Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   2   3   4   5   6   7   8   9   ...   53

 

10

I   FƏSİL 



 

QARAQOYUNLULARIN VƏ AĞQOYUNLULARIN MƏNŞƏYİ PROBLEMİ 

 

1. Qaraqoyunluların mənşəyi. 

 

Azərbaycan xalqı ziddiyyətli, çoxəsrlik inkişaf yolu keçmiş və bəşər mədəniyyəti sistemində, insanlıq 



tarixində mühüm mövqe qazanmışdır. Bu obyektiv tarixi həqiqəti bir sıra qədim mö"təbər mənbələr, aparılmış 

arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş mədəniyyət nümunələri təsdiq etməkdədir. 

Xalqımızın təşəkkülündə    iştirak etmiş    qədim tayfa birliklərindən biri də Qaraqoyunlulardır. 

Qaraqoyunlu tayfasının mənşəyi problemi uzun illər ərzində tarixşünaslığımızda tədqiqat obyekti olmamış, bu 

tayfa birliyini təşkil etmiş tayfaların və boyların Azərbaycanın, Şərqi Anadolunun həm türkləşməsində, həm də 

siyasi tarixində oynadığı rol lazımi səviyyədə öyrənilməmişdir. Tarixi qaynaqlardan mə"lum olur ki, bu tayfa 

birləşməsi "Türkman" adlanan etnik qrupa mənsub idi. Müasir dövrdə türkmən türkman şəklinə düşmüş bu ad 

tarixi mənbələrdə öz əksini hansı fonetik variantlarda tapmışdır? Bir xalac rəvayətində deyilir ki, Makedoniyalı 

İskəndər  Şərqdə xalac tayfaları ilə qarşılaşarkən onların türklərə oxşadığını qeyd edir və bu səbəbdən də 

xalacları "türk manənd" (türkə  bənzər) adlandırmışdır. Beləliklə  də ilk dəfə "Türkmən/türkman" ifadəsi 

meydana çıxmışdır.

1

 V.V.Bartold yazır: "Türkmənlər" ... bu ad XI əsrdən ilk əvvəl İran tarixçiləri Qardizi və 



Əbül Fəzl Beyhəqi tərəfindən fars dilinin cəmində - "Türkmanan" formasında, türklərin "oğuz", ərəblərin "quzz" 

mənasında işlənmişdir.

2

 

"Türkmən" istilahı ilk dəfə  ərəb coğrafyaşünası  əl-Müqəddəsinin  əsərində      "ət-türkman" və yaxud 



"türkmaniy- 

[18-19]  

yun" şəklində xatırlanmışdır.

3

 V.V. Bartold  F.Xirtin verdiyi mo"lumatlara istinad edərək 



türkmən ifadəsinin hələ VIII əsr Çin ensiklopediyası "Tundyan"da "te-qomen" formasmda işləndiyni 

göstərmişdir.

4

 

"Türk manənd" - əsil məkanı  və  mənşəyi çox da aydın olmayan bu sözü Mahmud Qaşğari fars 



etimologiyasına əsasən "türkə bənzər", "türkə oxşar" şəklində təqdim etmişdir.

5

 



Tədqiqatçıların fikrinə görə, X əsrdə  oğuzlar islam dinini qəbul etdikdən sonra onlara 

"türkmən/türkman" deyilmişdir. V.V.Baritold yazır: "... müsəlman - ğuzlar həmçinin 'türkman" (türkmənlər) 

adlandırılmağa başlandılar.

6

 Eyni fikri V.İ.Jirmunski də izhar etmişdir. V.İ.Jirmunski qeyd edir: 'Türkmən" etnik 



istilahına ərəb mənbələrində X əsrin II yarısından e"tibarən təsadüf olunur. İlk əvvəl, görünür o, bu dövrə yaxın 

müsəlmanlığı qəbul etmiş oğüz qrupunu ifadə etmişdir."

7

 Türk tədqiqatçısı F.Köprülü də Mahmud Qaşğarinin 



ınə"lumatlarına  əsaslanmış  və "türkman" adını müsəlman  əqidəli oğuzlara verildiyini göstərmişdir.

8

 Bu fıkri 



Orxan  Şaiq müdafiə edir.

9

 Faruq Sümer də Biruninin verdiyi mə"lumatlara osaslanaraq islamı  qəbul etmiş 



oğuzlara "türkman" deyildiyini qəbul edir."

10

. Lakin türk tarixçilərindən  İ.Qafəsoğlu belə  qənaətə  gəlir ki



türkman terminini islamı  qəbul etmiş  oğuzlara  şamil edilməsini qəbul etmək olmaz. Çünki qaynaqlarda 

oğuzlardan öncə islamı  qəbul etmiş türk tayfalarında öz adını  dəyişdirməsi haqqında qeydlər yoxdur. Onun 

fikrincə, 'türkman" sözü siyasi termin kimi IX əsrdən e"tibarən işlənilməyə başlamış  və  "əsil", "böyük türk" 

mə"nasını ifadə etmişdir.

11

 

Bu dəlillər bir daha göstərir ki, etnik mə"na kəsb edən "türkman" istılahı tarixən daha geniş anlam 



olmuşdur. Həmin  ıstilah islam dinini qəbul etmiş bütün oğuz tayfalarına  şamil olunmuş bir ad idi. Orta əsr 

müəllifləri də bu fikrin gerçəklıyini təsdiq etmişlər. Mahmud Qaşğari yalnız oğuzlan deyil, hətta qarluqların 

özünü də "türkman" adlandırmışdır.

12

 Belə- 



[19-20] 

-lıklə orta əsr mənbələrində etnik səciyyə daşıyan 

"türkmən" istilahını  hər yerdə istisnasız olaraq müasir mə"nada anlamaq elmi cəhətdən düzgün deyildir. 

Təsadüfı deyildir ki, tarixən istər Mahmud Qaşğari (XI əsr) və istərsə də F.Rəşidəddin (XIV əsr) türkmənləri 

tayfa kimi təqdim etməmiş və onların yayıldığı ərazilər haqqında dəqiq bir mə'lumat verməmişlər.

13 


Çünki hər 

iki müəllif "türkmən" sözünü islam dinini qəbul etmiş oğuzlara verilmiş bir ad kimi işlətmişdir. 

Mə"lumdur ki, XI əsrdə Azərbaycana və Kiçik Asiyaya gəlmiş türk-səlcuq tayfalarının  əsas hissəsini 

oğuzlar və türkmənlər təşkil etmişdir.

14

 Türk alimi Z.V.Toğana görə, oğuzların "oğuz" və "türkmən" adları ilə 



iki qismə bölünməsi də məhz səlcüqların hökmranlığı dövründə meydana gəlmişdir.

15

 



Tarixən "türkmən" istilahı  həm də  oğuzların daha çox köçərilik etmiş hissəsinə  şamil edilmişdir. 

V.V.Bartold və V.M Jirmunski də "türkmən" istilahını  oğuz tayfalarının göçəri həyat tərzi keçirmiş hissəsinə 

verilmiş bir ad kimi işlətmişdir.

16

 "Bir çox mə"xəzlərdə türkmənlərin yalnız Türkmənistanın indiki ərazisində 



deyil, eləcə də Qafqaz, Cənubi Azərbaycan, Kiçik Asiya və müasir İran ərazisində də yaşadıqlarını və onların 

oturaq azərbaycanlılardan fərqləndiyini qeyd edirlər. Bundan belə  nəticə  çıxarmaq olar ki, türkmənlər qədim 

oğuzların daha çox köçəri həyat keçirən hissəsinə deyilir və bunun izləri müasir Azərbaycan dilində "tərəkəmə" 

kəlməsində qalır".

17

 Maraqlıdır ki, orta əsrlərin Bizans müəllifləri də Kiçik Asiyadakı köçəri oğuzları "türkmən" 



adı ilə təqdim etmişdir.

18

 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə