Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

 

13

türkman tayfalarının qaynayıb-qarışma prosesi XIII əsrdən xeyli əvvəllərə təsadüf edir. Məhz bunun nəticəsi idi 



ki, qərbi türkmənlər Orta Asiya türkmənlərinin birbaşa xələfləri olsalar da Azərbaycan etnosunun mühüm 

hissəsini təşkil edirlər.

70 

[26-27]


 

Azərbaycan türkmanları  tədricən  Şərqdə, Orta Asiyada məskunlaşmış  həmqəbilələrindən  əhəmiyyətli 

dərəcədə  fərqlənməyə başlamışdılar. Yeni keyfıyyətlərin qazanılması, fərqli xüsusiyyətlərin təşəkkülü 

prosesində ilkin vətəndən uzunmüddətli uzaqlaşma mühüm rol oynamışdır. 

Bə"zi tarixçilər Qaraqoyunluların Barani/Baranlu sülaləsindən olduğunu qeyd edirlər.

7I

Bu adın mənşəyi 



ilə bağlı müxtəlif fikirlər mövcuddur. Z.V.Toğanın fikrincə, Təbərinin  əsərində Barani türklərindən bəhs 

edilmişdir. X əsrin müəllifi Beyhəqi Xarəzm türklərindən - "Barani"lərdən Əli oğlu Şah Məlik adlı bir hökmdar 

haqqında mə"lumat vermişdir. 

Yaqut Həməvi Buxaradan 5 Fərsəx məsafədə Barani kəndinin olduğunu göstərir.

72

 S.Q.Ağacanov da 



qeyd edir ki, baranilər mənşəcə  Oğuz tayfalarından olmuş  və X əsrin II yarısında bu sülalədən olan Əli xan 

Yenikənd oğuzlarının başına keçmişdir. Onun fikrincə, Rus səlnamələrində XI əsrin ortalarında  Şərqi 

Avropanın içərilərinə daxil olduğu qeyd olunan "berendə" tayfasının adı ilə "barani" etnonimini eyniləşdirmək 

mümkündür. Bu terminlərin semantikası hər şeydən əvvəl totem mənşəlidir.

73

 Orta əsr müəllifiəri Qaraqoyunlu 



hökmdarlarının Baranilərdən olduğunu göstərirlər. Əbu Bəkr Tehrani də Qara Yusif Barani

74

, Məhəmməd Nəşri 



və Aşiq Paşazadə də Cahanşah Baranlu

75

 kimi göstərilmişdir. Babur öz xatirələrində



76

 Cahanşahı Barani kimi 

təqdim edir. Ə.Ə.Dehxuda öz "Lüğətnamə"sində "Barani"ni qədim türk tayfası kimi təqdim edir.

77

 "Bürhan-e 



qati" lüğətində  də "Barani" qədim Türkman qəbiləsi kimi qeyd edilir.

78

  Gətirilən tarixi faktlar Barani Oğuz 



tayfasının qaraqoyunlularla sıxı  əlaqəsinin olduğu qənaətinə  gəlməyə imkan verir. Barani adının mənşəyi 

qoyunun sülalənin və ya tayfanın totemi və himayəçisi olması ilə bağlı olmuşdur. V.Minorski "Barani" adının 

şəxs və tayfa adı deyil, yer adı olduğunu qeyd etmişdir. O, öz fıkrini Qaraqoyunlu sikkələrində göstərilmiş 

"Baran" adlı zərb yerinin, Mərv və Buxara yaxınlığında da Barani kəndlərinin olması ilə 

[27-28]

 əsaslandırır.



79

 

Faruq Sümer Qaraqoyunlu xanədanının daşıdığı ailə adının Şərqi Anadoluda vaxtilə pul kəsdikləri "Baran" adlı 



yerdən aldığını qeyd edərək V.Minorskinin fıkrini müdafiə edir.

80

  Ə.Çay bu adın  şəxs adından yaranması 



qənaətindədir.

81

 Osman Turan İbn Tanriberdinin verdiyi mə"lumatlara əsaslanaraq Şərqi Anadoluda və Şimali 



Suriyada 1260-cı ildə Baranlu adlanan türk tayfasının yaşadığını göstərir.

82

 Ş.S.Zabit onların Monqol yürüşləri 



zamanı Azərbaycandan buraya köçdüklərini bildirir.

83

 



F.Sümer Barani/Baranlu tayfası ilə bağlı olan etnonimin, yalnız  Şərqi Anadoluda olması faktı ilə 

kifayətlənmişdir. Bu tayfa ilə bağlı olan etnonimlər Azərbaycanın həm şimal, həm də cənub bölgələrində və İran 

ərazisində hələ də öz varlığını yaşatmaqdadır. 

Azərbaycanın Salyan bölgəsində Baranikənd, Goranboyda Baranbet dağı, Təbriz-Üskü baş yolunun 2 

km-də Baranlu kəndi və İranda Barani kənd, Barani kord kəndləri mövcuddur.

84

 



"Baran" sözü qədim türklərdə daha çox "qoç" mə"nasında işlənmişdir. Başqırdlarda və tatarlarda bu 

istilah indi də  həmin mə"nada işlənməkdədir. Şərqi Anadoluda da həmin söz "qoç" anlamında qalmaqdadır.

85

 

Türk dillərinin müxtəlif dialektlərində "Baran" - "güc", "qüvvət" və "qoç" mə"nasındadır.



86

 F.Kırzıoğlu belə 

güman edir ki, Şərqi Anadoluda, Arsaqlılar dövründə qeyd olunan Duru-Baran əyaləti məhz burada 

Qaraqoyunluların məskunlaşmasından sonra bu adı almışdır. Çünki III əsrdən öncə heç bir mənbədə bu ada rast 

gəlmək mümkün deyildir.

87

 



Qaraqoyunlu tayfa birliyini təşkil edən boyların və tayfaların Azərbaycanda məskunlaşması daha erkən 

dövrlərdən başlanmışdı. Türkiyə tarixçilərinin tədqiqatlarında bu tayfa birliyinə daxil olan müxtəlif tayfalar və 

boylar qaynaqlara əsasən araşdırılmışdır. Qaraqoyunlu tayfa birliyini öz ətrafında birləşdirmiş  və bu birliyin 

özəyini təşkil edən Qaraqoyunlu  

[28-29] 

 tayfasıdır. Faruq Sümer belə güman edir ki, bu tayfa idarəçi, rəhbər 

rol oynaması  əsasında özünün qəbiləvi mahiyyətini itirmişdi.

88

 Qaraqoyunlu tayfası ilə bağlı olan etnonimlər 



Azərbaycanda,  Şərqi Anadoluda və  İranda son dövrlərə  qədər mövcuddur. M.H.Baharlının tədqiqatlarında 

Azərbaycanın Cavanşir, Göyçay, Gəncə, Zəngəzur və  Şəki qəzalarında Qaraqoyunlu oykonimləri aşkar 

edilmişdir.

89

 Son araşdırmalar da Azərbaycanın Ağsu, Bərdə, Qubadlı, Tərtər və Goranboy bölgələrində 



Qaraqoyunlu  oykoniminin  saxlanıldığını sübut etmişdir.

90

 İran ərazisində də Qaraqoyunlu oykonimi qalmaqda-



dır.

91

 Faruq Sümer Azərbaycanda və  Şərqi Anadoluda izləri son dövrlərə  qədər yaşayan bu tayfalarla 



Qaraqoyunlu tayfası arasında siyasi əlaqənin olduğunu göstərir.

92

 



Qaraqoyunlu tayfa birliyində  Sə"dlu tayfasının böyük rolu var idi. Bu tayfa öz adını XIV əsrdə  Sə"d 

adlı bəyin adından almışdır. Hafiz Əbru və Əbdürrəzzaq Səmərqəndi Naxçıvanda və Sürməli bölgəsində qədim 

dövrlərdən Qaraqoyunluların  əsas tayfalarından olmuş  Sə"dlu tayfasının yaşadığını qeyd edirlər.

93

 Foma 



Metsopski də XIV əsrin sonunda Sə"d adlı igid türkman bəyi haqqında mə"lumat verməkdədir.

94 


XIV  əsrin 

sonu, XV əsrin başlanğıcında Naxçıvan və Sürməli bölgəsi Əmir Sə"d  başda olmaqla sə"dluların hakimiyyəti 

altında olmuşdur.  Əmir Sə"d 1411-ci ilə  qədər Çuxur-Sə"d böIgəsini idarə etmişdir. O, həmin ildə ölmüş  və 

İrəvan yaxınlığında Gəfərabad kəndində dəfn olunmuşdur. Oğlu Pir Hüseyn 1413-cü ilin 11 oktyabrında onun 

qəbri üzərində  məqbərə ucaltmış  və  ərəbcə  mətn yazdırmışdır. Pir Hüseynin dövründə  sə"dluların inzibati 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə