Tcymuri, Ağqoyunlu-Osmanlı-Teymuri münasibətləri daha ətraflı  əks olunmuşdur. 

Fəzlullah ibn Rüzbehan Xuncinin "Tarixe aləmaraye-Əmini"  əsəri

7

 xronoloji baxımdan  Əbu-bəkr Tehraninin 



qeyd etdiyimiz kitabının birbaşa davamıdır. 'Tarixe-aləmaraye-Əmini"  əsərində  Ağqoyunlu dövlətinin siyasi 

tarixi, Ağqoyunlu - Teymuri, Ağqoyunlu-Osmanlı münasibətlərilə bağlı mühüm məlumatlar verilmişdir. 

Tac əd-Din əs-Səlmaninin "Tarixnamə" əsərində

8

 Qaraqoyunlu-Teymuri münasibətlərilə bağlı mühüm 



məlumat öz oksini tapmışdır. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin siyasi tarixinin öyrənilməsində XVI əsr 

müəllifləri Həsən bəy Rumlunun

9

  və  Şərəfxan Bidlisinin



10

  əsərlərinin mühüm əhəmiyyəti vardır. Həsən bəy 

Rumlunun "Əhsənüt-təvarix"  əsərində Qaraqoyunlu-Osmanlı, Qaraqoyunlu-Ağqoyunlu-Teymuri münasibətləri 

haqqında ətraflı məlumat verilmişdir. 

Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin Osmanlı Türkiyəsi ilə qarşılıqlı  əlaqələri tədqiq olunarkən 

Firudin bəyin və  Əbdül Hüseyn Nəvayinin nəşr etdirdikləri sənədlər və  məktublar toplusundan geniş istifadə 

edilmişdir.

11

 



XV  əsr Azərbaycan dövlətlərinin Türkiyə ilə qarşılıqlı  əlaqələrinin öyrənilməsində Osmanlı 

tarixçilərinin  əsərləri önəmli yer tutur. Narrativ Osmanlı  mənbələrində Azərbaycanın tarixi barədə sistemli 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə