Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   2   3   4   5   6   7   8   9   ...   63

çevrilişlərin, hətta hökumət dəyişikliklərinin şahidi olmuşdur.
Bütün bu iğtişaşların, qətllərin sonunda isə minlərlə iranlı nə​dən öldüklərini bilmədən dünyadan köç
etmiş, İranda qardaş qar​da​şı qırmışdı...
İranda bu səfər baş verən iğtişaş, İran tarixi üçün bir üz qarası idi. Çünki, Milli Məclisin topa
tutulması, xalqın qətlə yetirilməsi əmrini polkovnik Lyaxova verən, İran şahının özü idi. Yəni bu əmr
Mə​həmmədəli şah tərəfindən verilmişdir.
Tehranda başlayan bu iğtişaşın səbəblərini anlamaq üçün bir az gerilərə, Nəsrəddin şahın dövrünə
nəzər salmaq gərəkdi. Ancaq bu zaman İranda davam etməkdə olan ixtişaşların iç-üzü açıla bi​lər.
26 noyabr 1908-ci il ixtişaşı, taxta oturan türk soylu bir şahı taxtdan endirmək və yaxud hər hansı bir
səbəbdən meydana gəl​məmişdi. Bu ixtişaş İran torpaqları üzərində öz iqtisadi haki​miy​yətini qurmaq
istəyən neft sahibkarlarının əməlləri idi. İranda bu hadisələr cərəyan edərkən artıq neft cahanşümül
gücə və qüd​rətə malik olduğunu sübut etmiş bir maddə idi.
Əgər diqqət etsək görərik ki, 1900-cu illərdə neft bugünkü qə​dər məşhur bir maddə deyildi. Lakin
onun gələcək uğurlarının ar​tıq diaqnozu qoyulmuşdu. Bu diaqnoz belə idi: Neft dünyanı ida​rə etmək
qabiliyyətinə malik bir qüvvədir.
XX əsrin adı dillərdən düşməyən ən qüdrətli maddəsi-neft... Bu gün dünyaya hakim olan maddə
budur. Neft neçə dövlətləri əlin​də oyuncaq və alət halına gətirmişdi. Neft irili-xırdalı neçə-neçə döv​-
lətlərə istiqlal verdiyi kimi, taxt-tac sahiblərini də qoca imperiya​ları ilə bir yerdə məhv etmiş
cahanşümül bir qüdrətdir. Neft bir çox dövlət və hökumət başçılarını da vaxtsız olaraq dün​yadan kö​-
çürt​müşdü. Neft, dünyanın nizamını tənzimləyən başlıca qüvvədir. Bu gün müharibələr onunla
aparılır... Bütün texnikanın hərəkəti onun​la təmin olunur. İnsanların və mədəniyyətlərin rifah və inki​-
şa​fında birinci planda yenə də neft durur.
Mədəniyyətlərin inkişafında hüdudsuz təsirlərə malik olan və həmişə birinci olan nefti əldə etmək
üçün, ağıla gəlməyən qaranlıq, qarışıq və qeyri-insani yollara müraciət edilir. Nefti əldə etmək üçün
nəhənglər arasında aparılan mübarizələr qorxuncdur. Neft səl​tənətini davam etdirmək üçün edilən
təşəbbüslər, XX əsr dedi​yimiz və mədəni vəsfini verdiyimiz dünyamız üçün üz qızardıcıdır. Neft
uğrunda mübarizədə insan dediyimiz ünsürün zərrəcə qiyməti yoxdur. Neft bugünkü möhtəşəm
mövqeyini, qan dəryaları üzə​rin​də bina etmiş qorxunc bir qüvvədir! Neft uğrunda axan qanlar, neft​-
dən möhtəşəm yeni bir qüdrət tapılmadıqca axmaqda davam edə​cək və neftə sahib olmaq istəyən
dövlətlər bu qorxunc müba​ri​zə​də insanları məhv etməkdə bir-birləri ilə yarışacaqlar!
İngiltərənin XX əsrdə yetişdirdiyi ən dəyərli dövlət xadimi olan Çörçill, 1936-cı ildə, İngiltərə
parlamentinin aşağı palatasın​da neft və İngiltərənin mənfəətləri müzakirə edilərkən neftin əhə​miy​yəti
haqqında dediyi bu sözləri bütün dünyaya bəyan etdi: “Bir dam​la neft bir damla qandan daha
qiymətlidir” və yenə Birinci Dünya müharibəsində Fransanı və müttəfiqlərini zəfərə çatdırmaq​da
böyük xidmətləri olan Klemanso Amerika prezidenti Vil​so​na göndərdiyi bir teleqrafda eynilə bunları
yazırdı:
“Əgər müttəfiqlər müharibəni udmaq istəyirlərsə, Fransa​nın qa​na möhtac olduğu qədər neftə də
möhtac olduğunu bilməlidir​lər.”
Bəli...Bu misalları çoxaltmaq da olar. Lakin misalları çoxalt​maq bizi mövzudan uzaqlaşdıra bilər.
Onun üçün də əsas hadisə​dən danış​maq daha doğru olardı. İrəlidəki səhifələrdə hadisələrin necə
cərəyan etdiyini müşahidə etdikdən sonra neft haqqında daha geniş bir məlumata sahib olacağıq.
Biz burada neftin necə çıxarıldığını, necə emal edilib dünya ba​zarına çıxarıldığını tədqiq
etməyəcəyik. Sadəcə, neftin dünya siya​sətinə necə hakim olduğunu, bu hakimiyyət uğrunda aparılmış


müba​rizələri göstərməyə çalışacağıq. Bu əsərdə nəhəng şirkətlərin – “Stan​​dard Oyl” ilə “Royyal
Datç-Şell Qrup”un bazar əldə etmək üçün necə mübarizə apardıqlarını nəzərinizə çatdıracağıq. Biz
bu əsərdə Ru​si​​yanın, İngiltərənin, Amerikanın, Almaniyanın, Fran​sanın siyasə​tinə ha​kim olan neftin
təsbit və təs​vi​rinə çalı​şa​cağıq. Biz bu nəhənglər mübarizəsinin sonunda döv​lət​lərin necə dar​madağın
olduğunun, dün​ya xəritəsinin yenidən necə tənzimlən​di​yinin şahidi olacağıq. Oxucu bu yazıları
oxuyar​kən, dünyanı ida​rə edənlərin kimlər olduğunu bü​tün çılpaqlığı ilə anlayacaq və hökm
çıxaracaqdır.
Oxuyacaqlarınız heç də bir xəyal məhsulu deyildir. Yaşanmış və yaşanmaqda olan bu mübarizənin
insafsız, mərhəmətsiz səhifə​lərindən ibarətdir.
 


BİR ÖLKƏ BAŞÇISININ ÖLDÜRÜLMƏSİ
 
1920-ci ildə Amerika Birləşmiş Ştatlarında Respublikaçılar Partiyası iqtidarda idi. İqtidar
partiyasının sədri isə ölkə siyasətini çox gözəl bilən Hardinq idi. Neft işlərindən bir az başı çıxanlar
Respublikaçılar Partiyasının seçkilərdəki məsrəflərinin Rokfelle​rin qurduğu nəhəng neft şirkəti olan
“Standard Oyl” tərəfindən ödənildiyini bilirlər. “Standard Oyl” bu baxımdan Amerikanın daxili və
xarici siyasətində böyük nüfuza malik idi. 1920-ci illərdə isə bu şirkət, Amerikanın daxili və xarici
siyasətini tamamilə əlin​də saxlayıb, öz mənafeyi istiqamətinə yönəldirdi... Seçkilərdə “Stan​dard
Oyl”un dəstəklədiyi Respublikaçılar Partiyasının na​mi​zə​di Hardinq, prezident olar olmaz, ilk işi bu
şirkətin idarəçi​lə​rindən olan Huqheusu xarici işlər üzrə müşavir təyin etmək oldu. Bu təyinat ilə
“Standard Oyl” Amerikanın xarici siyasətində söz sahibliyi əldə etdi. O illərdə Amerika Birləşmiş
Ştatlarının Ağ Ev​dən deyil, “Standard Oyl”dan idarə edildiyini söyləsək, zənn edi​rik ki, o qədər də
böyük mübaliğəyə yol vermərik.
“Standard Oyl” prezident Hardinqin yaşadığı 1923-cü ilə qədər Amerika Birləşmiş Ştatlarında
hakimi mütləq və Hardinq də, bu şirkətin icraedici aləti rolunu oynadı. Almanya tərəfindən Bi​rinci
Dünya müharibəsinə girməyə məcbur edilən və məşhur Monro doktirinasını tərk edən Amerika
Birləşmiş Ştatları, dünya siyasətində təsirli bir ünsür, qüvvətli-qüdrətli bir dövlət olmaq is​təyirdi.
Lakin “Standard Oyl”un öz neft mənfəətləri istiqa​mə​tin​də etdiyi müdaxilələr buna mane olurdu. Bu
müdaxilələr, Ame​rika xarici siyasətinin zəifləməsinə, hədəfdən uzaqlaşmasına, dola​yısı ilə prezident
Hardinqin reytinqdən düşməsinə səbəb olurdu. Nə​ha​yət, elə bir an gəldi ki, Hardinq “Standard
Oyl”un müdaxi​lələrinə əhəmiyyət vermədi və başqa sözlə desək bu nəhəng şirkətə arxasını çevirdi.
Və...bu andan etibarən, amerikalı prezident Har​dinq öz taleyini yalnız özü təyin etmiş oldu.
“Standard Oyl” böyük vəsait hesabına iqtidara gətirdiyi bir şəxsin birdən- birə ondan üz çevirməsinə
və dünya neft siyasətin​də​ki mövqeyindən uzaqlaşdırılmasına göz yummaq niyyətində de​yil​di.
Hardinqə təzyiqlər başlandı. Lakin prezident özünü bütün təz​yiqlərə qarşı qoymuşdur. Lakin artıq çox
gec idi. O qədər gec idi ki, başına gələcəkləri dəyişdirmək üçün edə biləcəyi heç bir şey
qalmamışdır.
“Standard Oyl” Amerika Birləşmiş Ştatlarının əsas güc struk​tur​larına yerləşdirdiyi adamlara
tamamən hakim idi. Prezident Har​dinq “Standard Oyl”u dünya neft inhisarçılığına aparan yol​da ya
dəstəkləyəcək, Amerika dövlətinin ordusunu, donanması​nı, hava qüvvələrini bu şirkətin siyasətinə
yardımçı edəcək və yaxud da taleyinə boyun əyəcəkdi.
Prezident Hardinq, “Standard Oyl” dan gələn əvvəl müla​yim, sonra isə hədələyici təklifləri Amerika
Birləşmiş Ştatlarının mənfəətlərinə zidd olduğu üçün rədd etmişdi. Bu arada edilən bü​tün cəhdlər
nəticəsiz qaldı. Hardinq “Standard Oyl” a qarşı son sözünü söyləmişdi: Artıq neft inhisarçılarına
xidmət etməyə​cəkdir. Prezident Hardinqi belə bir manevr etməyə sövq edən səbəblərin kökündə nəyin
dayandığını müəyyən etmək mümkün deyildir. Lakin “Standard Oyl” un prezidentə etdiyi müdaxilələri
və təzyiqləri də nəzərdən qaçırmamalıyıq. Hər nə olursa olsun, Hardinqin qərarının və bu qərarın
icrası zamanı aparacağı müba​ri​zəsinin ona çox baha başa gələcəyi də bir həqiqət idi. Lakin, bu
mübarizənin sonunda Hardinq artıq məğlub olmuş, həyatını itir​mişdi. Prezident Hardinq, şirkətə
müqavimət göstər​mək qərarını verdikdən, “Standard Oyl”a arxa çevirdikdən sonra Amerikanın daxili
və xarici siyasətində əsaslı dəyişikliklər etdi.
Hardinqin yeni siyasəti, İngiltərə və Avropa dövlətləri ilə dost​casına münasibətlər qurmaqdan ibarət


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə