Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə25/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   21   22   23   24   25   26   27   28   ...   63

zərbə ilə qarşılaşdılar. Ancaq, bu məğlubiyyətlə barışa bilməyən ingilislər yeni mücadilə metoduna
baş vurdular. Onlar vəhhabilər ilə Məkkə şərifi Hüsey​nin arasında uzun illər davam edən qorxunc bir
müharibə törət​di​lər. Bu müharibə şərif Hüseynin müəmmalı ölmündən sonra onun oğlanları ilə
Əbdüləziz ibn Səud arasında da davam etdi.
Bu mücadilələr sadəcə olaraq neft üçün aparılırdı. İstiqlal, azadlıq boş sözdən başqa bir şey deyildi.
Həmçinin, Birinci Dünya müharibəsindən sonra yaranmış dövlətlər istiqlallarına deyil, sadə​cə olaraq
zəngin neft sahələrinə sahib oldular. İstiqlal onlar üçün artıq bir xülyadır. Dünən də belə idi, bu gün
də belədir.
Əbdüləziz ibn Səudin 1902-ci ildə Osmanlı dövlətinə qarşı qaldırdığı üsyan yatırıldıqdan sonra
1908-ci ilə, yəni Sultan II Əbdülhəmid xanın taxtdan salınmasına qədər həm vəhhabilər, həm də
ingilislər heç bir təşəbbüsə əl atmadılar.
Entelijans Servis tərəfindən Əbdüləziz ibn Səudun yanına mı​şa​vir olaraq göndərilən məşhur ingilis
neft cəsusu Filbi vəh​ha​bi​lə​rin başçısına gücünü artırmağı məsləhət gördü.
Amma, Filbi döyüşçülərin sayının çoxaldılması ilə hər hansı bir nəticənin alınmasına o qədər də
inanmırdı. O, bu qüvvələri də​mir kimi bir əlin altında birləşdirməyi və toplamağı məqsədə uy​ğun
hesab edirdi. Əbdüləziz ibn Səud də bu fikri bəyənmişdi. On​lar vaxt itirmədən fəaliyyətə başladılar.
Ancaq, işlər onların düşün​dükləri kimi o qədər də asan getmirdi. Bədəvi həyatı yaşamağa alış​mış
ərəblər qanun və nizam tanımırdılar. Halbuki, yeni qüv​və​lərin bir qanun və nizam altına alınmaları
vacib idi. Filbi bunun da yolunu tapdı. Dini təəssübə əsaslanan bir siyasət yürütdü.
Filbi və Əbdüləziz ibn Səud düz on il çalışdılar və istədikləri qüvvəni meydana gətirdilər. İhvan adı
altında 1912-ci ilin yayında rəsmən qurulmuş olan silahlı qüvvənin ümumi qərargahı Aravyada
yerləşirdi. İngilis zabitlərinin təlim və tərbiyəsi ilə formalaşmış bu silahlı qüvvə 1913-cü ildə
qəflətən hücuma keçərək Xassanı işğal etdilər. Əbdüləziz ibn Səud Osmanlı dövlətinə qarşı yenidən
baş qaldırmışdı. Əbdüləziz ibn Səud artıq Hindistandakı ingilis cəsus​ları və ingilis qüvvələri ilə
əlaqə yaratmışdı. Deterdinq 10 illik mücadilədən sonra arzusuna çatmışdı. Hicazın qapıları onun
üzünə tamamilə açılmışdı. İngilislər artıq vəhhabilərin torpaqlarında və Əbdüləzizin hakim olduğu
ərazilərdə sərbəst hərəkət edə bilir​di​lər. İngilis cəsusları Əbdüləziz ibn Səudu daima türklərə, Məkkə
şərifi Hüseynə və türklərin yaxın dostu olaraq tanınan Əli Rəşidə qarşı üsyana təhrik edirdilər. Bu
təhriklər nəticəsində Birinci Dün​ya müharibəsinin ilk günlərində Əbdüləziz ibn Səud ingilislərlə mü​-
qavilə bağlamağa hazırlaşırdı. Bu anlaşmaya görə ingilislər onun istiqlalını tanıyacaq və Deterlinq
hər ay ona 5000 ingilis li​rə​si verəcəkdi. Beləliklə, bu anlaşmaya görə Əbdüləziz ibn Səud ingilislərin
maaşlı qulluqçusu olurdu.
Ancaq, Əbdüləziz ibn Səud bu anlaşmaya baxmayaraq, həmin ilin may ayında Osmanlı dövləti ilə də
danışıqlar apararaq sabah-ud-dövlə fəxri adı altında Nəcit qaymaqamı təyin edilir. Yəni artıq
vəhhabilərin başçısı Osmanlı dövləti adından Nəcitdə müəyyən nüfuz sahibi olurdu. Ancaq, Osmanlı
İmperiyası Birinci Dünya mü​haribəsinə girdikdən sonra Osmanlı hökuməti Əbdüləziz ibn Səudə
etimad göstərməyərək onun qan düşməni olan Əli Rəşidi dəstəkləməyə başladı. Bunu görən
Əbdüləziz ibn Səud yavaş-yavaş ingilislərə meyl etməyə başladı və 1915-ci ildə Britaniya İmperiyası
ilə müqavilə bağlayaraq onun himayəsinə girdi.
1915-ci ilin dekabr ayında imzalanan bu müqavilə ilə İngiltərə Osmanlı İmperiyası sərhədləri
daxilində yerləşən Ərəbistan yarım​adasının mərkəzində güclü bir dosta sahib olurdu. Əbdüləziz ibn
Səud 1916-cı ildə ingilislər tərəfindən Osmanlı dövləti əleyhinə müharibəyə girdi. Bu vuruşma eyni
zamanda Osmanl dövlətinin mənfəətlərini və bölgənin asayişini qorumağa cavabdeh olan düş​məni Əli


Rəşidə qarşı idi. Əli Rəşid isə Osmanlı dövlətinin tə​rəfdarı olaraq qalırdı.
Cərrahda Əli Rəşid ilə Əbdüləziz ibn Səudin qüvvələri ara​sın​da gedən döyüşlərdə Əbdüləziz ibn
Səudin ingilislərin yardımı ilə yaratdığı İhvan döyüşçüləri ağır məğlubiyyətə uğradılar. Bunu görən
Deterdinq və cəsusları dərhal Məkkə şərifi Hüseynlə danı​şıq​lar aparmağa cəhd etdilər və tezliklə
buna nail oldular.
İngilislər neftdən qazandıqları milyonları gələcəkdə əldə edə biləcəkləri yeni neft sahələri üçün
Məkkə şərifi Hüseynin xəzinə​sinə yönəltdilər. Artıq bu dövrlərdə dünyanın məşhur neft cəsusla​rın​dan
Lavrens Ərəbistan yarımadasında fəaliyyətə başlamışdı. İngilis neft kralları Ərəbistanda fəaliyyət
göstərən cəsuslarının kö​mə​yi ilə yavaş-yavaş şimala, İraqın neftli ərazilərinə doğru irəli​lə​mə​yə
başladılar. Onlar bu ərazilərdə yaşayan şeyxlərə küllü miq​darda var-dövlət bağışlayaraq onların
ehtiyaclarını təmin edirdilər. Lavrensin əlində güclü bir vasitə var idi. Bu vasitə Məkkə şərifi
Hüseynin böyük oğlu əmir Feysəl idi. 1916-cı ildə gələcəkdə Suriya və İraq kralı olaraq Lavrens
tərəfindən Londona təqdimatı verilən zaman Əbdüləziz İbn Səud əmir Feysələ qarşı çıxdı. Əb​düləziz
ibn Səud ingilislərlə mövcud olan müqaviləyə baxma​ya​raq Osmanlı dövləti ilə danışıqlar aparmağa
çalışdı. Amma, Ca​mal paşadan rədd cavabı alınca təkrar ingilislərə, dolayısı ilə ser Deterdinqə əl
uzatmaqdan da çəkinmədi. İngilislərdən hər cür yardım alan və atasının hörmətinə görə ərəb şeyxləri
üzərində böyük nüfuza malik olan əmir Feysəl bir dövlət qurmaq xəyalı ilə Osmanlı dövlətinə qarşı
müharibə elan etdi. Bu mücadilədə ona yardımçı olan ünsürlər ingilislər tərəfindən əvvəlcədən
təlimat​lan​dı​rılmışdılar. İstər İstanbul, istərsə də Beyrut, Şam və Misirdə qu​rulmuş olan müxtəlif
cəmiyyətlər ərəb istiqlalı üçün iş görə biləcək mütəxəssislər hazırlamışdılar. Bu ünsürlər Birinci
Dünya mühari​bə​si dövründə Osmanlı ordusunu daxildən sarsıtmaq üçün hər cür cəsusluq fəaliyyəti
göstərmişdilər. Bu cəmiyyətlərdən, xüsusilə «İlel Mərkəziyyə»yə mənsub olanlar daha çox
fərqlənmişdilər. Məkkə şərifi əmir Hüseynin böyük oğlu əmir Feysəl bu təşki​lat​dan daha çox istifadə
edərək Osmanlı ordusunu arxadan vurmağa çalışdı. Ona bu işdə ən böyük köməyi gələcək İraq
dövlətinin baş naziri vəzifəsini tutan Nuri Səid paşa etmişdir. Əmir Feysəlin ən yaxın adamı olan bu
şəxs türk ordusunda yüzbaşı rütbəsində qulluq edərkən «İlel Mərkəziyyə»nin həyata keçirmək istədiyi
istiqlal hərəkatı təşəbbüsünün üstü açıldıqdan sonra Camal paşanın hərbi tribunalının yağlı
kəndirindən canını ancaq ingilislərə sığınmaqla qurtara bilmişdi.
Əmir Feysəlin bu müvəffəqiyyətləri Əbdüləziz İbn Səudu çox narahat etməyə başladı. Tale əmir
Feysələ gələcək taxtını ha​zır​layırdı. Əslində əmir Feysəlin adının hər tərəfdə duyulması sa​dəcə bir
təsadüfə, yəni döyüşlərə Məkkə şərifi Hüseynin geniş nüfuza sahib olduğu torpaqlar üzərində cərəyan
etməsindən irəli gəlirdi. Artıq əmir Feysəl ilə Əbdüləziz ibn Səudun arasında toq​quş​manın baş
verəcəyi qaçınılmaz idi. İngilislər baş verə biləcək təhlükənin qarşısını almaq üçün müəyyən
tədbirlər görməyə çalış​dı​lar. Entelijans Servisin ən təcrübəli əməkdaşları bu ixtilafı bitə​rəf​ləşdirmək
üçün səfərbər olundular. Bunlar Lavrens, Qertrud Bell, Sidney Reyi və Filbi idi. Əbdüləziz ibn Səudu
Filbi yola gətirəcək, Qertrud Bell isə ərəb şeyxləri arasında çalışacaq, Sid​ney Reyi ilə Lavrens isə
iki ərəb şeyxi arasındakı mücadiləni da​yandırmaq üçün əmir Feysələ təsir edəcəkdilər.
Cəsuslar onlara verilən tapşırıqları yerinə yetirdilər və iki əmiri barışdırdılar. Beləliklə, ingilislər
özləri üçün təhlükə hesab etdikləri bu anlaşılmazlığı bitərəfləşdirməyə nail oldular. Hər iki ərəb
əmiri arasında bağlanmış müqaviləyə görə Əbdüləziz ibn Səud Ərəbistan yarımadasının Nəcid-
Riyad-Nəcəf ərazisinə, əmir Feysəl isə Suriya və İraq torpaqlarına sahib olacaqdır. Bundan baş​qa,
gələcəkdə yaradılacaq iki dövlətin torpaqları arasında qalan sahədə əmir Feysəlin qardaşı üçün
İordaniya adlı kiçik bir dövlət də qurulacaqdır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə