Neft firtinasi


NEFT VƏ OSMANLI İMPERİYASININ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə13/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   9   10   11   12   13   14   15   16   ...   63

NEFT VƏ OSMANLI İMPERİYASININ
TALEYİ
 
 
İngilislər böyük imperiyalarını genişləndirmək və Aralıq dəni​zinə də hakim olmaq layihələrini XIX
əsrin ilk yarısından sonra sürətlə tətbiq etməyə başladılar.
Admiral Nelsonun Trafalqarda əldə etdiyi böyük dəniz zəfə​rindən sonra, İngiltərə. Aralıq dənizində
yeni hərbi bazalar əldə etdi. İngilislər bu bazalara dayanaraq Aralıq dənizini bir ingilis dənizi halına
gətirdilər. Onlar dünya dənizlərində və bu arada mədəniyyətin beşiyi olan Aralıq dənizində də öz
hakimiyyət​lərini bərqərar etdikdən sonra, öz tacir təfəkkürlərinin hakim oldu​ğu siyasətlərinin işığı
altında, Yaxın və Orta Şərqin zəngin yeraltı və yerüstü sərvətləri ilə yaxından təmasda olmağa
başladılar.
İngilislərin təmasda olduqları bu torpaqlara, dünya siyasətinə böyük təsir gücünə malik olan Osmanlı
İmperiyası hakim idi və ingilislərin göz dikdikləri təbii zənginliklərin hamısı bu imperiya​nın
daxilində yerləşirdi. Osmanlı İmperiyası taxtında isə 1877-ci ildən bəri imperiya tarixinin ən qüdrətli
şəxsiyyətlərindən, əsrinin ən böyük siyasi xadimlərindən olan Sultan II Əbdülhəmid xan oturmuşdu.
Şübhəsiz, onun torpaqları üzərində belə asanlıqla və ra​hatlıqla at oynadıla bilməzdi... Sultan II
Əbdülhəmid xan, ingilislərin Osmanlı İmperiyası hüdudları daxilindəki yeraltı və yerüstü sərvətlərə
hakim olmaq üçün etdikləri bütün təşəbbüsləri rədd etmiş və onlar üçün bir neçə sürprizlər
hazırlamışdır.
İngilislər qətl etdirməyə müvəffəq olduqları Sultan Əbdüləziz xandan sonra Osmanlı İmperiyası
taxtına Sultan V Muradın keçəcəyini və bu taxtı ölüncəyə qədər mühafizə edəcəyini ümid etdilər.
Lakin nəticə ingilislərin gözlədiyi kimi olmadı.
Sultan V Murad taxta çıxdığı ilk gündən etibarən qarşı​laşdığı bir neçə daxili siyasi hadisələrin
təsirindən sarsıldı və bir müddət sonra imperiya taxtını qardaşı Sultan II Əbdülhəmid xa​nın xey​rinə
tərk etdi.
Sultan II Əbdülhəmid xan, böyük dövlətlərin neft uğrun​da mübarizəyə başladıqları zaman Osmanlı
taxtına çıxır və dövlətin taleyi ilə məşğul olmağa başlayır.
Onun taxta çıxmasından 20 il əvvəl, Qaliçiyada neft tapılmış, əv​vəllər ingilis-fransız, sonralar isə,
ingilis-alman-fransız və rus mücadiləsi başlamışdı. Sultan II Əbdülhəmid xan zamanında isə neft, bir
çox sahələrdə qiymətsiz maddəyə çevrilmişdir. Neftin hər keçən gün artan qiyməti və bu qiymət
məfhumu arasında da əhə​miy​yət kəsb edən qüdrəti, Avropaya, daha sonra dünyaya hökm et​mək
iddiasını da isbat edən ingilisləri, çox ciddi və ölçüyə gəlməz bir mübarizəyə sövq etdi. Birliyini
yeni tamamlayan, Bismarkın po​lad kimi iradəsi altında dünya siyasətinə qüdrətli bir dövlət ola​raq
girən Almaniya da, böyük dövlət olmanın şərtlərinin başın​da xam maddə qaynaqlarına sahib olmağın
vacibliyini gözəl bi​lir​di.
Xam maddələrin əhəmiyyəti Orta Şərqdə və bütün böyük ti​ca​rət yolları keçən ərazilərdə Almanya ilə
İngiltərəni qarşı-qarşı​ya gətirdi. Orta Şərqdəki mübarizə Osmanlı İmperiyası torpaqları üzərində cə​-
rəyan edirdi.Gələcəkdə bu mübarizənin mərkəzini Os​man​lı İmperi​ya​sı dağıldıqdan sonra, bir neçə
kiçik və süni dövlət​lər halında dün​ya xəritəsində yer alan ərəb dövlətləri təşkil edə​cək​di.
İngilislər türklərə xoş görünmək üçün, əvvəlcə Adana-Mersin dəmiryolu xəttinin çəkilməsi icazəsini


aldı. Onlar bu xətti inşa edər​kən, almanlar da İstanbulda Sultan II Əbdülhəmid xan ilə Bağ​dad
dəmiryolunun inşasına dair danışıqlar apararaq ingilislər kimi imtiyaza sahib oldular.
Qarşıya belə bir sual çıxır. Nə üçün ingilislər, istərsə də al​man​​lar, Osmanlı İmperiyasının geniş
hüdudları daxilində yal​nız İraq və Suriya ərazisində imtiyazlar əldə etmək istəyir​dilər? Bu sualın ca​-
va​bı olduqca açıq-aşkar idi. Onsuz da sonrakı mübarizələr, Os​man​lı İmperiyasının zorla Birinci
Dünya mühari​bəsinə qatılması və nəhayət neftin ortaya çıxan cahanşümül əhə​miyyəti, bizi haqlı
olaraq neft deyilən xam maddə üzərində dur​mağa sövq etməkdə​dir. Bəli, Osmanlı İmperiyasının üç
qitəyə ya​yılan vüsətini gözü​mü​zün qabağına gətirsək, hər iki dövlətin Me​so​po​tamiyada da imtiyazlar
almaq istəmələrini neftdən başqa bir səbəbə bağlamaq mümkün deyildir. Bu ərazi, dünyanın ən böyük
neft ehtiyatlarına sahib idi. Bu hər iki dövlət, özlərini Osmanlı İmperiyasına dost ki​mi göstərmələrinə
baxmayaraq, neft yataqları olan Mosulu ələ kecirməyə çalışırdılar. Hər iki dövlət bi​lir​di ki, neft
adlanan bu xam maddəni kim daha əvvəl əldə edə bi​l​sə, Avropaya, dolayısı ilə dünyaya hakim
olacaqdır!
Neft hələ XIX əsrin ikinci yarısında mücadilə mövzusu olmuş, dövlətlər o zamandan bəri bir-
birlərinə qarşı bu pis qoxulu maye üçün mübarizə bayraqlarını qaldırmışdılar. Lakin almanlar, ingi​-
lislərə nəzərən Osmanlı imperatoru Sultan II Əbdülhəmid xan nəzərində daha çox şansa sahib idilər.
Bağdad dəmiryolu imtiya​zı​nı almaları bunun ən açıq-aydın dəlilidir. Yalnız, hər iki rəqib döv​lə​tin
verdikləri qərarda unutduqları bir tərəf vardı. Bu da, tədbirli və düşüncəli, böyük bir siyasət adamı
olduğu dünya tərə​findən təsdiqlənən və bu xüsusiyyətləri ilə də tarixə düşən Sul​tan II Əb​dül​həmid
xanın mövcudiyyəti idi.
Sultan II Əbdülhəmid xan hər iki dövlətin Mesopotamiya​da​kı əsl və daima gizlətmək istədikləri
məqsədlərini aydın anlayırdı. Sultan II Əbdülhəmid xan, Bağdad dəmiryolu imtiyazının dəs​tək​çisi
“Deutshe Orient Bank” ilə “Deutsche Orient Palestina Bank”ın Osmanlı torpaqlarına küllü miqdarda
sərmayə yatırımına səbəb olan dəmiryolu anlaşmasından, yəni, 1886-cı ildən dörd il sonra, 1890-cı
ildə təhlükənin qarşısını ala biləcək tədbir gördü. Sultan II Əbdülhəmid xan bu tarixdə bir əmrlə
Mosulun neft sahəsini “Pad​şahın mülkü” elan etdi. Sultan II Əbdülhəmid xanın bu qə​rarı, istər
almanları, istərsə də ingilisləri dəhşətli dərəcədə sarsıt​mışdır. Sultan II Əbdülhəmid xan hər iki
dövlətin, hər çarəyə əlac qılaraq, böyük yatırımları göz altına alaraq girişdikləri sərbəst hərəkətlərlə
əldə etmək istədikləri nəticəni bu əmrlə tarixə yaz​dırdı. Ancaq, əllərində edə biləcəkləri, daha
doğrusu diplomatik yollarla edə biləcəkləri bir şey yox idi. Lakin həqiqətdə isə edəcək​ləri çox şeylər
vardı və Osmanlı İmperiyası başdan-başa Bosniya və Hersoqovinanın qarlı dağlarından Ərəbis​tanın
isti çöllərinə qə​dər qanlı bir hərb meydanına dönəcək, yana​caq, yıxılacaq, məm​ləkətin seçilmiş
övladları Balkanlarda, Yəmən​də, Ərəbistan çölün​də əriyib gedəcəkdir...
Mosulun neft sahələri Məmalik-i Şahanə elan edilmişdir. Ar​tıq bu iradəni dəyişdirmək, bu və ya
başqa şəklə salmaq mümkün deyildir. Bu üzdən də Mosulda neft imtiyazı almaq istəyən dövlət​lər
xəyal qırıqlığına uğradılar...
Beləcə, ingilislərin Uzaq Şərqin neft sahələri ilə maraqlanma​ğa başladıqları və amerikalılarla çətin
bir hərb etdikləri tarix bu dövrə təsadüf edirdi. Deterdinq də o sıralarda Çində amerikalıları məğlub
etmiş və Çin bazarlarını əlinə keçirmişdir. Çində amerika​lı​lar​la apardıqları çətin mübarizəni qazanan
Deterdinq, bütün gü​cünü, 1890-cı ildə Orta Şərqə yönəltdi və ən mahir casuslarını Osmanlı
İmperiyası torpaqlarına göndərdi. İngiltərə İmperiyası hökumətinin ən məşhur diplomatları da öz
mövqelərini İstanbulda möhkəmlətdilər və durmadan Sultan II Əbdülhəmid xana təzyiq​lər göstərdilər.
Lakin diplomatik kanallarla edilən bütün bu təzyiq​lər heç bir fayda vermədi. Sultan II Əbdülhəmid


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə