Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə4/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   2   3   4   5   6   7   8   9   ...   53

 

7

mə"nada türk tarixçilərinin Azərbaycanın tədqiq olunan dövrünün müxtəlif problemləri haqqındakı fikirləri 



fərqlənir. 

Problemin türk tarixşünaslığındakı fikir ayrılıqları isə tarixçilərin o dövrün türk tarixində həlledici rol 

oynamış siyasi dairələrə münasibəti və onların ictimai həyatda tutduqları mövqeyi ilə müəyyən olunur. 

TTQ-nun yaradılmasından sonra Azərbaycan tarixinin tədqiqinə maraq artmışdı. 1932-ci ildə 

Azərbaycan tədqiqatçısı  Ə.Cəfəroğlunun rəhbərliyi ilə "Azərbaycan yurd bilgisi" jurnalı  nəşr olunmağa 

başlandı. Bu jurnalda F.Köprülünün

37

,

 [10-11]



 Z.V.Toğanın'

8

,  Ə.Cəfəroğlunun



39

 Azərbaycanın orta əsrlər 

taprıxınə dair məqalələri çap edildi. 

Problemin türk tarixşünaslığında tədqiqi əsrimizin 20-cı illərində yox dərəcəsində idi. Yalnız Rza Nurun 

12 cildlik əsəri istisna təşkil edir. O, əsərinin 4-cü cildində Qaraqoyunlularla Ağqoyunlular haqqında müxtəsər 

məlumat verməklə  kıfayətlənmişdir

40

. 30-cu illərin  əvvəllərində  Əli Kəmalinin



41

, sonra isə  Əbdürrəhim  Şərif 

bəyin

42

 əsərlərində Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixinin bəzi məsələləri tədqiq olunmuşdu. Türk 



tarixşünaslığında problem ilk dəfə  İ.H.Uzunçarşılının monoqrafiyasında

43

 xüsusi tədqiqat obyekti kimi 



araşdırılmışdır.  İ.H.Uzunçarşılı ilkin qaynaqlara istinad edərək Qaraqoyunlu və  Ağqoyunlu dövlətlərinin 

ictimai-sıyasi tarixinin canlı  mənzərəsini yaratmışdır.  İ.H.Uzunçarşılının bu əsəri problemin türk 

tarixşünaslığında tədqiqi sahəsində ilk nümunə olmuş və sonrakı araşdırmalar üçün mühüm rol oynamışdır. 

40-cı illərin  əvvəllərində M.X.Yınancın problemlə bağlı olan əsərləri nəşr olundu.

44

 M.X.Yınanc 



ağqoyunlulara həsr edilmiş tədqiqatında ilkin qaynaqlara əsaslanaraq ağqoyunluların mənşəyi problemi, onların 

Azərbaycanda və  Şərqi Anadoluda məskunlaşması tarixi, dövlətin yaranması, onun qonşu dövlətlərlə 

münasibətləri haqqında dəyərli fikirlər irəli sürmüşdür. M.X.Yınanc Qaraqoyunlu dövlətinin Cahanşah dövrünü 

də geniş  şəkildə  tədqiq etmişdir. O, bu əsərlərində ilk dəfə olaraq Qaraqoyunlu və  Ağqoyunlu dövrünün 

mənbəyi olan Əbu Bəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə"  əsərindən geniş surətdə istifadə etmişdir. Bu 

mənbəyə əsaslanan müəllif bir çox tarixi gerçəklikləri aydınlaşdırmışdır. 

Z.V.Toğan 1946-cı ildə  nəşr olunmuş "Ümumi türk tarixinə giriş"

45

 adlı  əsərində Qaraqoyunlu və 



Ağqoyunlu dövlətlərinin siyasi tarixinə xüsusi diqqət yetirmişdir. 40-cı illərin sonunda və 50-ci illərdə 

F.Sumerin problemlə bağlı olan elmi məqalələri çap olunmağa başladı.

46

 Bu əsərlərdə  əsas diqqət 



qaraqoyunlulara və ümumiyyətlə Oğuz tayfalarına 

[11-12]


  verilmişdir. 50-ci illərin əvvəllərində F.Kırzıoğlunun 

nəşr etdirdiyi əsərlərdə

47

  də Qaraqoyunlu və  Ağqoyunlu tayfalarının mənşəyi, onların Azərbaycanda 



məskunlaşması, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin siyasi tarixinin bəzi məsələləri tədqiq olunmuşdur. 

50-60-cı illərin türk tarixşünaslığı problemin işıqlandırılması baxımından çox zəngindir. Bu illərdə 

tədqiq olunan dövrün müxtəlif məsələləri haqqında S.Tanselin

48

, A.S.Ərzininin



49

, Y.Öztunanın

50

,  Ş.Turanın



51

F.Sumerin



52

, O.Turanın

53

  və B.S.Baykalın



54

  əsərləri çap olundu. Bu əsərlərin  əksəriyyətində  Ağqoyunlu-

Osmanlı münasibətlərinə daha geniş yer verilmişdir. Səlahəddin Tansel Fateh Sultan Mehmedin siyasi və hərbi 

fəaliyyətinə  həsr edilmiş monoqrafiyasında Osmanlı  mənbələrinə istinad edərək Ağqoyunlu-Osmanlı 

münasibətlərini birtərəfli qaydada şərh etmiş  və osmanlıların  Şərqdə yeritdiyi istilaçılıq siyasətinə haqq 

qazandırmışdır. F.Sümer Qaraqoyunlulara dair əsərində Qaraqoyunlu dövlətinin yaranmasında əsas rol oynamış 

Qaraqoyunlu tayfalarının mənşəyi, onların Azərbaycanın və Şərqi Anadolunun siyasi tarixində oynadığı rolu və 

dövlətin siyasi tarixinin Cahanşah hakimiyyətinə qədərki dövrünü ətraflı şəkildə işıqlandırmışdır. 

70-80-cı illərdə öyrənilən problemin müxtəlif tərəfləri ilə bağlı olaraq əsərlərin nəşr işi davam etdirildi. 

O.Turanın

55

, M.Ərəndilin



56

, F.Sumerin

57

, Y.Yucelin



58

,  İ.Barmaqsızoğlunun

59

,  İsmayıl Akanın



60

,  Ə.Çayın

61



K.Gürünün



62

  əsərlərində  tədqiq olunan dövrün müxtəlif məsələləri işıqlandırılmışdır. F.Sümer yenidən 

ağqoyunlularla bağlı olan mövzuya qayıtmış  və bir neçə  məqaləsini nəşr etdirmişdir.  İsmayıl Akanın Qara-

qoyunlu-Teymuri münasibətlərinə aid olan araşdırmaları da maraq doğurur. Yuxarıda adları  çəkilmiş bütün 

tarixçilərin problemlə bağh olan başlıca fikirləri monoqrafiyanın fəsillərində ətraflı şəkildə araşdırılacaqdır. 

Son illərdə  də Türkiyə tarixşünaslığında problemin müxtəlif tərəflərilə bağlı olan əsərlər nəşr 

edilmişdir.°

[12-13]



 

 

 

İqtibas gətirilmiş mənbə və ədəbiyyat. 

 

1.Zeynəddinbin bin Həmdullah Qəzvini. Zeyl-e tarix-e qozide. Fars dilindən tərcümə,müqəddimə,qeydlər                

və göstəricilər M.D. Kazımov və V.Z.Piriyevindir. Bakı, 1990. 

2. Nizameddin Şami. Zafername. Farscadan tercüme. Hecati Luqal Ankara, 1987; Nizameddin Şami. 

Zafername. Türk dilindən tərcümə edəni akad. Z.M.Bünyadov, Bakı, 1992. 

3. Şərəfəddin Əli Yəzdi. Zəfərname, fars dilindən tərcümə, ön söz və  qeydlər V.Z.Piriyevindir, Bakı, 1996.  

4. Fasix Xavafi. Mudjmali fasixi. Perevod, predislovie, primecaniya i ukazateli D.Yusufovoy - Taşkent, 1980. 

5.Obdürrəzaq Səmərqəndi. Mətləüs-sə"deyn və  məcməül-bohrcyn. Farstacik dilindən tərcümə, giriş  və izahh 

lüğətler A.Urinbayevindir. - Taşkent, 1969. 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə