Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   2   3   4   5   6   7   8   9   10   ...   53

 

11

Z.M.Bünyadov və O.Ə.Əfəndiyev yazırlar ki, XTV-XV əsrlərdə "qaraqoyunlu" və "ağqoyunlu" adlarını 



almış tayfalar və  qəbilələr özlərini vahid türkman xalqının hissələri hesab edirdilər. Onlar özlərini Kiçik 

Asiyanın (Osmanlı, Rumlu) və Orta Asiyanın (Cığatay) türkmənlərindən fərqləndirirdilər. Həmin dövrdə 

Azərbaycan türkmanları Orta Asiyadan köçmüş 

[20-21]


 uzaq əcdadlarından dilinə, mədəniyyətinə görə güclü 

şəkildə fərqlənirdilər və yerli əhali ilə qaynayıb-qarışmışdılar.

19

 

Oarııqoyunlu tayfasının adı  və  mənşəyi məsələsilə  əlaqədar olaraq türk tarixşünaslığında müxtəlif 



mülahizələr irəli sürülmüşdür. Faruq Sümer yazır: "Qaraqoyunlu tayfasının adı bu gün hakim olan ümumi 

qənaətə görə, totemlərinin qoyun olması ilə  əlaqəli sayılsa da qədim türklərdə digər tayfalarda oldııgu kimi 

totem olan heyvanların ətinin yeyilməsi qəbul olunmadığına görə bu adın onlara aid sürülərinin rəngi ilə bağlı 

verilmiş olması mümkündür"

20

 Əbdülxaluq Çay Faruq Sümerin bu fikrini müdafiə edir və başlıca məşğuliyyəti 



heyvanıdarlıq olan Qaraqoyunlulara bu adın bəslədikləri heyvanların rənginə görə verildiyini əsaslandırmağa 

çalışır.


21

 Türklərdə qoyunun totem mahiyyətində olmasına dair Türkiyə tarixçiləri arasında fıkir ayrılığı vardır. 

Məsələn O.Turan

22

, E.Esin



23

 ve H.Z.Koşay

24

 qoyunun (QOÇ) əski türklərdə başlıca totemlərindən biri olması 



fikrindədirlər. 

Yurdumuzda qoyunun (QOÇ) əski zamanlarda əhali arasında totem səciyyəsi daşıdığını R.Əfəndiyev

25

 

və M.Seyidov



26

 da qeyd edirlər. Bu adın qaraqoyunlulara verilməsi ilə  əlaqədar olaraq M.Seyidov yazır: 

"Qaraqoyunluların adları onların fəlsəfi mifoloji görüşləri, inamları, ictimai quruluşları ilə  sıxı bağlıdır. 

Qaraqoyunluların adlarının qoyulması ibtidai qəbilə quruluşundan qabaqkı dual təşkilatın qanunları ilə 

səsləşir".

27

 



Qoyunun "onqon" olduğunu "Oğuznamə" də aydın göstərir. Dastanda qeyd edilir ki, "Oğuz xaqan 

böyük ordugah ... sağ tərəfdə qırx qulac ucalığında ağac dikəltdi: onun başına bir qızıl toyuq qoydu, ayağına bir 

ağ qoyun bağladı. Sol tərəfdə qırx qulac ağac dikəltdi. Onun başına bir gümüş toyuq qoydu, ayağına bir qara 

qoyun bağladı. Sağda Bozoqlar oturdu. Solda Üçoqlar oturdu".

28

 Dastandan məlum olur ki, Oğuz Xağan 



oğlanlarını iki soya - Bozoqa və Üçoqa bölmüş  və  hərəsinə  də ayrıca onqon - ağqoyun və qaroqoyun, qızıl 

toyuq,


 [21-22]

 gümüş toyuq vermişdi. M.Seyidovun fikrincə, ağ  və qara qoyuna tapınmış Bozoq, Üçoq 

qəbilələrində toyuq zoomorfiq onqonu zəifləmiş və tədricən sıradan çıxmışdır. Hər iki tayfa birləşməsi sonralar 

yalnız ağ və qara qoyuna tapındıqları üçün Ağqoyunlu və Qaraqoyunlu adlanmışlar.

29

 

Arxeoloji qazıntılar zamanı Azərbaycan ərazisindən eradan əvvəl X-III əsrlərə aid olan qoç təsvirlərinin 



və  fıqurlarının tapılması, qəbir daşlarına qoyun (qoç) təsvirlərinin qoyulması bir daha sübut edir ki, qoyun 

yurdumuzun əhalisinin qədim totemlərindən biri olmuşdur. 

Fransız şərqşünası J.Dögininin fıkrincə, Qaraqoyunlu türkmənləri bayraqlarındakı qara qoyun rəsminə 

görə Qaraqoyunlu adlanmışlar.

30

 XVIII əsrin ortalarında irəli sürülmüş bu fikir Türkiyə, Azərbaycan və Sovet 



tarixşünaslığında qəbul olunmuşdur.

31

 Bu fıkirlə razılaşmaq mümkün deyildir. Çünki tayfa və sülalənin öz adını 



bayraqdakı qara qoyun rəsminə görə alması fikri həqiqətdən uzaqdır. Belə nəticəyə gəlmək olar ki, Qaraqoyunlu 

tayfa birləşməsində qoyun artımla bağlı olan zoomorfık onqon imiş  və ona görə  də tayfa bayraqlarında bu 

onqonun (qoç) şəkli çəkilirmiş. F.Kırzıoğlu da belə  qənaətə  gəlir ki, qaraqoyunlular bayraqlarına qoç başı 

təsvirləri qoyaraq qədim onqonlarının xatirəsini yaşatmışlar.

32

 Ş.Q.Səfəroğlu və Ə.Müdarrisoğlu da belə hesab 



edirlər ki, Qaraqoyunlu adı türklərin islamaqədərki dövrdə inandıqları Qoyun toteminə əsaslanır.

33

 



Faruq Sümer yazır ki, bayraqlarında qoyun rəsmi olduğu üçün qaraqoyunluların bu adı almasına aid 

Qərb müəlliflərinin iddialarının heç bir əsası yoxdur. O, öz fikrini orta əsr qaynaqlarında bununla bağlı heç bir 

mə"lumatın olmaması ilə əlaqələndirir.

34

 



Qaraqoyunlu tayfasının mənşəyi məsələsi, onların Azərbaycanda və Şərqi Anadoluda məskunlaşması ilə 

bağlı türk tarixçiləri arasında müxtəlif fıkirlər mövcuddur. Azərbaycanda,  Şərqi Anadoluda monqol 

hakimiyyətinin zəiflə- 

[22-23] -

məyə başlaması ilə  fəallaşmış türkmanların  ən məşhur qolu olan 

Qaraqoyunluların Oğuz və ya türkman elini təşkil edən 24 boydan hansına mənsub olması haqqında mənbələrdə 

müəyyən bir mə"lumata rast gəlmirik. Yalnız, XV əsrin Osmanlı tarixçilərindən Mövlana Şükrullah 

Qaraqoyunlu tayfasının mənşəyini Oğuz xanın oğlu Dəniz xanla əlaqələndirmişdir.  Şükrullah yazmışdı: 

"852/1449 - cu ildə sultan II Murad bu binəvanı elçiliklə Mirzə Cahanşahın yanına göndərmişdi. Söhbət 

əsnasında buyuruldu ki, tarixi oxuyan Mövlana İsmayılı çağırsınlar və  Oğuz tarixini də  gətirsinlər. Mövlana 

İsmayıl gəldi və Monqol yazısı ilə yazılmış bir kitab gətirdi. O, kitabdan anlaşıldı ki, Sultan Muradın nəsəbi 

Oğuz oğlu Göyalpa, Qara Yusifinki isə 41-ci nəsildən Dənizalpa bağlanır".

35

 

Faruq Sumer yazır ki, Şükrullahın bu qeydinə  əsasən Qaraqoyunlular Oğuz nəslindən Dəniz xanın 



oğulları olan İğdir, Büğduz, Yıvə  və  Kınık boylarından birinə  mənsub olmuşdur. Bunlardan Yıvə boyu ilə 

Qaraqoyunlular arasında nəsli qohumluq əlaqələrinin ola biləcəyinə dair bə"zi izlər görünür.

36

 Bu fikri Ə.Çay da 



müdafiə edir.

37

 F.Sümer Yıvə türklərinin Səlcuq yürüşləri dövründən e"tibarən Azərbaycanda 



məskunlaşdıqlarını  və XII əsrin II yarısında Həmədan bölgəsində öz bəyliklərini yaradaraq onu Monqol 

yürüşlərinə qədər qoruyub saxladıqlarını qeyd edir.

38

 

Monqol istilasından  əvvəl Bərçəni adlı bir bəyin rəhbərliyi altında olan Yıvələrin yaşadığı  Həmədan 



ətrafında Qaraqoyunlu dövlətinin dayağı olan və hökmdar ailəsi ilə qohumlaşmış Baharlu tayfası yurd 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə