Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   2   3   4   5   6   7   8   9   ...   53

 

6

mə'lumat yoxdur. Azərbaycan türk salnaməçilərinin diqqətini yalnız XV əsrdən başlayaraq Osmanlı 



sultanlarının  şərq yürüşləri zamanı özünə  cəlb etmişdir. Bəlkə  də elə buna görə  tədqiqatçılarımız fars 

mənbələrinə nisbətən osmanlı mənbələrindən az istifadə etmişlər. Müasir türk tarixşünaslığını tədqiq etdiyimiz 

üçün Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin tarixinin Türkiyə tarixşünaslığında 

[7-8] 


tədqiqinə obyektiv 

qiymət vermək məqsədilə yeri gəidikcə epistolyar Osmanlı irsinə xüsusi diqqət yetirmişik. 

XV əsrin Osmanlı tarixçilərindən Dursun bəy özünün "Tarixe-Əbulfəth"

12

 əsərində Ağqoyunlu-Osmanlı 



münasibətlərinə xüsusi yer verilmişdir. Sultan II Mehmedin Trabzonun fəthi ilə əlaqədar gərginləşən Osmanlı-

Ağqoyunlu münasibətləri, Ağqoyunlu-Qaraqoyunlu-Teymuri  əlaqələrinə xüsusi diqqət yetirilmişdir. 

Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin siyasi tarixi, Ağqoyunlu- Qaraqoyunlu-Osmanlı münasibətləri 

Şükrullahın,

13

 Məhəmməd Nəşrinin,



14

 Aşiq Paşazadənin

15

 əsərlərində öz əksini tapmışdır. Ağqoyuniu-Osmanlı 



münasibətləri, xüsusən də 1473-cü il Ağqoyunlu-Osmanlı müharibəsi "Fateh Sultan Mehmedin yarlığında"

16

 



ətraflı verilmişdir. Burada Ağqoyunlu-Osmanlı münasibətlərinin pisləşməsinin səbəbi, Otluqbeli döyüşü və 

onun nəticələri geniş təsvir olunmuşdur. 

Tədqiq olunan problemin araşdırılmasında XVI əsr Osmanlı tarixçisi İbn Kamalın "Təvarixi-ali-Osman" 

əsərinin VII dəftəri

17

 mühüm yer tutur. Müəllif Ağqoyunlu-Osmanlı münasibətlərinə xüsusi diqqət yetirərək 



Sultan II Mehmedin Ağqoyunlu dövlətinə ("Türkman elinə") hücumunun səbəblərini, 1473-cü il savaşını, Uzun 

Həsənin məğlubiyyətini, Uğurlu Məhəmmədlə Uzun Həsənin ixtilafı, həmçinin başqa  əlaqədar hadisələri 

təfərrüatla təsvir etmişdir. 

Osmanlı tarixçilərindən Xoca Sə'dəddin  Əfəndi "Tacüt-təvarix"

18

  əsərində Qaraqoyunlu dövlətinin 



yaranması, Qaraqoyunlu-Ağqoyunlu-Teymuri, Qaraqoyunlu-Ağqoyunlu-Osmanlı münasibətləri haqqında ətraflı 

mə'lumat vermişdir.  Əsərdə Sultan Mehmed Fatehin Uzun Həsənə  məktubu verilmiş, Otluqbeli döyüşü daha 

ətraflı şərh olunmuşdur. 

Osmanlı tarixçilərindən Hüseyn Əfəndinin "Bədai ulvəqai"

19

 adlı  əsərində XV əsr Azərbaycan 



dövlətlərinin Osmanlı dövlətilə münasibətləri, o cümlədən Cəlayiri-Qaraqoyunlu-Teymuri-Osmanlı  əlaqələri, 

Qara Yusifin Osmanlı sultanı I Mehmedlə dinc münasibətləri, II Sultan Murad və   

[8-9] 

Qara  İsgəndər 



arasındakı ziddiyyət, Ağqoyunlu-Osmanlı münasibətləri (Osmanlı müəlliflərinə xas olmayan cəhətdir ki, müəllif 

ağqoyunlularla ziddiyyətin başlanmasında  əsasən II Sultan Mehmedi təqsirləndirir), məşhur Otluqbeli 

döyüşünün təfsilatı  və  dəqiq tarixi, ağqoyunlulara qarşı Osmanlı qoşununda Qaraqoyunlu əmirlərinin də 

döyüşməsi haqqında mə'lumat vermişdir. Problemin araşdırılması zamanı Türkiyədə cap olunmuş  sənədlər 

toplusundan da istifadə olunmuşdur.

20

 



Müasir türk tarixşünaslığında problemin təhlili zamanı F.Metsopskinin,

21

 R.T.Klavixonun,



22

 

İ.Şiltbergerin



23

 əsərlərindən də faydalanılmışdır. 

Azərbaycan tarixşünaslığında Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin tarixinin tədqiqi işinə 40-cı 

illərdə İ.P.Petruşevski tərəfindən başlanmışdır. Onun XV əsr Azərbaycan dövlətlərinə dair əsərləri 1949-cu ildə 

nəşr olunmuşdur.

24

 Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin ictimai-iqtisadi və siyasi tarixi C.İbrahimovun



25

M.Abidovanın



26

, Y.Mahmudovun

27

,  Ş.Fərzəliyevin



28

, M.Seyfəddininin

29

, O.Əfəndiyevin



30

, S.Məmmədovun

31

 

və başqalarının monoqrafiyalarında öz əksini tapmışdır. Lakin bu əsərlərdə Qaraqoyunlu və  Ağqoyunlu 



tayfalarının mənşəyi problemi, bu tayfaların Azərbaycanın siyasi tarixində oynadığı rol, Qaraqoyunlu-

Ağqoyunlu-Osmanlı münasibətləri və digər məsələlər geniş şəkildə tədqiq olunmamışdır. 

Respublika dövründə (1923-cü ildən etibarən) Türkiyənin həyatının bütün sahələrində (habelə maarifin 

və elmin inkişafında) böyük dönüş baş verdi. Bu dövrün milli maarif nazirliyi maarif məsələlərində 

M.A.Atatürkün fikirlərindən faydalanmış, onun elmin bütün sahələrində, tarix elmində "millətçi, xalqçı, 

inqilabçı, dünyəvi, respublikaçı  vətəndaşlar yetişdirmək"

32

 prinsipini 1924-cü ilin 3 mart fərmanı ilə qanu-



niləşdirmişdir. Lakin tarix elminin hərtərəfli inkişafı prosesi bir qədər sonra, 1931-ci ildə M.K.Atatürkün 

təşəbbüsü ilə Türk Tarixi Qürumu" təsis edildikdən sonra başlandı. Cəmiyyət aprelin 15-də mühacir 

Y.Akçuranın sədrliyi ilə fəa- 

[9-10] 


liyyətə başladı. Onun yaradılması işində Türkiyədə formalaşmış tarixçilərlə 

yanaşı, mühacir olan, lakin türk mühitinə xeyli dərəcədə uyğunlaşmış  Ə.Cəfəroğlu, A.Kurat və Z.V.Toğan 

iştirak etmişdilər.

33

 TTQ yarandığı ildən etibarən türk və dünya tarixinin müxtəlif problemleri ilə əsaslı surətdə 



məşğul olmuş, elmi konfranslar təşkil etmiş, nəşr işini nizamlamışdı. Onun strukturu və gördüyü işlər Gökər 

Fəxrinin 1983-cü ildə nəşr etdirdiyi əsərdə

34

 özünün geniş əksini tapmışdır. Türkiyədə tarixi tədqiqat işi yalnız 



TTQ ilə  məhdudlaşmır. Respublika dövründə yenidən qurulmuş  İstanbul Universitetində, 1935-ci ildə 

yaradılmış Ankara Universitetində tarix həm tədris, həm də tədqiq edilir. 

Avropa və ABŞ tarix elmindən fərqli olaraq türk tarixşünaslığında məktəblərə və ya cərəyanlara ayrılma 

kəskin  şəkildə sezilmir. Burada hər bir tarixçi məşğul olduğu problemə M.K.Atatürkün "xalqçı, inqilabçı, 

dünyəvi, respublikaçı  və millətçi" olmaq prinsiplərindən yanaşır

5

. Lakin bu o demək deyildir ki, eyni bir 



problemlə  məşğul olan tarixçilərin hamısı  məsələlərə vahid mövqedən yanaşmış, ümumi nəticələrə  gəlmişlər. 

Z.V.Toğan yazır: "Zatən, insanın hadisələrə qiymət vermək barəsində daima işinə yarayacaq sabit və 

qərarlaşmış bir me"yarı yoxdur. "Əbədi həqiqətlər" deyilən  şeylər də  hər cəmiyyətin, hər zamanın, hətta bir 

cəmiyyət daxilində müxtəlif qrupların və  şəxslərin dərk etməsinə görə başqa-başqa  şəkillər alır"

36

. Məhz bu 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə