Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə20/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   16   17   18   19   20   21   22   23   ...   63

təlaşı haqlı idi, yəni qarşısında özü kimi bir “Dün​ya im​pe​ri​yası”qurmaq istəyən qüdrətli rəqib vardı.
Həqiqətən də İngil​tərə daha öncə belə bir düşmənlə qarşı-qarşıya gəlmiş və onu oyun​​dan kənar
vəziyyətə sala bilmişdi. Rusiya İngiltərə üçün artıq təhlükəli deyildi. 1907-ci il avqustun 31-də
Rusiya-İngiltərə ara​sında bağ​lan​mış müqavilə ilə ingilislər Rusiyanın İran neftini ələ keçir​mə​si​nə
mane ola bilmişdir. Ancaq İngiltərəni Almani​yanın hərəkət​lə​ri​nin qarşısını necə almaq sualı çox
düşündürdü. Bildiyi​miz kimi Al​maniya Osmanlı İmperiyasını idarə edən iqtidar ilə dost idi. Bu isə
İngiltərənin həyata keçirmək istədiyi planın re​allaşmasını təhlü​kə altına alırdı. Belə bir zamanda
ortada heç bir səbəb mövcud ol​ma​dığı halda İtaliya donanması qəflətən Trablus​qərbin önündə
göründü. Trablusqərb, dolayısı ilə Osmanlı İmpe​riyası istilaya uğ​ra​mışdı. Bu hadisə ingilis
diplomatiyasının uğur qazanması ilə ey​ni vaxta düşdü. Əslində italyanlar Afrikanın Qır​mızı dəniz
sahil​lə​rin​də bir müstəmləkə ölkə tələb etmişdilər. İtal​yanların istədikləri müstəmləkə isə Misirə
yaxın idi. Halbuki, Trablusqərb başqa əra​zi​lərdən fərqli idi, yəni orada türklər də yaşa​yırdı. Məlum
oldu ki, İtaliya bu hərəkəti edən zaman Lon​dondan qarantiya almışdı. Yə​ni, İngiltərə İtalyanın
Trablus​qərb üzərində keçirəcəyi əməliyyata qarşı səs çıxarmayacaqdır. An​caq vəziyyət həm
Romanın, həm də Londonun nəzərdə tutduğu kimi olmadı. Asan​lıqla qələbə qaza​na​caq​larını düşünən
Avropanın bu iki ölkə​sinin diplomatları ilk anda Trablusqərbdə almanların yerləş​mə​lə​rini
görməkdənsə, italyanların o torpaqlara sahib olma​sını istəyirdi. İşi asanlaşdırmaq üçün dərhal
Trablusqərbdə italyan​ların qarşılaş​dı​ğı türk müqavimətini qırmaq üçün ingilislər Balkan yarıma​da​-
sında Osmanlı İmperiyası əleyhinə yeni bir cəbhə açmağı qərara aldılar.
İngiltərə Entelijans Servisin Balkan yarımadasının komitə​çi​ləri​nin ruhu olan ser Boxter adlı bir
adamı vardı. Bu adam dərhal hə​rəkətə keçdi və ingilis casuslarının köməyi ilə Osmanlı İmperi​ya​sı​nın
şimal-qərb torpaqlarını və Balkan yarımadasını müharibə mey​da​nına çevirdi. Bu manevrlər istər
Almaniyanın, istərsə də Ru​si​ya​nın gözünü dünyanın ən zəngin neft sahələrindən biri olan Orta Şərq​-
dən, dolayısı ilə İraqdan başqa istiqamətə çevirmək üçün edilir​di.
Osmanlı İmperiyasının öncə Trasblusqərb, sonra Balkan ya​rım​ada​sın​da döyüşlər apardığı zaman
İngiltərə hökuməti “Royyal-Datç-Şell Qrup”un rəsmi nümayəndəsi sifəti ilə Londondakı Os​manlı
səfirini sıxışdırmağa başladı. London Deterdinqin əli ilə Mosul neftinin imtiyazını istəyirdi. Lon​-
dondakı Osmanlı səfiri neft mövzusunda təzyiqlərə məruz qalırkən İstanbuldakı alman səfiri baron fon
Vaqenheim də sədri-əzmə və Ticarət və Kənd Təsər​rüfatı Nazirliyinə müraciət edərək Mosulda neft
imtiyazı istəyirdi.
1902-ci ildən bəri Deterdinqin pulu ilə maliyyələşdirilən inqilablar və üsyanlar Ərəbistan
yarımadasını bürüdü. Bu vəziyyət Osmanlı İmperiyasını çıxılmaz vəziyyətə salmışdı.
Beləliklə, Ərəbistan yarımadasında Səudilərin şeyxi Səud ibn Əbdüləzizin ingilislərə arxalanmaqla
1912-1914-cü illər arasında törətdiyi qanlı üsyanların qarşısını almaq üçün İttihad və Tərəqqi
hökuməti alman səfirinin vermiş olduğu ultimatumu qəbul etməyə məcbur oldu.
Osmanlı İmperiyasının Ticarət və Kənd Təsərrüfatı Nazirliyi 1914-cü il martın 19-da almanlara
Mosul ətrafındakı Qayyarenin təqribən 2 kilometrə qədər qərbində Ayniqazel ərazisindəki neft
sahəsində imtiyaz verildiyini təsdiq etdi.
 
 


OSMANLI İMPERİYASININ NEFTƏ
QURBAN EDİLMƏSİ
 
 
Birinci Dünya müharibəsinin başladığı 1914-cü ilə qədər dün​ya siyasətində söz sahibi iki hakim və
qüdrətli dövlət vardı: İn​giltərə və Almaniya. Hər iki dövlət “Dünya hakimiyyəti” uğrunda Avropada
mücadilə edirdilər. Neftin gücünü Almaniya da İngiltərə qədər anlayırdı.
Daha çox neft sahələri ələ keçirmək üçün Almaniya Bi​rin​ci Dünya müharibəsindən əvvəl də müəyyən
addımlar atmışdı. Al​maniya “Deutsche Orient Bank”ın da iştirak etdiyi və yüzdə-yüz alman
sərmayəsi ilə “Oropeişe Petroleum Union” adlı neft tresti​nin təməllərini atdı. Bu şirkət Deterdinq ilə
Rokfellerin ara​sında gedən mübarizədə mühüm rol oynayaraq Almaniyanın neftə olan ehtiyacının bir
hissəsini bəsit və kiçik imtiyazlarla təmin edirdi. Bu imtiyazların ən mühümü isə Rumıniya nefti idi.
Deterdinq “Oropeişe Petroleum Union”un oynamaq istədiyi oyunu və ondan gələ biləcək təhlükəni
zamanında sezdi və müəy​yən tədbirlər gördü. Deterdinq dünyanın hər tərəfində olduğu kimi bura​larda
da adamları vasitəsilə istədiyi və arzu etdiyi qarışıqlığı törədə biləcək qüdrətə malik idi. O,
“Oropeişe Petroleum Union” tərə​findən gözlənilən təhlükənin qarşısını almaq üçün trestin paylarının
bir hissəsini əlinə keçirməyə müvəffəq oldu. Deterdinq səhmləri əlinə keçirdiyi andan etibarən
Rokfellerə qarşı daha əmin bir şəkildə mücadilə imkanlarına qovuşdu. Deterdinqin “Oropeişe
Petroleum Union”un səhmlərinin bir hissəsinə sahib olması Kayzer Vilhelmi özündən çıxartdı və
günlərin bir günü verdiyi bir qərarla “Detsche Orient Bank”ına bu işi qaydaya salmağı tapşırdı.
“Detsche Orient Bank”ı (Reyx Bank) Deterdinqin “Oropeişe Petroleum Union” ilə olan əlaqəsinin
kəsildiyini və əlində tut​duğu səhmlərin dəyərinin dərhal ləğv ediləcəyini elan etdi. Reyx Bankın bu
qərarı əslində müharibə elan etmək demək idi.
Bu qərar Londonda gərginlik yaratdı. Almanların qərarı qəti idi. London, dolayısı ilə almanların
nümayiş etdirdikləri hərbi qüv​vələrinin manevrləri qarşısında çox duruş gətirə bilmədi. Yəni, bir neft
şirkətinin səhmləri üçün dövlətin bütün orduları, dəniz qüv​vələri səfərbər edilmişdi. İngilislər artıq
bu vəziyyətlə hesab​laş​mağa məcbur olmuşdular. Alman imperatoru bu günlərdə söylə​diyi nitqlərinin
birində belə deyirdi:
“Göy qübbəsi yerə düşsə, onu iki milyon alman süngüsü​nün ucunda saxlaya bilərəm”.
Beləliklə, Londonu da “Reyx Bank”ın gözlənilməz gediş​lə​rinə boyun əyməyə məcbur edən qüvvə bu
idi... Bu tarixdən sonra əsa​sən çalışdığı Avropa neft sahələrinə daha da rahat bir şəkildə yerlə​şən
“Oropeişe Petroleum Union” öz neft sahələrində istədiyi şəkildə fəaliyyət göstərməyə başladı və Orta
Şərqdə ingilis​lərlə amansız bir mübarizəyə girdi.
Berlində Kayzer Vilhelm Strassedeki alman diplomatları, yeni neft imtiyazları əldə etmək üçün alman
bankirlərinə ən geniş yardımlar edəcəklərini vəd etdilər və yerinə də ye​tirdilər. Reyx Bank nefti əldə
etmək üçün adətən bankirlərin və geo​loqların əmrinə müntəzir oldular. Xüsusilə, “Deutsche Orient
Bank” bu vəziyyətdə ən çox çalışan bir müəssisə oldu.
“Deutsche Orient Bank” açıq kredit ilə girişdiyi mübarizədə tez​liklə Avropanın bütün neft
sahələrində imtiyazlar və hissələr əldə etdilər. “Deutsche Orient Bank” Osmanlı İmperiyasından
Bağdad dəmir yolu imtiyazını aldıqdan sonra İngiltərə ilə mübari​zəyə girişdi və qalib gəldi.
Almanların bu müvəffəqiyyətinin nəticəsi olaraq İngiltərəni üstə​ləmələri Birinci Dünya


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə