Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə19/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   15   16   17   18   19   20   21   22   ...   63

İngiltərə 1856-cı il Paris sülh müqaviləsi ilə Rusiyanın hərə​kə​​ti​ni yalnız Qara dənizlə
məhdudlaşdırmasına nail olmuşdur. An​caq, bu vəziyyət 1871-ci ildə Londonda boğazlar məsələsinə
aid ke​çi​rilmiş konfransda Almaniyanın yardımı ilə Rusiyanın xeyrinə dəyişmişdir. Lakin, tezliklə
həmin ildə Londonda keçirilmiş kon​frans​da bağlanmış müqavilə ilə İngiltərə yenə də Rusiyanın
Aralıq dənizində sərbəst hərəkət etməsini məhdudlaşdırmağa nail oldu.
Bütün bu sui-qəsdlər və beynəlxalq miqyaslı çəkişmələr Orta Şərqdə mövcud olan zəngim xammal
qaynaqlarını ələ keçirmək siyasətindən meydana gəlirdi.
İndiki dövlətlər bu xammala sahib olmaq üçün mübarizə edir, müxtəlif üsullarla bir-birini əzməyə
çalışırdılar.
Bu mübarizədə Almaniya öz yolunu müəyyənləşdirmişdi. Al​man siyasətçilərinə görə Almaniyanın
mənfəətləri Bismarkın cız​dı​ğı yolda idi. Bismark “Çanaqqala boğazı Rusiyanın cənub sahillərinin
açarıdır” demişdir. Bu yolla getmək, Rusiyanın mən​fəət​lərini təmin edərək Orta Şərqdə alman
iqtisadi mənfəətlərinə nail olmaqla İngiltərəni bu ərazilərdən sıxışdırıb çıxarmaq alman siyasətçiləri
üçün yeganə çıxış yolu idi. Elə bu səbəbdən də Kay​zer Vilhelm bu yolu davam etdirərək rus çarı ilə
görüşməyi qərara aldı. Nəhayət 1910-cu ildə alman imperatoru rus çarı ilə Potstamda görüşdülər. Bu
görüşdə alman imperatoru Bağdad dəmir yolu xət​tinin tikintisinə qarşı olan Rusiyanı
neytrallaşdırmağa, İran və Os​manlı İmperiyasının əleyhinə bir müqavilə bağlamağa nail oldu. Bu
müqaviləyə görə Almaniya Rusiyanın da razılığı ilə Osmanlı sərhədləri daxilində hər cür iqtisadi
mənfəət təminində sərbəst ola​caqdı. Bunun qarşılığında Rusiya da 1907-ci il tarixli rus-ingilis
müqaviləsi ilə nüfuz edə bilmədiyi İranın cənub məntəqələrinə, zən​gin neft ehtiyatlarına malik
Xuzistan əyaləti ilə Bəsrə körfəzinə yerləşəcəkdir. Neft bu müqavilənin ağırlıq mərkəzini təşkil
edirdi.
Diqqət edilsə görərik ki, istər Almaniyanın, istər Rusiyanın si​ya​si nüfuzlarından istifadə etməklə bir-
birlərinə göz yumaraq yer​ləş​mək istədikləri məntəqələr İranda neftin su kimi axdığı cənub əyalətləri,
xüsusilə də Bəsrə körfəzi ilə Osmanlı İmperiyasının Mo​​sul-Kərkük-Süleymaniyyə və ətrafından
ibarət idi. Almaniya​nın Bağdad dəmir yolu planının əsas hədəfi Mosul və ətrafındakı zəngin neft
sahələrini ələ keçirmək idi. Bu iki dövlət Potsdam mü​qaviləsindəki hədəflərə qarşılarında İngiltərə
olmasaydı rahatca çata bilərdilər.
Rusiya ilə Almaniya Potsdam müqaviləsinin tətbiqi üçün bö​yük əmək sərf etdilər. İki imperiya
arasındakı ilk görüşdən sonra 1911-ci ilin yayında Rusiyanın Port Baltik limanında ikinci görüş
keçirildi. Bu görüşdə hər iki imperator Potsdam müqaviləsinin əsa​sı​nı təşkil edən iqtisadiyyata aid
müddəaların dərindən araşdırıl​ma​sını hökumətlərinə tapşırdılar. Bundan sonra 1911-ci ilin yay ayla​-
rında Berlində və Peterburqda hər iki ölkənin diplomatlarının sə​mi​mi görüşləri oldu. Əslində eyni
ailədən gələn üç qohum dünya​ya hakim olmaq iddiasında idilər. Bunlardan iki qohum rus çarı ilə
alman imperatoru üçüncü qohum-İngiltərə imperatoruna qarşı bir​lə​şərək müştərək cəbhə qurdular.
Neft beləcə üç böyük dövlətin ba​şında, eyni ailədən olan üç imperatoru düşmənçiliyə sürükləyir​di.
Alman imperatoru Mosul və onun ətrafına çox zəngin neft sahələrinin xəyalıyla Port Baltikdən
Berlinə, rus çarı da 1907-ci il ingilis-rus anlaşması ilə İranın neft sahələrinə sahib olmaq arzusu ilə
Peterburqa yola düşmüşdülər.
Çar almanları bu müqavilə ilə Osmanlı-Rusiya sərhəddindən uzaqlaşdırdığı, beləcə bir kabus halına
gələn alman təhlükəsini müvəqqəti də olsa bitərəf etdiyi üçün məmnundu. Əsasən çarı se​vincdən
ağlını itirmək dərəcəsinə çatdıran səbəb Kayzer Vilhelmi sevimli qohumunu boğazlar üzərindəki üç
əsrlik rus əməllərinin re​allaşmasına razı salmaq olmuşdur.


İşin əsil faciəli tərəfi Rusiyaya boğazlara sahib olmaq üçün üç əsrlik mübarizəsinin reallaşmasını
təmin etməyə söz verən Al​maniyanın İttihad və Tərəqqi Partiyasının hamisi - “Böyük Türk dostu”
olması idi. Almaniya Osmanlı İmperiyasının müttəfiqi olsa da ikiüzlü siyasət yürüdür, neftə sahib ola
bilmək üçün böyük bir imperiyanı gizlincə parçalayır və arxadan zərbə vururdu.
Almaniya Orta Şərq neftinə sahib olmaq üçün fürsəti əldən ver​mir, heç bir təsadüfi hərəkət etmirdi.
Həmçinin ingilis donan​ması ilə alman donanmasının Podstam andlaşmasından sonra daha da
fəallaşmasını görürük.
Alman donanması Almaniyanın Çar Rusiyasının da himayəsi ilə Orta Şərqə sahib olduğunu zənn
etdiyi «Neft imperiyası»nı dəs​təkləmək üçün hazır vəziyyətə gətirilirdi. Alman donanması artıq
sadəcə Baltik və Şimal dənizlərindən başqa Aralıq dənizində də üzməyə başlamışdır. Almaniya artıq
Aralıq dənizinə yerləşmək qərarındaydı və bunu yerinə yetirmək gücünə malik idi. Həmçinin alman
hökuməti alman donanması üçün Aralıq dənizində bir baza axtarmağa başladı. 1911-ci ildə alman
imperatoru bir əmrlə Trab​lusqərbə bir nümayəndə heyəti göndərdi. Bu heyətin içində olan
mütəxəssislərin əksəriyyətini hərbiçilər və geoloqlar təşkil edirdi. Almaniya Orta Şərqdən başqa
Şimali Afrikada da neft axtarmaq fikrindəydi. Bu nümayəndə heyəti Trablusqərbdə tədqiqatlar apar​-
maqla yanaşı, digər tərəfdən də Babı Ali ilə, yəni İttihat və Tərəqqi Partiyasının qurduğu hökumətlə
ticarət dəniz donanması (ancaq əslində Aralıq dənizi alman hərbi dəniz donanması) üçün bir baza
qurmaq üçün müzakirələr aparırdılar.
Hələ 1909-cu ildə Almaniya hökuməti Aralıq dənizinin şərq hissəsində və xüsusilə Krit adasında
yerləşmək istəmişdi. Bu məq​sədlə İngiltərə Fransa və Rusiyaya bir nota verərək Krit Məsələsi​nin
həlli üçün mütləq Almaniya və Avstriya-Macarstan imperiya​sı​nın rəylərinin də nəzərə alınmasını sərt
bir dillə bildirdi. Al​maniya bu nota ilə Krit adasının suda və ya hər hansı bir başqa limanda baza
sahibi olmaq istəyini açıqca bildirirdi. Bir müddət sonra alman hərbi dəniz donanması Aralıq
dənizinə girəcəkdi.
Əsas məqsəd aydındır. Almaniya əldə etdiyi Bağdad dəmir yo​​lu imtiyazı ilə Mosulun neft sahələrini
nəzarət altına almaq is​təyirdi. Həmçinin sonrakı hadisələr göstərdi ki, Almaniya donan​ma​sını sadəcə
bu məqsəd üçün Aralıq dənizinə yeritmişdir.
Böyük dövlətlər arasında Osmanlı İmperiyasının iqtisadi qay​naq​la​rı​nı ələ keçirmək üçün edilən bu
siyasi təşəbbüslərin davam etdiyi illərdə Türkiyə artıq Trablusqərbi, Kriti və Balkan yarım​adasını
itirməyə başlamışdı.
İtirilən yalnız bunlar idi mi? Xeyr! Osmanlı türkləri getdikcə daha böyük itgilər verirdi. Trablusqərb,
Krit və Balkan yarımadası sadəcə görə bildiyimiz maddi itgilərdir. Əslində türklər bu impe​riyanın
çöküşünü seyr edir, bilmədən, fərqinə varmadan onun sü​qu​tuna şahid olurdu. Həm də bu süquta başda
neft olmaqla xam​mal mənbələri üzərində cərəyan edən iqtisadi müharibə səbəbindən tamaşa edirdik.
Osmanlı İmperiyasını idarə edən İttihad və Tərəqqi Partiyası isə bu çöküşü sürətləndirmək üçün nə
mümkündürsə edirdi.
İqtisadi mənbələrin başqalarının əlinə keçməməsi və qurduğu beynəlxalq “ticarət imperiyası”nın
dağılmaması üçün İngiltərə müx​təlif dövrlərdə Osmanlı İmperiyasına qarşı müəyyən planlarını hə​yata
keçirmişdir. Lakin indiki vəziyyət keçmişdəkinə nisbətən fərq​li idi. İngiltərənin Osmanlı İmperiyasına
düşmən münasibəti iki sə​bəb​dən irəli gəlirdi. Bunlardan biri xilafət idarə-üsu​lu, digəri isə im​periya
daxilində olan neft sahələri və ehtiyatları idi.
Əslində İngiltərə özünün “Neft imperiyası”nın təməllərini çox​​dan atmışdı. Almaniyanın Osmanlı
İmperiyası ilə yaxın müna​si​bət​ləri və dostluğu İngiltərəni ciddi şəkildə narahat edirdi. İngil​tə​rə​nin bu


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə