Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

 

12

salmışdı.



39

 V.F.Minorskinin fıkrincə, bu tayfanın daşıdığı adın Həmədan yaxınlığındakı Bahar qalası ilə əlaqəsi 

olması ehtimalı vardır.

40

 V.F.Minoski bu məkan birliyinə, Qaraqoyunlu sikkələrində olan damğaların da Oğuz 



damğalarından daha çox Yıvə damğasına bənzədiyinə əsaslanaraq Qaraqoyunluların Yıvə boyundan olduğunu 

göstərir.

41

 F.Sümer isə buna az əhəmiyyət verir. Qaraqoyunlu  



[23-24] 

sikkələrində görünən damğaların bir 

naxış olduğunu bildirir. Onun qənaətinə görə, qaraqoyunluların Monqol istilası nəticəsində Türküstandan İran 

və  Şərqi Anadoluya gəldikləri haqqında rəvayət də bu qohumluq münasibətinə daha zəif bir ehtimal 

verdirməkdədir.

42

  Ə.Çay yazır ki, baxmayaraq ki, F.Sümer Qaraqoyunlu sikkələrində görünən damğanı naxış 



kimi qəbul edir, bu həqiqətən Yıvələrin qoç başı  rəsminin piktoqramı  şəklində olan damğasıdır.

43

 F.Sümer 



"Oğuzlar" adlı  əsərində Qaraqoyunluların Yıvə boyundan olduğunu göstərmiş, Minorskinin fıkrini müdafıə 

etmişdir.

44

 

C.A.Boyl belə  qənaətə  gəlir ki, Qaraqoyunluların mənşəyi məsələsi hələlik tamamilə 



aydınlaşdırılmamışdır. Lakin o da, V.Minorskinin fıkrinə şərik çıxaraq bildirir ki, qaraqoyunlular Səlcuqlularla 

birlikdə gəlmiş Yıvə türklərinin nəsilləridir. Onların varlığı XIII əsrdə monqol işğallarından sonra "Fatehlərin 

yeni təbəqəsi tərəfindən müvəqqəti olaraq maskalanmışdı".

45

 Ə.Çay belə hesab edir ki, Baharlu-Yıvə münasibəti 



Qaraqoyunluların oğuzların Yıvə boyundan olduğunu təsdiq edir.

46

 



Osman Turan Qara Yusiflə oğlu Pir-Budağm Ərzincanda birgə zərb etdirdiyi sikkələr üzərində görülən 

işarənin Rəşidəddinin Oğuz boyları  cədvəlindəki Yazır boyunun damğasına oxşadığını  əsas tutaraq 

Qaraqoyunluların Oğuzların Yazır boyundan olduğunu güman edir.

47

 F.Sümerin fikrincə, bunu tə"yin edəcək 



heç bir dəlil yoxdur və Qaraqoyunlu hökmdarlarının zərb etdikləri digər sikkələr üzərində həmin işarəyə təsadüf 

olunmamışdır.

48

 

M.X.Yınanç qaraqoyunluların mənşəyi məsələsi ilə əlaqədar olaraq maraqlı mülahizə irəli sürür. Onun 



təbirincə, "əskidən bəri qoyun toteminə bağlı olan və müsəlman olduqdan sonra da bu totemi tərk etməyən 

Qaraqoyunlular ilk çağ ilə orta çağın bir qismində böyük rol oynadığını bildiyimiz qon (yəni "qoyun") türk 

elindən qalmışdır və  əski adları olan Qoyun adını mühafizə etmişlər. Azərbaycanda və Anadoluda 

[24-25] 


məskunlaşmış Qaraqoyunlular buradakı  Oğuzların Baranlu boyuna daxil olmuşlar".

49

 F.Kırzıoğlu isə 



qaraqoyunluların mənşəyini erməni mənbələrinə və "Dədə Qorqud Oğuznamə"lərinə əsaslanaraq III əsrdə Şərqi 

Anadoluya Türkistandan gəlmiş Mamik və Qonaq adlı türk bəyləri sülaləsi ilə əlaqələndirir.

50

 

Qaraqoyunluların Azərbaycana və  Şərqi Anadoluya gəlişi ilə bağh Türkiyə tarixçiləri arasında fərqli 



fikirlər vardır. M.X.Yınanç yazır ki, orta əsr Osmanlı tarixçiləri Əlinin və Cənnabinin verdiyi mə"lumata görə, 

Qaraqoyunlular Elxanilərdən Arğun xanın (1284-1291) dövründə Azərbaycana və Şərqi Anadoluya gəlmişlər. 

Bu mə'lumat sonralar Hammer və başqa tarixçilər tərəfindən də qəbul olunmuşdur. M.X.Yınanç XV əsrin fars 

mənbələrinin mə"lumatlarına  əsaslanaraq Osmanlı tarixçilərinin "Oğuzu" "Arğun" oxumaqla səhvə yol 

verdiklərini təsdiq etmişdir.

51

 F.Sümer də qeyd olunmuş  rəvayətin həqiqətlə  əlaqəsi olmadığını göstərmiş  və 



M.X.Yınançın fikrini müdafiə etmişdir.

52

 Kamıran Kürün belə hesab edir ki, Azərbaycana və Anadoluya hakim 



olmuş Elxanilərin geniş yaylaqlara, qışlaqlara ehtiyacı olduqları halda Türkistandan çoxsaylı türkmanların 

buraya köçürülməsinə icazə verməyəcəkləri düşünülərsə, bu rəvayətin doğru olmadığı aşkar olur".

53

 

Dövlətşah Səmərqəndi öz təzkirəsində Qaraqoyunlulara dair mə"lumat vermişdir. O, Qaraqoyunlu 



hökmdarı  İskəndər haqqında yazmışdı: "İskəndərin soyuna gəlincə o, Qara Yusifin, Qara Yusif də Qara 

Məhəmmədin oğludur. Bunların əsli uzaq Türküstanda Qazqurd dağlarındadır. Əski zamanlarda Azərbaycan və 

Bitlisə gəlmişlər. Köçəridirlər".

54

 



Hindistanda yazılmış və Qaraqoyunluların tarixindən bəhs edən "Tarixi-Türkməniyyə" və "Tarixi sultan 

Qütbşahi" əsərlərində Qaraqoyunluların 599 (1202-1203) cu ildə Qara Yusifin 7-ci ulu babası Oğuz nəslindən 

olan Törə bəyin rəhbərliyi altında 30 min çadırdan ibarət kütlə halında Türküstan- 

[25-26] 


- dan İrana və Şərqi 

Anadoluya gəlməsi və onların burada daim gürcülərə  və tatarlara qarşı mübarizə aparması göstərilir.

55

 Faruq 


Sümer bu mə"lumatın doğru olduğunu güman edir. O, öz fikrini Monqol istilasına qədərki dövrdə 

Qaraqoyunlulara aid heç bir mə"lumatın olmaması ilə  əsaslandırır.

56

 F.Kırzıoğlu isə bu mə"lumatdakı 599 



rəqəminin hicri tarixi olmadığı qənaətinə gəlir. O, belə güman edir ki, bu tarix həmin dövrdə Ön Asiyada geniş 

yayılmış "İskəndər təqviminə" əsaslanmışdır. Çünki 1202-1203-cü illərdən az sonra Anadoluda "Gürcülərə qarşı 

savaşa" və "tatarlara qarşı müqavimətə" imkan və lüzum yox idi.

57

 



İ.H.Uzunçarşılı

58

, F.Köprülü



59

, C.Zeynaloğlu

60

, Z.V.Toğan



61 

və H.N.Orkun

62

 qaraqoyunluların 



Azərbaycana və  Şərqi Anadoluya Arqun xanın (1284-1291) dövründə  gəldiklərini qeyd edirlər. Bu fikir türk 

tarixşünaslığında da təkrar edilməkdədir.

63

 Azərbaycan tarixşünaslığında həmin fikir qəbul olunmuşdur. Vaxtilə 



A.A.Bakıxanov qaraqoyunluların Arğun xanın dövründə Orta Asiyadan Azərbaycana gəldiyini qeyd etmişdi.

64

 



Sonralar M.H.Baharlı  və  Ə.S.Sumbatzadə  həmin müddəanı  qəbul etmişlər.

65

 Ç.İbrahimov



66

 bu tayfanın yeni 

əraziyə gəlişini XII - XIII əsrlərə, M.Seyfəddini

67

 XI - XIII əsrlərə, K.E.Bosvort, D.Y.Yeremeyev, M.İsmayılov 



və Q.Qeybullayev isə XIII əsrin  əvvəllərinə aid etmişlər.

68 


Z.Bünyadov və O.Əfəndiyev yazırlar ki, "ehtimal 

etməyə əsas var ki, sonralar qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfaların və qəbilələrin bir hissəsi 

artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış və monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb 

çıxarılmışlar."

69

 Onların mülahizəsində obyektiv həqiqət vardır. Çünki faktlar göstərir ki, yerli, oturaq əhali ilə 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə