Neft firtinasi



Yüklə 4,8 Kb.

səhifə1/63
tarix17.11.2018
ölçüsü4,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   63



 
 
 
RAİF QARADAĞ
 
 
 
 
 
 
 
 
 


NEFT FIRTINASI
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2017
 
 
 
 
 
 
 
Тцркийя тцркъясиндян Азярбайъан тцркъясиня чевирди:
Мирзя Янсярли (Лямбяли)
АМЕА З.М.Бцнйадов адына Шяргшцнаслыг Институтунун елми ишчиси, Азярбайъан
Йазычылар вя Журналистляр Бирликляринин цзвц
 
 
Redaktor: Namiq Məmmədov,
АМЕА З.М.Бцнйадов адына Шяргшцнаслыг
Институтунун елми ишчиси
 
Korrektor: Ceyran Abbasova
 
Раиф Гарадаь. НЕФТ ФЫРТЫНАСЫ.
Bakı, QANUN nəşriyyatı, 2017, 256 səh.
 
Китаб АБШ, Инэилтяря, Алманийа вя Русийанын (сонра ССРИ) XIX ясрин сонуndan XX
ясрин 50-ъи илляриня гядяр Орта Шяргин, Azяrbaycanыn, Ира​нын, Ирагын, Румынийанын,
Мексиканын, Панаманын вя Ъянуб-Шярги Аси​йа юлкяляринин нефт мянбялярини яля
кечирмяк уьрунда апардыглары мц​ба​ризяйя щяср едилмишдир. Бурада Рокфеллерин


«Стандард Ойл”» иля Детердингин «Роййал Датч-шелл Груп»” нефт ширкятляринин фяа​лий​-
йят​ляри даща эениш ишыг​ландырылмышдыр.
Ясярдя Османлы Империйасынын сугутунда нефт амилинин ойнадыьы рол щаггында
мараглы билэиляр яксини тапыр. Раиф Гарадаьын бу ясяри Истанбулда дяфялярля няшр олун​-
мушдур.
ISBN 978-9952-36-360-9
© QANUN nəşriyyatı, 2017
© R.Qaradağ, 2017
 
 
 
 
 
 
 
 


ÖN SÖZ
 
 
Dünyada ağla gələn hər şey maddi qaynaqlara bağlıdır. Hərb və sülh, xam maddə mənbələri üzərində
və bu mənbələri yer​ləşdiyi sahələrin çevrəsində cərəyan edən bir çox gizli və qorxunc mü​ca​di​lənin
nəticəsidir. İnsanlar yaşamaq ücün güclü olmağın va​cib​liyini qədim dövrlərdən anlamışdilar.
Müasir dövrün böyük dövlətləri, dünənin ibtidai müba​ri​zə​si​ni daha geniş imkanlarla və daha ciddi
üsullarla davam etdir​mək​də​dir. Son dövrün tarixi tədqiq edilsə, bu mübarizə olduqca ay​dın şə​kildə
meydana çıxar. Son əsrlərin dərinliklərində qalan bu mü​ba​ri​zənin mərkəzində neft dayanır. XX əsrin
başlanğıcından bə​şəriyyət xam maddə qaynaqlarına sahib olmaq, dünyaya bu yol​la haki​miy​yət və
üstünlüyünü qəbul etdirmək istəyən dövlətlərin mübarizəsi​nə şahid olmuşdur və bu mübarizə hələ də
davam et​mək​dədir.
Neft, XIX əsrin sonundan başlayaraq, XX əsr boyu da bü​tün xam maddələrə başçılıq etməkdədir. Bu
da təkzib olunmaz fakt​dır ki, əgər bu gün dünya texnika sahəsində bu qədər sürətlə irə​liyə getmişdisə,
bunun üçün neftə borcludur. Neft, insan həya​tı​nın hər sahəsində böyük təsirə malik olan xam
maddədir. 1880-ci ildən bəri onun ətrafında cərəyan edən çarpışmalar neftin nə qədər bö​yük təsirə
malik bir maddə olduğu fikrini təsdiqləyir.
Hələ də dünyada neftə sahiblik edən iki beynəlmiləl nəhəng şirkət, böyük və çox ciddi bir mübarizəni
aparmaqda davam edir​lər. Bu iki şirkətin apardığı mübarizə, bir-birilərinin əllərindəki neft
sahələrini, nəyin bahasına olursa olsun almaq və bu yolla dün​ya​ya hakim olmaq üçün var gücü ilə
davam etməkdədir. Bu mü​ba​ri​zə amerikalı milyarder Con Rokfellerin qurduğu nəhəng
trest-“STANDARD OYL KOMPANİ” ilə ingilis-holland birliyi olaraq fəaliyyət göstərən “ROYYAL
DATÇ-ŞELL QRUP” və Rusiya arasında davam etməkdədir. Bu kitabda oxuyacağımız hər şeyin tam
həqiqət olduğunu deyə bilmərik. Amma həqiqətə ən yaxın olanıdır deyə bilərik. Həqiqətən də burada
təsvir olunanlar real hadi​sələrdir, bir xəyal məhsulu və yaxud mübaliğə deyildir.
Yazılıb ərsəyə gəlmiş bu əsərin xətasız olduğunu da deyə bilmərik. Əlbəttə, burada bir çox xətalar ola
bilər. Bəlkə də böyük miqyasda nöqsanların olması da labüddür. Biz bunu bilirik və bun​dan qaça
bilmədiyimiz üçün təəssüf duyuruq. Ancaq, buna bax​ma​ya​raq, tam əminliklə deyə bilərəm ki, 30 illik
bir çalışma sonunda meydana gələn bu kitab, həqiqətə ən yaxın olanıdır. Bu kitabdakı xəta və
nöqsanları bağışlayacağınızı ümid edirəm.
 
Raif Qaradağ
Pendik / Istanbul 18/6/1969
 
 


NEFT MÜBARİZƏSİNİN BAŞLANMASI
 
 
Qorxunc mərmilərlə hər tərəf bir anda yerindən oynadı. Top səs​ləri İranın mərkəzi Tehranda dalbadal
gurlayır, mərmilər İran Milli Məclisinin divarlarını dəlir, damını çökdürür və ətrafı qor​xunc toz-
torpaq bürüyürdü.
Dalbadal gurlayan top səslərinin aləmi bürüyən gurultusu Tehranda gözlənilməyən və faciəli bir
çaxnaşmanın düşməsinə sə​bəb olmuşdur.Tehran küçələri bu vəhşi təcavüzün sonunda cə​səd​lərlə dolu
bir hərb meydanına çevrilmişdir.
Nə vardı, nə olurdu? Qudurğancasına davam edən və za​vallı xalqı hədəf alan bu qaniçənlik nə idi?
İranın paytaxtı Teh​randa neftin səbəb olduğu bir iğtişaş baş vermişdir...
Çevrilişlərin qanunu yoxdur, çevriliş çevrilişdir. İçməyə qan axtarar! Və bunun üçün də baş verdiyi
hər bir yerdə bir cani, qa​n​içən bir canavar tapar. Budur Tehranda da belə bir canavar var. Bu​nun adı
Lyaxovdur. Bu canavar ruhlu adam İran ordusuna tə​lim verən rus zabitlərindən olan və haqqında çox
danışılan bir pol​kov​nikdir. Bu polkovnik İran əsgərlərinə təlim verməklə məşğul idi. O, Tehran
küçələrini günahsız xalqın qanına bulayacaq xüsusi əmr​​lər verir, tabeliyindəki əsgərləri məsum
xalqın üstünə saldı​rır​dı...
Tehrandakı iğtişaş qısa zamanda Milli Məclisi yerlə yeksan etmiş, top mərmiləri bu möhtəşəm binada
sağ bir yer qoymamışdı. Lakin Lyaxovun tabeliyindəki İran topçusu buna baxmayaraq, alov püskürən
lülələri bu tarixi binanın dağıntıları üzərindən uzaq​laşdırmırdı. Bu bombardman İranın milli iftixar
mənbəyi olan əsər​lərin mühüm bir hissəsini yerlə yeksan etmişdi.
Tehran, tarixinin bəlkə də ən qorxunc gününü yaşayırdı. Bir rus polkovnikinin əmri altında olan iranlı
əsgərlər, yad bir koman​dandan aldıqları əmrlərlə vətəndaşlarını, qan qardaşlarını öldürür, milli
əsərlərini vəhşi bir intiqam hissi ilə məhv edirdilər...
Tehranın səmalarını topların uğultusu inlədərkən, kazak sü​variləri də şəhəri darmadağın edirdilər.
Polkovnik Lyaxovun baş​çı​lığı altında əsgərlər top mərmiləri ilə yerlə yeksan edilmiş Milli Məclisə
gedərək, bombardmandan nə yollasa canını qurtara bilən deputatları həbs edirdilər.
Bombardmanla birlikdə şəhərdə başlayan çaxnaşma, kazak əs​gərlərinin qaniçəncəsinə hücumları ilə
insanın tüklərini biz-biz edən qorxunc bir mənzərə yaratmışdı. Tehran xalqı canavar bir ko​man​dirin
tabeliyində olan qardaşlarından, öz əsgərlərindən qaçır, ölməmək üçün şəhəri tərk edir, dağlara
sığınırdılar. Lakin hər biri canavara dönmüş əsgərlər bu biçarə xalqı yenə sağ buraxmaq is​təmir,
öldürür, öldürür, öldürürdülər...
1908-ci il noyabrın 26-da başlayan bu çevrilişin səbəbi nə idi? Necə olur ki, bu rus polkovniki təlim
keçmək üçün ta​be​li​yi​nə verilmiş iranlı əsgərlərə qan qardaşlarını öldürt​dürür​dü? Zahirən çevriliş
mənzərəsini xatırladan bu hadisənin iç-üzü tam başqa idi. Bu çevriliş medalyonunun tərs tərəfi neft
qoxurdu. Bir sözlə hər tərəfdən neftin çirkli rəngi görünürdü.
Bəli! Bu çevrilişin əsl səbəbkarı neft idi...
Neft XX əsrin ən qiymətli xam maddəsi... Dünyanın ən qüdrətli və rəqibsiz xam maddəsi halına
gətirildikdən sonra, neftin çıxdığı hər bir yerdə iğtişaşlar, qətllər, hökumət çevrilişləri bir-bi​rini əvəz
etmişdir. Neftə sahib ölkələrin xalqları heç bir zaman ra​hat nəfəs almamışdı... İran da bu ölkələrdən
biri və bəlkə də birin​cisi idi. Bu maddə İranda kəşf edildikdən bəri İran rahatlıq və dinc​lik nə ol​du​-
ğunu bilməmişdi. İranın son əsrlər tarixi neft üzün​dən meydana çıxan bir çox iğtişaşların, qətllərin və




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə